Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
243
Bazar  iqtisadiyyatı  şəraitində  məşğulluq  sahəsində  sosial  müdafiə 
tədbirlərinin  sırasında  özündən  asılı  olmayan  səbəblərdən  işini  və 
qazancını  itirənlərin,  həmçinin  əmək  bazarında  rəqabət  aparmaq 
qabiliyyəti olmayanların minimum maddi təminatına zəmanət verən sosial 
sığorta  sisteminin  inkişafı  mühüm  yer  tutur.  Sosial  müdafiə  və  sosial 
sığorta  yetkin  olmadıqda  onun  nəticələri  əmək  bazarında  işçi  qüvvəsi 
təklifini artıran və bununla da məşğulluq sahəsində gərginliyi gücləndirən 
amilə çevrilir. Məsələn, pensiyaçılar, azyaşlı uşağa qulluq edən qadınlar və 
təhsil  alanlar  dövlətin  sosial  müdafiə  sistemi  hesabına  öz  maddi 
ehtiyaclarını ödəmədiyi təqdirdə, onlar iş axtarmağa məcbur olurlar ki, bu 
da əmək bazarında gərginliyi artırır.  
Eyni zamanda, məşğulluğa mənfi təsir göstərən amillər də mövcuddur  
və bu amilləri aşağıdakı kimi müəyyən etmək olar: 
- biznes qurumları tərəfindən işəgötürülənlərə qarşı təşkilati təzyiqlər; 
- işə qəbul olmaq istəyənlərə təşkilati, psixoloji və sosioloji təsirlər; 
- işsizlərin  müəyyən  hissəsinin  müvafiq  texniki  bacarıqlarının 
olmaması; 
- qeyri-neft  sektoru  məhsullarının  rəqabətlilik  baxımından  müxtəlif 
olması və onun bu sahədə məşğul olanların gəlirlərində əks olunması; 
- iqtisadi qərarlar verilən zaman şəffaflığın olmaması və bununla bağlı 
əhalinin, o cümlədən iş axtaranların tam məlumatlandırılmaması; 
- məşğulluq  xidməti  işçilərinin  müəssisələrdən  tam  informasiya 
almaması və onlara təsir etmə imkanlarının olmaması və s. 
Son  illər  məşğulluq  sahəsində  narahatlıq  doğuran  problemlərdən  biri 
də əmək bazarında xarici işçi qüvvəsinin iştirakı ilə əlaqədardır. Ötən dövr 


 
244
ərzində  3  minə  yaxın  əcnəbi  üçün  fərdi  icazə  alınmışdır,  bu  isə  onların 
faktiki  sayından  aşağıdır.  Bu  da  əmək  bazarında  yerli  işçi  qüvvəsinə  öz 
ixtisasına uyğun iş tapmaqda çətinlik törədən səbəblərdən biridir.  
Yuxarıda  göstərilən  maneələrin  aradan  qaldırılması  məşğulluğun 
səmərəliliyinin  artırtılmasına  səbəb  olar  ki,  bu  da  öz  növbəsində  əhalinin 
gəlirlərinin formalaşmasına  müsbət təsir göstərər. Bununla bağlı aşağıdakı 
tədbirləri həyata keçirmək məqsədəuyğundur: 
1.  Yeni iş yerlərinin yaradılması və səmərəliliyi aşağı olan iş yerlərinin 
yeniləşdirilməsi vasitəsilə işsizliyi və yarım-məşğuluğu  azaltmaq; 
2.  Yeni  iş  yerlərinin  yaradılmasında  əsas  rol  oynayan  iqtisadi 
fəaliyyətin  həyata  keçirilməsinə  imkan  yarada  biləcək  səmərəli  biznes-
mühiti formalaşdırmaq; 
3.  İş axtaranla (iş qüvvəsinin təklifi) işəgötürən (işçi qüvvəsinə tələb) 
arasındakı münasibətlərin hər iki tərəf üçün sərfəli olmasını təmin etmək; 
4.  Dövlətin məşğulluq strategiyasını bütövlüklə həyata keçirmək. 
Dövlətin  məşğulluq  siyasətinin  mahiyyəti    işçinin  və  onun  ailəsinin 
həyat və inkişafı üçün kifayət qədər əmək haqqının əldə edilməsinə imkan 
verən  səmərəli  və  optimal  məşqulluğun  təmin  edilməsi  ilə  xarakterizə 
olunur.  Qeyd  etmək  lazımdır  ki,  bu  siyasətin  məqsədi  tək  səmərəli 
məşğulluğun ümumi səviyyəsinin saxlanılması deyil, həmçinin cəmiyyətin 
iqtisadi  və  sosial  vəzifələrinin  həll  edilməsi,  ilk  növbədə  əhalinin  həyat 
səviyyəsinin  yüksəldilməsini,  insanların  sağlamlığının,  təhsilinin  və  peşə 
hazırlığının təkmilləşdirilməsini də nəzərdə tutur.  
Dövlət  məşğulluq  siyasətinin  həyata  keçirilməsində  aşağıdaki  əsas 
prinsipləri rəhbər tutur: 


 
245
 könüllü  əmək  -  vətəndaşların  onlara  məxsus  olan  əmək 
qabilliyətlərindən sərbəst istifadə etməsi; 
 
 vətəndaşların  əmək  hüqüqunu  reallaşdırmaq  üçün  onlara  bərabər 
şəraitlərin yaradılması; 
 milli,  mədəni  ənənələrin  nəzərə  alınması,  məşğulluğun  regional  və 
sahə xüsusiyyətləri ilə əlaqələndirilməsi; 
 sosial  müdafiyəyə  xüsusən  ehtiyacı  olan  və  iş  axtarışında 
çətinniklərlə  üzləşən  vətəndaşların  məşğulluğunun  təmin  edilməsinə  
üstünlüyün verilməsi; 
  məşğulluq problemlərinin həllinə kompleks yanaşmanın tətbiqi; 
  əmək fəaliyyətində mövcüd olan bütün normativlərə riayət edilməsi. 
 Bu  prinsiplər  dövlət  məşğulluq  siyasətinin  əsas  istiqamətlərində  və 
onun həyata keçirilməsində mühüm rol oynayan işəğötürənlərin iştrakinda 
öz əskini tapır. Bu əsas istiqamətlər aşağıdakıları əhatə edir: 
 
  əmək potensialının inkişafı; 
  vətəndaşların  əmək  və  sahibkarlıq  fəallığına  şərait  yaradılması  və 
buna dövlət tərəfindən dəstək verilməsi; 
  kütləvi işsizliyin qarşısının alınması və uzunmüddətli işsizliyin (bir 
ildən artıq) azaldılması; 
 
 mövcüd  iş  yerlərinin  saxlanması  və  yeni  iş  yerlərinin  yaradılmasını 
təmin edən işəqötürənlərin fəaliyyətinə dəstək verilməsi; 
  işədüzəlməyə,  peşə  hazırlığına  və  işçi  qüvvəsinin  keyfiyyətinin 
artırılmasına yardımın göstərilməsi; 
  vətəndaşların  məşğulluq  problemlərinin  həllində  beynəlxalq 
əməkdaşlığın inkişafı. 
 


 
246
7.4. İşsizlik və onun bazar konyunkturasına təsiri 
 
Məşğulluqla  yanaşı,  əmək  bazarını  səciyyələndirən  kateqoriya  kimi 
işsizliyi də qeyd etmək lazımdır. 
İşsizlik  dedikdə,  elə  bir  sosial-iqtisadi  hal  başa  düşülür  ki,  o  zaman 
əmək  qabiliyyətli  əhalinin  bir  hissəsi  işləmək  istəyir  və  işə  hazırdır,  lakin 
müəyyən  vaxtda  və  müəyyən  ərazidə  müvafiq  ixtisas  üzrə  özünə  iş  tapa 
bilmir.  Başqa  sözlə,  işsizlik  halı  –  işçi  qüvvəsinin  təklifinin  işçi  qüvvəsinə 
olan tələbi üstələməsidir.   
İşsizlik  sığortası  işçi  qüvvəsinin  sosial  təminatının  mühüm  ünsürü 
olub, işsiz vətəndaşın yeni iş yeri axtardığı dövrdə işçi qüvvəsinin itirilmiş 
gəlirlərini kompensasiya etməyə, onun alıcılıq qabiliyyətinin saxlanmasına 
və bununla da iqtisadiyyatı işsizliyin doğurduğu mənfi sosial nəticələrdən 
qorumağa xidmət edir.  
Bəzən  belə  bir  fikir  vurğulanır  ki,  işsizlik  müavinatının  yüksək, 
ödəmə  müddətinin  uzun  olması  insanlarda   arxayınçılıq  yaratmaqla  iş 
axtarmağa  maraq   yaratmır,  əksinə  işsizliyi  stimullaşdırır.  Ona  görə  də 
əksər ölkələrdə  işsizliyə görə müavinətin ödənilməsinə zaman baxımından 
sərt  məhdudiyyətlər  qoyulur.  Problemin  kökünü  həmçinin  təminatlı  və 
etibarlı  əmək  haqqı  sisteminin,  zəmanətli  iş  yerlərinin  olmamasında 
axtarmaq  lazımdır.  BMT  ekspertləri  isə  hesab  edir  ki,  müavinətlərin 
yüksək  olması  işsizliyin  davametmə  müddətinin  artmasına  mənfi  yox, 
müsbət  təsir  göstərir,  çünki  müddət  üçün  konkret  məhdudiyyətlər 
olduğundan,  yüksək  müavinət alan  işsiz  vətəndaş  tezliklə  onu  itirəcəyinə 
əmin olduğundan daha fəal iş axtarmağa məcbur olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə