Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
235
   -  ikinci  yanaşma  əməyin  intelektual  məzmununun  artırılması  ilə 
bağlıdır  ki,  bu  yanaşmaya  əsasən  işçilərin  inkişafına  qoyulan  vəsaitlər 
müəssisənin  səmərəli  fəaliyyətinə  və  müsbət  dəyişikliklərə  yönəldilən 
investisiyalar kimi qiymətləndirilir. 
 
2.  Muzdlu  işçilər  öz  bacarığına,  peşə  və  ixtisasına  uyğun  işlə  təmin 
olunmaq  və  onun  nəticəsində  əsas  tələbatlarını  ödəmək  üçün  müvafiq 
əmək haqqı əldə etmək arzusundadırlar. 
3.  Həmkarlar  ittifaqı  işçilərin  məşğul  olduqları  əməklə  bağlı  müvafiq 
səriştələrinin  artırılmasında,  həmçinin  də  əhalinin  sosial  cəhətdən  zəif 
təbəqələrinin  müdafiəsində  və  sosial  bərabərliyin  yaradılmasında 
maraqlıdırlar. 
 
4.    Cəmiyyət  o  vətandaşlara  təlabat  hiss  edir  ki, 
onlar ictimai əməklə məşğuliyətə qadirdir, iqtisadi artımı təmin edə bilirlər 
və bunun da əsasında demokratiya yolu ilə bəşəriyyətin sosial və mədəni 
ənənələrini davam etdirməyə  nail olurlar. 
 
 5.  Dövlət  ölkədə  yüksək  iqtisadi  və  sosial  inkişaf,  sosial  sülh  və 
əminamanlıq,  əhalinin  bütün  nümayəndələrinin  sabit  həyyat  səviyəsini 
təmin  etmək  üçün  məşğulluğun  genişləndirilməsi  və  əmək  bazarının 
proporsional qaydada təkmilləşdirilməsi vəzifələrini həll edir. 
 
 
 
 
 
 
 
 


 
236
Sxem 7 
Əmək bazarın iştirakçıları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
7.2. Əmək bazarında işçi qüvvəsinin təklifinin və ona olan tələbin 
qarşılıqlı əlaqəsi 
İqtisadi fəal əhali 
Əmək bazarı 
работодатели
 
İşəgötürən 
Muzdlu işçilər 
 Fərdi əmək fəaliyyəti 
 ilə məşğul olan şəxslər 
İş qüvvəsinin qiyməti 
İş qüvvəsinə tələbat 
Məşğulluq.  ş qüvvəsinin 
defisiti ya da işsizlik 
İş qüvvəsinin təklifi 
 
Vasitəçi təşkilatlar 
Dövlət 
hakimiyyət 
orqanları 
İşəgötürənlərin 
birliyi 
Sosial tərəfdaşlıq  sistemi 
Muzdla işləyənləyin 
birliyi (həmkarlar 
ittifaqı) 


 
237
 
Əmək  bazarında  tələb  və  təklifə  təsir  edən  amillərin  tədqiqinin 
mühüm  əhəmiyyəti  var.  Bu  amillərin  sırasında  yalnız  iş  qüvvəsinin 
qiyməti  deyil,  işəgötürən  firmanın  məhsuluna  olan  tələbat,  istehsalın 
həcmi,  texnikanın  tədbiqi  dərəcəsi,  məşğulluğun  artması  və  azalmasına 
təsir edən sair amillər də nəzərə alınmalıdır.   
İş  qüvvəsinin  təklifi  müəyyən  vaxt  ərzində  müəyyən  qiymətə  alına 
biləcək əməyin kəmiyyətidir.  
İş  qüvvəsinin  təklifi  muzdla  iş  axtaran  əmək  qabiliyyətli  əhalinin 
sayını,  tərkibini  və  strukturunu  (cins,  təhsil,  peşə,  ixtisas)  səciyyələndirir. 
Başqa  sözlə,  iş  qüvvəsinin  təklifini  ödənişli  əmək  fəaliyyətilə  məşğul 
olmağa hazır olan işsiz əhali təşkil edir, hansına ki, aşağıdakı kateqoriyalar 
aiddir: 
1)  əmək fəaliyyətilə məşğul olmayan  iş axtaranlar; 
2)  məşğul, lakin iş yerlərini dəyişmək arzusunda olanlar; 
3)  işdən  və  yaxud  təhsildən  kənar,  asudə  vaxtdan  əlavə  işləmək 
arzusunda olanlar. 
İş qüvvəsinin təklifini müəyyən edən göstəricilər: 
1)  əhalinin ümumi sayı; 
2)  iqtisadi fəal əhalinin payı; 
3)  bir işçi tərəfindən il ərzində işlənmiş saaatların orta miqdarı; 
4)  əməyin kəmiyyəti, keyfiyyəti və ixtisaslaşması. 
İşçi  qüvvəsinin  təklifinin  artmasına  təsir  edən  amillərin  sırasına 
daxildir: 
- əmək ehtiyatlarının sayını müəyyən edən demoqrafik amillər; 
- əmək ehtiyatlarına daxil olan müxtəlif demoqrafik və etnik qrupların 


 
238
iqtisadi fəallıq səviyyəsi; 
- əmək qabiliyyətli əhalinin immiqrasiyası; 
- məşğuliyyət növünün dəyişilməsində mobillik. 
İşçi  qüvvəsinə  tələb iqtisadiyyatın tələbatına müvafiq olaraq  mal və 
xidmətlərin  istehsalı  üçün  işəgötürənlərin  zəruri  sayda  işçilərə  olan 
tələbatından ibarətdir. 
İşçi  qüvvəsinə  tələbat  bərabər  şərait  daxilində  ictimai  əmək  bölgüsü, 
konkret  iş  yerləri  ilə  müəyyən  edilir.  İşçi  qüvvəsinə  tələbatın  strukturuna 
daxildir:  yüksək  ixtisaslı  işçi  qüvvəsinə,  orta  ixtisas  səviyyəli  işçi 
qüvvəsinə,  aşağı  ixtisas  səviyyəli  işçi  qüvvəsinə,  ixtisassız  işçi  qüvvəsinə 
tələbat.  Tələbatda  həm  kəmiyyət  və  həm  də  keyfiyyət  tərəfləri  nəzərə 
alınmalıdır.  
İşçi  qüvvəsinə  olan  tələbata  təsir  edən  amilləri  aşağıdakı  kimi 
göstərmək olar: 
- işçilərin  istehsal  etdiyi  əmtəə  və  xidmətlərə  olan  tələbatın  həcmi, 
çünki  işçi  qüvvəsinə  olan  tələbat  nemətlərə  olan  tələbatın  əsasında 
formalaşır; 
- əmək haqqının səviyyəsi; 
- istehsal  prosesində  texniki  vasitələrin  və  işçi  qüvvəsinin  bir-birini 
əvəz etmə dərəcəsi; 
- iqtisadi  siklin  fazası:  yüksəliş  fazasında  işçi  qüvvəsinə  tələb  artır, 
enmə fazasında - azalır; 
- ETT və s. 
İşçi  qüvvəsinə  tələbat  əmək  bazarının  konyunkturasının  mürəkkəb, 
dəyişkən  səciyyəsidir,  hansının  ki,  hərəkəti  aşağıdakı  amillərlə    müəyyən 
olunur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə