Sosial fəlsəfə
Mədəniyyət:
genezisi və mahiyyəti
Səlahəddin Xəlilov
Mədəniyyətin ontoloji mahiyyəti
İlk klassik fəlsəfi təlimlər insanın özünü təbiətdən ayırması və
özünü təbiətə qarşı qoyması ilə başlanır. Ona qədər ancaq təbiəti görən
və onu dərk etməyə çalışan insan bundan sonra həm də özünü təbiətdən
ayıran başlıca keyfiyyətin: ruhun dərk olunmasına və ruh ilə təbiət ara-
sındakı münasibətin aydınlaşdırılmasına çalışır. İnsanın hissi, düşüncəsi,
zövqü, mənəvi keyfiyyətləri – hamısı ruh və ya nəfs anlayışında ehtiva
olunur. Dünya iki yerə bölünür: maddi olan hər şey təbiət adı altında,
maddi olmayan, yəni görə bilmədiyimiz, toxuna bilmədiyimiz hər şey ruh
və ya ideya adı altında ümumiləşdirilir. Ruh ya fərdi ruh miqyasında, yə-
ni ayrıca götürülmüş bir insan miqyasında, ya da Mütləq ruh və ya Allah
mənasında başa düşüldüyündən, sonralar bu ikili qarşılaşdırılma üç tərə-
fin münasibətinə keçir. Neçə əsrlər ərzində fəlsəfənin problematikası
məhz bu tərəflər arasında münasibətlə məhdudlaşmışdır: İnsan-Təbiət-
Allah.
- 79 -
Bu bölgü, qarşılaşdırılan tərəflər “Yerlər” və “Göylər” kimi də ifa-
də olunmuşdur. Amma maləsəf, Yerlərlə Göylər arasında olanlar fəlsəfə-
nin tədqiqat predmetindən kənarda qalmışdır. Təsadüfi deyil ki, Qurani-
Kərimdə Allahın yaratdıqları “Yerlər, Göylər və onların arasında olanlar”
kimi qeyd edilir (Qurani Kərim 21/16).
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 80 -
Əbu Turxan fəlsəfəsində bütün cismani dünya məhz arada olanlar
kimi dəyərləndirilir, çünki Mütləq Ruh da, Mütləq materiya da insan idrakı
üçün əlçatmazdır. Biz qütbləri deyil, onların arasında olan və bizə aşkarla-
nan, hansı isə vasitələrlə dərk edə biləcəyimiz bir varlığı real dünya kimi qə-
bul edirik. Zatən elm də həmişə məhz bu reallığı öyrənmişdir. Bu real cis-
mani dünyada hər şey ideya ilə maddiyyatın müəyyən bir təmasını, sintezini,
“iş birliyini” ifadə edir. Heç şübhəsiz, insan özü də. Əslində bu birlik ən
yüksək səviyyədə insanda təcəssüm olunur; yəni o, həm maddi, həm ruhi-
mənəvidir. Lakin insanda ruhun təcəssümü başqa varlıqlarınkından xeyli də-
rəcədə fərqlidir. İnsan ruhu fəal, yaradıcı ruhdur, yəni insan xalis ruhun da-
şıyıcısıdır. Bütün qalan şeylərdə isə ruhun, ideyanın ancaq surəti, forması öz
əksini tapmışdır. Əbu Turxan fəlsəfəsinə görə, şeylərin, hadisələrin dərki də
məhz onların daşıdığı passiv ideya sayəsində mümkün olur. Hansı isə bir
ideya ayırd edilə bilməyəndə obyekt qeyri-müəyyən olur ki, çox vaxt buna
xaos da deyirlər.
Lakin insan özü aktiv ruh daşıyıcısı olduğundan, Allahın ilkin yarat-
dıqlarından fərqli olaraq onun da yaratdıqları bu dünyada özünə müəyyən
yer tutur. Əlbəttə, insanın yaratdıqları haradasa isə Allahın iradəsindən kə-
narda həyata keçmir. Lakin bununla belə, insan yaradıcılığı ilkin yaranışın,
yəni dünya ahənginin, təbiət kitabının pozulmasıdır. İnsan dünyaya sanki ni-
zam gətirir. Lakin o, buna böyük nizamı ayrı-ayrı lokal sahələrdə pozmaq
sayəsində müyəssər olur. R.Taqor gözəl deyir: “Bizim yaradıcılığımız dün-
yanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarət-
dir”. Bəli, insanın “düzəlişləri” kiçik miqyaslıdır, lakin unutmaq olmaz ki,
hansı isə lokal miqyasda qurulan yeni nizam daha böyük miqyaslı bir niza-
mın pozulması deməkdir. Digər tərəfdən də, insan təbii quruluşun ancaq
müəyyən səviyyələrinə bələd olduğundan, daha dərin qatlardakı incə qurulu-
şu nəzərə ala bilmir. Və onun yaradıcılığı istər-istəməz makrostrukturlar
səviyyəsində müəyyən bir ideyanın təsdiqi, mikrostrukturlar səviyyəsində
isə minlərcə ideyanın təhrifi kimi ortaya çıxır. Əbu Turxan belə deyir: “Ağ
lövhə təkcə Allaha məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq”.
Əslində insan özü də ağ lövhə deyil. O özü nə vaxtsa yazılmış ən maraqlı ki-
tablardan biridir. Həm də nə qədər insan varsa, bu kitabın da o qədər variasi-
Sosial fəlsəfə
- 81 -
yaları var. Lakin insan üçün ən çətin olan öz kitabını oxuya bilməsi, özünü
dərk etməsidir.
Bir var, ümumiyyətlə insan ruhunun missiyası və bu mənada insanın
mahiyyəti, bir də var hər bir insan ruhunu digərlərindən fərqləndirən cəhət-
lər. Bu fərdi ruhlar fəlsəfi ədəbiyyatda daha çox dərəcədə nəfs anlayışı ilə
ifadə olunurlar. Və insanın ruhi-mənəvi aləmi bütövlükdə bu anlayışla əhatə
olunur. Yəni bura həm idraki qabiliyyəti, həm zövqü və hiss-həyəcanları,
emosional-estetik yaşantıları, həm də mənəvi-əxlaqi keyfiyyətləri daxil edir-
lər. Bu üç müxtəlif en-kəsiyində gələcəkdə insan fəaliyyətinin məhsulu ola-
raq elm, incəsənət və mənəviyyat (din və əxlaq) formalaşır. Lakin insan öz
mənəvi potensialını dərk olunmuş şəkildə reallaşdırana qədər böyük bir dövr
ərzində kortəbii bir həyat yaşayır. Bu “kortəbii” sözündəki “təbii” anlamı
xüsusi əhəmiyyətə malikdir. Yəni insanın kortəbii, instinktiv fəaliyyəti onun
özünü hələ təbiətdən ayırmadığı və təbiətin öz qanunları ilə yaşadığı dövrə
aiddir. Bu dövrdə hakim olan hələ ancaq təbiətin ruhudur. İnsanın kortəbii
olmayan, düşünülmüş, ölçülüb-biçilmiş fəaliyyəti artıq təbiilikdən çıxmış bir
fəaliyyətdir. İndi daha artıq insanın öz fərdi ruhu işə qarışmışdır. Və təbiətin
ruhuna bir növ alternativ olmuşdur. Burada iki planda qarşıdurmalar ortaya
çıxır. Birincisi, bütün fərdi ruhların təbiət ruhuna uyğunsuzluğu, ona alterna-
tiv olması, ikincisi, fərdi ruhların öz aralarındakı uyğunsuzluq və fərdi qarşı-
durmalar. Yəni fərdlərin fəaliyyəti vektorial kəmiyyət kimi götürüldükdə
onlar eyni istiqamətdə olmadığından, yönəlmədiyindən, əvəzləyici vektor sı-
fıra bərabər olur. Paradoksal hal da budur ki, insanların şüursuz, instinktiv
fəaliyyəti dövründə o, təbiətlə ziddiyyətdə olmadığı kimi, fərdi fəaliyyətlə-
rin də ziddiyyəti yox idi. Amma məhz şüurlu fəaliyyət başladıqdan sonra,
sanki hərə bir tərəfə çəkdiyinə görə, onlar bir-birinə zidd olmağa başladılar.
Və məhz həmin dövrdə də bu ziddiyyətin aradan qaldırılması və istiqamətlə-
rin yaxınlaşdırılması bir zərurətə çevrildi. İnsanların içərisində daha güclü
olanlar fəaliyyətin üstün istiqamətdə yönəldilməsinə çalışdılar. Bax, bu pro-
ses: fərdi fəaliyyət vektorlarının yönləndirilməsi, üstün istiqamət sahəsinə
daxil edilməsi və əvəzləyici vektorun qrup maraqlarına xidmət etməsi, qrup
maraqlarının fərdi maraqlarla müqayisə oluna bilən və hətta ondan üstün
tutulan yeni bir amil kimi ortaya çıxması - bax, bütün bu yeni keyfiyyətli
Dostları ilə paylaş: |