Tətbiqi sosiologiya
- 117 -
2.
Dövlət qulluqçusunun qərəzsiz və bitərəfliliyinin onların səmə-
rəli fəaliyyətinə müsbət təsiri var.
3.
Dövlət qulluqçularının vəzifə və səlahiyyətlərinin çox olmasının
onların səmərəli fəaliyyətinə mənfi təsiri var.
4.
Rəsmi statusun etibarlı və güvənilir olmasına inamın dövlət qul-
luqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var.
5.
Kollektivdə fərdi fəaliyyətə qarşı qrup fəaliyyətinin mövcud-
luğunun dövlət qulluqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var.
6.
Dövlət qulluqçusunun illik gəliri və əmlak vəziyyəti haqqında
maliyyə hesabatı verməsinin, orada əlavə gəlirlərin mənbəyini, növünü və
məbləğini göstərməsinin onların səmərəli fəaliyyətinə müsbət təsiri var.
7.
Dövlət qulluqçusunun hər hansı bir partiyanın üzvü olmasının
onun səmərəli fəaliyyətinə mənfi təsiri var.
8.
Dövlət qulluqçularının tətillərdə və dövlət orqanlarının işini po-
zan digər hərəkətlərdə iştirak etməsinin onların səmərəli fəaliyyətinə mənfi
təsiri var.
9.
Dövlət qulluqçularının verilən tapşırıqları vaxtında və layiqincə
yerinə yetirməsinin onların səmərəli fəaliyyətinə müsbət təsiri var.
Dövlət qulluqçularının səmərəli fəaliyyətinə bilavasitə təsiri olmayan
vəzifələr və məhdudiyyətlər isə aşağıdakılardır;
1.
Rəhbərin səlahiyyət, vəzifə və məsuliyyətinin çox olmasının
dövlət qulluqçularının səmərəli fəaliyyətinə təsiri yoxdur.
2.
Rəsmi avadanlıq və vasitələrin şəxsi məqsədlər üçün istifadə
edilməsinin dövlət qulluqçularının səmərəli fəaliyyətinə təsiri yoxdur.
3.
Dövlət qulluqçusunun təlimata uyğun geyinməsinin onun
səmərəli fəaliyyətinə təsiri yoxdur.
4.
Dövlət qulluqçularının fəaliyyətləri əsnasında hədiyyə qəbul et-
mə məhdudiyyətinə əməl olunmasının onun səmərəli fəaliyyətinə təsiri yox-
dur.
Nəticə
Nəticə etibarilə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaə-
tə gəlmək olar ki, ölkəmizdə dövlət qulluqçularının fəaliyyətinin qiymətlən-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 118 -
dirilməsi əsas olaraq qapalı qiymətləndirmə sisteminə dayanmaqdadır. Döv-
lət qulluğu haqqında qanunun 30-1-ci maddəsində inzibati vəzifə tutan döv-
lət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymət-
ləndirilməsinin müəyyən edilməsinə baxmayaraq dövlət qulluqçuları özləri
ilə əlaqədar qiymətləndirmə nəticələri haqqında məlumatlandırılmırlar. Bu
səbəbdən dövlət qulluqçuları hər şeyin yaxşı olduğu düşüncəsi ilə və zəif
cəhətləri haqqında məlumatsızlıqdan özlərini günün tələblərinə cavab verən
kadr kimi formalaşdırmaqda çətinlik çəkirlər.
“Dövlət qulluğu haqqında” qanunda əsas prinsiplər arasında karyera,
ləyaqət və tərəfsizlik prinsiplərinin yer almasına baxmayaraq istisnalar geniş
yer tutduğundan və bu prinsiplərə necə əməl olunacağı mexanizmi müəy-
yənləşdirilmədiyindən onların tələb olunan səviyyədə həyata keçirilməsi
mümkün olmur. Eyni zamanda müxtəlif dövlət qulluğu postlarına təyinatlar-
da siyasi tərəfkeşlik prinsipindən istifadə olunması ləyaqət prinsipinə uyğun
gəlmir.
Digər tərəfdən fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi prosesində
dövlət qulluqçularının şəxsən iştirakının təmin olunmaması onların özlərini
inkişaf etdirməsinə maneçilik törədir.
Mövcud fəaliyyət səmərəliliyinin qiymətləndirmə sistemindən görü-
nür ki, xidmət daxili təlim və təhsil qərarlarında qiymətləndirmə nəticələ-
rinin təsiri yoxdur.
Eyni zamanda fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi haqqında
rəhbər işçilərin əksəriyyətinin xüsusi təlim proqramlarına cəlb olunmaması
prosesə mənfi təsir göstərir.
Araşdırmalarımızdan görünən odur ki, fəaliyyət səmərəliliyinin
qiymətləndirilməsi sadəcə 5-9-cu təsnifatlar üçün nəzərdə tutulur. 1-4-cü
təsnifat bunun xaricində tutulduğundan, proses tək resursa söykəndiyindən
əldə olunan məlumatlar tərəfsizlik və etibarlılıq kimi prinsiplərə ziddir.
Sadalanan bu problemlərin aradan qaldırılması və Azərbaycan dövlət
qulluğu sistemində səmərəliliyin artırılması üçün yenidəntəşkilatlanmaya
ehtiyac vardır. Bu aspektdən baxanda “Dövlət qulluğu haqqında” qanunun-
da mövcud olan karyera, tərəfsizlik, ləyaqət prinsiplərinin işləmə mexaniz-
mi təkmilləşdirilməlidir. Digər tərəfdən dövlət qulluqçularının fəaliyyətinin
Tətbiqi sosiologiya
- 119 -
qiymətləndirilməsi sistemində şəffaflıq və aşkarlıq prinsiplərinin həyata ke-
çirilməsi təmin olunmalı, fəaliyyət qiymətləndirmə nəticələri xidmət daxili
təlim və təhsil qərarları ilə əlaqələndirilməlidir. Eyni zamanda fəaliyyət qiy-
mətləndirməsinin nəticələrinə uyğun mükafatlandırma və cəzalandırma sis-
temi formalaşdırılmalıdır. Burada əsas olan dövlət qulluqçularının fəaliyyət
səmərəliliyinin qiymətləndirilməsində ictimai, iqtisadi və sosial sahədə
meydana gələn yeniliklərin nəzərə alınması təmin olunmalıdır. Milli sərvə-
tin mühüm qeyri maddi komponentlərindən biri məhz idarəetmədir və onla-
rın daşıyıcıları olan dövlət qulluqçularıdır. Bu səbəbdən milli sərvətin təkrar
istehsalı mexanizmi çərçivəsində insan kapitalının yenidən istehsalı mexa-
nizmlərinin işlənib hazırlanması səmərəlilik, motivasiyalılıq, innovasiyalılıq
prinsiplərinə söykənməlidir. Bunları nəzərə almaqla dövlət qulluğu siste-
mində insan kapitalının təkrar istehsalı inzibati mexanizmi innovativ sosial
iqtisadi mexanizmlə tamamlanmalıdır.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələlə-
ri üzrə Komissiyanın 2010-cu il elan edilmiş müsabiqənin ali məktəblər üzrə təhlili.
www.dqmk.gov.az
2. Azərbaycan Respublikası Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2006.
3. Bilgin K.U. Kamu Performans Yönetimi. Ankara: TODAİE yayınları,
2004
4. Dövlət idarəçilik nəzəriyyəsi. Bakı: Elm və Təhsil, 2010
5. Dövlət qulluğu haqqında normativ hüquqi aktlar. Bakı: Qanun nəşriyyatı:
2012
6. Dövlət qulluqçuları (Statistik məcmuə). Azərbaycan Dövlət Statistika
Komitəsi, Bakı:2011
7. Canman D.A. Personel Değerlendirilmesinde Çağdaş Yaklaşımlar ve
Türkiye`de Kamu Personelinin Değerlendirilmesi. Ankara: TODAİE yayınları,
1993
8. Государственная служба в странах основных правовых систем мира
(Под редакцией А.А. Демина). Москва: Книгодел, 2010
9. Philip T. Appraising Performance for Results, 2nd Ed. Berkshire:
McGraw Hill, 1990
10. Rəhimli R. Azerbaycan Devlet Personel Yönetimi (Azərbaycan dövlət
qulluğu sistemi). Ankara: Kültür Ajansı yayınları, 2011.
Dostları ilə paylaş: |