Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 120 -
11. Rəhimli R. Dövlət qulluğu anlayışı və kadrların idarə edilməsi//
Xəbərlər. AMEA Nаxçıvаn Bölməsi. Nаxçıvаn: Tusi, 2010, № 1, s. 283-290
12. Rzayev Ə. Dövlət qulluğunun hüquqi əsasları. Elm: Bakı, 2011
13. www.azstat.org
14. www.president.az
Rajab Rahimli
Assessment of the activities efficiency of the civil servants
(summary)
The article has been covered one of the important issue as the definition of
efficiency and especially in the aspect of governance. In general, the concept of
economic management, because of the unique features and principles of public
administration, has not been studied at the desired level. But, today the rapidly
developing science to society, giving the state such questions as what, how, when,
how and by whom, to give the state meet the requirements of society, that is
sufficient responses to be effective, having an influential force, responsible, helpful
to economic side, transparent and accountable to the state.
Our research is mainly aimed at identifying the importance of governance
for improving the efficiency of civil servants, as a special type of human capital
and therefore conducted a survey among civil servants. And based on the results of
the survey determined the effect of the rights, obligations and restrictions of civil
servants, are considered basic human resource system of civil servants on the
efficiency of their activities.
Keywords: efficiency, efficiency of public administration, rights,
obligations, restrictions of civil servants
Раджаб Рагимли
Оценка эффективности деятельности
государственных служащих
(резюме)
Статья посвящена такой важной задаче, как определение эффективнос-
ти, и, прежде всего, эффективности государственного управления. В целом
понятие эффективного управления ввиду своеобразия принципов и особен-
ностей системы государственного управления достаточно еще не изучено. В
нашей стране при определении эффективности деятельности государствен-
ных служащих за основу зачастую берутся личные качества, а не особеннос-
ти, требуемые занимаемой должностью.
Tətbiqi sosiologiya
- 121 -
Автор настоящей статьи преследует цель определить важность в госу-
дарственном управлении повышения эффективности деятельности государст-
венных служащих как особого вида человеческого капитала. В связи с этим
автором проведен опрос среди государственных служащих, на основе кото-
рого определено влияние прав, обязанностей и ограничений государственных
служащих, считающихся основным человеческим ресурсом системы государ-
ственного управления, на эффективность их деятельности.
Ключевые слова: эффективность, эффективность государственного
управления, права, обязанности, ограничения государственных служащих.
- 122 -
Elmi-fəlsəfi həyat
“İnsan nə dərəcədə öz həyatını yaşayır?”
mövzusunda elmi-fəlsəfi seminar
1 Oktyabr 2011-ci il, Bakı
Səlahəddin müəllim:
Diqqətlə araşdıranda, fəlsəfi prizmadan baxanda məlum olur ki, adam-
ların çox böyük əksəriyyəti öz həyatını yaşamır. Biz gərək əvvəlcə müəy-
yənləşdirək, insanın öz həyatı nədir, öz həyatını yaşamaq asanmı, yoxsa çə-
tinmi? Birincisi, hətta bunu da müəyyənləşdirmək çox çətindir ki, hansı hə-
yat insanın öz həyatıdır. Gəlin təsvirdən başlayaq. Müasir elmin əsas meto-
du elə olanları təsvir etməkdir. İnsan nə edir? Doğulur, uşaq olanda hara qo-
yurlar, orada da oturur, hara qoyurlar orada da yatır, əl qolunu bələyirlər,
bəzən açırlar. Bunu özü seçmir. Gəlin məsələni belə qoyaq – öz həyatı
deyəndə insanın özünün seçdiyi həyatımı nəzərdə tutacağıq, yoxsa nə isə
başqa bir şeyimi? Özünün seçdiyi həyatdırsa, o artıq bir növ özünün qurdu-
ğu həyat ilə üst-üstə düşür və burada avtomatik olaraq uşaq vaxtı yaşanan
həyatın öz həyata aidiyyəti olmur, ona görə ki uşaq vaxtı onun qəyyuma eh-
tiyacı var, başqası tərəfindən yaşadılmağa ehtiyacı var. Sonra isə evdə və
məktəbdə uzun müddət ona tərbiyə verirlər, öyrədirlər, yəni həmişə başqala-
rı onu harasa yönəldir, hansısa bilikləri verirlər. Və bu insan bir balaca özü-
nə gələndə sual edir ki, tutaq ki, mən niyə Bakıda anadan olmuşam, mən ni-
yə XX əsrdə doğulmuşam, mən niyə məsələn, İntibah dövründə doğulmamı-
şam. Yəni insan özü seçsəymiş, görəsən necə seçərmiş, ağlı başına gələndə
və öz istəyi ilə həyatını seçmiş olsa, görəsən hansı dövrü seçər, hansı məka-
nı seçər, hansı vəzifəni, hansı ixtisası seçər? Bunların heç birini insan özü
seçmir. Mən öz yazılarımda ixtisas seçimi ilə bağlı çox məsələlərə toxunmu-
Elmi-fəlsəfi həyat
- 123 -
şam, yazıq məzunlar necə seçirlər ixtisası. Mən bu sualı qoymuram ki, bu
seçimi valideynmi etməlidir, yoxsa uşaq özümü? Burada da bir həqiqət var
– valideyn çox vaxt uşağın iradəsini zorlayır, öz mövqeyini diktə edir. Bu da
var, amma o biri tərəfdən uşaq nə mənədir ki, özü müəyyən etsin hansı ixti-
sası seçsin. Ən azından bu seçimi 15-16 yaşında edirsə, bu düşünülməmiş,
ölçülüb-biçilməmiş bir seçim ola bilər. Eyni zamanda onun nə ağlı, nə bilik-
ləri, nə də hətta hissiyyatı kifayət deyil, hələ formalaşmayıb. Belə bir atalar
sözü var: Cavan gözü ilə at al, həyat yoldaşı seçəndə qocanın sözünə qulaq
as. Bu elə-belə deyilməyib. Sovet dövründə uzun müddət belə bir ənənə
olubdur – atadan qalan, andan qalan nə varsa, adət ənənə ilə bağlı nə varsa,
hamısını söymək lazımdır. İndiki Avropa ilə Sovet İttifaqı qohumdular, on-
ların arasındakı sosial, iqtisadi, siyasi fərqliliklərə rəğmən düşüncə tərzlərin-
də böyük eyniyyətlər var. Müasir düşüncə deyil bu, bayağı bir düşüncədir.
Bu bayağı düşüncə indi qərb dairələrində hakim kəsilib – uşaq müstəqildir.
Amma qoy bir uşaq özünü dərk etmək səviyyəsinə gəlsin, sonra qərar ver-
sin. Hələ nə qədər ki, onun sənin köməyinə ehtiyacı var, göstərmək lazımdır
bu köməyi. Burada seçim məqamı önəmlidir – nə vaxtdan uşaq özü həll edə
bilər. Çox önəmli məsələdir – hansı işi nə vaxtdan özünə həvalə etmək la-
zımdır. Elə şey var uşaq artıq üç yaşında özü həll edə bilər, amma elə şey də
var o hətta iyirmi yaşında da seçim etmək iqtidarında deyil. Başqa bir sual
qoyacam. Hətta gedib parlamentin binasında oturmaq üçün, yəni deputat ol-
maq üçün 27 yaşın olmalıdır. Nəyə görə prezident olmaq üçün 35 yaşın ol-
malıdır? Nəyə görə bu qadağalar qoyulur? Və ya sürücülük vəsiqəsi almaq.
Yaxud evlənmək yaşı. Burada fizioloji yetkinlik məsələsi də var. Amma nə
dərəcədə o bu yaşda ailənin məsuliyyətli bir iş olduğunu dərk edir? Millət
vəkili və prezident məsələsinə qayıdaq. Elə istedadlı insanlar var ki, hələ 20
yaşında böyük kəşflər ediblər: böyük rəssamlar var, riyaziyyatçı olan var və
s. Amma necə olur ki, bunlara biz qadağa qoyuruq və bu, bütün dünyada qə-
bul olunmuş bir praktikadır. Mən buna haqq qazandırmaq mövqeyindən çı-
xış etmirəm, amma burada məntiq var, min illərin praktikası var və o göstə-
rir ki, bütün istedadına, zəngin biliklərinə baxmayaraq, yaşca cavan olan
adamlar, bəzən elə qərarlar verə bilər ki, bu cəmiyyətin ümumi ab-havasına
uyğun gəlməyə bilər. Bu yaş həddi qadağaları ilə insan azadlıqlarını bir növ
Dostları ilə paylaş: |