Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə dövlət qulluq-
çuları üçün müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlər mövcud-
dur. Dövlət qulluqçuları bu vəzifə və səlahiyyətləri qanunauyğun şəkildə ye-
rinə yetirməli, məsuliyyətlərini dərk etməli və vəzifə başında olarkən onlar
üçün müəyyən olunan məhdudiyyətlərə əməl etməlidirlər. Amma dünya
praktikasında olduğu kimi respublikamızda da, dövlət qulluqçuları onlar
üçün müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlərin çox və sərt ol-
duğu qənaətindədirlər. Bu pessimist yanaşmanın onların fəaliyyət səmərəli-
liyinə mənfi təsiri vardır. Aşağıdakı cədvəldə vəzifə, səlahiyyət və məsuliy-
yətin çoxluğunun fəaliyyət səmərəliliyinə təsiri verilmişdir. Cədvəldən gö-
rüldüyü kimi, respondentlərdən əksəriyyətinin yəni 95 %-inin fikrinə görə
vəzifə, səlahiyyət və məsuliyyətin çoxluğunun fəaliyyət səmərəliliyinə mən-
fi təsiri vardır.
Sorğu anketinin nəticəsinə görə əsas olaraq müəyyənləşdirilən 2 hipo-
tezi qüvvətləndirmək və sınamaq xarakteri daşıyan ikinci dərəcəli 16 hipo-
tezdən 13 hipotez dövlət qulluqçularına qanunvericilik aktları ilə verilmiş
hüquqların onların iş məhsuldarlığına və ya fəaliyyət səmərəliliyinin artma-
sına təsirini ölçmək məqsədi daşıyırdı. Sorğu anketinin nəticəsində müəyyən
olunmuşdur ki, 13 hipotezdən aşağıda sıralanan 10 hipotezdə müəyyən olu-
nan hüquqlar dövlət qulluqçularının səmərəli fəaliyyətinə bilavasitə müsbət
təsir göstərməkdədir;
1.
Dövlət qulluqçularının hüquqlarını bilmələri onların müvəffəqiy-
yət dərəcəsinə təsir edir.
2.
Dövlət idarələrində bərabərlik, ləyaqət, tərəfsizlik və karyera prin-
siplərinin həyata keçirilməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsi-
- 114 -
Tətbiqi sosiologiya
- 115 -
nə təsir edir.
3.
İş yerində vəzifə təlimatına uyğun davranılması dövlət qulluqçula-
rının müvəffəqiyyət dərəcəsinə təsir edir (yəni həmin müvəffəqiyyət dərəcə-
sinin yüksəldilməsinin zəruri lakin kifayət olmayan şərtidir).
4.
Xidməti vəzifəyə uyğun təhsilin artırılması dövlət qulluqçularının
müvəffəqiyyət dərəcəsinə fərqli dərəcədə müsbət təsir edir.
5.
Vəzifədə irəli çəkilmə dövlət qulluqçularının müvəffəqiyyət dərə-
cəsinə təsir edir, lakin bunu şərtləndirən amil qulluqçunun insan kapitalının
artırılmasını təmin edən əlavə peşə təhsilinin (ixtisasartırma, stajkeçmə və
s.) səmərəli sistemi fəaliyyət göstərməlidir.
6.
Yaxşı və çox işlədiyində mükafatlandırılacağı düşüncəsi dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir, bununla belə dövlət
qulluqçularının peşəkar şüurunda sağlam rəqabət və əməli əməkdaşlıq, qar-
şılıqlı yardım amillərinin nəzərə alınacağı təsəvvürləri əhəmiyyətlidir.
7.
İşlə əlaqədar məsələlərdə iyerarxik tabeçilik əsasında rəhbərlə
məsləhətləşmə dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir.
8.
Tənqid və şikayətlərin qiymətləndirilməsinin bilinməsi dövlət qul-
luqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir.
9.
Rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər vermə-
si onların müvəffəqiyyət dərəcəsinə təsir edir.
10.
Əməkhaqqı dövlət qulluqçuların və onların ailələrinin yaşayış mi-
nimumunu təmin etməklə digər sadalanan amillərin müvəffəqiyyət dərəcə-
sinə təsirinin kontekstini təşkil edir.
Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinə müsbət təsir göstərən
10 hipotezimizdə müəyyən olunan hüquqlar əsasən dünya praktikasında
dövlət qulluğu sistemində səmərəliliyi artıran hüquqlar olaraq xarakterize
olunur. Amma “rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər
verməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsiri” sualına sor-
ğu iştirakçılarının əksəriyyətinin təsiri var olduğunu qeyd etməsi o deməkdir
ki, bunun fəaliyyət səmərəliliyinə müsbət deyil mənfi təsiri olduğu nəzərə
alınmalıdır. Sorğu anketinə əsasən hüquqlarla əlaqədar müəyyənləşdirdiyi-
miz 3 hipotezin isə dövlət qulluqçularının fəaliyyət səmərəliliyinə təsiri ol-
madığı görülmüşdür. Bunlar aşağıdakılardır;
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 116 -
1.
Sosyal güzəştlər (səhiyyə, təhsil, istirahət, mənzil təminatı) dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə müsbət təsir edir.
2.
İşin nəticələrinin hərtərəfli obyektiv qiymətləndirilməsi sisteminin
fəaliyyət göstərməsi, dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə
müsbət təsir edir.
3.
İş şəraitinin uyğunluğu, işlə əlaqədar vasitələrin təminatı dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir.
Sosial güzəştlər, görülən işin nəticələrinin hərtərəfli obyektiv qiymət-
ləndirilməsi prosesinin mövcudluğu və iş şəraitinin uyğunluğunun dövlət
qulluqçularının fəaliyyət səmərəliliyinə təsiri olmadığının sorğu anketinin
nəticəsində məlum olması gözlənilməz oldu. Fikrimizcə, buna səbəb qeyd
olunan bu hüquqların sorğu anketi həyata keçirdiyimiz qurumlarda heç bir
şəkildə tətbiq edilmədiyi və ya dövlət qulluqçularının bu hüquqlar haqqında
məlumatsızlıqlarından irəli gəlir. Hətta onu deyə bilərik ki, iş şəraitinin
uyğunluğunun motivləşdirici ünsür olduğu müxtəlif elmi idarəetmə nəzəriy-
yələri ilə təsdiqlənsə də respondentlərimiz bunu dövlət qulluqçularının fəa-
liyyət səmərəliliyinə təsiri olmadığı qənaətinə gəliblər.
Digər tərəfdən sorğu anketinin nəticəsinə görə əsas olaraq müəyyən-
ləşdirilən 2 hipotezi qüvvətləndirmək və sınamaq xarakteri daşıyan ikinci
dərəcəli 16 hipotezdən 3 hipotez və bu hipotezlər əsasında hazırlanmış 14
sual dövlət qulluqçularına qanunvericilik aktları ilə müəyyənləşdirilmiş və-
zifələr və bu vəzifələrin icrası ilə əlaqədar formalaşdırılmış məhdudiyyətlər
onların iş məhsuldarlığına və ya fəaliyyət səmərəliliyinə təsirini ölçmək
məqsədi daşıyırdı. Sorğu anketinin nəticəsində müəyyən olunmuşdur ki, 3
hipotez əsasında (Dövlət qulluqçularının öz vəzifələrini bilmələri onların
müvəffəqiyyət dərəcəsinə təsir edir; Dövlət qulluqçularının səlahiyyət və
məsuliyyətinin ifratlığı onların müvəffəqiyyət dərəcəsinə əsasən mənfi təsir
edir; İfrat rəsmiyyətçilik və bürokratizm dövlət qulluqçularının müvəffəqiy-
yət dərəcəsinə təsir edir) aşağıda sıralanan 14 sualdan 9-unda müəyyən olu-
nan vəzifələr və məhdudiyyətlər dövlət qulluqçularının səmərəli fəaliyyətinə
bilavasitə təsir göstərməkdədir;
1.
Qanunvericiliklə müəyyən olunmuş vəzifə və məhdudiyyətlərin
bilinməsi dövlət qulluqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var.
Dostları ilə paylaş: |