Tətbiqi sosiologiya
Dövlət qulluqçularının fəaliyyət
səmərəliliyinin qiymətləndirilməsi
Rəcəb Rəhimli
∗
Qloballaşmanın da təsiri ilə dünyada yaşanan sürətli inkişaf prosesləri
dövlət idarəçiliyi sahəsində də yeni nəzəriyyələrin formalaşmasına səbəb
oldu. İqtisadi amilin təsiri, texnologiya və elmi nailiyyətlərdən faydalanan
özəl sektorun insanların ehtiyaclarını təmin edəcək yeni xidmətlərlə gündən-
günə dövlətin fəaliyyət sahələrinə müdaxiləsi, xalqın düşüncə tərzinin dəyiş-
məsi və vətəndaş cəmiyyətinin inkişafı nəticəsində, dövlət idarəçilərinin bu
yeni dəyişikliklərə adabtasiyasını şərtləndirmişdir. Təbii ki, dövlət idarəet-
mə sahəsində bu dəyişikliklərin həyata keçirilməsini məcburi edən, vətən-
daşların və cəmiyyətin dövlət tərəfindən təqdim olunan xidmətlərin kəmiy-
yət və keyfiyyətcə dəyişiklik gözləntilərindəki təmayülünün artması olmuş-
dur. Çünki, xalqın dövlətdən ictimai xidmətlər məsələsində ənənəvi gözlən-
tiləri, xidmətlərin ədalətli, bərabərlik, faydalılıq, cavabdehlik, təsirlilik və
tərəfsizlik prinsipləri əsasında xalqa çatdırılmasıdır. Bunun üçün isə hər bir
dövlətin yüksək peşəkar kadrlardan təşkil edilmiş effektiv idarəetmə sis-
teminə sahib olması vacib şərtdir.
Yenidən müstəqillik əldə etdikdən sonra respublikamızda milli dövlə-
tin quruculuğu ilə birlikdə idarəetmə sistemində də islahatların aparılması
prosesinə başlanıldı. Dövlət idаrəеtmə sistеmində islаhаtlаrın аpаrılmаsı
məqsədi ilə Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin imzаlаdığı 29 dеkаbr
- 100 -
∗
Siyasi e.f.d., dosent, Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadi Araşdırmalar
İnstitutu Doctorant of Azerbaijan National Academy of Sciences.
Tətbiqi sosiologiya
- 101 -
1998-ci il tаriхli fərmаnlа Аzərbаycаn Rеspublikаsının Dövlət idаrəçilik sis-
tеmində islаhаtlаrın аpаrılmаsı üzrə Dövlət Kоmissiyаsı yаrаdıldı (4, s.468-
469). Fikrimizcə bu islahatların əsas istiqamətlərindən biri müasir dövlət
qulluğu sisteminin yaradılması olmuşdur. Belə ki son illərdə dünyada dövlət
sektorunda qulluğu tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı
islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi yeni idarəçilik (new
government), dövlət sektorunun fəaliyyət sahəsinin məhdudlaşdırılması və
bunun nəticəsi olaraq bir çox xidmət sahələrinin özəl sektora devredilməsi
kimi məfhumların təsiri ilə dövlət idarəçiliyində səmərəliliyin təmin olun-
ması üçün dövlət qulluğunda çevikliyə və cavabdehliyə nail olmaqdır. Bu-
nun üçün dövlət qulluqçularının peşəkar inkişafının yüksəldilməsinə, fasilə-
siz xidmət daxili tədrisinə, yenilikləri qəbul etmək və öyrənmək qabiliyyəti-
nin artırılmasına xüsusi diqqət yetirilməlidir (10, s.53-55). Məhz bu aspekt-
dən baxanda dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndiril-
məsi prosesi siyasi və praktiki cəhətdən əhəmiyyətlidir. Dövlət qulluqçuları-
nın qiymətləndirilməsində müasir yanaşmalar onların fəaliyyət səmərəliliyi-
nin artırılması məqsədini daşıyır. Fəaliyyət səmərəliliyinin yüksəldilməsinə
təsir edici amillərin müəyyən edilməsi isə müasir dövlət idarəçilik elminin
ən vacib problemlərindən biri hesab olunur.
Dövlət qulluqçularının hüquq və vəzifələrinin onların fəaliyyət səmə-
rəliliklərinə təsiri araşdırması ilə əslində səmərəliliyin dövlət idarəçiliyi
üçün nə qədər vacib olduğunun vurğulanması məqsədi daşıyır (3, s. 329).
Bu əsas məqsədə uyğun olaraq günümüzdə ən vacib resurs hesab olunan in-
san resursunun səmərəliliyi məsələlərinə diqqət edilmişdir. Çünki, hər bir iş-
çisinin məhsuldar fəaliyyəti təşkilatın ümumi məhsuldarlığının yüksəlməsi-
nə səbəb olur (9, s.6). Bunu nəzərə alaraq araşdırmamızda dövlət idarəetmə
sisteminin əsas insan resursu olan dövlət qulluqçularının hüquqlarının, vəzi-
fələrinin və onlara qoyulan məhdudiyyətlərin fəaliyyət səmərəliliyinə təsiri
əsas hipoteza (fərziyyə) olaraq qəbul edilmişdir.
Ümumiyyətlə səmərəli idarəçilik anlayışı, dövlət idarəetmə sisteminin
özünəməxsus prinsip və xüsusiyyətlərinə görə lazımi səviyyədə öyrənilmə-
mişdir. Amma elmin sürətlə inkişaf etdiyi günümüzdə dövlətə nəyi, necə, nə
vaxt, nə qədər və kim tərəfindən sualları ünvanlayan cəmiyyətə və yaxud
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 102 -
ictimaiyyətə onun tələblərinə uyğun yəni qənaətedici cavabların verilməsi
üçün dövlət səmərəli, təsir gücünə malik, məsuliyyətli, iqtisadi cəhətdən
faydalı, şəffaf və hesab verəbilən olmalıdır.
Fərdi səmərəlilik (məhsuldarlıq) deyəndə ilk ağla gələn dövlət qulluq-
çularının hüquqi statusudur. Dövlət qulluqçuları vəzifələrini əvvəlcədən mü-
əyyən olunmuş qaydalar çərçivəsində həyata keçirir və dövlətin ən çox eti-
bar etdiyi işçilərdir. Ancaq bu etibardan sui istifadə edilməməli, onların sə-
mərəli fəaliyyətinə mənfi təsir göstərməməlidir. Bu aspektdən baxanda sə-
mərəliliyin ölçülməsi real olmalıdır. Dövlət qulluqçularının vəzifədə irəli
çəkilməsi, əmək haqqının artırılması, mükafatlandırılması və ya cəzalandı-
rılması onların səmərəli fəaliyyət dərəcəsinə görə müəyyən olunmalıdır. Öl-
kəmizdə dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin müəyyən edilmə-
sində tutulan vəzifənin tələb etdiyi xüsusiyyətlərdən çox şəxslərin fərdi key-
fiyyətləri əsas götürülür. Araşdırmanın əsas məğzi bu normativ xarakterli
problemin mahiyyəti ilə bağlıdır. Dövlət qulluqçularının qiymətləndirilmə-
sində fəaliyyət səmərəliliyini müəyyən edəcək obyektiv kriteryalar müəy-
yənləşdirilmədiyindən qiymətləndirmə rəhbərlərin şəxsi fikir və təşəbbüsü
əsasında həyata keçirilir (10, s.55). Bu isə öz növbəsində, zənnimizcə, insan
kapitalının xüsusi növü kimi dövlət qulluqçularının fəaliyyətinin təkmilləş-
dirilməsində sistemsizlik və risklər yaradır. Beləliklə tədqiqat real dövlət
qulluğu praktikasında təzahür edən tipik münasibətlər və proseslərin müşa-
hidəsi və qiymətləndirilməsi əsasında dövlət qulluqçularının səmərəliliyinin
artırılmasına təsir edən amillərin sorğu əsasında aşkarlanmasına yönəldilir.
Tədqiqatın əhatə dairəsi – Araşdırmanın əhatə dairəsi dövlət qulluq-
çularıdır. Eyni zamanda “Dövət qulluğu haqqında” Azərbaycan Respublika-
sı qanununda dövlət qulluqçularının hüquqları, vəzifələri və onlara qoyulan
məhdudiyyətlər nəzərə alınmışdır.
Tədqiqatın hipotezləri – Əsas iki hipotez irəli sürülmüşdür.
Hipotez 1: Hüquqlar, dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin
artırılmasında əsas rol oynayır, yəni onların əməli hüquqlarının daha dolğun
təmin edilməsi peşə və şəxsiyyət potensialının güclənməsi vasitəsilə qulluq-
da əmək məhsuldarlığının və ümumən inzibatçılığın səmərəliliyinin artırıl-
masına gətirib çıxarır;
Dostları ilə paylaş: |