Müasir dövrdə orta ixtisas təhsili sis- temində tətbiq olunan vacib məsələlərin ən



Yüklə 101,27 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix23.12.2023
ölçüsü101,27 Kb.
#157050
  1   2   3   4   5   6
Mammad Kazimov1



57
Müasir dövrdə orta ixtisas təhsili sis-
temində tətbiq olunan vacib məsələlərin ən
başlıcası təlimin keyfiyyətinin yüksəl-
dilməsi və mütəxəssis hazırlığında innovativ
texnologiyaların tətbiqi məqsədilə həyata
keçirilən tədbirlərdir. Belə tədbirlərdən biri
də tədrisdə inteqrativ təlim üsullarından
istifadəyə geniş yer verilməsi, kreditli təlim
prosesində fənlərin əlaqəli öyrənilməsi və
fənlərarası inteqrasiyanın yaradılmasıdır.
Təhsildə belə bir təlim üsulunun tətbiq
edilməsi tələbələrdə sərbəst düşünmə və
təhliletmə qabiliyyətini formalaşdırar, yeni
təlim texnologiyalarından istifadə etməyə
meyilliliyi artırar, öyrəndiyi elm sahəsindən
düzgün nəticə çıxarmağa və təlimdə
səriştəlilik qabiliyyətini inkişaf etdirməyə
müsbət təsir göstərər. Göstərilənləri tədris
prosesində həyata keçirmək üçün təhsil stan-
dartlarının və kurikulumun tələblərindən
düzgün istifadə edilməsi vacib məsələdir.
Bu tələblərin yerinə yetirilməsi nəticə-
yönümlü təhsilin inkişafına müsbət təsir
göstərməklə, şəxsiyyətin formalaşmasına və
müəllim hazırlığının keyfiyyətinin yüksəl-
dilməsinə zəmin yaratmaqla fənlərin in-
teqrativ şəkildə öyrənilməsinin zəruri olma-
sını ön plana çəkər. Təlimin keyfiyyətinin
yüksəldilməsi haqqında “Azərbaycan Res-
publikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” proqramında da ətraflı veril-
mişdir. Bu konseptual sənəddə göstərilir ki,
təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə
alan innovativ təlim metodları və texnologi-
yaları vasitəsilə təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edə bilən
yüksəknüfuzlu təhsilverənlərin peşə
səriştəliliyi və pedaqoji ustalığı təmin olun-
malıdır. Bu zaman təhsil sahəsində olan
beynəlxalq təcrübə və meyarlardan istifadə
olunmasına geniş yer verilməlidir. Beynəl-
xalq təcrübələri nəzərə alaraq müəllim hazır-
lığı zamanı texnologiya fənninin tədrisi
prosesində onun digər fənlərlə və yaxud bu
fənn daxilində olan uyğun mövzuların
əlaqəli öyrənilməsi və inteqrativ təliminin
qurulması zamanı problemlərin nəzərə alın-
ması, onun həlli həmişə ön plana
çəkilməlidir (1, 2, 3).
Fənlərin əlaqəli, yəni inteqrativ
təlimi prosesi zamanı tələbələrin məntiqi
təfəkkürünün inkişafında biri-birinə yaxın
olan fənlərin və fəndaxili mövzuların
dərindən öyrənilməsi kompleks yanaşmanın
əsasını təşkil edir. Bu proses kreditli təlimdə
özünü daha aydın şəkildə büruzə verir.

Yüklə 101,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə