Fəlsəfi Diskurs
- 157 -
insan həyatının bu qəbilli məqamlarını ümumiləşdirmişik. İlk baxışda bu su-
alın qoyuluşu paradoksal görünə bilər, çünkı düşünülə bilər ki, şüura malik
olan yeganə varlıq kimi insanın həyatı da şüurlu olmalıdır. Amma bir az tə-
fərrüata varmış olsaq məsələnin başqa tərəfləri görüntüyə gəlmiş olur. Belə
ki, yuxarıda da qeyd etdiyimiz kimi, “şüursuz” deyərkən biz, əsla, şüurdan
məhrum olan varliq kimi insan nəzərdə tutmuruq. Şüursuz insanmı olar, əl-
bəttə ki, yox. Məsələ burasındadır ki, şüurlu olmaq hələ şüurlu həyat yaşa-
maq demək deyil. Bir şeyin var olması və ondan hansı ölçüdə və səviyyədə
istifadə olunması və ya olunmaması başqa-başqa şeylərdir. Şüur Allahın in-
san övladına bəxş etdiyi ən ali məziyyətlərdən birincisidir. Əsas məsələ on-
dan ibarətdir ki, insan öz gündəlik həyatında şüurdan hansı dərəcədə istifadə
edir. Fikrimizi aydınlaşdırmaqdan ötrü belə bir analogiya aparaq: təsəvvür
edək ki, bir insanın kifayət qədər pulu var. Bununla yanaşı həmin insan cə-
miyyətdə elə bir statusa malikdir ki, onun demək olar ki, puldan istifadə et-
məyə sadəcə olaraq, ehtiyacı yoxdur. Başqa sözlə desək, həmin insan öz eh-
tiyaclarını həmin statusun ona verdiyi imkanlar daxilində hazır şəkildə ödə-
yir və bununla da pulu çox xərcləməyə ehtiyacı olmur. Beləliklə də, pul bir-
başa təyinatı olan funksiyasını yerinə yetirməmiş olur. Biz bu halda deyə
bilmərik ki, həmin insanın pulu yoxdur. Əlbəttə ki, yox, onun pulu var am-
ma məsələ puldan hansı ölçüdə istifadə edilməsindədir.
İndi isə bizim insanın şüursuz həyatı anlayışı altında nəzərdə tutduğu-
muz bəzi məqamlara toxunaq: Cəmiyyətə nəzər saldığımızda vaxtilə, guya “
ağıllı insanı” yaratmış olan cəmiyyətin (!) bu gün “ mexaniki insanı” forma-
laşdırdığını görürük. Bəli, elm və texnologiyanın sürətli inkişafı fonunda
formalaşan və getdikcə insandan daha çox robotlaşmağa doğru gedən insan-
lıq... Cəmiyyət öz inkişafında elə bir mərhələyə qədəm qoymuşdur ki, bu
mərhələdə insanların çoxu sanki, düşünməyə o qədər də ehtiyac hiss etmə-
yəcək vəziyyətə gəlib çatır, onların müasirlik və inkişaf, azadlıq adı altında
beyinləri doldurulur, şüurları kütləşdirilir, fərdlər yeyən, içən, robot kimi iş-
ləyən, fizioloji və bioloji ehtiyaclarını ödəmək üçün məsuliyyətsiz canlılara
çevrilir. Bütün bunların nəticəsində isə insanlar daha böyük ölçüdə implika-
tiv (əgər... onda...) münasibətlər sistemində yaşamağa məcbur olurlar. Belə-
liklə də, əksər insanların həyatının böyük bir qismini şüurdan kənar, şüurla
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 158 -
tənzimlənməyən, özlərinin də səbəbini izah edə bilmədikləri davranış və
mexaniki hərəkətlər kompleksi əhatə edir. Sanki, insan həyatında yalnız “
ilk dəfələri” düşünür – ilk dəfə işə girən zaman məqsəd müəyyənləşərkən,
ilk dəfə harasa gedərkən, ilk dəfə hər hansı bir kompyuter proqramı ilə tanış
olarkən, ali məktəbə qəbul olarkən, hətta ilk dəfə oxuyarkən, çünki sonra isə
düşündü-düşünmədi materalı əzbərləmək məcburiyyətində qalan şagird, ar-
tıq düşünməyə də ehtiyac hiss etmir, onsuzda cavabını bilmədiyi testin cava-
bını hazır şəkildə kitablarda tapacaq və s. (və onu da qeyd edək ki, insanın
həyatında təkrarlar hər zaman “ilk dəfələr”-dən çoxdur), sonra isə bəhs etdi-
yimiz və uzunçuluq olmasın deyə bəhs etmədiyimiz bu qəbilli hərəkətlərin
ard-arda təkrarından ibarət olan bir həyat tərzi... Məsələn, gününün böyük
bir hissəsini sükan arxasında keçirən sürücünün, ali məktəbə qəbul olmaq is-
təyən və proqramda nəzərdə tutulan materialı əzbərləməklə məşğul olan abi-
turiyentin, ali məktəbdə müəllimin dediyini əzbərləyib ona qaytaran tələbə-
nin, mühazirəni dəfələrlə demək nəticəsində onu belə demək caizsə, qeyri-
ixtiyari şəkildə, düşünmədən təkrar-təkrar tələbəyə oxuyan və bu zaman ha-
rada qaldığını belə unudan və tələbələrin xatırlatması ilə davam edən müəl-
limin, hər hansı bir ideologiyaya qulluq edən yaxud buna məcbur olan və bu
səbəbdən də öz düşüncəsini ifadə edə bilməyən, dolanmaq üçün sifarişləri
yerinə yetirməyə məcbur olan elm adamının, iş yerində müəyyən norma və
qadağalar çərçivəsində işləməyə məcbur olan və bu səbəbdən də düşüncəsi-
ni, fikirlərini dilə gətirə bilməyən, istəmədiyi halda həmin normalara uyğun
hərəkət etməyə, o cür davranmağa sadəcə məcbur olan işçilərin, önlərinə
başqaları tərəfində seçimlər qoyulan və bunlardan birini seçib reallaşdırma-
ğa məcbur buraxılan (çox vaxt bu seçimlər həyati əhəmiyyət daşıyır və onun
nəticələri insanı bütün yaşamında əhatə edir) insanların, sevgisi uğrunda ağ-
lasığmaz hərəkətlər edən insanın, bütün ömrünü dini həyat yaşadığını zənn
edən, amma dinlə bağlı oxuduqlarını düşünməyən, sadəcə, düşüncəsiz, id-
raksız, fanatikcəsinə inanan ( halbuki, İslam dini ağıl, idrak, düşüncə dinidir.
Quranda deyilir: “Allah Öz ayələrini (hökmlərini) bu qaydada aydınlaşdırır
ki, düşünüb anlayasınız (əqlinizə batsin)”. Bəqərə, 242) və bu səbəbdən də
özlərinin belə xəbərləri olmadan müxtəlif təsir dairələrinə düşən və çeşidli
Fəlsəfi Diskurs
- 159 -
bəlalara səbəb olan insanların həyatlarının bəhs etdiyimiz məqamlarını necə
şüurlu adlandırmaq olar?
Fikrimizi daha aydın izah etmək üçün yuxarıda ümumi şəkildə söylə-
diklərimizə əlavə olaraq, bir də insanın bir gününə nəzər salmaq kifayətdir,
çünki insan həyatı günlərdən ibarətdir. Hər bir insan gündə ən az 7-8 saatlıq
yuxu normasını yatır (aşağı və yuxarı istisnaları inkar etmirik), təbii ki, bu
faktın özü şüurlu deyil. Əlavə olaraq işə gedib-gəlməyə (dərsə və yaxud
başqa bir yerə də ola bilər), yeməklərə və sonrasına, əksər insanların televi-
ziya qarşısında keçirdikləri və digər bu kimi zaman dilimləri... topladıqda
az-çox sağa-sola sapmalarla 13-15 saata yaxınlaşır. Qeyd etdiyimiz bu hərə-
kətləri edərkən isə əksər insanların beyinlərində böyük ölçüdə etdiyi hərə-
kətlə bağlı olmayan fikirlər “burulğanı” baş verir. Fikrimizcə, bütün bunları
şüurlu hərəkətlər adlandırmaq olmaz. Onlar olsa-olsa mexaniki xarakterli
hərəkətlərdir. Müxtəlif insan qruplarının həyatlarının müxtəlif dövrləri üçün
bu qəbilli misalların sayını artırmaq da olar, çünki əksər insanların həyatın-
da bu kimi hərəkət və davranışlar üstünlük təşkil edir. Amma hesab edirik
ki, fikrimizi aydınlaşdırmaq üçün bu qədəri də kafidir. Üstəlik onu da əlavə
edək ki, hər bir insanın həyatında müəyyən dövr var ki, (uşaqların oyun və
öyrənmə dövrü) onu, ümumiyyətlə, şüurlu adlandıra bilmərik. Bundan əla-
və, insan öz fikrini, düşüncələrini dil, nitq vasitəsilə ifadə edir və bu akt şü-
urlu hesab olunur. Amma bəzən insan başqası ilə danışarkən, hətta elmi
konfranslar, müzakirələr zamanı onun fikri özü də anlamadan elə yerlərə
“səyahət edir”, insan beyni elə fikirlərlə məşğul olur ki, buna insan özü də
heyrət edir. Nəticədə, nəyi danışıb-danışmadığını və ya necə danışdığını du-
manlı xatırlayır, bəzən də heç xatırlamır. Lakin digərlərinin alqışından və tə-
rifindən aydın olur ki, az-çox xatırlasa belə danışmalı olduğunu danışıb...
Söylədiklərimizlə bağlı bir məqamı da vurğulamağı vacib sayırıq ki,
insanın bir şeyi düşünməsi hələ kifayət deyildir, çunki insan yalnız düşüncə,
təfəkkür, fikir aləmində yaşamır. Əsas məsələ düşünülən şeyin (hərəkət,
davranış, seçım və s.) real həyata tətbiqidir. Və bu zaman iradə çox şeyi həll
etmiş olur. Bu mənada deyə bilərik ki, şüurlu həyatı daha çox iradəsi güclü
olan, nəfsinin və maddiyyatın fövqündə dayanmağı bacaran insanlar yaşa-
yırlar. Məsələn, bir insan hər hansı bir zərərli vərdişin (siqaret, narko-
Dostları ilə paylaş: |