Tətbiqi sosiologiya
- 103 -
Hipotez 2: Vəzifələr və xüsusilə məhdudiyyətlər, dövlət qulluqçuları-
nın səmərəliliyinin azalmasında mühüm rol oynayır (burada söhbət səlahiy-
yətlərlə və resurslarla tam təmin olunmamış vəzifələr və suni şəkildə təyin
edilmiş məhdudiyyətlərdən gedir).
Araşdırmanın əsasını təşkil edən bu hipotezlərlə birlikdə ikinci dərəcə-
li hipotezləridə müəyyənləşdirə bilərik. Araşdırma ərəfəsində respondentlərə
verilən suallar çərçivəsində müəyyənləşdirilən ikinci dərəcəli hipotezlər
bunlardır (3, s. 331).
1.
Dövlət qulluqçularının hüquqlarını bilmələri onların müvəffəqiy-
yət dərəcəsinə təsir edir.
2.
Dövlət idarələrində bərabərlik, ləyaqət, tərəfsizlik və karyera prin-
siplərinin həyata keçirilməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsi-
nə təsir edir.
3.
İş yerində vəzifə təlimatına uyğun davranılması dövlət qulluqçula-
rının müvəffəqiyyət dərəcəsinə təsir edir (yəni həmin müvəffəqiyyət dərəcə-
sinin yüksəldilməsinin zəruri lakin kifayət olmayan şərtidir).
4.
Xidməti vəzifəyə uyğun əlavə təhsilin alınması və ya təhsilin artı-
rılması dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə fərqli dərəcədə
müsbət təsir edir.
5.
Sosyal güzəştlər (səhiyyə, təhsil, istirahət, mənzil təminatı) dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə müsbət təsir edir.
6.
Vəzifədə irəli çəkilmə dövlət qulluqçularının müvəffəqiyyət dərə-
cəsinə təsir edir, lakin bunu şərtləndirən amil qulluqçunun insan kapitalının
artırılmasını təmin edən əlavə peşə təhsilinin (ixtisasartırma, stajkeçmə və
s.) səmərəli sistemi fəaliyyət göstərməlidir.
7.
İşin nəticələrinin hərtərəfli obyektiv qiymətləndirilməsi sisteminin
fəaliyyət göstərməsi, dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə müs-
bət təsir edir.
8.
Yaxşı və çox işlədiyində mükafatlandırılacağı düşüncəsi dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir, bununla belə dövlət qul-
luqçularının peşəkar şüurunda sağlam rəqabət və əməli əməkdaşlıq, qarşılıq-
lı yardım amillərinin nəzərə alınacağı təsəvvürləri əhəmiyyətlidir.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 104 -
9.
İşlə əlaqədar məsələlərdə iyerarxik tabeçilik əsasında rəhbərlə
məsləhətləşmə dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir.
10.
Tənqid və şikayətlərin qiymətləndirilməsi dövlət qulluqçularının
müvəffəqiyyət dərəcəsinə təsir edir.
11.
İş şəraitinin uyğunluğu, işlə əlaqədar vasitələrin təminatı dövlət
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir.
12.
Rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər ver-
məsi onların müvəffəqiyyət dərəcəsinə təsir edir.
13.
Əmək haqqı dövlət qulluqçuların və onların ailələrinin yaşayış
minimumunu təmin etməklə digər sadalanan amillərin müvəffəqiyyət dərə-
cəsinə təsirinin kontekstini təşkil edir.
14.
Dövlət qulluqçularının öz vəzifələrini bilmələri onların müvəffə-
qiyyət dərəcəsinə təsir edir.
15.
Dövlət qulluqçularının səlahiyyət və məsuliyyətinin ifratlığı
onların müvəffəqiyyət dərəcəsinə əsasən mənfi təsir edir.
16.
İfrat rəsmiyyətçilik və bürokratizm dövlət qulluqçularının mü-
vəffəqiyyət dərəcəsinə təsir edir.
Tədqiqatın model çərçivələri və əsas məhdudiyyətlər – Tədqiqatın
ölkədə ilk dəfə keçirilməsini nəzərə alaraq, onun təşəbbüs və axtarış xarak-
teri daşımasını qeyd etmək vacibdir. Bu baxımdan müxtəlif kateqoriyalı
dövlət qulluqçuları sırasında yalnız bölmə rəhbərləri, müavinləri, məsləhət-
çilər və mütəxəssislərin (orta və aşağı səviyyə peşəkar qulluqçular) həmçi-
nin bütövlükdə dövlət qulluğu sisteminin tam çoxpilləli reprezentativ mode-
li deyil, tipik təmsilçilik modelinə üstünlük verilmişdir. Eyni zamanda xüsu-
si insan kapitalı növü kimi dövlət qulluqçularının bir neçə il içində əhatəli
tədqiqinin təmin edilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd olunan hipotezlər çərçivəsində daha doğrusu xüsusi in-
san kapitalının xüsusi növü kimi dövlət qulluqçularının fəaliyyət səmərəlili-
yinin qiymətləndirilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarında işləyən
120 dövlət qulluqçusuna 54 sualdan ibarət sorğu anketi təqdim edilmiş və
verilən cavablar əsasında SPSS (Sosial Araşdırmalar Statistik Paket Proqra-
mı) vasitəsi ilə sorğunun nəticələri qruplaşdırılmışdır.
Tətbiqi sosiologiya
Sorğu iştirakçılarının cinsiyyətlərinə görə nisbəti
Aşağıdakı cədvəldən göründüyü kimi sorğu anketinin doldurulmasın-
da iştirak edən 120 dövlət qulluqçusundan 101-i kişi 19-u isə qadındır. 2010
cu ilin statistik göstəricilərinə nəzər saldığımız zaman görürük ki, respublika
üzrə 28 648 dövlət qulluqçusundan 8115-i qadınlardır (6, s.16-18). Nəzərə
alsak ki, qadınların respublikanın ictimai siyasi həyatında rolunun artdığını
nəzərə alsaq görərik ki, dövlət qulluğu sistemində də qadınların sayı gün-
dən-günə artmaqdadır. Eyni zamanda apardığımız emprik araşdırmalardan
və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələ-
ləri üzrə Komissiyanın 2010-cu il üzrə müxtəlif tarixlərdə elan edilmiş mü-
sabiqələrin ali məktəblər üzrə təhlilindən aydın olmuşdur ki, dövlət qul-
luğuna qəbul üçün müraciət edənlərdən 40%-i qadınlardır(1). Dövlət qullu-
ğunun qadınlar üçün cəlbediciliyinin əsas səbəblərindən biri rahat iş şəraiti
və verilən əmək haqqının onlar üçün qənaətedici olmasıdır.
Cinsiyyət Tezlik
%
Cəmi %
1.
Kişi
2.
Qadın
Cəmi
101
19
120
84,1
15,9
100
84,1
100
1.
Sorğu iştirakçılarının yaşlarına görə nisbəti.
Sorğuda iştirak edənlərin yaşlarına görə nisbətinə baxanda aydın olur
ki, 120 dövlət qulluqçusundan 28-inin (23,3%) 25-30 yaşlar arasında, işti-
rakçılardan ən çox (75) dövlət qulluqçusunun (62,5%) 31-36 yaşlar arasın-
- 105 -
Dostları ilə paylaş: |