Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
mək mümkündür. Eyni zamanda 120 respondentdən sadəcə 13-ünün öz
mövcud işini perspektivli olaraq qiymətləndirməsi onun göstəricisidir ki,
dövlət qulluğu sistemimizdə karyera sisteminə söykənən vəzifədə irəli çəkil-
mənin şəffaf həyata keçirilməsinə inam azdır.
8.
Sorğu iştirakçılarının vətəndaşlarla münasibətdə tutduğu mövqe.
Anket sorğusunda iştirak edən 120 respondentdən vətəndaşa qarşı
özünüzü hansı mövqedə görürsünüz? sualına 38 dövlət qulluqçusu (31,7 %)
idarəedən, 24 dövlət qulluqçusu (20%) istiqamətləndirici, 12 dövlət qulluq-
çusu (10,0 %) nizamlayıcı, 35 dövlət qulluqçusu (29,2%) xidmət edən, 11
dövlət qulluqçusu (9,1 %) istehsalçı kimi cavab veriblər. Burada nəzərimizi
cəlb edən 120 dövlət qulluqçusundan sadəcə 35-nin özünü vətəndaşlarla
münasibətdə xidmət edən mövqeyində görməsidir. Halbuki dövlətin vətən-
daş üçün var olduğu teoriyasından hərəkətlə heç olmasa respondentlərdən
80 %-nin özünü vətəndaşlarla münasibətdə xidmət edən statusunda görməli
idi. Bu da, zənnimizcə, yeni müstəqillik əldə edən respublikamızda dövlət
qulluqçuları ilə vətəndaş arasında münasibətlərin hələ ki, istənilən səviyyədə
formalaşmamasından irəli gəlir.
9.
Sorğu iştirakçılarının idarələrində işləyənlərlə əlaqədar fikirləri
- 110 -
Tətbiqi sosiologiya
Anket sorğusunda iştirak edən 120 respondentdən idarənizdə işləyən-
ləri necə xarakterizə edə bilərsiniz? sualına 37 dövlət qulluqçusu (30,8 %)
işçilər əxlaqi dəyərlərə önəm verirlər, 55 dövlət qulluqçusu (45,9 %) sadəcə
vəzifə tapşırıqlarını yerinə yetirirlər, 21 dövlət qulluqçusu (17,5 %) şəxsi
mənfəətini ictimai mənfəətdən üstün tutan işçilərə rast gəlinir, 7 dövlət qul-
luqçusu (5,8%) işçilərin davranış və münasibətləri rəhbərdən asılı olduğu
qənaətinə gəliblər.
10.
Sorğu iştirakçılarının qabiliyyət, yeni fikir irəlisürmə, problem
həll etmə qabiliyyətləri ilə əlaqədar düşüncələri
Anket sorğusunda iştirak edən 120 respondentdən fəaliyyətinizdə ya-
radıcısızmı, yeni fikir irəlisürmə, problem həll etmə qabiliyyətinə sahibsi-
nizmi? sualına 87 dövlət qulluqçusu (72,5 %) sadəcə verilən tapşırıqları ye-
rinə yetirirəm, 13 dövlət qulluqçusu (10,8 %) çalışıram yaradıcı və ya təşəb-
büskar olum, 3 dövlət qulluqçusu (2,5 %) işin xarakteri bunu tələb etmir, 17
dövlət qulluqçusu (14,2%) özümü yaradıcı hesab edirəm, amma işimdə bu-
nu tətbiq etmirəm kimi cavab veriblər. Burada qeyd etməliyik ki, 120 dövlət
qulluqçusundan 87-nin sadəcə verilən tapşırıqları yerinə yetirmək üçün bu
vəzifədə işlədiklərini qeyd etmələri dövlət qulluğu sistemimizdə monoton
idarəçilik qaydalarının hakim olduğunun göstəricisidir. Halbuki səmərəli
dövlət idarəçiliyinin əsas aktorları hesab olunan dövlət qulluqçularının və-
təndaşa daha effektli və çevik xidmət göstərməsi üçün yaradıcı qabiliyyətə
sahib olması şərtdir (8, s.58-80). Günümüzdə yeni idarəçilik (new govern-
ment və ya governance), dövlətin vəzifə və səlahiyyətlərinin yenidən forma-
laşdırılması kimi yeni elmi idarəetmə teoriyaları bunu şərtləndirir.
- 111 -
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
11. Sorğu iştirakçılarının hüquqlarını bilmə dərəcəsi.
Dövlət qulluqçularına Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən olunan hüquqların, onların fəaliyyət səmərəliliyinə müsbət
təsiri ilə əlaqədar əsas hipotezimizi test etmək üçün iştirakçılara bu hüquqla-
rını bilib bilmədikləri ilə əlaqədar sual ünvanlanmışdır. Aşağıdakı cədvəldən
aydın göründüyü kimi iştirakçıların 90%-i hüquqlarını qismən, çoxunu və
ya hamısını bilir. Bu vəziyyət hipotezimizin doğruluğunu təsdiq edir və hə-
yata keçirdiyimiz sorğunun güvənli olduğunun isbatıdır. Amma bu o demək
deyil ki, dövlət qulluqçuları bu hüquqlardan istənilən səviyyədə və istənilən
vaxt istifadə etmə imkanlarına sahibdirlər.
12. Sorğu iştirakçılarının hüquqlarının onların səmərəli
fəaliyyətlərinə təsiri
Aşağıdakı qrafikdən dövlət qulluqçularına Azərbaycan Respublikası-
nın qanunvericilik aktları ilə müəyyən olunan hüquqların, onların fəaliyyət
səmərəliliyinə 96,6 % müsbət təsirinin olduğu anlaşılır. Belə ki, respondent-
lərimizdən sadəcə 4 nəfər mənfi rəy bildirmiş, 25 nəfər müəyyən qədər təsiri
olduğunu, 91 nəfər isə çox təsiri olduğunu qeyd etmişdir. Bu göstərici də,
- 112 -
Tətbiqi sosiologiya
yenə hipotezlərimizi təsdiq edir.
13. Sorğu iştirakçılarının vəzifə və səlahiyyətlərini bilmə dərəcəsi
Dövlət qulluqçularına Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlərin (burada söh-
bət səlahiyyətlərlə və resurslarla tam təmin olunmamış vəzifələr və suni şə-
kildə təyin edilmiş məhdudiyyətlərdən gedir), onların fəaliyyət səmərəliliyi-
nə mənfi təsiri ilə əlaqədar əsas hipotezimizi test etmək üçün iştirakçılara bu
vəzifə, səlahiyyət və məhdudiyyətlərin nədən ibarət olduğunu bilib bilmə-
dikləri ilə əlaqədar sual ünvanlanmışdır. Aşağıdakı cədvəldən aydın görün-
düyü kimi iştirakçıların 99%-i vəzifə, səlahiyyət və məhdudiyyətlərin nədən
ibarət olduğunu qismən, çoxunu və ya hamısını bilir. Bu vəziyyət hipotezi-
mizin doğruluğunu təsdiq edir və həyata keçirdiyimiz sorğunun güvənli
olduğunun isbatıdır.
14. Vəzifə, səlahiyyət və məsuliyyətin çoxluğunun fəaliyyət
səmərəliliyinə təsiri
- 113 -
Dostları ilə paylaş: |