Elmi-fəlsəfi həyat
- 139 -
böyük filosof varsa, o qədər də fəlsəfə var. Bir var onların ətrafında fırlanan,
ona şərhlər yazan, dissertasiya müdafiə edən adamlar, fəlsəfə professorları
var, tədris edənlər var. Yeni fəlsəfə gərək təzədən əkilsin, sıfırdan başlasın.
Bu hansı torpaqda bitməlidir? O torpaqdakı onlar bitirmişdi, yenə həmən
şey çıxacaq. Sənin torpağında, sənin mühitində bitməlidir, sənin milli ru-
hunda, düşüncəndə bu hələ bar verməyib, bax bu öz məhsulunu gözləyir.
Bizim millət də öz fəlsəfəsini ortaya qoymalıdır. Öz milli ruhu üzərində qur-
malıdır bu fəlsəfəni. Ona görə də, problemlərə sıfırdan yanaşmağı öyrənmək
lazımdır. Vacibdir, təbii, sənə qədər yazılanları oxuyasan. Bu sənin üçün bir
postament olmalıdır, bu heykəlin özü olmalı deyil. Amma o quracağın şey
sıfırdan başlanılmalıdır. Bu mənada mən sizə sıfırdan başlayıb düşünmək
vərdişini aşılayıram. Problemi qoymaq və onu yaşamaq. Yaşandıqdan sonra,
o içinizdə öz-özünə inkişaf edəcək. Bir də görəcəksiz ki, yeni suallar çıxdı,
yeni cavablar gəldi və proses getdi. Və bu məqamda sən fəlsəfi düşünməyə
başlayacaqsan. Buna qədər sən fəlsəfi bilikləri sadəcə mənimsəyirsən, öyrə-
nirsən, yadda saxlayırsan olan şeyləri, başqalarının fikirlərini. Sənin özünün
yaradacağın o zaman mümkündür ki, onu sən özün əkibsən.
Hamıya təşəkkür edirəm.
Prof. S. Xəlilovun “İctimai tərəqqidə maarifçilik məqamı”
mövzusunda elmi-fəlsəfi seminarda çıxışı
Oktyabr ayının 29-da Fəlsəfə Dünyasında “İctimai tərəqqidə maarif-
çilik məqamı” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.
Tanınmış alimlə-
rin, aspirant və tələbələrin iştirak etdiyi seminarı giriş sözü ilə Prof. Dr.
Səlahəddin Xəlilov açdı.
S.Xəlilov: Maarifçilik dövrü tarixdə çox böyük bir iz buraxmışdır.
Maarifçiliyin başlıca məqsədi ayrı-ayrı fərdləri deyil, cəmiyyətin ümumi in-
kişaf səviyyəsini yüksəltmək olmuşdur. Əgər Avropanın indiki inkişaf sə-
viyyəsinə nəzər salsaq, onda onun nəyin hesabına bu səviyyəyə gəlib çıxdığı
aydın olar. Bugünkü Avropanın kökləri məhz maarifçilərin rasionalizmə
inamı, alman klassik fəlsəfəsinin töhfələri üzərində, sağlam mənəviyyat və
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 140 -
rasionalizm prinsipləri üzərindədir. İndi Avropanı həmin bu səviyyəyə
yüksəltmiş prinsiplər unudulmuşdur. Bu gün Avropada kütləvi mə-
nəviyyatsızlaşma və fəlsəfəsizləşmə baş verir. Bizim də ölkəmiz durmadan
inkişaf edir, amma Avropanın XVII əsrdən başlayaraq keçdiyi yolu biz bu
gün tez bir zamanda keçmək istəyirik. Biz cəmiyyətin intellektual potensi-
alının inkişafını, cəmiyyətimizin “torpağının” məhsuldar olmasını, istedad-
ların üzə çıxarılması üçün, hamı üçün bərabər şəraitin yaradılmasını, cəmiy-
yətin bir tam olaraq inkişaf etməsini istəyirik. Bu da təhsilin, KİV-in,
xüsusilə də televiziyanın üzərinə çoxlu vəzifələr qoyur. İqtisadiyyatımızın,
düşüncə tərzimizin sürətli şəkildə dəyişdiyi bir dövrdə qarşımızda çoxlu
sayda çətinliklər yaranır ki, onlardan biri də yol seçimidir: biz xarici təsirlər-
dən təcrid olunaraq özümüzmü inkişaf etməliyik, yoxsa özünəməxsusluğu-
muzu itirərək xarici transferlərin içində itib-batmalıyıq. Hansı yolu seçək:
hazır şəkildəmi qəbul edək, yoxsa özümüz istehsal edək? Üçüncü yol varmı
və əgər varsa, hansıdır? Bir gənc bu gün nə etməlidir, nəyi oxumalıdır, hansı
ixtisası seçməlidir. Bəzi ölkələr, məsələn, M.Qandinin dövründə Hindistan-
da cəmiyyətin özünün inkişafı ideyası təbliğ olunurdu. Bu, ideal bir variant-
dır, amma mümkün deyil, çünki belə olduqda biz velosipedi, mühərriki və s.
yenidən icad etməli olacağıq.
Düzdür, Rusiyada, Amerikada, başqa ölkələrdə dövlət başçımızın gös-
tərişi ilə çoxlu sayda tələbələr oxuyurlar, amma cəmiyyət kütləvi şəkildə in-
kişaf etməsə, bu mütəxəssis də mühitdə məhv olacaqdır. Mühitin yetişməsi
kütləvi şəkildə, ictimai şüurun inkişafı şəklində olmalıdır. Elə məhz buna
görə, Azərbaycan maarifçiliyinin inkişafında “Əkinçi” qəzetinin rolu olduq-
ca böyük olmuşdur. Bəli, maarifçilik üçün KİV, mətbuat olmalıdır. Texno-
logiyaların iş prinsiplərini bilmiriksə, necə işlədək onları? Ərəblər məhz bu
yolla gedir, əcnəbi mütəxəssisləri dəvət edir, texnologiyanı cəmiyyətin
inkişafına yox, əyləncəyə yönəldir. İslam onlara iki ideya vermişdi: Qurani-
Kərim və əqli işlətmək ideyalarını. Bundan başqa, onlara təbii sərvətlər də
verilib. Amma ən böyük sərvət sağlam mənəviyyatdır.
Sonda Fəlsəfi Diskursun qalibləri mükafatlandırıldı, xatirə şəkilləri çəkildi.
Elmi-fəlsəfi həyat
- 141 -
“Fəlsəfə günü”-nə həsr olunmuş
elmi-fəlsəfi seminarda S.Xəlilovun çıxışı
Noyabr ayının 17-də Fəlsəfə Dünyasında “Fəlsəfə günü”-nə həsr
olunmuş elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər,
aspirant və tələbələr iştirak edirdilər.
Seminarı giriş sözü ilə açan Prof. Dr. S.Xəlilov bildirdi ki, bu gün Av-
ropanın ən böyük potensialı olan intellektual, mənəvi potensialı tükənmək-
dədir. Burada sürətlə ruhsuzlaşma gedir. O, uçurum qarşısında durur. Avro-
panı Avropa edən məhz onun yüksək mədəniyyəti, rasionalizmi idi. Həmin
o rasionalizm ki, təməlini R.Dekart qoymuşdu. Dindən ayrılan Avropa nəyə
nail olmuşdusa, Şərqin lazımınca istifadə edə bilmədiyi rasionalizmin gücü
hesabına nail olmuşdu. Rasionalizmin təməli üzərində Avropa öz vətəndaş-
ları üçün rahat güzəran, rifah təmin etdi. Lakin tədricən avropalılarda zəh-
mətsiz, əməksiz maddi rifaha meyllər, mənəviyyatsızlaşma geniş vüsət alır.
Yunanlar deyilənlərə ən bariz nümunədir. Onlar hazıra nazir olmaq, Avropa
xalqları kimi yaşamaq istəyirlər. Halbuki onlar Avropada ən geri qalmış
xalqdır, çünki işləmək istəmirlər. Düzdür, onlar özlərini antik fikrin, antik
sivilizasiyasının varisləri hesab edirlər. Amma onların tarixi kəsilib. Mənim
tarixin kəsilməzliyi prinsipimə görə, onlar antik fəlsəfənin varisləri deyillər.
Misirlilər də piramidanı tikib bununla fəxr edir və turistlərin hesabına yaşa-
maq istəyirlər. Azadlıq ideyasını irəli sürən edən Avropa fəlsəfəsində və ic-
timai şüurunda azadlıq mənəviyyatdan azad olma, instinktlərə yol vermək
kimi başa düşülürdü. Freyd fəlsəfəsinin Avropada meydana gəlməsi də heç
təsadüfi deyil. Bir sözlə, Qərb maddini yüksəltməyi, ruhu azaltmağı tərən-
nüm edirdi. Demoqrafik durum da Qərbdə çox ağırdır. Qadınlar öz qadınlı-
ğından, analıq missiyasından imtina ediblər. Düzdür, Qərb ideoloqları bunu
ört-basdır edirlər. Burada yüksək idealları tərənnüm edən mənəviyyatlı incə-
sənət nümunələri də qalmayıb. Bunu, onların kinofilmlərindən, uşaqlar üçün
multiplikasiya filmlərindən izləmək olar.
İndi Qərb öz gücünü yönəldib o biri ölkələrə. Marksın dövründə istis-
mar ölkə daxilində gedirdisə, başqa səviyyədə. Əvvəllər bu, müharibə yolu
Dostları ilə paylaş: |