Fəlsəfə tarixi
- 25 -
fraqmental sahələrinin təkrar aktuallaşması əlaqənin sadə məzmununu deyil,
yaradıcı fantaziyanı canlandırır. Əslində bu varlığın mahiyyətini təşkil edən,
ona ecazkar məzmun verən poezisdir, sadə və mürəkkəb olmasından asılı
olmayaraq, insan həyatı onun üzərində qurulmuşdur. Ayrı-ayrı fenomenlərin
yaranması kimi qəbul edilməsi də, insanın təfəkkür səviyyəsindən, fərdi psi-
xologiyasından asılıdır. Nəyi isə adlandırmaq ondan əvvəl mövcud olanlara
əsaslanır, lakin bu ilkin ideyanın varlığını sarsıda bilməz. Bütün hallarda ya-
radıcı düşüncə biliyə istinad edir, məntiqə söykənir. Bilik mülahizədənmi,
mülahizə bilikdənmi asılıdır, əgər mülahizə bilikdən doğulursa, idrak apri-
oridən asılı qalır, yox, əgər mülahizədən bilik yaranırsa, demək apriori bir
vasitəyə çevrilir. S.Xəlilova görə “xarici bilik həmişə daxili biliyə adekvat
olur”. Bu fikir E. Hüsserlin “kartezian düşüncəsi”ndəki “fitri ideyaları” kök-
lü şəkildə əsaslandırır. Əslində müasir fenomenoloji düşüncənin mahiyyə-
tində duran “intensionallığın”, yaxud Amerika filosofu K.İ.Luisin dediyi
“kvaliyanın” - mentallığın məzmunu ən sadə şəkildə elə bundan ibarətdir
(16, s.107). Fenomenologiyanı, hətta bir anlayış kimi işlətməsək də, əgər
Goethenin “rəng” fenomenini qəbul etsək, o zaman istər-istəməz F.Nitsşe-
nin “fövqəl insan”, A.F.Losevin “təşəkkül”, K.Yunqun fərdi psixikanın ob-
razları üçün müəyyən etdiyi “arxetip”, J.P. Sartrın “ekzistensializm” və baş-
qa məşhur fenomenləri də qəbul etməliyik. Fəlsəfi hermenevtikanın kökləri-
ni fenomenologiya ilə bağlayan Pol Riker (1913—2005) özünə sual verəndə
ki, “son 30 ildə məni daha çox nə məşğul edir?- tərəddüd etmədən cavab ve-
rir ki, analitik fəlsəfədə “intensionallıq” (16, s.107). Biz də düşünürük ki,
“intensionallıq” elə mühüm bir amildir ki, o, nəinki analitik fəlsəfədə, hətta
bütün struktural və tətbiqi sahələrdə də mövcud sferanı yeni əlaqə sferası
kimi təqdim edir. Cari obrazlar yalnız görünənlərin obrazıdır, psixoloji ob-
razdır, görünməyənlərin obrazı genetik əlaqədə fenomenoloji mahiyyət
daşıyır. Fenomenoloji düşüncə baxımından ilkin profenomenlərdəki
entimemalar – nəzərdə tutulanlar, deyilməyənlər diqqətdən qaçmışdır (yu-
nanca “enthymema” - “ağlımda”, “nəzərimdə olan” deməkdir). Fenomeno-
logiya onları genetik əlaqə vasitəsilə yenidən diqqətə gətirir. Ona görə də
müasir dünyada fenomenoloji düşüncə getdikcə daha çox aktuallaşır. Müasir
fenomenoloji düşüncələrin tətbiq sahələrinin genişlənməsi varlığımız kimi,
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 26 -
varlığımız qədər, yoxluğumuzun da həyatımızda böyük önəm daşıması ilə,
“predmetə qayıtmaq” la, ilkin proobrazların mahiyyətinə yenidən dönməklə
əlaqədardır. Əsas məsələ, düşüncədə məhz hansı və necə bir məzmunun,
həm də nə dərəcədə aktuallaşmasıdır. Bizə görünən tərəf əslində həm də,
bizim üçün ayrılan tərəfdir. İlkin ideyadan çıxış etsək də, etməsək də,
metafizik yanaşmada, görmə fenomenindən abstraksiya edilmişlər, yalnız
müqayisədə - appersepsiyada dərk olunur. İncildə deyildiyi kimi; “istək,
olan mala görə məqbuldur”...
E. Hüsserldən fərqli olaraq A.F.Losev (1893-1988) fenomenologiya-
nın mahiyyətini dialektika ilə müqayisədə araşdırmışdır. O, göstərirdi ki,
dialektika ilə fenomenologiya ad məsələsində analoji versiyada çıxış edir.
Hər hansı bir “predmeti ölçmək və ya çəkmək olar, lakin predmet haqqın-
dakı fikri ölçmək yaxud çəkmək” mümkün deyildir (11, s.796). Yəni ki,
həm dialektika, həm də fenomenologiya predmetin görünən tərəfini təqdim
edir, hər iki halda söhbət predmetin üz qabığından gedir. A.F.Losev deyirdi
ki, fenomenologiyada, məsələn, “qələm deyil, qələm haqqındakı bir ideya”
daha önəmlidir, burada söhbət qələmdən deyil, qələm ideyasından gedir. Və
bu ideya hər bir zaman fikrin özündən və onun daşıyıcısı olan predmetdən
nə ilə isə fərqlənir. A.F.Losev məsələnin əsas cəhətini düşüncədəki fərdi
modelləşdirməyə yönəldir.
Elə buna görə də Q. Şpigelberq belə qənaətə gəldi ki, “nə qədər feno-
menoloq varsa, elə o qədər də fenomenologiya vardır”. A.F.Losev sanki mə-
sələnin bu cəhətini də nəzərə almışdı, o, qeyd edirdi ki, “fenomenologiya ilə
məşğul olan adam əgər E. Hüsserlin ardıcılıdırsa o, sözün mənalarından tə-
mizlənmir, fikirdən azad edilmir və o, məzmunun ardınca gedəcəkdir, lakin
onun üçün bütövlük, tamlıq, hissələrin cəmindən ibarətdir”. A.F.Losevə gö-
rə dialektika adda əks olunan hərəkəti təqdim edir, fenomenologiya isə hərə-
kətdən məhrum olan təsviri sahədir. A.F. Losev diskritiv-təsvirçi fenomeno-
logiyanı genetik psixologiyadan asanlıqla fərqləndirir və bizi inandırmağa
çalışır ki, əgər hər hansı bir predmet özünü bizə tanıtdırmaq istəyirsə, onu
fenomen kimi qəbul etmək olar. Lakin diskursiv fenomenologiyanın yalnız
əyani, bəlli tərəfini, yaxud yalnız təsvirçiliyini görmək və onun hərəkətveri-
ci qüvvəsi olan fenomenoloji reduksiyanı qəbul etməmək birtərəfli yanaşma
Fəlsəfə tarixi
- 27 -
idi. “Predmetin mövcudluğunu fakt olaraq qəbul etmək dialektikadır, ondan
bəhs etmək fenomenologiyadır”, – deyən A.F. Losev üçün dialektika “xalis
fikrin” məzmunudur, dialektika konstruksiya, fenomenologiya isə təsvirdir,
yaxud fikri məzmunun statik formasıdır. O, düşünürdü ki, biz dialektikadan
faktların səbəb və nəticə əlaqəsi olan empirik bir sahə kimi bəhs edən zaman
istər-istəməz gəlib fenomenologiyaya çıxırıq. A.F. Losev fenomenologiya
ilə dialektika arasında əsas fərqi bütövlüyün stixiyasına münasibətdə tapırdı,
müəllifə görə fenomenoloji düşüncə ümumi məntiqi nəticəyə istinad etmir,
çünki onun mahiyyətində bütövlüyün, tamlığın inteqrativ məzmunu yoxdur.
A.F. Losevin fenomenoloji düşüncəsi filoloji, təsvirçi ədəbi fikrin sərhədlə-
rinə qədər gəlir, lakin orada ilişib qalır, çünki o idealdan bəhs etdikdə də, re-
al nəticələrə əsaslanır və fenomenologiyanın istinad nöqtəsi olan – “inten-
sionallığın” üzərindən sükutla keçir. A.F. Losev hissələr arasındakı ideal ge-
netik əlaqəni aça bilmir, hansı ki, fenomenologiya məhz bu ideal əlaqələr
üzərində qurulur, burada abstrakt anlayışlar ümumidən ayrılanların müəy-
yən hissəsini, konkret fikirlər isə mövcud faktların ümumiləşdirilmiş təqdi-
matını ifadə edir. Fenomenologiyada təqdim olunan “teqi”- obraz, predme-
tin predmetiv, situativ obrazı deyil, predmet haqqında fikrin obrazıdır. Əgər
hər hansı bir obraz konkret məzmun daşıyırsa, demək orada immanent reak-
tualizasiya getmişdir və həmin reaktualizasiya təkrar nəyi və necə canlandı-
rır? Məsələnin mahiyyəti budur. İdrak çox məharətlə Mütləq ruhdan miras
aldığı hər iki fenomeni bu sahəyə yönəldir. Buna görə də müasir fenomeno-
loji düşüncələrdə “intensionallıq” noumenləri çox asanlıqla fenomenə çevi-
rir və onların fəlsəfi məzmununu izah edə bilir. Fenomenoloji düşüncə idra-
kın və varlığın təqdimatını bütünlüklə “bizim üçün mövcudluq” sferasına
toplayır, diqqəti təfəkkürün və təxəyyülün metamorfozlarına, rasional və
irrasional xüsusiyyətlərə, genetik əlaqələrə yönəldir. Predmetin, əşyanın tam
ifadə olunmayan cəhətlərinin araşdırılması işarələnən mahiyyətdən daha
çox, işarələnməyən, saymadığımız, nəzərə almadığımız cəhətlərin varlığı-
mızda, həyatımızda daha mühüm rol oynadığını göstərir. İnsan varlığının
daxilində və xaricində “funksional muxtariyyət hüququ” əldə etmiş “azad
stimullar” həmişə mövcuddur, onlar çox asanlıqla fəlsəfi təfəkkürdə ontoloji
məzmunlu “mücərrəd stimullar”a çevrilir və varlığın daxilində dünyanın
Dostları ilə paylaş: |