Azərbaycan gənclərİnə müracİət


Əmr BE məruf və nəhy əz münkər



Yüklə 2,35 Mb.
səhifə11/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Əmr BE məruf və nəhy əz münkər

(Yaxşılığa əmr, pİslİyə qadağa)


Qurani-kərimdə buyurulur: “Aranızda yaxşılığa əmr və pisliyə qadağa edən bir camaat olsun. Həqiqətən, onlar nicat tapmışlardır.53 Beləcə, uyğun vəziyyət bütün müsəlman kişi və qadınlara vacib olmuşdur. Təəssüf ki, hazırda bu dini vəzifə arxa plana keçirilmişdir. Hər bir müsəlman bu ilahi vəzifənin dirçəlməsində qüvvəsi qədər çalışmalıdır.

Əmr be məruf və nəhy əz münkər dörd şərt daxilində vacib olur:

1. Əmr be məruf və nəhy əz münkər etmək istəyən şəxs nəzərdə tutduğu adamın vəzifəli olduğu işi tərk etməli olduğunu bilməlidir. Yaxşı və pisi bilməyən kəs üçün əmr və qadağa vacib deyil.

2. İnsan əmr və qadağasının təsirini ehtimal etməlidir. Əgər təsir etməyəcəyini bilsə, bu vəzifə vacib deyil.

3. Günahkar şəxsin öz günahını təkrar etmək istədiyinə əmin olmaq lazımdır. Onun öz günahını təkrar etməyəcəyi güman olunarsa, əmr və nəhy vacib deyil.

4. Əmr və nəhydə bir təhlükə olmamalıdır. İnsan bilsə və ya güman etsə ki, bu işdən onun canına, abır-həyasına və ya malına əhəmiyyətli bir zərər dəyə bilər, əmr və nəhy vacib deyil. Bu işin bəzi möminlərə zərər vuracağı ehtimal olunarsa, o vacib olmaz, bəzən isə haram olar.54



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə