Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə15/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

İmam və şİələrə qayğı


Təbərsi yazır: “Harun ər-Rəşid ona gətirilmiş qiymətli libasları öz vəziri Əli ibn Yəqtinə bağışlayır. Bu libasların arasında xəz və qızılla toxunmuş bir rida da olur. Bu libas padşahların geyiminə oxşayır. Əli ibn Yəqtin bu libasa başqa hədiyyələr də əlavə edərək imam Kazimə (ə) göndərir. İmam həmin ridanı başqa bir adamla Əli ibn Yəqtinə qaytarır və ona göndərdiyi məktubda yazır:”Ridanı saxla və evdən bayıra çıxma. Bir gün lazımın olar.” Əli ibn Yəqtin imamın buyuruğuna görə ridanı saxlayır.

Vaxt ötür, bir gün vəzir öz xidmətçilərindən birinə qəzəblənir, onu işdən kənarlaşdırır. Həmin xidmətçi Harunun yanına gedib deyir: “Əli ibn Yəqtin Musa ibn Cəfərin (imam Kazimin) imamətinə inanır, hər il malının xümsünü ona göndərir. Hətta sizin bağışladığınız ridanı da imama göndərmişdir.” Harun qəzəblənib, vəzirini yanına çağırır və ridanın harada olduğunu soruşur. Əli ibn Yəqtin deyir: “Rida evdədir, onu bir parçaya bükmüşəm. Hər sübh və axşam açıb baxıram, təbərrük kimi öpürəm.” Harun göstəriş verir ki, rida gətirilsin. Vəzir öz xidmətçisinə deyir:” Filan otaqda, filan sandıqda parçaya bükülü rida var. Tez get, onu gətir.” Xidmətçi gedib ridanı gətirir. Harun ridanı ətirlənmiş parçaya bükülü görüb, sakitləşir və deyir: “Onu geri qaytar, daha sənin haqqında heç kəsin pis sözünü qəbul etmərəm.” Sonra Harun öz vəzirinə başqa hədiyyələr də verir. Xəbərçilik edən xidmətçiyə min çubuq vurulması əmr edilir. Amma beş yüz çubuq vurulmamış xidmətçi dünyasını dəyişir.”

Məsum imamlar daim öz ardıcıllarının qayğısına qalmışlar. İmam Mehdi (ə) öz yaxınlarından birinə yazır: “Biz sizin haqqınızda heç vaxt süstlük etmir, sizi unutmuruq. Yoxsa müsibətlər üstünüzə axışar, düşmənlər sizə hakim olardılar.”63


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə