Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə18/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

İlahİ kİtaba ehtİram


İslam maarifində Qurana ehtiram ciddi tövsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. İctimai, elmi və əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Quranla tanışlıq haqqında buyurur: “Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir.”69

Bir rəvayətdə həzrət Peyğəmbər (s) həyatını Quran göstərişləri əsasında qurmayanlar haqqında buyurur: “Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Quran, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət).70 Növbəti hədisdə buyurulur: “Əgər iztirab və fitnələr qaranlıq gecə kütlələri tək sizə hücum etsə, Qurana üz tutun! Çünki Quran şəfaət edər və onun şəfaəti qəbul olar.”71 Bəli, Quranın şəfaəti təsirlidir və qaranlığı işıqlandırar. Bu ilahi kitab insana nifrin də edə bilər və bu nifrin qəbul olar. Quranın nifrininə bu kitabın göstərişlərinə arxa çevirənlər layiqdir.



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə