Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə17/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Quran maarİfİ haqqında


“Gənclərin mağaraya sığınıb, ey Rəbbimiz bizə öz dərgahından mərhəmət qıl və işlərimizi bizim üçün səhmana sal” dedikləri anı xatırla.”64

Qurandan faydalanma


Hər bir ağıllı insan öz istedadlarının çiçəklənməsi üçün düzgün proqrama möhtacdır. Bu proqram sayəsində o öz ilahi və dəyərli məqsədlərinə çatır. Bu zülmət dünyada əsaslı proqramsız səadətə çatmaq mümkünsüzdür. Aləmlərin rəbbi Qurani-kərimi doğru yolu tapmaqda müsəlmanlar üçün proqram kimi tanıtdırır. İnsanlar bu nurani kitabdan istifadə etməklə öz ali məqamlarına çatmalı, dünya və axirətin həqiqi səadətini əldə etməlidir. Bir rəvayətdə İslam Peyğəmbəri (s) buyurmuşdur: “Quran Allahın süfrəsidir, ondan bacardığınız qədər bəhrələnin.”65 Quran elə dəyərli kitabdır ki, insan onun həyatverici göstərişlərinə əməl etməklə qaranlıqdan çıxır, səadət yoluna düzəlir.

Allah-taala bu səmavi gövhər haqqında buyurur: “Allah, Onun lütfünə sığınanları Quranla salamatlıq yollarına yönəldir, öz izni ilə zülmətdən nura çıxarıb, doğru yola istiqamətləndirir.66 Bu şərif ayədə maraqlı bir bildiriş gizlənmişdir: əgər insan Allahın razılığını qazanmaq üçün addım atarsa, Allah bu kitabın işığında ona üç nemət − hidayət, fərdi salamatlıq və ruhi sağlamlıq əta edər. Şübhəsiz ki, ilahi nemətlər müqəddəs ilahi zata təslim olan insanlara nəsib olur. Dünyada Quran buyuruqlarına əsasən, əməl və rəftar edən insanlar nəticədə onun bərəkətli təsirlərindən faydalanır.

Həzrət Əli (ə) xalqı Qurana əməl etməyə, onun hikmət dolu göstərişlərini hifz etməyə çağırır: ”İstəklərinizi Quran vasitəsi ilə Allahdan diləyin, Quranla dostluqda Allaha üz tutun, Quran vasitəsi ilə bəndələrdən bir şey istəməyin. Bəndənin Allaha yaxınlaşması üçün Qurandan yaxşı vasitə yoxdur. Bilin ki, Quranın şəfaəti qəbul, buyuruğu təsdiqdir. Qiyamətdə Quranın şəfaət etdiyi şəxs bağışlanar, Quranın şikayət etdiyi şəxs məhkum olar.”67 İmam digər bir hədisdə buyurur: “Quranı öyrənin, ən üstün biliklər ondadır. Onun haqqında düşünün, o, qəlblərin baharıdır. Onun nurunda şəfa axtarın, o, xəstə qəlblərin şəfasıdır.”68

Tanınmış pakistan şairi Əllamə İqbal Lahuri Quranı müsəlmanlıq, insan və dünyanın təkamülü üçün əsas səbəb göstərir:


İstəyirsənsə müsəlman olasan,

Gerçək olmaz diləyin, yoxsa Quran.

Elə ki, dünyaya saldı işığın,

Səhnədən çəkdi keşişlər ayağın.

Açıram qəlbdəki gizli sözümü:

Bir işıqdır, yazı yox, bil düzümü


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə