Azərbaycan gənclərİnə müracİət



Yüklə 2,35 Mb.
səhifə33/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   29   30   31   32   33   34   35   36   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

İstİftaat

(şərİ suallar)


Sual: Zöhr və Əsr (günorta və ikindi) namazlarının vaxtı qürubadək, yoxsa məğrib (şam) azanınadəkdir?

Cavab: Məğrib azanınadək.121


Sual: Əgər bir xəstə zərər qorxusu ilə namazı qiblənin əksinə qılarsa və namazı bitirdikdən sonra əbəs yerə qorxduğunu başa düşərsə, vəzifəsi nədir?

Cavab: Namazı təzələməlidir.122


Sual: Xüms verməyən və xüms ili təyin etməyən kəs həmin pulla aldığı paltarda namaz qıla bilərmi?

Cavab: Xüms düşən və xümsü verilməmiş pul ilə alınan paltarla qılınan namaz batildir və bu libas qəsb olunmuş hökmündədir.123


Sual: Bir şəxs dişlərini təmizləyərkən ağzı murdarlanarsa, namaz qılmaq üçün ağzını suya çəkməlidirmi?

Cavab: Ağızın çölü pak olarsa, namaz düzgündür.124


Sual: Əgər ana, bədəni murdarlanmış uşağı namaz vaxtı qucağına alsa, namazı batildirmi?

Cavab: Əgər uşağın üstündə nəcasət və ya ayıb yeri örtə biləcək murdarlanmış (mütənəccis) libas olmasa, eybi yoxdur.125


Sual: Əgər ata xüms verməsə, onun evində və döşənəcəklərinin üstündə namaz qılmaq olarmı?

Cavab: Əgər evin yerinə və döşənəcəklərə xüms düşdüyü bilinmirsə, namaz qılmağın eybi yoxdur.126


Sual: Əgər namaz möhürünün bir tərəfi çirkli və bir tərəfi qeyri-hamarsa, çirkli tərəfə səcdə etmək düzgündürmü?

Cavab: Saf səthə səcdə etmək vacib deyil, alın ikiriyallıq (pul sikkəsi) qədər möhürə toxunarsa və düzgün səcdə edilərsə, namaz düzgündür.127


Sual: Bəziləri namazda qunut tutarkən əqiq üzüyün qaşını üzüyuxarı çevirirlər. Bu hərəkətin əsası varmı?

Cavab: Bu barədə rəvayət məlum deyil. Amma həzrət Peyğəmbərin (s) buyuruğuna görə, əqiqə baxmaq bəyənilən işdir.128


Sual: Bir şəxs neçə illər namaz qıldıqdan sonra başa düşüb ki, namazları səhv qılıb. Namazlarının qəzasını qılmalıdırmı?

Cavab: Əgər öyrənib düzgün qıla biləcəyi halda tənbəllik edib səhv qılmışsa, onları təzələməlidir.129


Sual: Bir şəxs günortanın əvvəlində vətənində namazını qılmayıb, səfərə çıxmışdır. Hər hansı səbəbdən səfərdə olduğu vaxt da namazını qılmayıb qəzaya vermişdir. Vətənə qayıtdıqdan sonra həmin namazı tam, yoxsa şikəstə (yarı) qılmalıdır?

Cavab: Namaz səfərdə qəzaya getdiyi üçün şikəstə qılınacaq.130


Sual: Meyit namazının qəzası üçün qadın əcir (muzdla qılan) edilə bilərmi?

Cavab: Əgər qadın qiraət və namaz məsələrini (namazın nə vaxt batil olduğunu) bilsə, qadınlıq hüquq və vəzifələri ilə zidd olmasa, bu namazları qıla bilər.131


Sual: Məkkə və Mədinədə, xüsusi ilə Məscidül-həram və Məscidün-nəbidə sünnə əhlinə iqtida edərkən möhür qoymaq lazımdır, yoxsa yox?

Cavab: Lazım deyil. Məsciddəki həsir və ya daş döşəmədən istifadə etmək olar.132


Sual: Bir xanım vətənindən kənara ərə getmişdir və hazırda ərinin vətənində yaşayır. Bu xanım anadan olduğu yerə gəldikdə namaz və orucunun hökmü nədir?

Cavab: Əgər bu xanım öz vətənindən çıxıb, həmişəlik ərinin vətənində yaşamaq qərarına gəlmişsə, ərinin vətəni ona vətən hesab olunar. Hər hansı bir məqsədlə müvəqqəti olaraq anadan olduğu yerə gəldikdə namazı şikəstədir və oruc tuta bilməz. Yalnız on gün qalmaq qərarına gəlsə, namazını tam qılar və oruc tuta bilər.133


Sual: Tələbə bir yerdə on gün qalmaq qərarına gəlir. Amma dərs keçilmədiyi üçün on gün tamam olmamış səfərə çıxır. Belə bir müsafirətə icazə verilirmi?

Cavab: Eybi yoxdur. (h. m. s. 484)


Sual: “Böyük şəhər” (“bilade kəbirə”) dedikdə nə başa düşülür?

Cavab: Şimalından cənubuna, şərqindən qərbinə hərəkət “səfər” sayılan fövqəladə böyük şəhərlər “böyük şəhər” adlandırılır.134


Sual: Dost-tanışların vəfat məclisində iştirak etmək üçün kitab əhli məscidə daxil ola bilərmi?

Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, bu işin qarşısını almaq vacib deyil.135


Sual: Bəzi məntəqələrdə yer çatışmadığından şagirdlərin imtahanları məsciddə keçirilir. İmtahanlarda iştirak edən əksər qızlar həddi-büluğ olduğundan, şübhəsiz ki, onlardan bəziləri aybaşı vəziyyətində olur. Bu halda qızların məsciddə imtahan verməsi düzgündürmü?

Cavab: İmtahan keçirənlər bu məsələyə riayət etməli, imtahanları ən azı məsciddə yox, hüseyniyyədə keçirməlidirlər.


Sual: Məscid və hüseyniyyələrdə dini bayramlar, imamların doğum günləri qeyd olunur, dini şerlər oxunur. Bu məclislərdə əl çalmaq olarmı?

Cavab: Məscid, hüseyniyyə və digər müqəddəs məkanlarda istənilən bir məqsədlə əl çalmaq olmaz. İslam və şiəlik tarixi boyu müsəlmanların şüarı, alqışı salavat zikri olduğundan bütün yerlərdə, xüsusi ilə də imamların xatirəsi ilə bağlı yığıncaqlarda dini hisslərin salavatla bildirilməsi münasibdir.136


Sual: Ramazan ayında diş fırçalamağın eybi varmı?

Cavab: Eybi yoxdur. Amma dişi fırçaladıqdan sonra ağız suyunu kamil şəkildə yığıb kənar etmək lazımdır ki, fırçanın suyu udulmasın.137


Sual: Boğazdakı bəlğəmi udmaq orucu batil edirmi?

Cavab: Bəlğəm ağıza daxil olmamış udularsa, orucu batil etməz.138


Sual: Bir şəxs ramazan ayında sübh azanına 15 dəqiqə qalmış cənabətli halda yuxudan oyanır. 15 dəqiqə ərzində həm obaşdanlıq yemək, həm də yuyunmaq olmur. Vəzifə nədir?

Cavab: Obaşdanlıq yemədən oruc tuta bilərsə, əvvəlcə qüsl etsin. Amma yemədən oruc tuta bilmirsə, zərərdən qorxursa, yeməyini yesin, sübh azanından qabaq təyəmmüm etsin.139


Sual: Qəməri təqvimlə həddi-büluğ olmuş şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, miladi (şəmsi) təqvimlə həddi-büluğ olacağını düşünür. Bu səbəbdən də həmin ilin orucunu tutmur. Bu şəxsin vəzifəsi nədir?

Cavab: Əgər dini vəzifəsini araşdırmaqda səhlənkarlıq, etinasızlıq etmişsə, qəzadan əlavə kəffarə də vacibdir.140


Sual: Bir xanım dörd il oruc tutmayıb. Eləcə də özünə cehiz almalıdır. Oruca görə kəffarə vermək vacibdir, yoxsa cehiz almaq? Əgər hər gün üçün altmış fəqiri doyursa, cəmi nə qədər edir?

Cavab: Bu xanım tutmadığı orucların qəzasını tutmalı, hər gün üçün kəffarə olaraq 45 kq buğda və ya onun qiymətini nəzərdə tutub fəqirlərə çörək üçün ödəməlidir. Kəffarənin təxirə salınmasının səbəbi etinasızlıq deyilsə, eybi yoxdur.141


Sual: Bir miqdar pul borc vermişəm. Xüms ilindən (günündən) qabaq almalı olsam da, pul yubanıb və xüms ilindən sonra əlimə gəlib. Bu pula xüms düşürmü?

Cavab: Əgər ilin qazancından olmuşsa, xüms düşür.142


Sual: Həddi-büluğ olmamış uşağın qazandığı pula xüms düşürmü?

Cavab: Bəli, vacibdir ki, uşağın böyüyü bu pulun xümsünü versin.143


Sual: Minik maşını, motosiklet və velosipedə xüms düşürmü?

Cavab: Sayılanların hər biri qazanc üçün olmasa, insana gərək olsa, onun şəninə uyğun gəlsə, ilin qazancından alınsa da xümsü yoxdur.144


Sual: Ata evində yaşayan qız işləyir və aylıq qazancından cehiz və digər yaşayış ləvazimatı almaq üçün bir miqdar pul toplayır. Bu pula xüms düşürmü?

Cavab: Əgər bu xanımın ehtiyaclı olduğu, şəninə uyğun cehizi almaq üçün başqa heç bir yolu yoxdursa və bir dəfəyə cehiz ala bilmirsə, yığdığı pula xüms düşməz.145


Sual: Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?

Cavab: Hamıya vacibdir.146


Sual: Əmr be məruf və nəhy əz münkərin şərən vacib olduğunu nəzərə alsaq, eyş-işrət məclislərinə münasibətdə insanın vəzifəsi nədir?

Cavab: Öz nəsihətinizin təsir edəcəyini ehtimal etsəniz, pis işin qarşısını almalısınız; bəli, mülayim şəkildə nəsihət etmək lazımdır.147


Sual: Əgər mindiyimiz maşında haram musiqi oxudulursa və nəhy əz münkərin təsiri ehtimal olunmursa, vəzifəmiz nədir?

Cavab: İmkan varsa, maşından düşmək lazımdır. Əgər mümkün deyilsə, diqqətinizi başqa işlərə yönəldin. (h.m.s.947)


Sual: Hazırda bəzi toy mərasimlərində haram musiqilər səsləndirilir. Bu məclislərdə iştirak etməmək qohumluq əlaqələrinin zəifləməsinə səbəb olur. Əgər nəhy əz münkər faydasızdırsa, bu məclisdə iştirak etmək olarmı?

Cavab: Əlaqələr zəifləsə də iştirak etmək olmaz.148


Sual: Batil lent yazıları və filmlərlə məşğul olan adamlarla təmas olarmı? Nəsihət məsxərə ilə qarşılansa necə?

Cavab: Belə adamlarla təmas işə təşviq və etinasızlığa səbəb olursa, caiz deyil.149


Sual: Bir qadın naməhrəmlə münasibətdə, öz geyimində qorunmursa və bu barədə ərinin sözlərinə etina etmirsə, ərin vəzifəsi nədir?

Cavab: Nəsihət və mümkün bir yolla qadın şəri hökmlərə dəvət olunmalı və günahın qarşısı alınmalıdır.150


Sual: Həddi-büluğa çatmış övladlar dini vəzifələrinə əməl etməyib, atalarını incidirlər. Övladların dini vəzifələrinə biganəliyinə görə ata müqəssirdirmi?

Cavab: Ata, moizə və nəsihət, bəzən hədə, bəzən də başqa yollarla övladlarını vaciblərə əməl etməyə və haramlardan çəkinməyə sövq etməlidir. Əgər ata öz şəri vəzifəsinə əməl etsə, övladlara təsir etməsə də ata günahkar deyil.151


Sual: Atam xoşxasiyyət deyil, özünü bəyənəndir və ailəyə zülm edir. Mən həddi-büluğ olan gündən onunla mübarizədəyəm. Başqalarının yanında cavabını verməklə pis iş görürəm. Təklikdə isə heç bir sözümü qəbul etməyib deyir ki, atanla kobudluq etmə. Vəzifəm nədir?

Cavab: Valideynə ehtiram və onlarla ədəbli danışmaq lazımdır. Əgər əmr be məruf və nəhy əz münkərin təsirinə ümidiniz yoxdursa, daha vəzifəli deyilsiniz.152


Sual: Bəzi yaxın adamlarımız namaza, oruca və digər dini vəzifələrə tamam biganədirlər. Heç bir moizə və nəsihət təsir etmir. Bu halda sileyi-rəhm, onlarla get-gəl necə olsun?

Cavab: Əgər get-gəli kəsməklə onları günahdan uzaqlaşdıra bilsəniz, get-gəli kəsin. Əgər yaxınlıq etməklə onları günahdan uzaqlaşdırmağa ümid varsa, yaxınlıq edin, onları Allaha itaətə vadar etməyə çalışın.153


Sual: Əgər iş yerində dinə zidd hallar varsa və nəsihət fayda vermirsə (ya mümkün deyilsə) vəzifə nədir?

Cavab: İş yerindəki pis hallar barədə aidiyyəti məqamlara məlumat verilməlidir. Şəri xilaflara qarşı əmr be məruf və nəhy əz münkər edilməlidir. Şəriətə zidd göstərişlərə itaət etmək olmaz.154


Sual: Kart və şahmat oynamaq olarmı?

Cavab: Əgər qumar aləti sayılmasa, udub-uduzmadan (uduşsuz) oynamağın eybi yoxdur.155


Sual: Futbol, valeybol kimi idman oyunlarını uduş şərti ilə oynamaq olarmı?

Cavab: Şərt kəsmək, udub-uduzmaq haramdır. Şərt kəsilmədən, qaliblərə hədiyyə verilərsə, oynamaq olar.156

Sual: Saqqalı, üzü ülgüclə qırxmaq olarmı?

Cavab: Vacib ehtiyata görə, saqqalı qırxmaq haramdır. Amma yanaqdakı tükləri qırxmaq olar.


Sual: Saqqalın yaxşı inkişafı üçün onu ülgüclə qırxmaq olarmı? Üzü qırxılmadığı üçün qaşınan adamların vəzifəsi nədir?

Cavab: Vacib ehtiyata görə, hər iki halda üzü qırxmaq olmaz.157


Sual: Tiryəkdən istifadə, onun alqı-satqısı, əkini caizdirmi?

Cavab: Tiryəkə adət etmək caiz deyil. Zərər olmasa, tiryəkə adətkar şəxs bu adəti tərk etməlidir. Tiryəkin alqı-satqısı, əkini dövlətin ixtiyarındadır və qanunlara qarşı çıxmaq olmaz.158


Sual: Narkotik maddələr və tütünün istehsal və istifadəsi caizdirmi?

Cavab: Narkotik maddələrin istifadəsi və alqı-satqısı haramdır. Tütündən istifadə vərdişi üçün şərait yaradırsa, haramdır.159


Sual: Bakirə qızın ərə getməsi üçün atanın razılığına (icazəsinə) ehtiyac varmı? Daimi və müvəqqəti evlənmədə bu məsələyə münasibət necədir?

Cavab: Vacib ehtiyata görə, bakirə qızın ərə getməsi üçün atanın icazəsi şərtdir. Bu məsələdə daimi və müvəqqəti evlənmə arasında fərq yoxdur.160


Sual: Həddi-büluğ olmamış qızın kəbinini atası bir şəxsə oxutdurur. Qız büluğ həddinə çatdıqdan sonra həmin şəxslə ailə qurmaq istəmir. Bu şəxs şiələri kafir saydığından can qorxusu yaranır. Qızın vəzifəsi nədir?

Cavab: Bu izdivacın məsləhət olmadığını, bundan əlavə, fitnə yarada biləcəyini nəzərə alsaq, bu nikah batildir və qız izdivac etməyə bilər.161


Sual: Ata öz büluğ və yetkinlik yaşına çatmış qızını zorla ərə verə bilərmi?

Cavab: Bu izdivac batildir. Nə ata, nə də başqaları qızı zorla ərə verə bilməzlər.162


Sual: Müəyyən səbəblə bağlı məhrəm olmuş şəxs (məsələn, qaynana) bu səbəb aradan qalxdıqdan sonra da məhrəm qalırmı?

Cavab: Məhrəmlik əbədidir.163


Sual: Bir kişinin iki arvadı varsa, bu arvadlardan birinin kürəkəni o biri arvada məhrəm olurmu? Kürəkənin övladları necə?

Cavab: Kürəkənlər yalnız öz qaynanalarına məhrəmdirlər. Amma övladlar istər dolayı, istər bilavasitə hər iki arvada məhrəm olurlar.164


Sual: Bir oğlan və bir qız, çox ehtimal ki, bir müddət əvvəl bir-birlərinin anasının südünü içib, süd bacı-qardaşı olmuşlar. Həmin oğlan süd bacısının bacısı ilə evlənə bilərmi?

Cavab: Süd vasitəsi ilə məhrəmliyə yəqinlik olmalıdır. Yəqinlik yoxdursa, izdivac olar. Yəqinlik olduğu halda, oğlan öz süd anasının övladları ilə evlənə bilməz.165


Sual: Bir şəxs toydan qabaq, evləndiyi xanımın əvvəllər ərdə olub boşandığını bilsə, nikahı ləğv edə bilərmi?

Cavab: Əvvəlki izdivac nikahın ləğvinə səbəb olmaz.166


Sual: Ata öz qızına verdiyi cehizi geri ala bilərmi?

Cavab: Ata cehizi öz qızına mülk etsə və ya bağışlasa, geri ala bilməz.167


Sual: Ərinin icazəsi ilə işləyən qadın öz qazancını ərindən icazəsiz xərcləyə, sədəqə və ya hədiyyə verə bilərmi?

Cavab: Qadın öz malını əri qadağan etsə də, sərf edə bilər. Amma ərdən icazəsiz nəzir batildir və qadın ərdən icazə almalıdır.168


Sual:Bir evdə bir neçə qardaş öz ailəsi ilə birlikdə yaşıyır. Belə hallar olur ki, bir qardaq o biri qardaşın arvadına baxır, onunla zarafat edir. Bu münasibətlərin hökmü nədir?

Cavab: Qardaşın arvadı da olsa, naməhrəm qadına baxmaq caiz deyil, Ləzzət məqsədi ilə naməhrəm qadına baxmaq, onunla zarafat etmək olmaz.169


Sual: Məsum imamlara, dini hökmlərə, Quran və Nəhcül-bəlağəyə həsr olunmuş elmi müsabiqələr keçirmək olarmı?

Cavab: İslam maarifini və şiəliyi yaymaq məqsədi ilə müsabiqə keçirməyin eybi yoxdur, hətta bu iş yaxşı işdir. Amma hədiyyə vermək məqsədi ilə iştirakçılardan pul almaq olmaz.170


Sual: Məscid və elmi mərkəzin büdcəsini yaratmaq üçün elmi müsabiqə keçirib, iştirakçıların hədiyyəsinin bir hissəsini büdcəyə, o biri hissəsini iştirakçılara hədiyyə üçün sərf etmək olarmı?

Cavab: Olmaz.171



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə