Azərbaycan gənclərİnə müracİət


Əhlİ-beyt dostlarının xüsusİyyətlərİ



Yüklə 2,35 Mb.
səhifə32/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   29   30   31   32   33   34   35   36   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

Əhlİ-beyt dostlarının xüsusİyyətlərİ


Hər bir seçimdə olduğu kimi, dost seçimində də meyarlara ehtiyaclıyıq. Bəzi meyarları sadalayaq:

1. İman və təqva

İmam Sadiq (ə) buyurur: “Yer üzünün qaranlıqlarında olsalar da, ömrünü bu yolda əldən versən də, təqvalı dostlar ardınca get.”



2. Sirsaxlama

Allah-taala öz bəndələrinin sirrini qoruduğu kimi, biz də öz dostlarımızın sirrini açmamalıyıq.



3. Yekrənglik

Bu xüsusiyyət yalnız sağlam şəxsiyyətə malik insanlarda olur. Həzrət Əli (ə) buyurur: “Həqiqi dost bəla və çətinlik vaxtı, sən olmayanda və sən öləndən sonra dostluğu unutmur.”119



4. Çətinliyə dözüm

Həqiqi dost çətin gündə dostunu tənha buraxmır, belə vaxtlarda ona daha yaxın olur, onun dərdinə şərik olur. Loğman öz oğluna buyurur: “Öz dostunu yalnız ehtiyacın olanda tanıyarsan.”120



5. Fəzilət və əxlaq

Dostlar bir-birlərinin xasiyyətlərini götürdüklərindən, mənəviyyatlı dost seçənlərin şəxsiyyəti inkişaf edir. Həzrət İsa (ə) buyurur: “Elə adamlarla dostluq edin ki, onları görməklə Allahı xatırlayın, danışıqları elm və biliyinizi artırsın, rəftarları sizi axirətə həvəsləndirsin.”



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə