kommersiya məqsədilə yerləşdirilmiş həmin obyektlərin
mənsubiyyətini, adını, firma nişanını göstərən lövhələrin hər
1m
2
üçün hər ay A zonası üzrə 7, B zonası üzrə 5 və C zonası
üzrə 3 manat pul ödənilməlidir.
Digər reklam daşıyıcıları üçün ödənilməli olan tariflər
barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının
rəsmi internet səhifəsindən (
www.tariffcouncil.gov.az
) ətraflı
məlumat (adı çəkilən Qərar həmin internet səhifəsində
yerləşdirilmişdir) əldə edə bilərsiniz.
Sual
21.
Sürücülük
vəsiqəsi
hansı
hallarda
dəyişdirilməlidir? Sürücülük vəsiqəsi dəyişdirilərkən yenidən
imtahan verilməsi tələb olunurmu?
Cavab:
―Yol
hərəkəti
haqqında‖
Azərbaycan
Respublikası Qanununun 35-ci maddəsinin 6-cı hissəsinə görə
Sürücülük
vəsiqəsinin
dəyişdirilməsi
üçün
əsaslar
aşağıdakılardır:
1) onun etibarlılıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının
dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız
hala düşməsi;
5)
onun itirilməsi;
6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş
qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin
dəyişdirilməsi.
Həmin maddənin 7-ci hissəsinə görə sürücülük
vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər
malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi tərəfindən bir
gün ərzində həyata keçirilir.