48-
ci fəsil
Xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası
Maddi) 466. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə
466.0.
Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə
aşağıdakılar əlavə edilir:
466.0.
1. xarici dövlətin məhkəmə gətnamə.sinin qanuni qüvvəyə minməsini təsdiq edən,
üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və
məhkəmə prosesində
iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və
lazımi qaydada xəbərdar edilməsini
təsdiq edən sənəd;
466.0.
2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş təsdiq edilmiş surətləri.
1.
Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrinin məcburi İcrası
haqqında ərizəyə MPM-in 464-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının
Ali Məhkəməsinin müvafiq kollegiyası (Mülki işlər üzrə məhkəmə kollegiyası və ya İqtisadi
mübahisələr üzrə məhkəmə kollegiyası) baxn.
2.
Şərh edilən maddəyə uyğun olaraq xarici dövlətin məhkəmə və ya arbitraj
qətnaməsinin məcburi icrası haqqında ərizəyə aşağıdakı sənədlər mütləq əlavə edilməlidir;
I
1)
xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq
edən leqallaşdmlmış surəti (daha ətraflı bax: 457-ci maddənin şərhinə);
2)
məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtmda və lazımi
qaydada xəbərdar edilməsini təsdiq edən sənəd.
Xarici dövlətin məhkəmə (ar^ıitraj) qətnaməsinin məcburi icrası barədə ərizə və ona
əlavə edilən sənədlərin azərbaycan dilinə tərcümə edilmiş sürətləri mütləq işə əlavə
edilməlidir.
Maddə 467. Ərizəyə baxılması
467.1.
Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə
ərizəyə işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri haqqında xəbər
verilməklə, açıq məhkəmə iclasında baxılır.
467.2.
Bildiriş vorəqə.sinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə
iştirak edən şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane
olmur. Əgər işdə iştirak edən şəxs ərizəyə haxılmasıntn başqa vaxta keçirilməsi barədə
xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə,
məhkəmə işə baxılmasını başqa vaxta keçirir və
borclunu yeni məhkəmə baxışının vaxtı
barədə xəbərdar edir.
467.3.
İşə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və
icra etməkdən imtina etdikdə, bu Məcəllənin 465-ci maddəsi itə nəzərdə tutulan əsasların
olub-olmamasını yoxlayır.
467.4.
Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya
bundan imtina edilməsi barədə qərardad çıxarır.
1. Xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi icrası barədə ərizəyə
Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasında (Mülki işlər
534
üzrə məhkəmə kollegiyası və ya İqtisadi mübahisələr üzrə məhkəmə kollegiyası) Azərbaycan
Respublikasının 43-cü fəslində nəzərdə tutulan qaydada baxıln.
MPM-in 465-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan
Respublikasının Ali Məhkəməsinin müvafiq kollegiyası xarici dövlətin məhkəmə (arbitraj)
qətnaməsini tanımaqdan və məcburi icra etməkdən imtina etmək barədə qərardad çıxarır.
2. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi icraya
yönəldilməsi qənaətinə gəldiyi halda da qərardad çıxaru-.
Maddə 468. Qətnamənin icrası
468.1.
Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali
Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll
olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi
verilir.
468.2.
Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə
hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata
keçirən orqanlar tərəfindən edilir.
1,
Şərh olunan maddəyə müvafiq olaraq xarici dövlətin məhkəmə qətnaməsi və
Azərbaycan Respublikasmın Ali Məhkəməsinin müvafiq kollegiyasının qərardadı əsasmda
icra vərəqəsi verilir və Azərbaycan Respublİkasmm tərəfdar çıxdığı beynəlxalq müqavilələrə,
MPM-ə və Məhkəmə qərarlannm icrası haqqında Qanuna əsasən məcburi icraya yönəldilir.
2.
Xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi qaydada icra edilməsi ilə
bağlı hərəkətlər Məhkəmə qərarlannm icrası haqqında 27 dekabr 2001-ci il tarixli Qanunda
nəzərdə tutulan qaydaya uyğun olaraq həyata keçirilir.
535
49-cu fəsil
Xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması
Maddo 469. Ümumi qaydalar
Xarici dövlətin məcburi icra olutımast tələb edilməyən məhkəmə qətnamələri, maraqlı
şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tammr.
K Xarici dövlət məhkəmələrinin qətnaməsi Azərbaycan Respublikası ərazisində
MPM-in 465-cİ maddəsində nəzərdə tutulmuş bu cür qətnamələrin tanınmasmdan imtina üçün
əsasların mövcudluğu yoxlandıqdan sonra hər hansı sonrakı icraat aparılmadan tanınır.
Sonrakı icraat dedikdə, xarici dövlət məhkəməsinin qətnaməsinin tanınması üçün İşə
mahiyyət üzrə baxılması, maraqlı şəxslərin dəvət edilməsi və s. hərəkətlərin yerinə yetirilməsi
anlaşılır.
2. Şərh edilən maddədə qanunverici göstərilən hərəkətlərin edilməsini yalnız maraqlı
şəxs tərəfindən xarici dövlətin məhkəməsinin məcburi icranı tələb edilməyən qətnaməsinin
tanınmasma etiraz edildikdə istisna etmir. Maraqlı şəxs tərəfindən xarici dövlət məhkəməsinin
qətnaməsinin tamnması barədə etiraz verildikdə, məhkəmə həmin etirazda göstərilən halları
araşdırmağa borcludur {bax: MPM-in 459-cu maddəsinin şərhinə).
Maddə 470. Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi
470. i. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud
etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan
Respublikasının Ali Məhkəməsi tərəfimdən tanınması tələb olunur. Bu halda tanınma xarici
dövlətin qarşılıqlı təminatından asılı deyildir.
470.2.
Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın
aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.
1.
Şərh edilən maddəyə uyğun olaraq nikahın pozulması etibarlı və ya etibarsız hesab
edilməsi üzrə xarici dövlət məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası ərazisində
tanınmasının üç səciyyəvi xüsusiyyəti göstərilmişdir;
1} bu kateqoriya işlər üzrə qətnaməni mütləq Azərbaycan Respublikası Ali Məhkəməsi
tanımalıdır;
2) bu kateqoriya işlər üzrə qətnamənin tanınması xarici dövlətin qarşılıqlı təminatından
asılı deyildir,
2.
Qətnamə qəbul edilən zaman ər və arvad qətnamə çıxaran məhkəmənin mənsub
olduğu xarici dövlətin vətəndaşı olmuşdursa, qətnamənin Azərbaycan Respublikası ərazisində
tanınması istisna edilir.
Bu kateqoriya işlər üzrə çıxarılan xarİcİ dövlət məhkəmələrinin qətnamələrinin
Azərbaycan Respublikası ərazisində tanınması zamanı göstərilən şərtlər məhkəmə tərəfindən
mütləq nəzərə alınmalıdır.
536