Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
41
gəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasım əmisindən soruşdu: “Mən
də öldürülənlərin arasında olacağammı?” İmam Hüseyn (ə) Qasımın sualına su-
alla cavab verdi: “Ölüm sənin üçün nə deməkdir?” Qasım buyurdu: “Baldan da-
ha şirindir”. Bu sual-cavab Qasımın Əhli-beyt xanədanına layiq bir övlad oldu-
ğunu bariz şəkildə göstərir.
18
Söyləyicilər də əslində bunları anladır, xalq da na-
kam bir zifaf gecəsini göstərməklə Əhli-beytin fəzilətinin bizlərə dərs olacağını
bildirir.
Kərbəla folkloruna görə İmam Həsənin oğlu Qasım əmisi Hz.Hüseyndən
döyüş meydanına getmək üçün izn istəyir. İzn ala bilmədikdə dərdini anasına
söyləyir. Anası ona:
– Oğul niyə ağlıyırsan?
Dedi:
– Mənim də atam sağ olseydi, əmim mənə sabahkı meydanə getməyə
izn verərdi.
Getmək istəyirdi əmisinin qənşərinə. Şəhid olmağ istəyirdi, anası dinmə-
di. Durdu yavaş-yavaş sandığı açdı bir namə, bir bazubənd çıxartdı. Bazubənd
qolbağ idi, namə də onun üstündə idi. Dedi:
– Oğul, apar ver əminə. Əmin oxuyacaq o naməyə nə yazılmışdı. Onda
əmin meydanə getməyüvə izn verər.
Namədə nə yazılmışdı. Atası Həsən öz dəsti xətti ilə yazıb peçatın vur-
muşdu. Qardaş, mənə qismət olmadı sənin qənşərində şəhid olmağ. Oğlum Ab-
dullahnan İmam Cənabi Qasımı sənə qurban verirəm. O şərtnən ki, qızın Fati-
məni əmisi oğluna ərə verəsən.
Aldı naməni, sevinə-sevinə getdi İmam Hüseynin qənşərinə. İmam qar-
daşının yazdığı naməni oxudu, gözünün yaşını tökdü. Dedi:
– Oğul, sabah gedərsən, sənin məqamun gələndə izn verəcəyəm.
Çağırdı bacısı Zeynəbi, dedi:
– Qəmkarım bacı, get Fatiməyə deyinən ki, babun onu ərə verir əmin oğ-
luna. Qanlı Əli Əkbərin qanlı köynəkləri. Cənabi Qasıma toy eyləsin.”
19
Qasım mərsiyə, rövzə, növhələrdə ən çox xatırlanan Əhli-beyt qəhrə-
manlarından biridir. Kərbəlada toyu olan və səhəri şəhid olan Qasımın nakam
toyu ilə bağlı çoxlu mərsiyələr, növhələr, ağılar söylənir. Qasımın gərdək gecəsi
adlanan gecə qadınlar ağlayır, nakam aşiqi yad edirlər. Qasımın otağı bəzənir və
iştirakçılar Qasımın təmsili cənazəsini oxşayaraq ağlayırlar:
Həsrətəm gül camalına
Dözə bilməm ayrılığa
Dur ayağa, Qasım, oyan
Məzarın üstə gəlmişəm.
18
islam.az
19
Söyləyici: Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Masallı rayonu Ərkivan kəndi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
42
Bağlamışam başıma qara məcari
Geyməmişəm heç əynimə şahzəri
Xəzan vurub gülüm solub
Əsir bağımda, sərsəri
Dur ayağa, Qasım, oyan.
20
Döyüş meydanına zirehsiz girən və yezidlərdən çoxunu öldürən Qasım,
nəhayət yaralanıb düşmənlərin arasında qalır. Onun fəryadına Hz.Hüseyn yetişir
və başının kəsilməsinə əngəl olur. Kərbəla dastanına görə Qasım ağrının şiddə-
tindən ayaqlarını yerə vururdu. O, İmam Hüseynin qolları arasında şəhadətə ye-
tişdi. Hz.Hüseyn Qasımın cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Ək-
bərin nəşinin yanında yerə qoydu.
Yenə Kərbəla folkloruna görə Hz.Qasımın gərdək otağı Tasua gecəsi bə-
zənir.
3.4. Ələm (Tuğ) gəzdirmək
Aşura gününün ən yadda qalan qismi ələm (bayraq) gəzdirməkdir. Mü-
səlmanların sevimli qəhrəmanı Əbülfəzl Abbas Hz.Hüseynin qardaşıdır və onun
ələm gəzdirəni, ələmdarıdır. Hər iki qolu kəsilən Əbəlfəzin daşıdığı ələm yerə
düşdüyündən Aşura günü ələm gəzdirmək yerə düşən ələmi bir daha qaldırmaq
mənasına gəlir. Və Məhərrəmlikdə ələm sahibi Hz.Əbül Fəzl Abbas qolları qə-
ləm olan (kəsilən), su uğrunda şəhid kimi acılı ağılarla xatırlanır.
Xəbər verin Peyğəmbərə!
Yıxıldı sahibi ələm!
Yıxıldı sahibi ələm!
Olubdur qollarım qələm!
Yıxıldı sahibi ələm!
Yıxıldı sahibi ələm!
21
Azərbaycanın çox yerində ələmin müqəddəs torpaqlardan, xüsusən də
Kərbəladan gəldiyinə inanılır. “Bu ələm Kərbəladan gəlib. Onun (Əbəfəzləbbas)
qollarını vurublar, onun qolları düşüb yerə, o yerdə o qollar daşa dönüb. O, hə-
min onun əlidi deyir. Oların əlidi deyir. Yetmiş iki şəhidi-şühədadı, beş kimsə-
nədi.”
22
Xalq arasında Aşura gününə Qətl sınan gün deyilir. Ələm, əsasən Qətl sı-
nana qədər, yəni günortaya qədər gəzdirilir. Ələm canlı varlıq kimi özünü ora-
bura vurur, kimin nəziri var, onun yanına gedir. Qətl sınanda ələm də ölür, başı-
nı yerə qoyub cansız qalır. Sonra onu ehtiramla qaldırıb sandığa qoyurlar. Bəzi
20
Söyləyici: Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Masallı rayonu Ərkivan kəndi
21
Söyləyici: Mehriban Şahmarova, doğum tarixi 1965, təhsili orta, Lənkəran rayonu Bürcəli
kəndi
22
Söyləyici: Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu Mamusta kəndi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
43
yerlərdə ələm ev-ev gəzdirilir, bəzi yerlərdə o camaatın toplaşdığı meydanda, bu
seyidin həyəti, kərbəlayının evi, məscidin həyəti və ya hər hansı bir yer ola bilər,
gəzdirilir. Ələm, tuğ – bunlar məhərrəmliyin qutsal əmanətləridir ki, gələn Mə-
hərrəmliyə qədər sandıqda saxlanılır. Aparılan toplama zamanı da xalqın ələmə
çox inandığının, onun qeybdən gəldiyinə inandığının şahidi olduq. Məsələn,
Masallıda Mir Tağı Ağanın övladları belə bir şey anlatdılar.
“Ora qeybən ələm gəldi, axşam. Bizdə həmişə söbət olurdu ki, bu evdə
Əbəlfəz ələmi yoxdu, ocağımızda. Bir kəs gəlib, atam dedi, mən bı adamı tanı-
mıram. Ürbənddi adam imiş. Arxadan gəlib, qəbristanlığın birinci qapısı var, bi-
zə tərəf. Orda salam verib atama. Atam deyir başıaşağı belə gəlirəm, deyib ki, ay
ağa, səə qurban olum, sənə əmanət gətirmişəm. Qara bayrağ yazılı, arasında da
ələm. Vermişdi atama, atam gətirdi, onu qoyduğ ocağa.”
Ələm mis materialdan olur, beş barmaqlı əl şəklində, bu Pənceyi-Ali
Əbanı təmsil edir.
3.5. Şərbət paylamaq
Məhərrəmin onuncu günü şərbət paylamaq Aşura elementləri içində mü-
hüm yer tutur. Bütün elementlər Kərbəlanı xatırlatmaq, o acıları bir də yaşatmaq
olduğundan şərbət paylamaq da susuzluqdan çəkilən əziyyəti göstərmək üçün-
dür, çünki şirin şərbəti içənlər qısa bir zamanda yanqı hiss edir, su içmək istəyir-
lər. Onsuz da səhərdən su içməyib, yemək yeməyən əzadarlar şərbətin gətirdiyi
susuzluqla az da olsa imamın və tərəfdarlarının çəkdikləri cəfanı yaşamış olurlar.
Şərbəti daha çox nəzir deyənlər, niyyət edənlər hazırlayıb paylayırlar. Şərbəti
qaynar suya şəkər qatmaqla və bəzən də içinə zəfəran əlavə etməklə hazırlayırlar.
3.6. Vaveyla gecəsi
Kərbəlanın Əhli-beyt içində ilk şəhidi İmam Hüseynin oğlu Əli Əkbərdir.
Görünüşü etibarı ilə Hz.peyğəmbərə ən çox bənzəyən (buna görə də mərsiyələr-
də şəbihi-peyğəmbər adlandırılır) Əhli-beyt üzvüdür. Hz.Əli Əkbər Kərbəlada
şəhid olarkən 27 yaşı vardı. Əli Əkbərin qətli bütün əshabların ölümündən sonra
olur. O, Əhli-beytdən ilk şəhid olandır. Əhli-beytdən başqa heç kim qalmadıqda
Əli Əkbər atasından icazə alıb meydana girir. “Allahu Əkbər”, “təbarəkəllah”
nidaları altında Kərbəla dastanına görə 120 yezidi məhv edir. Ancaq həm aldığı
yaralardan, həm də suzuzluqdan taqətdən düşür. Buna baxmayaraq döyüşü da-
vam etdirir və öldürdüyü kafirlərin sayı 200-ə çatanda Mərrət ibn Mənqəz Əbdi
adlı bir yezidin öncə qılınc və sonra da nizə zərbəsi ilə ölümcül yaralanır, qanına
qəltan olmuş halda atın boynundan asılı qalır, at da onu düşmən qoşununun içinə
aparır. Düşmənlər onun bədənini tikə-tikə doğrayırlar.
Dostları ilə paylaş: |