Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
49
Oğuznamələri yaradan və yüz illər boyu türkman
24
dünyasının içərisin-
də ifa edərək yaşadan sənətkarlar olmuşdur. Belə sənətkarlar qaynaqların ver-
diyi bilgiyə görə, ozan və ya ozançı adlanmışdır. Oğuznamə ifaçılarının həm
ozan, həm də ozançı adlanması təsadüfi deyil. İş ondadır ki, ozan sözü omo-
nim səciyyəli sözdür.
Ozan sözü və anlamları. Ozan sözünün semantikası araşdırıcıların nə-
zərindən yayınmamış, müxtəlif araşdırmalarda bu sözün etimoloji izahına cəhd
göstərilmişdir (42, 28; 27, 314-316; 2, 60-71; 40, 466-484; 33, 59-68; 6, 294).
Bu araşdırmalardan bir şeyi aydıncasına seçib ayırmaq mümkündür: türk dilin-
də uz/us köklü sözlər “bacarıqlı”, “mahir”, “sənətkar” anlamında işlənir (27,
314-316). Ancaq sözügedən kökdən törəyən ozan sözü Oğuznamə söyləyən sə-
nətkardan başqa, Oğuznamə və Oğuznamə ifaçılığı ilə bağlı müxtəlif anlayışla-
rı da ifadə edir. Qaynaqların verdiyi məlumatlara nəzər salaq.
Bəzi qaynaqlarda ozan sözü həm də Oğuznamənin “ifa tərzini və uyğun
olaraq poetik formasını” ifadə edir. Şeyx Süleyman Buxarinin (XVII) “Lüğə-
ti-cığatayi və türki-Osmani” adlı lüğətində ozan sözü aşağıdakı şəkildə izah
olunur: “Mani tərzində vəznsiz və nəğməsiz bir təranədir ki, Oğuz xan hekayə
və dastanında söylərlər” (20, 141). Həmin söz eyni anlamda Budapeşt Akade-
miyasının kitabxanasında saxlanan cığatayca-farsca köhnə bir lüğətdə də işlə-
nir. Burada ozan sözü “Oğuz xan və Qara xan” hekayəsinin “ifa tərzinin və ya
havasının adı” kimi verilir: “Yek tor xanendegi başəd dər miyan ətrak dər nəğl
Oğuz xan və Qara xan qoftənd” (20, 141). Ozan sözü həmin anlamda Oğuzna-
mədə əks olunur.
Didaktik məzmunlu oğuznamələr əsasında tərtib olunmuş “Əmsali-Mə-
həmmədəli” adlı əlyazmanın mətnində belə bir atalar sözü var: “Kim ozan de-
yər, kim qissə deyər, eylə kim yıralar” (31, 52). Bu atalar sözündə müxtəlif
tipli üç folklor hadisəsinin adı çəkilir. Qissə sözü ilk dəfə dini məzmunlu rəva-
yətlərə deyilmişdir (9, 272). Ancaq zaman keçdikcə bu söz öz anlamını geniş-
ləndirərək kitab mənşəli hekayə, rəvayət və dastanları da ifadə etmişdir. Belə
mətnlərin söyləyicisinə qissəxan, kissaçi və ya məddah deyilirdi (38, 27; 43,
199-208; 15, 9; 8, 370-371). Yır sözünün də mənası aydındır. Bu söz yır, jır,
cır, ır və s. şəklində müxtəlif türk dillərində işlənməkdədir və avazla oxunan
lirik, eləcə də epik mətnləri ifadə edir. Ehtimal ki, həmin söz ilkin çağlarda
“nəğməli şeir” anlamı vermişdir. Sözügedən qaynaqda yır sözünün ır variantı
“oxumaq” anlamında işlənir: “Həmamda ırlamaq, ğəriblığda ögünmək qolay-
1
Müəllif bu etnonimlə VIII əsrdə tarix meydanına çıxan, oğuzların onların tərkibinə
qatılması hesabına X əsrdə formalaşan və nəhayət, XVI əsrin əvvəllərində dağılan xalqı nəzərdə
tutur. Türkmənistan türkmənləri, Azərbaycan və Türkiyə türkləri bu xalqın varisləridir (10, 123-
134). Müəllifə görə, oğuzlar haqqında dastanlar bu xalqın epik yaradıcılığının məhsuludur və
Oğuznamə türkman etnik mühitində etnik kimlik şüurunun ifadəsi olaraq əcdadlar haqqında
dastanlar kimi yaranmışdır (9, 148-166).
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
50
dır” (31, 93). Atalar sözünün məntiqi tələb edir ki, buradakı ozan sözü qissə və
yır kimi müəyyən qanunauyğunluqları olan şifahi mətn tipi kimi qəbul olun-
sun. S.Əlizadənin bu atalar sözündəki ozon sözünü əzan sözünün dialekt vari-
antı kimi şərh etməsi tamamilə yanlışdır (31, 209). Yuxarıdakı qaynaqların
ozan sözünə verdiyi anlam bunu bütün aydınlığı ilə göstərir. Sadəcə olaraq so-
nuncu qaynaqda bu söz fonetik variantı ilə əks olunur. Ozan sözünün deyilən
anlamda başqa bir variantı isə Ə.Nəvainin “Mizanül-əvzan” əsərində işlənir.
Əruz vəzninə həsr olunmuş bu əsərdə Ə.Nəvai yazır: “Ozanların ozmağı, öz-
bəklərin budubudayı heç bir vəznə uyğun gəlmir. Ona toxunulmadı. Əsərləri
olsa da, onun əruz elminə dəxli yoxdur” (24, 73). “Mizanül-əvzan”da əks olu-
nan ozmaq sözü yuxarıdakı qaynaqlarda özünə yer tapan ozan-ozon sözü ilə bir
kökdəndir və onlarla eyni anlam daşıyır. Maraqlıdır ki, ozmaq sözü,
F.Köprülünün qeyd etdiyi kimi, “Məntik ət-Teyr”in Gülşəhri tərəfindən türkcə
tərcüməsində də iki yerdə qopuzla əlaqəli şəkildə işlənir (20, 143).
Bəzi qaynaqlarda Oğuznamə söyləyicisinin ozançı adlanması problemə
nisbətən işıq tutur. Sözün ozançı şəkli 1439/40-cı illərdə dünyaya gələn Hami-
dinin divanında əks olunur. Öncə Şirvanşah sarayında olan Hamidi 1459/60-cı
illərdə Sultan Mehmet Fatehin sarayına gəlmiş və Sultanın böyük iltifatlarına
nail olmuşdur. Hamidi türkcə-farsca divanında Xəlili Səmərqəndi adlı bir şai-
rin Şirvanşah sarayında bir ozançıya məğlub olduğunu söyləyir (20, 39).
Ozançı sözü Şeyx Süleyman Buxarinin yuxarıda xatırlatdığımız lüğətində də
işlənir. Burada ozan söyləyən şəxs ozançı adlanır və izahı verilir: “Davul və
dəf çalaraq ozan, yəni mani və şərqi oxuyan adam” (20, 141-142). Göründüyü
kimi, bu lüğətdə ozan oxunan havanı, ozançı isə onu ifa edən şəxsi bildirir. Be-
lə görünür ki, poetik forma və onunla uzlaşan havanın ozmaq və ya ozon ad-
landığı bölgələrdə ifaçı, ozan, musiqili və mahnılı mətnin ozan adlandığı böl-
gələrdə isə ifaçı ozançı adlanmışdır. Bu halda ozan sözünün öncə Oğuznamə
havasının və poetik formasının, yaxud Oğuznamə söyləyicisinin adı olması
məsələsi problem olaraq qarşıda dayanır. Oxşar vəziyyət Oğuznamənin ifası
zamanı istifadə olunan musiqi alətinə münasibətdə də müşahidə olunur. Şeyba-
nilərin hakim olduğu torpaqlarda yaşamış Hafiz Dərviş Əli Cəngi XVI əsrin
sonlarında musiqi haqqında yazdığı risalədə “türklərin qədim və məşhur musi-
qi aləti olan qopuzun Cəlayir xanədanından Sultan Üveys zamanında (1356-
1374) ozan adlı bir musiqi alətindən alındığını, ozanın isə oğuzlar arasında
köhnə zamanlardan çox məşhur olub, qəhrəmanların döyüşdən öncə, həmişə
yanlarında gəzdirdikləri bu çalğını çaldıqlarını və bunu çala bilməyənləri yad
sayıb şəhərdən qovduqlarını yazır” (20, 1966, 138). Qopuzun ozan adlı çalğı
alətindən alınması haqqında məlumatı çıxmaq şərtilə yerdə qalan məlumatlar
tarixi vəsiqələrdən yox, Oğuznamədən baş götürür. Maraqlıdır ki, qopuz
“Zübdətül-ədvar” adlı musiqi əsərində də ozan adlanır (20, 139). Onu da deyək
Dostları ilə paylaş: |