Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
44
Əli Əkbərin anası Leylanın çağırışı, Leylanın naləsi mənasında olan Va-
veyla Kərbəla müsibətinin ən acılı gecəsidir. Ərəbcə “va” vay, dad, fəryad mə-
nasını verir. Yəni Əli Əkbərin anası Leylanın oğlunun parçalanmış qanlı köynə-
yini ortaya qoyub onun ölümünə fəryad qopardığı gecədir.
3.7. Aşura gecəsi
Aşura gecəsi bütün müsəlman aləmində çox böyük acı içində keçirilir,
çünki səhəri İmam Hüseynin və tərəfdarlarının hamısının şəhid olacağı, Kərbəla
şəhidlərinin son gecəsi olduğu bilinir. O gecə ağlaşma sədaları həm qurulan tək-
yələrdən, həm də məscidlərdən gəlir. Sabahkı günün müsibəti avazla, xüsusi
zümzümə ilə söylənən mərsiyələrlə, növhələrlə, ağılarla daha da dramatikləşdiri-
lir. O gecə düşməndən dua və namaz üçün icazə almış İmam Hüseynin və tərəf-
darlarının son gecəsidir.
Aşura gecəsi Allah (cc) üçün, İmam Hüseyn üçün can verməyə hazır
olanların ən xoşbəxt gecəsidir. Başda Hz.Hüseyn olmaqla Kərbəla şəhidləri
Aşura gecəsi sübhəcən dua, minacat və istiğfarla məşğul oldular. Şəhid olduqla-
rında kəfənləri olacaq paltarlarını təmizlədilər, qüsl etdilər.
Xalq arasında həmin gecəni hədik aşı deyilən yemək bişirirlər. “İlk ola-
raq Xanım Fatiməyi Zəhra bişirib o hədiyə aşini, guya o vaxti o lərgə deyillər e,
deyir, heçnə olmur, uşağlar ağliyir acınnən. Götürür daşları, tökür qəzənə, qəy-
niyir. O balaca daşlari götürüb, tökür bir qazanə uşağlarə deyir ki, yeməy bişiri-
rəm sizə, yatın duranda hazır olar. Duran da həqiqətən qapaği açir, görür nədi,
Allah hər cürə nemətdən onun içinə töküb orda yeməy var, qazanın içində. İlahi-
nin möcüzəsi olur bu. O hədiyə aşi ordan qalıb. Səhər süddü aş veririk, günorta-
yə ayran aşı veririk. Olar torpağə dəfn olunan günü gecəyə xörəy bişiririk.”
23
3.8. Şəmi-qəriban gecəsi
Azərbaycan türkləri Aşura gününə Qətl sındı deyirlər və əskidən bugünə
qədər Qətl gündüz saat 12.00-də sınır. Qətl sınan günün gecəsi Yezidin adamları
xeymələri yandırırlar. Hər tərəfdən gələn işıqlar sönmüş olur, Kərbəla viran olur.
Qətl sınan günün axşamı təkyəyə toplanan qadınlar Şəmi-qəriban gecəsi çıxarır-
lar. Bu yası tutulan imamların (Kərbəlada bir imam və 71 tərəfdarı – 40 piyada,
32 atlı qətl edilsə də xalq qətl edilənlər deyəndə imamlarımız deyirlər.) pərişan,
ayaq-yalın, Şama sürüklənən övladlarının, əhli-əyalının, şəhid olan yaxınlarını
dəfn etmədən, yasını tutmadan kimsəsiz, yalnız qalmasına deyilən ağılar, mərsi-
23
Söyləyici: Sima Salayeva doğum tarixi 1965, təhsili ali, Lənkəran rayonu Bürcəli kəndi;
Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu Mamusta kəndi.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
45
yələr, tökülən göz yaşlarıdır. Şiə İslam dünyasında Şəmi-qəriban Məhərrəmlik
taziyəsinin ən acılı səhnəsi, ən çox ağlanan gecəsidir.
Bütün İslam dünyasında Məhərrəmliyin onuncu gününün axşamı şəhər-
lərin, qəsəbələrin, kəndlərin işıqlarının hamısı söndürülür. Hər tərəf qaranlığa
qərq olur. Buna Şəmi-qəriban gecəsi deyilir. Mərsiyə deyərək ağlayır, ağlamaqla
bərabər, Kərbəla şəhidləri üçün dualar da edilir.
Bəzi sözlü məlumatlara görə isə Şəmi-qəriban Aşuranın gecəsidir ki,
İmam Hüseyn sabahkı döyüşdə öləcəklərini bildirdikdən sonra kim istəsə gedə
bilər deyir və şamları söndürür ki, gedənlər utanmasınlar. Səhər məlum olur ki,
imamla bərabər 72 döyüşçü qalıb. Bunlar Hz.Hüseynə təmənnasız, sevgi ilə bağ-
lananlar idi.
4. Sonuc
Şəbih ritualları və elementləri bütövlükdə folklorikdir, sözlü mədəniyyə-
tin bütün simvolik dəyərlərinin daşıyıcısıdır. Bu ritual və elementlərə ciddi şə-
kildə əməl edilməsi inanc kultu ilə bağlı olub ayrıca bir Məhərrəmlik yaşantısı,
Aşura ədəbiyyatı, Kərbəla folkloru yaratmışdır ki, bunların da ən mükəmməli
Şəbih meydan tamaşalarıdır.
90 illik xəlifəlikləri zamanı Əməvilər İslam dinini qılıncla Orta Asiyadan
Afrikaya, Əfqanistandan İspaniyaya qədər geniş bir sahədə yaysalar da, İslama
Kərbəla faciəsini yaşatmaları, Əhli-beytə düşmənlikləri ilə müsəlmanları ikiyə
bölmüş oldular. Onlar düşüncələrini və ibadətlərini, İslam dini budur, adı altında
müsəlmanlar arasında yaymağa və onlara zorla qəbul etdirməyə çalışdılar. İslam
dininin “müsəlman müsəlmana qardaşdır“ prinsipi kölə siyasəti ilə ərəblərin üs-
tünlüyü düşüncəsinə çevrildi, zülm ərşə dayandı, İslamı insanlara gətirən
Hz.peyğəmbərin rolu, Hz.Əlinin fəzilətləri, İslam uğrunda göstərdiyi şücaətlər
silinməyə çalışıldı. Məscidlərə minarələr əlavə edilməklə ibadətxanaların həm
rolu, həm də mahiyyəti dəyişdirildi. Bir qisim insanların sürətlə varlanması, bir
qisminin dilənçi vəziyyətinə düşməsi ilə qeyri-bərabərliyin əsası qoyuldu. Ən
faciəlisi də bütün məscidlərdə Hz.Əli və Əhli-beytə küfür edilməsi üçün əmrlər
verildi və bu əmrə uymayan imam övladları, dinində bütün olan digər müsəl-
manlar vətənlərini tərk etməyə məcbur oldular.
Kərbəla hadisəsi insanlara o qədər təsir etdi ki, Yezidin ölümündən sonra
onun yerinə keçən oğlu İkinci Müaviyyə atasının hərəkətlərinin səhv olduğunu
və bunun qəbul edilməz olduğunu bildirdi. O, bununla da qalmadı, xəlifəlik haq-
qının Əhli-beytə aid olduğunu elan etdi, ancaq cəmi 40 gün hakimiyyətdə qala
bildi, anası və Mərvan tərəfindən zəhərlənərək öldürüldü və xilafət Əbu Süfyan
soyundan daha radikal olan Mərvan soyuna keçdi. Bu keçid də Əməviləri qurta-
ra bilmədi və nəhayət, 90 ildən sonra Hz.Peyğəmbərin, Hz.Həmzənin, Hz.Əlinin
və imamların düşməni olan Əməvi sülaləsi tarix səhnəsindən silindi, həm tarixdə
Dostları ilə paylaş: |