Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
53
yozum verməsi etiraz doğurur. Yuxarıdakı soylamaya nəzər salan müəllif ya-
zır: “Görünür, ozana könlünün istəyincə pay, bəxşiş verilməsinin etnik və etik
norma səviyyəsinə qalxmasında da onun ruhlar dünyası ilə bağlılığına inamın
rolu az deyildir” (33, 26). Qeyd edək ki, cəmiyyətə xidmət edən sənətkarın
haqqının ödənilməsi sosial-iqtisadi münasibətlər sferasına aiddir və hər bir cə-
miyyətin əsasında dayanır. Əlbəttə, sosial-iqtisadi münasibətlərin halallıq kimi
mistik qatı da var. Ancaq bu mistik qat ozan və ya şaman sənəti ilə məhdudlaş-
mır. Ozanların “ruhlar dünyası ilə bağlılığına” gəldikdə isə deməliyik ki, bu
ruhların etnik anlamı ilə oğuz əcdadlardan ibarət olduğunu biz artıq bilirik.
Hər hansı bir sənətin sahibi olmaq üçün onu öyrənmək lazımdır. Ozan-
lar da Oğuznamə ifaçılığını hər hansı bir ustad ozandan öyrənirdilər və bu sə-
nətə yiyələnmək üçün illərlə ustad yanında təlim-tərbiyə görürdülər. Biz ustad
sözünü şərti mənada işlədirik. Bu söz, bəllidir ki, aşıq sənətinə aiddir və bu sə-
nətin yüksək səviyyəsinə çatmış aşığı ifadə edir. Biz aşıq sənətinin şəyird (şa-
gird), yanşaq, ustad aşıq, haqq aşığı kimi dərəcələrinin olduğunu bilirik. Ancaq
ozan sənətinin kateqoriyaları haqqında “Dəli Domrul boyı”nda qarşımıza çıxan
bir ifadədən başqa heç bir məlumatımız yoxdur. Söhbət alb ozan ifadəsindən
gedir. Həmin boyun sonunda deyilir: “Məndən sonra alb ozanlar söyləsün! Al-
nı açuq comərd ərənlər dinləsün” (18, 83). Bu ifadəni nəzərdə tutan F.Köprülü
“alp ozanlar təbiri alplar, yəni qəhrəmanlar arasında da ozanlar yetişdiyini gös-
tərməkdədir” deyir. Müəllif fikrini qüvvətləndirmək üçün Hafiz Dərviş Əlinin
verdiyi yuxarıda xatırlatdığımız məlumata üz tutur (20, 139-140).
F.Köprülünün bu fikri aksiomatik həqiqət kimi bu günə qədər müxtəlif səviy-
yələrdə söylənilir. Qeyd etmək istərdik ki, görkəmli alim alb ozanlar ifadəsini
Dədə Qorqud oğuznamələrində əlində qopuz gəzdirən alpları gözə alaraq deyi-
lən şəkildə yozmuşdur. Ancaq oğuznamələrdə özünə yer tapan motiv bədii ya-
radıcılıq sahəsinə aiddir və bu hadisənin müəyyən poetik semantikası var. Bu
məsələdən irəlidə söz açılacaq. Burada onu qeyd etmək istəyirik ki, alb ozan
ifadəsi aşıq sənətində ustad aşıq ifadəsinin tam qarşılığıdır. Oxşar hadisə qır-
ğız dastan ifaçılığında çon jomokçu – “böyük jomokçu” adlanır və böyük yara-
dıcılıq, eləcə də ifaçılıq bacarığına malik manasçılara aid olunur (25, 428). Uy-
ğun olaraq alp sözünün “böyük”, “nəhəng” anlamı daşıdığını xatırlasaq, alb
ozan ifadəsinin Oğuznamə ifaçılığının zirvəsinə çatmış “böyük, yaradıcı ozan”
anlamında işləndiyini qətiyyətlə söyləmək olar. Sözügedən cümlədə əcdadlar
haqqında mətnin mübarəkliyi vurğulanır. Bu mübarək mətni böyük ozanların
ən yaxşı şəkildə söyləməsi və yalnız “alnı açuq comərd ərənlər”in dinləməsi
nəsihət (və ya vəsiyyət) edilir. Göründüyü kimi, burada cəngavər ozana heç bir
yer yoxdur. Söhbət Oğuznaməni ən yaxşı şəkildə ifadə edə biləcək ozandan və
onu dinləməyə layiq olan auditoriyadan gedir.
Türk dastan ifaçılığı haqqında mövcud biliklərə söykənərək demək olar
ki, alb ozanlar, çon jomokçular və ya ustad aşıqlar kimi, yüksək ifaçılıq və
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
54
yaradıcılıq imkanlarına malik olublar. Şirvanşah sarayında Xəlili Səmərqəndi
ilə söz yarışına girən ozançı, güman ki, belə ozanlardan olmuşdur. Dədə Qor-
qud Oğuznamələrini söyləyən ozanın isə alb ozan olmasına şübhə etməmək
olar. Oğuznamələrin söyləyicisi alb ozan kateqoriyasına məxsus ozan olma-
saydı, bu ifadəni dilinə almazdı.
İstedada hər dəqiqə təsadüf olunmur. Şübhəsiz ki, adi Oğuznamə ifaçı-
larının sayı daha çox olmuşdur. Güman ki, təyinsiz ozan adı Oğuznamə ifaçıla-
rına aiddir. Deyəsən, “Bamsı Beyrək boyı”nda əziyyət çəkmədən bir at qazan-
masına sevinən ozan belələrindəndir. Sənətin zirvəsinə çatmış beş-on alb ozanı
bütün türkman elləri tanımalı idi. Belə ozanlar elat adətinə uyğun olaraq xüsusi
elçilər vasitəsilə məclislərə gətirilirdi. Adi ozanlar isə qopuzunu götürərək “el-
dən elə, bəgdən bəgə” məclis axtarmaq məcburiyyətində idi. “Bamsı Beyrək
boyı”nda da belə bir ozanla qarşılaşırıq. Şübhəsiz ki, sıravi ozanların da yaxşı-
sı, pisi olmuşdur. Bu baxımdan Əbu Hayyanda qarşılaşdığımız “yaxşı ozandır”
ifadəsi çox şey deyir (27, 315).
Əsrlər boyu böyük bir coğrafiyada yaşayan etnosun içərisində Oğuzna-
mə ifaçılığı ilə məşğul olan ozanlar ifaçılıq xüsusiyyətlərinə, repertuarına görə
fərqlənməli idi. Ancaq belə məlumatlar günümüzə gəlib çatmadığı üçün təhlil
imkanından məhrumuq. Bununla bərabər, irəlidə ozan sənətinin başqa prob-
lemlərindən danışarkən yeri gəldikcə sözügedən cəhətlərə də toxunacağıq.
Sənətin ruhlar aləminin buyruğu ilə insana verilməsi Turan xalqlarının
mədəniyyətinə məxsus bir hadisədir. E.S.Novik onu “mədəni-psixoloji” qatda
anlamağı təklif edir (29, 194). Azərbaycan türkcəsində “Allah vergisi”, “Tanrı
vergisi” adı alan bu hadisə, əsas etibarilə, şamanın adı ilə bağlıdır. İnanışa gö-
rə, kimsənələrdən biri insanlar arasından birini seçərək onu şaman olmağa
məcbur edir. Seçilən şəxs ruhi pozuntu halında olur. O, şaman olmağa razılıq
verməyənə qədər bu hal davam edir. Namizəd ya şaman olmağa razılıq verir,
ya da öldürülür. Şaman olmağa razılıq verən namizəd mərasimdən keçirilir.
Burada onun hamiləri bəllənir və ona mərasim atributları verilir. Bu hadisədən
sonra o, müstəqil şəkildə mərasim keçirib insanların dadına çatır (3, 98-178;
29, 191-205 və s.). Sənətin bu şəkildə ruhlar aləmindən verilməsi dəmirçilik
sənətinə də xasdır (46, 385-390; 29, 195-196). Bu hadisə epik ifaçılıq sənətin-
dən də yan keçməyib. Təsadüfi deyil ki, məhəbbət dastanlarının əksəriyyətində
qəhrəman vergili aşıqlardır. Bununla yanaşı, o, universal xarakterdə olub bü-
tün türk dastan söyləyiciliyini əhatə edir (32, 45-52). Onun daha arxaik söylə-
yici tipi olan ozandan yan keçməsi mümkün ola bilməzdi. Əgər vergili aşıq və
ya haqq aşığı varsa, onda vergili ozan da olmalı idi. Yeni söyləyici tipi olan
aşığın onu hazır şəkildə ozandan mənimsəməsi qəribə görünməməlidir. Bu ba-
xımdan alb ozanın vergili ozan tipi olması güman oluna bilər. Ən nəhayət,
əgər vergili ozan olubsa, onda bu verginin sahibi – piri də olmalı idi.
Dostları ilə paylaş: |