Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
14
lüğətlər üçün hazırlanmış materiallar kompüterdə yığılır;
alqoritmə əsasən qurulmuş proqram kompüterin yadda-
şına
daxil edilir;
alınan nəticələr çap qurğusu – çıxışda çap edilir.
EHM-də tezlik lüğətinin tərtibi isə aşağıdakı alqoritm üzrə
görülmüşdür:
mətndəki
sözlərin seçilməsi;
sözlərin əlifba sırası
ilə düzülməsi;
hər bir sözün işlənmə tezliyinin hesablanması;
alınan massivin işlənmə tezliyindən asılı olaraq əlifba
sırası ilə düzülməsi;
alınan nəticənin çap edilməsi.
“Azərbaycan qəzet dilinin tezlik lüğəti” bu silsiləyə daxil-
dir. Əvvəldə qeyd etdiyimiz kimi, ilk tezlik lüğəti 1997-ci il ildə
işıq üzü görmüşdür.
1
Sonralar onun yenidən işlənmiş variantı
2004-cü ildə nəşr olundu.
2
. 2010-cu ildə isə Azərbaycan dilinin
tezlik lüğəti çap edildi.
3
Bu lüğətin tərtibi üçün Azərbaycan dili-
nin bütün üsulları təmsil olunmaqla təxminən 50 milyona yaxın
söz formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuş-
dur. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur. Azər-
baycan tezlik lüğəti leksikanın statistik modeli kimi ümumi
leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həllində
əvəzsiz mənbə rolunu oynayır.
Bundan başqa tarixi abidələrin öyrənilməsində statistik
metodların tətbiqi təkzibolunmaz əhəmiyyət kəsb edir. Dünya
dilçiliyində hind-Avropa dillərinin qrupları arasındakı qohumluq
əlaqələrinin üzə çıxarılmasında 1927-ci ildə ilk dəfə Polşa alimi
1
Azərbaycan qəzet dilinin tezlik lüğəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov,
V.Y.Pines, S.Rəhmanov). B., 1997
2
Azərbaycan qəzet dilinin tezlik lüğəti (tərtibçilər: K.A.Vəliyeva, M.Ə.Mahmudov,
S.Rəhmanov) B., 2004
3
Azərbaycan dilinin tezlik lüğəti (söz kökləri) (tərtibçilər: M.Ə.Mahmudov, Ə.Fətul-
layev, S.Məmmədova, R.Fətullayev, R.Hüseynli, B.Talıbov, G.Əzimova, N.Abdul-
layev), Ic. B., 2010
Maşın tərcüməsinin nəzəri problemləri
15
Yan Çekanovskiy məhz bu metoddan istifadə etmişdir.
1
Ameri-
ka alimi Morris Svodeş isə 1948-ci ildə leksik-statistik metod-
dan istifadə edərək dillərin lüğət fondunu öyrənərkən belə qəna-
ətə gəlmişdir ki, bütün dillərin əsas lüğət fondu sabit sürətlə, ya-
vaş-yavaş dəyişir.
2
Həmçinin dillərin tipoloji öyrənilməsində də
statistik metodların böyük rolu vardır.
Azərbaycan dilçiliyində tarixi abidələrin, o cümlədən yazı-
lı abidələrin kompüterlərdə tədqiqi ilə bağlı “Kitabi-Dədə Qor-
qud”un 1988-ci ildə nəşr olunmuş tənqidi mətni üzrə (tərtibçilər:
F.Zeynalov, S.Əlizadə) əlifba-tezlik və əks əlifba siyahısı hazır-
landı.
3
Burada tezlik siyahısı on minə yaxın söz formanı əhatə
edir. Dastanda qeydə alınmış sözlər işlənmə tezliyinə görə azal-
ma sırası ilə verilmişdir.
Əlifba-tezlik siyahısında isə söz-formalar işlənmə tezliyi-
nə görə deyil, əlifbaya görə düzülmüşdür. Tərtib olunmuş bu
siyahının dil tarixi ilə məşğul olan mütəxəssislər üçün böyük
əhəmiyyəti vardır. Klassik irsimizdən M.Füzulinin nəzm əsər-
lərinin statistik-distributiv təhlili tədqiq olunmuşdur. Əlbəttə,
klassik ədəbiyyata müraciətin, müəlliflərin əsərlərində üslubi
xüsusiyyətlərin özünəməxsusluğunu aşkar etmək, işlənmə tezli-
yinin göstəricilərini müqayisə etməklə naməlum müəllifli əsər-
lərin müəllifini müəyyənləşdirməkdə böyük əhəmiyyəti olar.
Bundan başqa Azərbaycan dilçiliyində linqvistik tədqiqat-
larda bir çox problemlərin həllində geniş istifadə olunan Azər-
baycan dilinin əks lüğəti tərtib edilmişdir.
4
Əks lüğət adı altında nə başa düşülür və onu adi lüğətdən
(iki dilli, izahlı və s.) fərqləndirən cəhət nədir?
1
Методы математической статистики и моделирование в сравнительной исто-
рии языкознании. http:||yazıkoznanie.ru/content|view/ 127/ 215
2
Методы математической статистики и моделирование в сравнительной исто-
рии языкознании. http:||yazıkoznanie.ru/content|view/ 127/ 215
3
“Kitabi-Dədə Qorqud” dastanlarının statistik təhlili (Tərtibçilər: Vəliyeva K.A.,
Mahmudov M.Ə., Pines V.Y., Rəhmanov C.Ə., Sultanov V.S.). B., 1999
4
Azərbaycan dilinin əks lüğəti (Tərtibçilər: M.Ə.Mahmudov, Ə.B.Fətullayev) B.,
2004
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
16
Əks lüğətlər adi lüğətlərdən quruluşuna görə fərqlənirlər.
Adi lüğətlərdə sözlər başlanğıc hərflərinə görə əlifba sırası ilə
düzülür. Əks lüğətlərdə isə sözlər sonuncu hərflərinə görə əlifba
sırası
ilə yerləşdirilir, məs.:
Adi lüğət
Əks lüğət
ağır
şura
udmaq
oturmaq
təsəlli
udmaq
çiçəkli
çiçəkli
şura
ağır
Misallardan görünür ki, əks lüğət tərtib olunarkən sözlər
sağ tərəfdən eyni şaquli ox boyunca, adi lüğətlərdə isə sol hissə-
dən şaquli ox boyunca yerləşdirilir.
“Azərbaycan dilinin əks lüğəti” “Azərbaycan dilinin orfo-
qrafiya lüğəti” əsasında tərtib olunmuşdur. Bundan başqa “Azər-
baycan dilinin orfoqrafiya lüğəti”ndə iştirak etməyən sözlər
“Azərbaycanca-rusca lüğət”dən götürülərək əks lüğətə daxil
edilmişdir. “Azərbaycan dilinin əks lüğəti” türk dilləri üzrə tər-
tib olunmuş lüğətlərdən həcm etibarilə ən sanballısı hesab edilə
bilər.
Azərbaycan dilinin əks lüğətinin qısa da olsa, tətbiq dairə-
sini xarakterizə edək. Azərbaycan dilinin əks lüğəti fonologiya,
morfologiya və etimologiyadan başqa linqvistikanın digər sahə-
lərində aparılan tədqiqat işləri üçün də zəngin mənbədir.
Fonologiyada səslərin tədqiqində, xüsusilə əsaslarda mü-
şahidə edilən proseslərin izlənməsində, sözlərdəki sonuncu səs-
lər qrupunun aşkar edilməsində əks lüğətin əhəmiyyəti böyük-
dür, məs.: əsaslarda gedən morfonoloji proseslərin öyrənilmə-
sində, yəni köklə şəkilçi birləşərkən səs əvəzlənmələri ilə əlaqə-
dar (
k~y; t~d; q~ğ) məsələlərdə
k, t, q ilə qurtaran sözlər qrupu-
nun tapılmasında əks lüğətin rolunu inkar etmək olmaz.
Əks lüğət morfologiya bəhsinin tədrisində köməkçi vasitə
rolunu oynayır: