Maşın tərcüməsinin nəzəri problemləri
47
sinin kompüterdə reallaşması məsələsinə toxunmamışdıq. Qısa
da olsa, bu gedişatı izləyək. Kompüterdə yığılmış mətn yaddaşa
daxil edilir. İlk növbədə mətnin mənsub olduğu sahə müəyyən-
ləşdirilir. Sahənin müəyyənləşdirilməsi isə açar sözlərin köməyi
ilə təyin olunur. Sahə təyin olunduqdan sonra ona uyğun lü-
ğətlərin linqvistik bazada axtarışı başlanır. Deməli, mətn girişə
daxil olduqdan sonra tərcümə sisteminə daxil olan qrammatik
qaydaların alqoritmi əsasında qurulmuş proqramlar: morfoloji,
sintaktik sintez işə başlayır.
Mətnin təhlili üçün onun tərkibinə daxil olan cümlələr bir-bir
ayrılıb, MTS-də araşdırılır. Qeyd etməliyik ki, cümlələr sağdan so-
la istiqamətində təhlil olunur. Rus dili cümləsinin tərkibindəki söz
formaları morfoloji təhlil edilərək morfemlərə – əsas (kök) və şə-
kilçilərə ayrılır. Ayrılan morfemlər uyğun olaraq əsaslar və şəkilçi-
lər siyahısında axtarılır və qrammatik xarakteristikaları müəyyən-
ləşdirilir, avtomatik lüğət əsasında həmin morfemlərin Azərbaycan
dilindəki ekvivalentinin və eyni zamanda onların formal göstərici-
lərinin uyğun siyahılarda axtarışı başlanır.
Bu prosesdən sonra qurulmuş formal modellərə əsasən söz
formaları arasındakı sintaktik əlaqələr avtomatik yolla müəyyən-
ləşdirilir. Azərbaycan dilindəki ekvivalentlər uyğun siyahıda ax-
tarılır
və nəhayət, sintaktik əlaqələr üzrə cümlə üzvləri tapılır.
Bundan sonra Azərbaycan dilində cümlənin sintaktik sintezi
proqramları işə başlayır. Cümlənin sintaktik sintezində (dife-
rensiasiya prosesi) analiz proqramından fərqli olaraq inteqrasiya
(birləşmə) prosesində morfemlərdən formal qaydalara əsasən
söz formaları yaradılır, bundan başqa söz formaları arasındakı
əlaqələrə riayət olunur və cümlədə söz formalarının sıra möv-
qeyi gözlənilir. Beləliklə, rus dilində yazılmış cümlə Azərbay-
can dilinə çevrilir, yəni tərcümə edilir. Kibernetik metodla təd-
qiq olunan kompüter dilçiliyinin maraq doğuran məsələlərindən
biri də dillərin tədrisi ilə əlaqədar öyrədici proqram sistemlərinin
hazırlanmasıdır.
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
48
III FƏSİL
TƏBİİ DİLLƏRİN KOMPÜTERDƏ TANINMASI
əsr elmi-texniki inqilab dövrü kimi
səciyyələnir. Bu dövrdə EHM-lərin
sürətli inkişafı elmin demək olar ki,
bütün sahələrinə bilavasitə öz təsirini
göstərir. Xüsusilə, humanitar elmlər-
də bu təsir daha aydın hiss edilir. Məhz EHM-in inkişafı ilə
əlaqədar linqvistikada yeni metodlar:
formal yanaşma, modelləş-
dirmə metodları yaranır. Çünki dilçilikdə qoyulan müəyyən mə-
sələlərin həllində mütləq EHM-lərə müraciət olunur ki, bu da
qoyulmuş məsələni yalnız formalizə etmək yolu ilə mümkündür.
Digər tərəfdən də böyük, ağır zəhmət tələb edən proseslə-
rin daha tez, asanlıqla həlli üçün kompüterlərin lüzumluğu mey-
dana çıxır. Bir sözlə, EHM-lərin yaranması dilçilikdə bir sıra
tətbiqi məsələlərin həllinə geniş imkanlar açdı:
Beləliklə, dilçilikdə riyazi metodların tətbiqi kor-koranə
deyil, ehtiyac duyulan məsələlərin həllində edilmişdir. Qoyul-
muş məsələlərin proqramlaşdırılmasında avtomatlaşdırma apar-
maq, beynəlxalq maşın dili qurmaq məqsədilə universal maşın
dilləri (alqoritmik dillər) yaradılmışdır. Həmin dillər üzrə nəinki
təbii dillərin qarşısında duran məsələləri, hətta humanitar elmlə-
rin bir sıra məsələlərini, o cümlədən linqvistikada mətnlərin av-
tomatik təhlili, maşın tərcüməsi, lüğətlərin tərtibi kimi tədqiqat-
ları proqramlaşdırmaq mümkündür və həll edilir.
Azərbaycan dilçiliyində az işlənmiş, geniş tədqiqat obyek-
tinə çevrilən informasiya texnologiyaları vasitəsilə, ümumiyyət-
lə, kibernetik metodla kompüter dilçiliyinin aşağıdakı mərhələ-
ləri tədqiq edilməlidir:
süni intellektin yaradılması;
XXI