Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə24/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

Birinci,  ikinci  və  üçüncü  tip  leksik  formalar,  leksik- 
qrammatik formalar, qrammatik formalarla bağlı şərh olunan­
lar əsasında dil  struktur vahidlərinin yaranma və m ənim sənil­
mə  prinsip  və  normalarını  sxematik  şəkildə  m üəyyənləşdir­
mək,  başqa  sözlə  desək,  onların  yaranma  və  mənimsənilmə 
qanunauyğunluqlarım modelləşdirmək mümkündür.
İstər  leksik,  istər  leksik-qrammatik,  istərsə  də  qram ma­
tik  formaların  yaranması  gerçəklik  elementi  ilə  kontakt,  ger­
çəklik  elementinə  uyğun  dərketmə  prosesi,  birinci  intellekt 
obrazının yaranması, nitq ehtiyacı,  sinktual dərketmə prosesi, 
ikinci  intellekt obrazının yaranması, dil  struktur vahidinin ya­
ranması  ardıcıllığı  ilə cərəyan edən birinci  dərketmə üsulu ilə 
baş  verir.  Dil  struktur  vahidləri  olan  formanın  yaranma  m o­
delini sxematik olaraq aşağıdakı kimi göstərə bilərik:______
M ayılB.  ƏSGƏROV.Söz
 
уз
 
formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
Proses
D il struktur vahidi olaraq form anın yaranm ası
Üsul
Birinci dərketmə üsulu
A k t l
Gerçəklik elementi ilə kontakt
Akt 2
Gerçəklik elementinə uyğun dərketmə prosesi
Akt 3
Birinci intellekt obrazının yaranması
A kt 4
Nitq ehtiyacı
A kt 5
Sinktual dərketmə prosesi
A kt 6
İkinci intellekt obrazının yaranması
Akt  7
D il struktur vahidinin yaranması
Dildə artıq  mövcud olan formaların mənimsənilməsi  isə 
nitq  ehtiyacı,  dil  struktur  vahidi  ilə  kontakt,  ikinci  intellekt 
obrazının  yaranması,  gerçəklik elementi  ilə birbaşa və  ya do­
layısı  ilə  tanışlıq,  birinci  intellekt  obrazının  yaranması  və  ya 
olunla  birləşmə  ardıcıllığı  ilə  cərayan  edən  ikinci  dərketmə 
üsulu  ilə  baş  verir.  Dil  struktur  vahidləri  kimi  formanın  mə­
nimsənilmə modelini aşağıdakı kimi göstərə bilərik:
Qıpçaq qrupu iiirk dillərinin leksikası, səhifə 94
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Proses
M övcüd dil struktur vahidi olaraq form anın m ə­
nimsənilməsi
Üsul
İkinci dərketmə üsulu
Akt 1
Nitq ehtiyacı
Akt 2
dil struktur vahidi ilə kontakt
Akt 3
ikinci intellekt obrazının yaranması
Akt 4
Gerçəklik elementi ilə qarşılaşdırma
Akt 5
Birinci intellekt obrazı ilə birləşmə
Yetkinlik  yaşında  yaranan  ikidillilik,  çoxdillilik  şərai­
tində, yəni,  ilkin öyrənilən doğma dildən sonra ikinci, üçüncü 
və daha sonrakı dillərin öyrənilməsi  prosesində formanın mə­
nimsənilməsi,  əsas  etibarı  ilə  birinci  dilə  aid  formanın  mə­
nimsənilməsi  mexanizmi  əsasında  və  ikinci  dərketmə  üsulu 
ilə  baş  verir,  fərq  sadəcə  ikinci  dilə  aid  formanın  birinci  dilə 
aid forma ilə qarşılaşdırılmasmdadır.____________________
Proses
İkinci dilə aid dil struktur vahidi olan form anın 
mənimsənilməsi
Üsul
İkinci dərketmə üsulu
A k t l
Nitq ehtiyacı
A k t 2
İkinci dilə aid dil struktur vahidi ilə tanışlıq və 
onun birinci dilə aid dil struktur vahidi ilə qarşı- 
laşdırılması
A k t3
İkinci intellekt obrazının yaranması
A k t 4
Gerçəklik elementi ilə qarşılaşdırma
A k t 5
Birinci intellekt obrazı ilə birləşmə
Öyrənilən  dildəki  sözlərin  doğma  dildə  qarşılığı  olma-
dıqda  (məsələn,  rus  dilinə  məxsus  высказывание  sözünün 
Azərbaycan dilində tam qarşılığı yoxdur,  Türk dilində qarşılı­
ğı  isə  söylemdn)  ikinci  dilə  aid  formanın  mənimsənilməsi 
prosesi  eynilə  birinci  dilə  aid  formanın  mənimsənilməsi  sxe­
mi ilə baş verir.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 95


NƏTİCƏ
Dil  struktur vahidi  olan  formaların  linqvopsixoloji  ana­
lizi aşağıdakı 
nəticələrə 
gəlməyə əsas verir:
•  Behaviorizm  və  neobehaviorizm  nəzəriyyələri,  eləcə  də 
nitq  fəaliyyəti  nəzəriyyəsi  əsasında  ilk  baxışdan  konkret 
nitq,  mətn  və  ya  söyləmin  şərhinə  həsr  olunan  tədqiqat 
əsərlərində  belə, sırf psixoloji problemlərin  həlli  birinci  də­
rəcəli əhəmiyyət daşıyan məsələlər kimi  ön planda dayanır.
• Aparılan  bütün  psixolinqvistik  araşdırmaların  hər  sətrində, 
hər  cümləsində  aydınca  görünür  ki,  linqvistik  problemlərə 
ikinci  dərəcəli  məsələlər  kimi  baxılır,  onların  həlli  psixo­
linqvistik  araşdırmalar  baxımından  o  qədər  də  əhəmiyyət 
daşımır.
•  Psixolinqvistikada  ilkin  meyar  və  ya  appelyativ  vahid  ola­
raq söz götürülür.  Düşünmə və təfəkkür proseslərinin, dola­
yısı  ilə  də  dərketmə  prosesinin  əsasında  nitqin  və  ya  dilin 
dayandığı  iddia edilir.  Belə bir mövqe,  təbii ki,  dilin və nit­
qin  adekvat  analizinin  önünə  sədd  çəkir.  Belə  ki,  ilkin  me­
yar  və  appelyativ  vahid  əsasında  prosesi  izah  etmək  olar. 
Amma  proses  əsasında  appelyativ  vahid  və  ilkin  meyarın 
izahı mümkün deyil.
•  Məhz  bu  səbəbdəndir  ki,  psixolinqvistika  öz  tədqiqat  ob­
yekti  olan  nitqin  yaranma  və  mənimsənilmə  proseslərinin 
mexanizmini  şərh edərkən yalnız psixoloji  məsələlərə toxu­
nur.  Linqvistik  məsələləri  isə ümumiyyətlə  şərh edə bilmir. 
Buna  görə  də  “Nitq  fəaliyyəti  nəzəriyyəsi  nitq  fəaliyyəti 
prosesinin analizinə  linqvistik  mövqedən yox,  sırf psixoloji 
mövqedən yanaşır” 1 kimi  açıqlamalarla bu çatışmazlığı  ört-
Mayıl В.  ƏS GƏR OV. Söz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
_________
1 Тарасов Е.Ф. Тенденции развитая психолингвистики.  Москва «Наука»,  1987, с.97.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 96
bas etməyə cəhdlər göstərilir.
•  Dil  struktur  vahidini  dərk  olunmuş  gerçəklik  elementi  ilə 
bağlı informasiya vermək ehtiyacı yaradır.
•  Dil struktur vahidi olan formalar aid olduğu ilkin və ya əsas 
gerçəklik elementinin dil güzgüsündəki əksi olmaqla yanaşı 
ikinci  sıra  gerçəklik  elementidir.  Onlar  da  əsas  gerçəklik 
elementləri  kimi  eyni  dərketmə  mexanizmi  əsasında  dərk 
edilir  və  bu  dərketmə  nəticəsində  yaranan  ikinci  sıra  intel­
lekt obrazı ilə yaddaşa qeyd olunur.
•  Dil struktur vahidi olan leksik formalar müstəqil birinci sıra 
gerçəklik  elementinə  və  ona  ekvivalent  olan  birinci  intel­
lekt  obrazına,  müstəqil  söz  şəklində  ikinci  sıra  gerçəklik 
elementinə  və  ona  ekvivalent  olan  ikinci  intellekt obrazına 
malik olur.
•  Dil  struktur  vahidi  olan  leksik-qrammatik  formalar  ok- 
kazional şəkildə meydana çıxıb abstrakt təsəvvür mahiyyəti 
daşıyan  birinci  sıra  gerçəklik  elementinə  və  ona  ekvivalent 
olaraq  müvəqqəti  mahiyyət  daşıyan  birinci  intellekt  obra­
zına,  şəkilçi  formasında  ikinci  sıra  gerçəklik elementinə  və 
ona ekvivalent olan ikinci  intellekt obrazına malik olur.
•  Dil  struktur vahidi  olan  qrammatik  formalar abstrakt təsəv­
vür  mahiyyəti  daşıyan  birinci  sıra  gerçəklik  elementinə  və 
ona ekvivalent olan birinci  intellekt obrazına, şəkilçi  forma­
sında  ikinci  sıra  gerçəklik  elementinə  və  ona  ekvivalent 
olan ikinci  intellekt obrazına malik olur.
•  Dildə  adı  da  olan  ilkin  gerçəklik  elementləri  ilə  bağlı  baş 
beyində  iki  (əsas  və  ikinci  sıra)  gerçəklik  elementi  və  iki 
(birinci  və  ikinci)  intellekt obrazından ibarət kodlar yaranır. 
Həmin  gerçəklik  elementi  ilə  bağlı  hər  cür  təfəkkür  və  id­
rak  prosesləri,  o  cümlədən  düşünmə  və  kommunikasiya
AMEA Səsim i adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-miiqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  97


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə