Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə22/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

istənilən vaxt və istənilən məzmunda,  həm işə nə isə  daha bir 
xüsusiyyət əlavə edə bilir.
Bu,  bir  tərəfdən  onu  göstərir  ki,  dərk  olunmuş  heç  bir 
gerçəklik  elementi  ilə  bağlı,  hətta  gündə  yüz  dəfə  təmasda 
olduğumuz kitab, dəftər, qələm kim i maddi sahəyə m alik ger­
çəklik  elementlərinin  bütün  çalar,  məzmun  və  xüsusiyyətlə­
rini  əhatə  edən  bitkin,  hərtərəfli  məlumata  malik  deyilik. 
İkinci  bir tərəfdən  də  sübut  edir ki,  həmin  əşyalarla  bağlı  ən 
zəngin  məlumat  belə  m üxtəlif insanlarda  müəyyən  cəhətləri 
ilə  bir-birindən fərqlənir və istənilən vaxt  onlara yeni  ştrixlər 
əlavə  oluna  bilər.  Çünki  dərketmə  və  mənimsəmə  prosesləri 
gerçəklik elementlərinin bütün çalar,  məzm un və xüsusiyyət­
lərini  tam  əhatə  edən  bitkin,  hərtərəfli  məlumat  əsasında  de­
yil,  ən aparıcı və başlıca xüsusiyyətlər əsasında gerçəkləşir və 
həmin gerçəklik elementi haqqında olan bu məlumat,  gerçək­
lik  elementi  ilə  hər  yeni  təmas  əsasında  daha  da  zənginləşir. 
Əgər belə olmasaydı,  dərketmə  və mənimsəmə prosesləri  heç 
bir zaman həyata keçə bilməzdi.  C.Millerə  görə,  qrammatika 
və y a   d il sistemi  baxımından  bizim  mənimsədiyimiz  bəlli  söz 
sıraları  deyil,  miivafıq  söz sıralarını yarada  bilmək üçün  la­
zım olan qaydalardır1.
Məsələyə  C.Millerin  mövqeyindən  yanaşsaq,  belə  de­
məliyik ki,  müvafiq  söz sıralarını yarada  bilm ək üçün  lazım 
olan  qaydalar qəbul  edilir,  beyin  aparatının köməyi  ilə trans­
formasiya  olunaraq  qrammatik  formanın  birinci  intellekt  ob­
razı  şəklində  modullaşır  və  mənimsənilir.  O  halda  izah  edil­
məsi  lazım  gələn növbəti  bir paradoksla qarşılaşırıq.  Belə  ki, 
müasir  yetkin  insanlarda,  böyüklərdə  və  məktəb  yaşlı  uşaq­
Maytl В.  ƏSGƏROV.Söz və formaların yaranma va manimsanilmə
____________________
mexanizminin linqvopsixoloji modeli
'Миллер Дж.,Галантер Е.,Прибрам К.Планы и структура поведения.  М.,  1965,с. 30. 
Q ıpçaq qrupu tü rk dillarinin  leksikıısı,  səh ifə  86
larda deyilənlərin məhz bu şəkildə baş verməsi məqbul sayıla 
bilər.  Amma heç  bir təhsili,  savadı  olmayan,  “isim”  deyəndə 
öz  adını,  “sifət”  deyəndə  özünün  üz  cizgilərini,  “xəbər”  de­
yəndə  televiziya  xəbərlər  proqramını  düşünən  81  yaşlı  qoca 
da,  əlifbanın  ilk  hərfini  belə  tanımayan  4-5  yaşlı  körpə  də, 
demək olar ki,  bütün qrammatik  formalardan təxminən bizim 
qədər dəqiq və düzgün istifadə edir.  Bu kontingent tərəfindən 
müvafiq  söz sıralarını yarada bilmək üçün lazım  olan  qayda­
ların  mənimsənilmiş  olması  bir yana,  sadəcə  eşidilmiş  olma­
sını düşünmək belə inandmcı deyil.
Bu səbəbdən,C.Millerə bəslədiyimiz bütün rəğbətə  bax­
mayaraq,  qeyd  etməliyik  ki,  qrammatik  formanın  mənimsə­
nilməsi  prosesi  ilkin mərhələdə qaydalar vasitəsilə  deyil,  az­
yaşlı uşaqlarda olduğu kimi yanlış və  doğru analogiyalar əsa­
sında  baş  verir.  Həmin  formadan hər  növbəti  istifadə  isə,  il­
kin  mərhələdə  əldə  edilmiş  təcrübənin  dəqiqləşdirilməsi  və 
təkmilləşdirilməsi qaydası ilə reallaşır.
Məhz  bu  səbəbdəndir  ki,  yeni  dil  açan  körpələr  ilkin 
mərhələdə “al” əvəzinə də,  “ver” əvəzinə  də  “a h ”  (yəni,“al”) 
deyir,“sənin” söylədiyi tərzdə də “m ən in ” (“mənim” əvəzinə) 
söyləyir.  Sonradan  böyüklərin  yardımı,  dəfələrlə  təkran  və 
uşağa təkrarlatması  nəticəsində  həmin  formanın  düzgün  ana­
logiyası formalaşdırılır.
Eksperiment  və  təcrübələr  göstərir  ki,  bəzi  formaların 
yanlış  və  ədəbi  dil  normalarından  fərqli  şəkildə  işlədilməsi 
halı  təhsili  olmayan  yetkin  yaşlı  insanlarda  bütün  ömrü  boyu 
müşahidə olunur.  Yəni, onlar həmişə öz dialekt və ya şivəsin­
də  danışırlar.  Hətta  ali  fıloloji  təhsil  almasına  baxmayaraq 
doğulub  böyüdüyü  regionun  ləhcəsi  ilə  danışan  insanlara  da 
rast  gəlirik.  Bu  bir  daha  sübut  edir  ki,  bütün  formaların  o
AMEA  N  asimi adına Dilçilik İnstitutunun türk dillari şöbəsi
Türk dillarinin tarixi-mü qayisəli leksikalogiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillarinin leksikası, səh if а 87


cümlədən  də  qrammatik  formaların  ilkin  mənim sənilm əsi 
analogiya  prinsipi  əsasında  baş  verir.  Uzunmüddətli  istifadə 
nəticəsində  daşlaşmış  bu  yanlışdan  bütünlüklə  yaxa  qurtar­
maq  o  qədər  də  asan  olmur.  Belə  insanlar  lazım  gələndə  öz 
nitqlərində  bütün  ədəbi  dil  normalarına,  yəni,  qram m atik  və 
sintaktik  qaydalara  əməl  etsələr  də,  ekstremal  vəziyyətlərdə 
özlərindən  asılı  olmayaraq  yenidən  hafizələrinə  həkk  olmuş 
dialektizmlərə  meyl  edirlər.  Belə  yanlış  analogiyalardan  tam 
azad olmanın  yolu həmin  yanlış  analogiyanın  doğru  analogi­
ya  ilə  əvəzlənərək  eyni  tərzdə  “daşlaşdırılmasıdır”  ki,  bu  da 
gərgin əmək və diqqət tələb edən uzunmüddətli prosesdir.
Qrammatik  formaların  birinci  intellekt  obrazı  və  ger­
çəklik  elementi,  onların mahiyyəti  və yaranma m exanizm i  ilə 
bağlı  buraya qədər deyilənləri ümumiləşdirərək belə bir qəra­
ra gələ bilərik:  Qrammatik form aların birinci sıra,  yəni,  əsas 
gerçəklik elementi  ilkin  mərhələdə  alışqanlıq,  vərdiş  və  an a ­
logiyalar əsasında formalaşan,  sonrakı hər kontakt nəticəsin­
də  dəqiqləşdirilən  və  təkmilləşdirilən  abstrakt  təsəvvürlərdir 
ki,  onların da dərk olunması nəticəsində həmin form aların bi­
rinci intellekt obrazı yaranmış olur.
Təbiidir  ki,  qrammatik  formanın birinci  intellekt  obrazı 
göz  önündə  canlandırılan  və  ya  təsəvvür  olunan  heç  bir  real 
və  ya vizual  obraza ekvivalent deyil.  Bu cəhəti  ilə qram m atik 
formalar  mücərrəd  isimləri  xatırladır.  Amma  onlardan  fərqli 
olaraq  qrammatik  formaların  birinci  intellekt  obrazına  ekvi­
valent olan gerçəklik elementi də  müstəqil  tam  mahiyyəti  d a­
şımır.  Hətta leksik-qrammatik formalar kimi  müvəqqəti  m üd­
dət ərzində də müstəqil tam mahiyyəti qazana bilmir.
Qrammatik  forma  yalnız  müstəqil  tam  mahiyyəti  daşı­
yan digər (adətən leksik formaların) intellekt obrazları  ilə bir­
Mayıl В.  ƏSGƏROVSöz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 88
ləşdikdə həmin  intellekt  obrazının  ekvivalent olduğu  gerçək­
lik elementinin digər gerçəklik elementləri ilə əlaqə və müna­
sibətlərini  əks  etdirir.  Ayrılıqda isə  qrammatik  formanın  ger­
çəklik  elementi  abstrakt  təsəvvürdən  başqa  bir  şey  deyildir. 
Məsələn,  Azərbaycan dilində  ismin yerlik hal  şəkilçisi  olan - 
da1
 2 şəkilçisi  ilə bağlı mövcud abstrakt təsəvvürlərdən bəziləri 
aşağıdakı kimidir:
1)  Orta  məktəbin  ilk  4  sinfini  oxumuş  81  yaşlı  təqaüdçü 
Yaqub  Abdullayevin  abstrakt  təsəvvürünə  görə, “-da,  - 
 artırılan söz, iş görən adamın yerini göstərir1”.
2)  Orta məktəb  həcmində  verilən  abstrakt təsəvvürə  görə, 
İsmin yerlik  halı  əşya və  ya hərəkərin  yerini  bildirir...  - 
da2 şəkilçisi  ilə düzəlir”2.
3)  Ali  məktəb  həcmində  verilən  abstrakt  təsəvvürə  görə, 
“İsmin  yerlik  halı,  başlıca  olaraq  yer  məzmunu  ifadə 
edir.  Bu  halda  işlənən  sözlər  ya  iş  və  hərəkətin,  ya  da 
əşyanın yerini bildirir”3 və s.
Müxtəlif  mənbələrdən  götürülmüş  bu  şərhlər  bir  daha 
sübut  edir  ki,  bu  və  ya  digər  qrammatik  formanın  gerçəklik 
elementi  abstrakt  təsəvvür  olmaqla  yanaşı,  kommunikant 
kontingentindən və onlarda formalaşmış analogiyalardan asılı 
olaraq  fərqliliklərə malikdir,  daim dəyişir və  inkişaf edir.  Bu­
nunla belə,  həmin abstrakt  təsəvvür,  özünün  aid  olduğu  kon­
tingent  tərəfindən  müvafiq  qrammatik  formadan  lazımi  sə­
viyyədə istifadə oluna bilməsi üçün kafidir.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
1 Abdullayev Yaqub Hacı oğlu,  Oğuz rayon sakini, 81  yaşında.
2  Nağısoylu  M.  Azərbaycan  dili  (Ali  təhsilə  hazırlıq  kurslarının  dinlə­
yiciləri  üçün dərslik). Zirvə yayın lari,  1999, s. 42.
3Hüseynzadə  M.  Müasir  Azərbaycan  dili.  Morfologiya,  III  hissə,  Bakı, 
“M aarif’,  1983,s.61 
___________ ________ _________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 89


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə