Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə30/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

“Qaraçay-çərkəzlərin  tarixi  oçerkləriTndə  “...qaraçaylılann 
bir  xalq  kimi  formalaşmasında  yerli  qəbilələrin,  dağlılann- 
kobanların böyük rolu olduğu, dillərinin türk qəbilələrindən 
olan  qıpçaqların  dilindən  törəndiyi”  faktına  rast  gəldiyini 
göstərir  və  qeyd  edir  ki,  bu  fikir  qaraçay-balkarların  m ən­
şəyi  probleminə  həsr  olunmuş  sesiyanm  qərarına  qarşı  çı­
xır.  Orada  deyilir:  “Qaraçay  və  balkar  xalqları  İran  və 
türkdilli  xalqlarla  Şimali  Qafqaz  xalqlarının  qarışığından 
yaranmışlar və bu prosesdə qərbi  qıpçaq tayfalarından olan 
“qara bolqarlar’in  da rolu istisna deyil”.
Bəzi  alimlər (L.İ.Lavrov)  qaraçay-balkarların X I  əsr­
də  Şimali  Qafqazda  meydana  çıxan  qıpçaqların  (poloves, 
kuman)  törəmələrindən  olduğu  fikrinin  tərəfdarıdırlar.  Di­
gər bir qrup  isə  qaraçay-balkarların  etnogenezində türkdilli 
bulqar komponentlərinin mövcudluğunu iddia edir.1
 2
Qaraçay-balkarların  xəzər  mənşəli  olduqlarını  elmi 
izahlarla  sübut  etməyə  çalışanlar  da  vardır.  Məsələn,  M u­
rad  Karaketov  qaraçay-balkar  dilinin  qədim  eftalit-xəzər 
dövrünə  aid  olan  etnonimlərdə  bir  sıra  adət-ənənələrin  qo­
runub  saxlandığını  göstərir.3 1
 2
  Qaraçaylarm  qəbilə,  nəsil  bil­
dirən etnonimləri aşağıdakılardır:
1.  Къара-Şayay  və  Gencake  Şayay  (kavar-savart  nəsli, 
Kara (kari) və Genax qəbiləsi).
2.  Мехегеу-Къула  (Mexerey)  -   ağ  hunlarm  sərkərdəsi, 
kavarların  törəməsindən olan  Mixir Kulun və ya Me- 
qeri qəbiləsi.
_____
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
1 М.Хабичев.  Карачаево-балкарское именное словообразование.  Черкесск,  1971, с.6.
2 Y en ə o ra d a .s.l  1-13
3М .Д ж .К ар акет о в.  Х азар ско -и у д ей ско е  н асл ед и е в тр ад и ц и о н н о й  культуре 
карачаевц ев.  w w w .ram b ler.ru h tto //tu rk o lo a.n aro d .ru / indexdow n.  htm. 
(Б и б ли отека).
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 118
3.  Xabar-qaraçaylılar  və  ya  Kbavar-qaraçaylılar  -   ağ 
hunlarm  Şimali  Qafqazdakı  evtalit-xəzər  köklü  kavar 
və ya kabarların qəbiləsi.
4.  Tyurman və  Turuan -  ağ hunlarm sərkərdəsi, eləcə də 
ağ hunlar və kavarların qəbiləsi.
5.  Çigirey  Çula  -   hərfi  tərcüməsi:  “Çul  valisi”  demək­
dir;  Xəzər  xaqanlığının  sonuncu  valisinin  adı.  Qara­
çay dilində  sosioloji termin olan çigirey xəzər -bulqar 
mənşəli  “içirqu”  sözündəndir  ki,  bu  da  “hökmdar”, 
“vali” anlamındadır.
QUMUQ etnonimi.  Qumuqların (къитикъ) Rusiyada 
ümumi sayı 277,2 mindir.  Onlardan 231,8 mini Dağıstanda, 
9,9  mini  Çeçen-İnquş  Muxtar  Respublikasında,  9,5  mini 
Şimali  Osetiyada  yaşayır.  Son  illərin  statistik  məlumatına 
görə, qumuqların ümumi sayı 282,2 min nəfərə çatır.1
Qumuqlar  Dağıstanın  ədəbi  dillərindən  biri  olan  qu­
muq  dilində  danışırlar.  Qumuq  ədəbi  dili  Buynaksk və  Xa- 
savyurt dialektləri əsasında formalaşmışdır.
Qumuq  etnosunun  formalaşmasında  öncə  kimmerlər 
(b.e.əvvəl  VII  əsrə  qədər),  və  skiflərin  (b.e.  əvvəl  VII-III 
əsrlər),  aborigen  xalqa  öz  dillərini  verən  qıpçaq-poloveslə- 
rin,  daha  sonra  isə  türkdilli  qəbilələrin  (hunlar,  savırlar, 
barsillər,  bulqarlar,  kutruqur,  eləcə  də  xəzər  və  qıpçaqla­
rın)  böyük  rolu  olmuşdur.  Qumuqların  erkən  dövrlərdə 
ariak  adlandırılması  da  qeyd  olunur.  Ariak  qədim  türk  di­
lində  arı  (“təmiz,  nəcib”)  sözü  və  -ak  sözdüzəldici  şəkil­
çisinin birləşməsindən əmələ gəlmişdir.2
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 www.turkoloq.narod.ru. Кумыки.
2 Azərbaycan tarixi,  1  c.,  Bakı,  1998, s.133.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 119


Son  araşdırmalarda «qumuq»  etnoniminə  ilk  dəfə  an­
tik  müəlliflərdən  Böyük Pliniy  və  Klavdi  Ptolomeyin  əsər­
lərində rast gəlindiyi  və  onların bir etnos kimi  formalaşma­
sının  XII-XIII  əsrlərdə  başa  çatdığı  göstərilir.1 1
  «Qumuq» 
etnonimi  haqqında  bir-birinə  zidd  olan  bir  neçə  mülahizə 
mövcuddur.  Tədqiqatçıların  əksəriyyəti  (A.Bakıxanov,
S.A.Tokarev,  A.İ.Tamay)  orta  əsrlərdə  qıpçaq  mühitində 
çox  məşhur  olan  къитикь  və  ki так etnonimi  arasında  bir 
uyğunluq  olduğunun  tərəfdarıdır.  Bəzi  tədqiqatçılar  (Y.A. 
Fyodorov)  bu  etnonimi  yüksəklikdə  yerləşən  lak  kəndi 
Kazikumux//  Qazıqumuq  toponimi  ilə  (Kazikumux  kəndi 
uzun  müddət  ərzində  qumuq  şamxallığının  iqamətgahı  ol­
muşdur)  bağlayır,  qumuqlarm  «qaziqumuqlar»  adlandırıl­
ması  və  lak  dilində  danışdıqlarını  qeyd  edirlər.2  Ərəb  qra­
fikası  ilə  yazılan  ilk  yazılı  abidələri  «Dərbəndnamə»  XVI 
əsrin sonlarında yaranmışdır.
XIX  əsrdə  qumuq  ailələri  kiçik  qruplardan  ibarət  ol­
muşdur.  25-30  nəfər  təşkil  edən  ailələr də  olmuşdur.  1950- 
70-ci  illərdə  dağlıların sürətli axmı  qumuq xalqının torpaq­
larının  bir  hissəsindən  məhrum  olması  ilə  nəticələnmişdi. 
Son illərdə bəzi  tədqiqatçılar belə bir fikir də yürüdürlər ki, 
gumuqların  bir  etnos  kimi  formalaşmasının  ilkin  mərhələ­
sində hun-sarmat,  hun-xəzər-bulqar, balkar, qaraçay, Krım 
tatarları,  qaraimlər,  ən  son  mərhələdə  isə  noqaylar  baza 
rolunu oynamışlar.
К а т а к  1 arı n// q anı zk\m\r\(qumak)  -   skif qəbilə  adı  ki­
mi qeyd olunduğu,  eləcə  də yaşadıqları  ərazinin Kumarıiya/ 
Qumaniya  adlanması  və  bu  etnonimin  qamar/tkamar,  ko­
1 w w w .tu rk o lo q .n aro d .ru .  К ум ы ки.
Н .Х .О лм есов К ум ы кски й   я зы к   и  этнос.В оп росы   их  форм ирования. 
w w w .tu rk o lo q .n aro d .ru
Şəkər OR VСО VA. Qıpçaq qrupu türk dillərində etnonimlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 120
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
mar!/qomar (Xəzər dənizi  ətrafında yaşayan komar//qomar 
qəbilə  adı)  formasında  qamar it/1komar it  qəbiləsi  adında 
mövcud olduğu qeyd olunur.  Onların  əsas  etnonimik adları 
bunlardır:qamak, quyen,  tyumen, kayı, okoçant/okoçir.’
KamakJkimakların  əsil  adlarının  “kaymak”  olduğu, 
VIII-X  əsrlərdə  əsas  hissələrinin  Qərbi  Sibirdə,  İrtış  çayı­
nın  orta  axarında  yaşayan  türk  tayfalarından  olduğu  gös­
tərilir.2  Köç  yerləri  Cənub-Qərbdə,  Sırdəryanın aşağı axarı- 
nadək olan ərazini əhatə edirdi.
IX  əsrin  sonlarında  qıpçaqların  tərkibində  Qərbə  hə­
rəkət edərək Cənubi Rusiya çöllərinə köçmüşlər.  Bir qismi­
nin  XIII  əsrin  I  yarısında  Azərbaycana  gəldikləri  ehtimalı3 
Qazax rayonunda Qaymaqlı kənd adının da kimaklarla bağ­
lılığına  əsas  verir.  V.A.Alborov  къитикь  etnoniminin 
къит -  «qum»  sözü ilə əlaqəli olduğu fikrindədir.
Qeyd  edilməlidir  ki,  qamak/qumak  variantında  qum 
sözü Kislovodsk  şəhərindəki  Qumqala adında qorunub sax­
lanmışdır.  Bu  etnonim  (qum)  kam//каток  formasında ose- 
tin-nart nağıllarında da qeyd olunur.
Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olur  ki,  qumuq- 
ların  sələfləri  skif-sarmat  etnosları  dairəsində  mövcud  ol­
muş  və  Dağıstan,  eləcə də  Şimali  Qafqaz ərazilərində yaşa­
mışlar.
Kazikumux  və  ya  Китих  kəndinin  şamxallıq  üçün 
önəmli  iqamətgah  rolunu  oynaması,  əlbəttə,  tarixin  bir  dö­
nəmi  idi.  XV  əsr  müəlliflərindən  olan  Nazim-əd-Din  Şami 
Kazikumux  şamxallığmı  “Kazikumukluq”  kimi  qeyd  et­
1  w w w .turkolou.narod.ru.  К ум ы кский  мир.
2  D ünya  xalqları.  E nsiklopedik  m alum at  kitabı.  Bakı,  1998,  s. 159.
3  Y enə  orada. 
__________
Qıpçaq qrupu türk dillərinin leksikası,  səhifə  121


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə