Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə29/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

çölündə məskunlaşan digər xalqların qıpçaqlarla əlaqəsi, 
mənəvi bağlılığı;
4.  Qaraim  və  krımçaklarm  etnogenezi:  onlar yəhudi,  xəzər 
və ya qıpçaqmıdırlar?
5.  Qıpçaqlar,  kumanlar  və  poloveslər.  Qıpçaq  qəbilələrin­
dən olan bacanaq-peçeneqlər,  berendeylər,  boutlar (ma- 
utlar),  kayeriqlər,  kovuylar,  torklar,  terreylər,  qara  qlo- 
buklar,  əncoğlu,  burcoğlular,  burnılar,  burlılar,  cüzan- 
lar,  durutlar,  etebiqlər,  iyetlər,  itilıylar,  kəngəroğlular, 
kanouqlar,  qarabağoğluları,  güloğlular,  otrerlulər,  sak- 
lar,  tarqolovehr,  tortoblar,  uliçlər  və  uqliçlərin  zaman 
keçdikcə əriyərək itməsi  səbəbləri hansılardır? və s.
Türkologiyada qıpçaq  qrupu  dillərinin m üxtəlif təsni­
fat  prinsipləri  ilə  verilməsinə  baxmayaraq  biz  ardıcıllıq 
prinsipinə riayət edərək bütün təsnifatlarda ilk yerlərdən bi­
rini tutan qaraim etnonimindən başlamaq istərdik.
Q A R A İM  etnonimi.  Qaraimlər  özlərim  karay  (karait 
-  musəviliyi  Talmudu rədd edən “karay” məzhəbi ilə bağlı­
dır)1  adlandırırlar  ki,  bu  da  onların  qədim  türk  etnonimi 
olan  kir eyH kireyitdm   (kiray,  karay,  kerait)  törədiyini  gös­
tərir.1
 2  Qaraim  dilinin  elmi  cəhətdən  öyrənilməsi  V.V.Rad- 
lov,  V.A.Qordlevski,  A.N.Samoyloviç,  A.Zayonçkovsi, 
T.Kovalski,  A.Mardkoviç,  O.Pritsaka,  S.M.Şapşal,  K.Mu- 
sayev,  V.İ.Filonenko,  A.M.  Şerbak,  N.A.Baskakov  kimi 
görkəmli türk+oloqlann adı  ilə bağlıdır.3  Bir çox türk dillə­
_____
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
1 Dünya xalqları.  Ensiklopedik məlumat kitabı, Bakı,  1998.
2 www.http//turk.narod.ru
3В.В.Радлов.  Образцы  народной  литературы  северных  тюркских  племен  (Собраны 
В.В.Радловым).  Ч. VII.Наречия  Крымского  полуосгрова.-СПб,  1896;  К.М.Мусаев. 
Караимский  язык.Фонетика и  морфология.М.,1964;Караимско-русско-польский  сло­
варь  (Под  ред.  А.Н.Баскакова,А.Зайончковского,С.М.Шапшала),М.,1974;  К.М.Му- 
саев.Караимский язык//Языки мира.  Т.2, Тюркские языки, Бишкек,  1997, с.254; 262
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 114
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin iarixi-müqayisəli leksikologlyası məsələləri,  III cild, Bakı, 2012
rində  əsas  söz  köklərindən  biri  olan  “qara,  kara:  qaraçay- 
lar,  qaraxəzərlər” -  “qara-şimal”,  sadə  (qara camaat)  anla­
mını  verir.  Əslində  onları  karay,  karaylar,  daha  doğrusu, 
Krım qaraim  türkləri adlandırsaq, qaraim dininin nümayən­
dələri  ilə qarışdırılmazdı.  Çünki  Krımda karaizm dinini  qə­
bul  edən qaraimlər  də  yaşamaqdadırlar  ki,  onlara xalq  ara­
sında  rus  qaraimləri  deyirlər.  Bir  etnos  kimi  Krımda  for­
malaşan  qaraimlərin dili  müasir dilçilik elmi tərəfindən A l­
tay  dilləri  ailəsinin  türk  dilləri  yanmqrupuna  daxil  edilir. 
Ukrayna,  Litva,  Sankt-Peterburq,  Moskva,  eləcə  də  İsrail 
və Polşada məskunlaşan  qaraimlər Xəzər xaqanlığına daxil 
olan Knmdakı türk xalqlarının nəsilləri hesab olunur.
Türkcə  danışan  qədim  qaraimlərin  həyat  tərzi  tədqi­
qatçı  alimlərin diqqətini  həmişə özünə  cəlb etmişdir.  Onlar 
qaraimlərin  xəzərlərlə  analoji  oxşarlığını  da  qeyd  edirlər. 
Hazırda qaraimlər arasında göygöz insanlara rast  gəlinməsi 
heç də təsadüfi deyildir.
Qədim  zamanlarda  qaraimlərin  qottlardan  assimlya- 
siya  olunduqlarını  bu  gün  də  onlardan  bəzilərinin  “Qoto” 
soyadını  daşımaları  sübut  edir.  Beləliklə,  Krım  qaraim 
türkləri  (karaylar)  hunlar  və  xəzərlərin  qəbilə  birliklərinə 
daxil  olan,  Krımda  sarmat  alanlar  və  go/dardan  assimil­
yasiya olunan qədim karaitlərdir -  desək, yanılmarıq.
Antropoloqlar qaraimlərdə monqoloidlərə xas əlamət­
lərin  olduqlarını  da  söyləyirlər.  Krımda  bir  etnos  kimi  for­
malaşaraq  bu  günə  qədər də  etnik xüsusiyyətlərini  qoruyub 
saxlayan  qaraimlər digər türk xalqları  ilə  qaynayıb-qarışsa­
lar  da,  öz  aborigenliklərini  qoruyub  saxlamışlar.  Dünyanın 
m üxtəlif yerlərində  məskunlaşan qaraimlər Vətəndən  uzaq­
larda  olduqlarına  baxmayaraq,  bir-birinə  həmişə  mənəvi
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 115


dayaq və dəstək olmuşlar.  Litva və Polşa,  Ukrayna və Fran­
sa kilsələrində Allaha ibadət yalnız qaraim dilində olunur.
Qaraim  dili  knm-tatar,  qumuq  və  qaraçay-balkar  dil­
lərinə  yaxındır.  Ərəb,  fars  və  slavyan  dillərindən  alınma­
larla  zəngin  olan  bu  dildə  monqol  dil  paralellərinin  də  ol­
ması istisna deyildir.  1934-cü ildə Türk Dil  Qurumunun qə­
rarı  ilə  türk dilinə  digər  alınmalarla yanaşı  qaraim  dilindən 
də  330  söz  daxil  edilmişdir.  1930-1931 -ci  illərdə  bu  dilin 
Berlin  universitetində  tədris  edilməsi  qaraim  dilinə  xüsusi 
marağın olmasından xəbər verir.Qaraim  dilinin xüsusiyyət­
ləri  karaylarm  mənşəyi,  onların  öncə  hun,  bulqar-xəzər,  iç 
peçeneqlər,  daha sonra isə  qıpçaq-poloves  dillərinə  mənsu­
biyyəti  haqqında  qiymətli  və  mötəbər  informasiyaları  mü­
hafizə  etməkdədir.  Belə  ki,  əsas  xüsusiyyətlər  müasir  dia- 
lektlərdə  saxlanılır.  Lakin təəssüflə  deməliyik ki,  bu qədim 
dil Krımda hal-hazırda öz faciəvi günlərini yaşamaqdadır.
KVM ANJKO M AN -   etnonimi.  E.ə.  XIII-XII  əsrlərdə 
İkiçararasının  şimalında  kutilərin  qonşuluğunda  yaşayan 
qədim  türk  etnoslarındandır.  O  dövrün  mixi  qaynaqlarında 
“kuman”,  “kumen”,  “kume”  adları  ilə  qeyd  olunduğu  gös­
tərilir.
Çin  qaynaqlarında  bu  ad  “sarımtıl,  ağımtıl”,  “göy­
göz”  mənasında verilmişdir.  Antik  müəllif Pliniy kumanla- 
rın  adını  Orta  Asiya  ilə  bağlı  xatırladaraq,  onların  Şərqi 
Avropada  da  məskən  saldıqlarını  yazırdı.  Qədim  rus  qay­
naqları  isə onları “poloves”(sarımtıl) adlandırmışlar.  Bunun 
özü  kumanların  sarısaç,  ağbəniz  türk  etnoslarından  oldu­
ğuna sübutdur.  Kumanların Azərbaycanda da yaşamalarına 
və  ölkəmizdə  yaşayan  ən  qədim  türk  etnoslarından  biri  ol­
masına  Cəlilabad  rayonundakı  Komanlı  və  Lerik  rayonun­
dakı Kuman etnotoponimləri dəlalət edir.
_____
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
Qıpçaq qrupu türk dillərinin ieksikası, səhifə 116
A M EA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri

III cild, Bakı, 2012
QARAÇAY-BALKAR  (къарачай,  балкъар  /  мал- 
къар)  etnonimləri  -  къарачай,  аланлы,  къабарлы,  делес- 
чи/делечиле
черкесли/кара,  черкеслиле, 
бассинакъ, 
нарт-къарачайлыпы,  чегемчиле,  басханчыла,  бызынгы- 
чыла,  çeçelılıla,  таулу-къарачайлыла,  басхан-къараай- 
лыла, балъкар/ малъкар.
Hazırkı məlumata görə, 250 min qaraçaydan  135 mini 
Rusiya  Federasiyasının  Qaraçay-Çərkəz  Muxtar  Vilayətin­
də,  75  mini  Kabardin-Balkar  Muxtar  Vilayətində,  Stavro­
pol  diyarında,  Türkiyə,  Suriya,  İordaniya,  ABŞ  və digər öl­
kələrdə yaşayır.  1944-cü ildə  sürgün edilən qaraçay-balkar- 
ların  bir  hissəsi  Qazaxıstan,  Özbəkistan  və  Qırğızıstanda 
məskunlaşmışdır.  Qaraçay-balkarlarm  mənşəyi  barədə 
müxtəlif  fikirlər  mövcuddur.  Onları  mənşəcə  slavyanlara, 
kabardinlərə,  noqaylara,  tatarlara,  monqollara,  türklərə, 
Teymurləngin  əsgərlərinə,  oturaq  qafqazlılara,  qıpçaqlara, 
kumanlara, hunlara,  xəzərlərə, bolqarlara,  irandilli  alanlara, 
türkdilli  alanlara  aid  edən  alimlərin  bəzi  mülahizələri,  təbii 
ki,  özünü  doğrultmur.1  A.Samoyloviç  qaraçay-balkarlarm, 
qumuqların oturaq yafətilərdən törədiklərinin tərəfdarıdır.1
 2
N.Y.  Marr qaraçay-balkar dilinin  svan  dili  ilə çarpaz- 
laşması  fikrini  irəli  sürmüşdür.  Bu  münasibətlə  M.Xabiçev 
yazır  ki.  “...müasir  tarix  və  dilçilik  elmləri  bu  fikrin  yanlış 
olduğunu  qətiyyətlə  sübuta  yetirmişlər;  təəssüflər  olsun  ki, 
bir  sıra tarixçilər və  arxeoloqlar (E.P.Alekseyeva)  qaraçay- 
balkarlarm  mənşəyi  haqqında  N.Y.Marrın  səhv  mülahi­
zələrinin  tərəfdarı  olmaqda  davam  edirlər”.3  M.Xabiçev
1 М.Хабичев.  Карачаево-балкарское именное словообразование.  Черкесск,  1971, с.6.
2  Yena orada.
'  Yens orada. 
____________
Qıpçaq qrupu türk dillərinin ieksikası,  səhifə  117


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə