Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə31/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

mişdir.  Digər  tərəfdən, 
-lukb 
formantı  qumuq  oykonimlə- 
rinin əksəriyyəti üçün xarakterikdir.  Bu mənada Qazqumuq 
şamxallan  sülaləsinin qədim qumuq mənşəli olduğu şübhə­
sizdir.  Qumuq  şamxal  məzarlığında Buday-şamxal/Buqday 
-şamxal  (XVI  əsr)  adlannın  aşkar  olunması  faktı,  eləcə də 
müasir  dövr  üçün  işlək  olan  Buday,  Buqday,  Budayxan, 
Buqdayxan  antroponimlərinin  də  mövcudluğu  bu  şəxs  ad­
larının qumuq mənşəli  olduğuna sübutdur.
Q AZIQ U M U Q LAR  -   Dağıstanın  qədim  yerli  xalq­
larından  olub,  əsasən Dağıstan Respublikasının dağlıq  (Lak 
və  Kuli  rayonlarında),  bir  qismi  isə  Şimali  Dağıstanın  dü­
zən hissəsində (Novolakckoye r-nu) yaşayırlar.
Qazıkumuqlara  laklar  da  deyilir.  Sayları  118,1  min 
nəfərdir.  Lak  dilində  danışırlar  və  bir  sıra  dialektləri  var. 
Yazıda  rus  qrafikasından  istifadə  edirlər.  Müsəlmandırlar.
1820-ci  ildə  Qazıkumuq xanlığının  Rusiyaya birləşdirilmə­
sindən  sonra  əsas  məşğuliyyətləri  əkinçilik  və  heyvandar­
lıq,  zərgərlik,  dulusçuluq,  mahud  və  palaz  istehsalı,  tikmə 
olmuşdur.
Qumux dövlət ərazi vahidi  «Qumuq» kimi ilk dəfə IX 
əsr mənbələrində (Baladzori) qeydə alınmışdır.
Q.S.Qədirhacıyev  кьитикъ  etnoniminin  hələ  skif 
dövründən  mövcud  olduğu  qənaətindədir.1  Ona  görə,  Qu- 
nur  skif  antroponiminin  Qunuq-ur  kimi  Dağıstanda  qeyd 
olunması  (IV  əsr),  qunuq  komponentinin quruq-ur (bulqar- 
hun etnonimi)  və  qnurll-qnuqur  (skif variantı)  kumukll qu­
muq  (къитикъ)  etnonimi  haqqında  olan  ilkin  fərziyyə  sa­
yıla bilər.  Türk dilləri  üçün  xarakterik olan -m=-n əvəzlən-
______
Şəkər OR UCOVA. Qıpçaq qrupu türk dillərində etnonimlər
к. 
С.Кадыраджиев.  Проблемы сравнительно-исторического изуче-
ния  кумыкского и тюркского языков.  Махачкала, ДГПУ,  1998.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 122
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, l i l  cild, Bakı, 2012
mələrinin bu dillərdə  geniş  yayıldığını  nəzərə  alsaq,  qunuq 
variantının  kınık/qımq  formasında  qıpçaq  qrupu türk  dillə­
rində,  eləcə  də  oğuz  qrupuna  məxsus  Azərbaycan,  türk, 
türkm ən dillərində  təqdim  olunduğunu  görərik.  Bu  etnoni­
mə  (qunuq)  hun  etnoniminin  tərkibində  də  rast  gəlinir: 
qunnuq-undur.
Hətta  qədim  xəzərlərdən  olan  qunnuq-undur  tayfala­
rının  Dağıstana  axışaraq  məskunlaşdıqları  Xunnuqundart 
toponimi  də  mövcuddur.  Q.S.Qədirhacıyev  bu  toponimin 
komponentlərinin  ixtisar olunaraq Xundart formasında gür­
cülərdə mühafizə olunduğunu,  sonralar -art komponentinin 
itməsi  ilə  əlaqədar bu  etnonimin Xunz-ax formasında oldu­
ğunu  göstərir,  -ax  formantı  avar  oykonimlərində  də  üstün­
lük təşkil edir.  Belə bir xronoloji  analiz (bəsit də  olsa) qu­
m uq  etnoniminin eramızdan  əvvəl  I  minillikdə,  yeni  eranın 
II-IV   əsrlərində  skif-xəzər elementləri  arasında  bir bağlılıq 
olduğu haqqında fikir yürütməyə  əsas  verə bilər.  Amma bu 
etnonimin  hərfi  mənasının  (qumuqlqumuq)  «insanlar», 
«adam»,  «özgə  olmayan»  mənalarının  da  mövcudluğunu, 
eləcə  də  digər müasir türkdilli  xalqlarda da özünüadlandır- 
m anın  dixotomik  prinsiplərinin  gözlənildiyini  (ketlər  -ket 
«adam»,  nen  -nen  «insan»,  «adam»,  udmurt -udmurt  «yeni 
adamlar»  və  s.)  nəzərə  alarsaq,  bu  etnonim  kökünün 
(къит-  Ikbun)  Ural-Altay  dillərində  də  eyni  anlamı  ifadə 
etdiyini  görərik:  xun/xum  «adam»  (monqol),  komi  «adam» 
(fm-uqor)  və  s.  Bu  paralellər  də  qumuq/  qumuq  etnonimi­
nin  «adam» anlamı ifadə etdiyinin digər göstəricisidir.
Quenllxyuen  etnonimi  çin  mənbələrində xun  -qun  ki­
m i  verilir.  Lazarev  bu  etnonimin  hələ  Midiya  dövründən 
Dağıstanda  mövcud  olduğunu  yazır.  Qolovinski  quenll
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 123


qyenlərin  aur-hunlann  sələfləri  olduğunu  qeyd  edir.1  Qızıl 
Orda  dövründə  erquven  qəbiləsi  ilə  bağlı  məlumata  görə, 
etnoqraf Vaydenbaum  bunların  qıpçaqlardan  heç  bir  şeylə 
fərqlənmədiyini yazırdı.1
 2
Quyen/lxuyen  etnonimləri  toponimlərdə  də  mühafizə 
olunaraq  yaşamaqdadır:  Quyen-qala,  Quyen-avlaq,  Quyen- 
aul və s.  Quyenlər digər xalqlara da təsir göstərmişlər.  Belə 
ki,  çeçenlərdə  qunay,  kabardinlərdə  kuyen  adlı  qəbilə  və 
nəsil  mövcuddur.  Antroponim  kimi  isə  lak  və  avar  ailə­
lərində soyad kimi mühafizə olunmaqdadır.
Tyumen də qumuq qəbilə adı  olub, quyenlərin sələflə­
ri hesab edilir.  V.N.Tatişşev və A.Bakıxanovun məlumatla­
rına  görə,  tyumenbr  nəinki  noqaylardan,  hətta  poloveslər- 
dən də əvvəlki türklərdəndir.
Qeyd  etmək  lazımdır  ki,  bu  qəbilə  (tyumen)  adı  öz- 
bək,  uyğur,  eləcə  də  Volqaboyunda  məskunlaşan  mişar 
tatarlarında  da  mövcuddur.  Belə  ki,  bu  etnonimin (tyumen) 
adı  muytenlərlə paralel  olaraq  çəkilir.  Bu  etnonim  qaraqal- 
paq  və  başqırdlarda  da  qeyd  olunur.  Belə  ki,  userqan  adlı 
başqırd qəbiləsindən olan adamlar öz ulu  babalarının Muy- 
ten olduğunu iddia edirlər.3
Damğa/Ztamğalarm  xəzərlərlə  eyni  olması  da  diqqət 
çəkir.  Digər  tərəfdən  də,  qaraqalpaqlarda  qəbilə  yarımqru- 
punun  adı  ilə  də  (sarmat  -  samat  )  uyğun  gəldiyinin  şahidi 
oluruq.  Deməli,  bütün  bu  deyilənlər  qumuqlardakı  tyumen 
qəbilə  adının  başqırd  və  qaraqalpaqlardakı  muyten  qəbiləsi 
arasında  sıx  və  dərin  etnik  köklərin  olduğuna  dəlalət  edir.
Şakər ORUCOVA.Qıpçgq qrupu türk dillərində etnonimlər
4v\vw .türkoloq.n aro d .ru .  К ум ы кский  м и р .И з  рукописи  Г олови нского  А’ 
Т ерские  ведом ости,  1873,№5.
2  w w w .k u m .n aro d .ru .
3  Г’.А х м е р о в .  И з б р а н н ы е   т р у д ы .  К а з а н ь ,  1998,  с. 147.
Qıpçaq qrupu türk dillərinin leksikası,  səhifə  124
AM  E A Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Tyumen  mikrotoponimlərdə  də  mühafizə  edilmişdir:  Tyu- 
men-aul,  Tyumen-çaqar və s.
Kayxiqayı  -   kanqlılkanlı  oğuz  qəbilə  birləşməsinin 
(24  qəbilə)  adıdır.  Bu etnonim haqqında ilk  məlumat  «Tel- 
fikül-Əxbar»da  verilmişdir.  Burada  qumuqların  kanqlılar- 
dan  törədikləri  qeyd  olunur.1  Dağıstanda  Kbayı-qent/Къа- 
ya-kent  toponiminin  bu  vaxtadək  qorunub-saxlanması  da 
buna  sübut  ola  bilər.  Mahmud  Kaşğarinin  “Divan”ında 
şəxs  (Kanğ)  adının  kanq/kanqlı  tayfasından  olduğu  şübhə­
sizdir.  Bir çox  mənbələrdə kəngərlərlə eyniləşdirilən kanqlı 
fkanh  etnonimi  Ç.Ç.Valixanovun  fikrincə,  eradan  əvvəl  III 
əsrdən  məlumdur.2  Kanqhlarm  VIII  əsrin  ortalarında 
Sırdəryanın  orta  axarının  hövzəsində  yaşadıqları,  oğuz  və 
karlukların basqınından sonra iki hissəyə parçalandıqları və 
bir hissəsinin  Aral dənizinin şimal-qərb  çöllərinə  doğru  hə­
rəkət  edərək  peçeneq  və  xəzərlərlə  qarışması,3  digər  his­
səsinin  isə  şimal-şərq  tərəfə  sıxışdırılaraq  Balxaş  gölü  və 
Xarəzm  zonasında  köçərilik  etmələri,  1218-ci  ildə  mon­
qolların  tərkibinə daxil olaraq Azərbaycana gəlmələri qeyd 
olunur.4  Kanqhlarm  XI  əsrdə  İrtış  çayı  ətrafında  Arakboyu 
çöllərə  köçmüş  qıpçaqların  yerli  oğuz-peçneqlərlə  qayna- 
yıb-qanşması  nəticəsində  XI-XII  əsrlərdə  yarandığı  yazılır. 
Onlar  orta əsrlərdə  Orta  Asiya dövlətlərinin  (Xarəzmşahla- 
rın) həyatında mühüm rol  oynamışlar.  XIII əsrdə monqollar 
İssıkkul  ərazisinə  köçmüş  kanqhlarm  bir  qismini  dar-
1  w w w .tu r k o lo q .n a r o d .r u .  К у м ы к с к и е   т а й н ы .
2  Ч .Ч .В а л и х а н о в .С о б р а н и е   с о ч и н е н и й ,  т .1 ,  А л м а - А т а ,  1 961.
3  К .Ш аниязов.  К  вопросу  расселения  и  родовых д елен и й   кан глы .  Э тногра­
ф и ч еск о е  изучение  бы та  и  культуры   узбеков.Т аш кснт,  1972,  с.4-12. 
Д ’аш ид-ад-Д и н .С б о р н и к летописей.Т . 1,Книга  п ервая.,М .-Л .,1952,  с.83.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  125


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə