Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə23/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

Eyni  bir  kateqoriyaya  aid  şəkilçilərlə  dü zələn   bütün 
qrammatik formalar artırıldığı bütün kök və ya əsaslard a eyni 
məna  çaları  yaradır,  yəni,  bağlandığı  əsas  intellekt  obrazına 
ekvivalent  olan  gerçəklik  elementi  ilə  digər  g erçək lik   ele­
mentləri  arasında mövcud olan eyni tipli  əlaqə və m ünasibət­
ləri  əks  etdirir  (məsələn,  aşta,  aşçıda,  ekmekte,  ekmekçide, 
sütte,  sütçüde və s.).
Fonetik vahid və  qaydaların,  sintaktik form a v ə   norm a­
ların  gerçəklik  elementləri  və  intellekt  obrazlan  ilə  y u x anda 
izah  olunan  qrammatik  form alann  gerçəklik  elem en tləri  və 
intellekt obrazlan  tamamilə  identik olduğuna və hətta b u   for­
ma,  qayda və  normalar  qrammatik  formalann  bir  növ ü   oldu­
ğuna  görə,  onların  haqqında  ayrıca  danışmağa  ehtiyac  duy­
muruq.  İstər  leksik,  istər  leksik-qrammatik,  istərsə  d ə  qram ­
matik formaların dərk edilməsi, potensial  olaraq həm   birinci, 
həm də ikinci dərketmə üsulu ilə baş verə bilər.
Dillərin  müasir  səviyyəsində  qrammatik  form aların  el­
mi  şəkildə  dərk  olunması  və  ya mənimsənilməsi  prosesi  çox 
zaman əks ardıcıllıqla cərəyan  edən ikinci  dərketmə  ü su lu   ilə 
baş  verir.  Yəni,  beyin  aparatı  vasitəsilə  əvvəlcə  dil  struktur 
vahidinin  görünüş  və  səs  obrazına  ekvivalent  olan  ikinci  in­
tellekt  obrazı  və  bundan  sonra  həmin  formanın  abstrakt  tə­
səvvür  mahiyyəti  daşıyan  gerçəklik  elementinə  ekvivalent 
olan  birinci  intellekt  obrazı  yaranır.  Bu  səbəbdən  qram m atik 
formaların dərk olunması  və ya mənimsənilməsi  m exanizm i­
ni  ikinci  dərketmə  üsulu əsasında şərh etdik.  Leksik  fo rm ala­
rın ikinci üsulla dərk edilərək mənimsənilməsi halına əksərən 
xarici  dillərin  öyrənilməsi  prosesində  rast  gəlinir.  Yəni,  ə v ­
vəlcə  bu  və  ya  digər formanın səs  və  görünüş obrazına  e k v i­
valent  olan  ikinci  intellekt  obrazı  təqdim  olunur.  M əsələn,
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və m ənim sənilm ə
___________________
mexanizminin lingvopsixoloji modeli
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 90
türk dilində  “asansör ”  sözünün həm yazılışı,  həm də tələffü­
zü dinləyiciyə çatdırılır ki,  beləliklə,  bu sözün ikinci  intellekt 
obrazı  yaranmış  olur.  Həmin sözün  birinci  intellekt obrazı  ilə 
əlaqəni  təmin etməyin bir neçə üsulu vardır.  Birincisi, həmin 
qurğu haqqında mətn  şəklində  şərh verməklə,  ikincisi,  həmin 
qurğunun  özünü və ya rəsmini  göstərməklə,  üçüncüsü,  dinlə­
yicinin  ana  dilində  bu  sözün  qarşılığının  “lift”  olduğunu  de­
məklə.
Göründüyü  kimi,  ikinci  dilin  öyrənilməsi  ilə  yaranan 
ikinci  intellekt  obrazının  birinci  intellekt  obrazı  ilə  əlaqəsini 
təm in  etmək  üçün  birinci  dilin ikinci  intellekt  obrazından  da 
istifadə  etmək mümkündür.  Əcnəbi  dilləri  öyrənərkən  leksik, 
leksik-qrammatik  və  qrammatik  formaların  birinci  intellekt 
obrazlan  ilə  əlaqə  yaratmaq  üçün  adətən  eyni  prinsiplərdən, 
əksər  halda  isə  ana  dilindəki  ikinci  intellekt  obrazından  və 
onun vasitəsilə birinci intellekt obrazından istifadə edilir.
Onu da qeyd edək ki, istənilən formanın öyrənilən müx­
tə lif dillərlə bağlı bir-neçə ikinci intellekt obrazı  və onlara ek­
vivalent  olan  fərqli  dil  struktur  vahidləri  olmasına baxmaya­
raq,  beynimizdə bu forma ilə bağlı birinci  intellekt obrazı  tək 
olur.
§  4.  Formaların dil struktur vahidləri kimi 
yaranma və mənimsənilmə mexanizminin 
modelləşdirilməsi
D il  struktur vahidlərinin yaranmasını  şərtləndirən  başlı­
ca  am il  insanın  öz  duyğu  və  düşüncələri,  ətrafındakı  gerçək­
lik  elementləri  haqqında  məlumat  vermək  istəyi,  eləcə  də 
başqalarının duyğuları  və ətrafındakı gerçəklik  elementləri  ilə 
bağlı  düşüncələri  haqqında  məlumat  əldə  etmək  ehtiyacıdır. 
B eyin  fəaliyyətinin  məhsulu  olan  dil  psixolinqvistik  mahiy­
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-mtiqayisəli leksikoloşiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 91


yət  daşıdığına  görə1  dil  və  dərketmə  qarşı-qarşıya  qoyulmuş 
güzgülər  kimi  biri  digərində  olanları  əks  etdirmək  qabi­
liyyətinə  malikdir2.  Digər  tədqiqatçılar  tərəfindən  “dərketmə 
və  düşünmə  fəaliyyətlərini  reallaşdıran  fövqəladə  praqm em  
və  informem”3  statusu  verilən  dil  və  onun  struktur  vahidləri, 
əslində bu qədər imkan və qabiliyyətə malik deyildir.
Bütün  dil  struktur  vahidləri,  yəni,  leksik,  leksik-qram­
matik,  qrammatik formalar,  həmçinin müstəqil  gerçəklik  ele­
menti  kimi  dərk  olunan  dil  sisteminə  aid  qrammatik  və  sin- 
taktik norma,  qanun və prinsiplər müstəqil gerçəklik elem ent­
ləri  kimi  dərketmə  nəticəsində nominal  şəkildə,  yəni,  dərket­
mə  prosesinin  pozulmayan,  pozulması  ehtimal  belə  edilmə­
yən  qaydaları  əsasında  və  sinktual  dərketmə  yolu  ilə  yaran­
mış və mənimsənilmişdir.
Nitqin  yaranmasının unikal  qaydalarından fərqli  olaraq, 
burada  sərbəst  və  ixtiyari  seçim,  evristiklik,  kommunikantın 
fərdiliyi  haqqında  danışmağa  belə  dəyməz.  Əgər  dil  struktur 
vahidlərinin  mənimsənilməsi  və  ya  yaradılması  prosesində 
sərbəst və ixtiyari seçimə, evristiklikliyə, kommunikantın fər­
diliyinə  yol  verilsəydi,  o  halda  içərisinə tökülən  maye  qarışı­
ğı  olan  cisimləri  mayedən  ayırmağa  xidmət  edən  qaba  eyni 
dili  daşıyan şəxslərdən biri “süzqab”,  digəri  “süzəyən”,  üçün­
cüsü  isə  “süzgəc”  deyərdi.  Bu  halda  eyni  millət  daxilində  dil 
birliyinə  nail  olmaq  mümkün  olmazdı,  nitq  prosesi  anlaşıl­
maz xaosa çevrilərdi, dil ümumiyyətlə yarana bilməzdi.
Qətiyyətlə deyə bilərik ki,  dil  struktur vahidi  ən azı  mə-
Mayıl В.  ƏSGƏROV.Sdz və formaların yaranma və mənimsənilmə
mexanizminin linqvopsixoloji modeli
1  Əsgərov  M.B.  Dilin  psixolinqvistik  mahiyyəti. 
“Tədqiqlər”. 
AMEA  Dilçilik  institutu. 
Bakı. “Elm”, 2004, №  2, s.  60-64,
7
  Əsgərov  M.B.  Dil  və  dərketmədə  qarşılıqlı  əksolunmalar. 
“Elmi  axtarışlar”, 
AMEA 
Folklor Instutunun elmi  toplusu,  XXV buraxılış,  Bakı,  “Səda” 2006, s.  111-115.
Киселева Л.А.  Вопросы теории речевого воздействия. Ленинград, 1978,  106-107.
Qıpçaq qrupu tilrk dillərinin leksikası, səhifə 92
lumat mübadiləsində olan şəxslər tərəfindən eyni  şəkildə dərk 
edilmiş  olmalıdır.  Dil  və  onun  struktur vahidləri  bu dildə da­
nışan  bütün şəxslərin ortaq  ünsiyyət  aləti  olduğuna görə yeni 
yaranan hər bir dil  struktur vahidi bu dilin daşıyıcıları tərəfin­
dən  də  eyni  şəkildə  dərk  edilməli  və  eyni  şəkildə  tanınma­
lıdır.
A.Şaff  effektiv  ünsiyyət  deyərkən  məhz  bu  cəhəti  nə­
zərdə  tuturdu1.  Əks  təqdirdə,  bir  fərd  və  ya  qrup  tərəfindən 
yaradılmış  yeni  dil  struktur  vahidi  sadəcə  bu  fərd  və  ya qrup 
üçün  müəyyən  məna  ifadə  edəcəkdir.  Həmin  fərd  və  ya  qru­
pun  aid  olduğu  dilin  digər  daşıyıcıları  üçün  yeni  yaradılmış 
bu dil  struktur vahidi heç  bir məna ifadə etməyən səslər və ya 
hərflər zəncirindən başqa bir şey olmayacaqdır.
Bəzən  mövcud  dil  struktur  vahidinin  yenisi  ilə  əvəz 
edilməsi  məqsədi  ilə də yeni dil  struktur vahidi yaradılır.  Mə­
sələn,  Türkiyədə  dil  devrimi  adı  altında  bu  dildəki  ərəb  və 
fars sözlərini  əvəz edən yeni türk sözləri yaradılmışdır.  Bütün 
Türkiyədə  bu  sözlərin  işlədilməsi  təbliğ  edilmiş  və  onların 
böyük əksəriyyəti dildə vətəndaşlıq hüququ qazana bilmişdir.
Eyni  prinsiplə  Rusiyada  fransız  sözlərinin  dildən  çıxa­
rılması  üçün çoxsaylı  yeni  sözlər yaradılmışdır.  Əcnəbi dillə­
rə  aid  sözlərin  dildən  çıxarılmasının  nə  qədər  mütərəqqi  ol­
ması  ilə bağlı  polemika açmaq  niyyətində deyilik.
Amma  bəzən  müxtəlif  dillərdə  elə  sözlərə  rast  gəlinir 
ki,  onların  yeni  sözlərlə  əvəzlənməsi,  bəlkə  də,  daha  düzgün 
olardı.  Məsələn,  ingilis  dilində  hərfi  tərcüməsi  “isti  it” məna­
sı  verən Hotdog sözü, türk dilində yemək adı olan Kadmbudu 
köfie və s.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı, 2012
1 Шафф А.  Введение в семантику.  M.  1963. с. 344.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 93


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə