Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə74/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   70   71   72   73   74   75   76   77   ...   114

bir  “ts(ır)”-  laşan  (цокающего)  dialekt m üəyyənləşdirmişdir. 
O,  qaraçay  və  balkardan  müstəqil  dil  kimi  bəhs  etm işdir. 
A.K.Borovkov  balkar  dilində  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 
olan  iki  dialekt  aşkar  etmişdir:  Yuxarı  Balkar,  Aşağı  X u lam  
və  Bezenq  rayonlarında  “ts(n)”-laşan  və  Çeqem,  B ak san  
rayonlarında “ç”-Iaşan.
Qaraçay  dili  “ç ’’-laşan  balkarlardan  az  seçilir.  Q araçay 
dilində  “ləhcə”  yoxdur.  Eyni  zamanda  balkar  dilindən  fərqli 
olaraq, qaraçay dilində iki  dilin qarışması müşahidə olunur1.
1940-cı  ildən  balkar  dilinə  olan  maraq  artmışdır.  V .P. 
Suxotinin  “Balkar  dili  şivələrinin  xarakteristikası  haqqında” 
(1940),  A.M.Appayevin  “Balkar  dili  dialektləri  və  onların 
balkar ədəbi  dili  ilə  əlaqəsi”(1960) kimi  qiymətli  əsərləri  y a ­
ranmışdır.
Qabardin-balkar Elmi Tədqiqat İnstitutunun əməkdaşla­
rı  hesab  edirlər ki,  balkar dilində  bir-birindən aydın fərqlənən 
3  şivə var:
1) Yuxarı Balkar (“ ts(n)”-laşan),
2) Baksan,  yaxud baksan-çeqem(“ç”laşan),
3) Xulam-bezenq (qarışıq)1
 2.
E ln a ra  N a d ir q ızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
1  Материалы  и  исследования  по  балкарской  диалектологии,  лексике  и  фольклору. 
Нальчик.  Кабардино-балкарское книжное  издат.  Ред.А.Ю.  Бозиева).  1962, 
сУ!
2
  Yenə orada.s.8
O evd  1:  B u  kitabda (М атери алы   и  и сследования  п о балкарской  д и ал е к т о л о ­
гии,  л ек си к е  и  ф ольклору.  Н альч ик, 1962,)  balkarlar,  onlarm   dili  və  dialek tləri- 
n in   tədqiqi,  ayrı-ayrı  şiv ələrin   q ru plaşdtrılm ış  xüsusiyyətləri,  balkar  folkloru  v ə  
ja n rla rı,  şiv ələrd ən  to p lan m ış  m ətnlər və  balkarca-rusca  lüğətin  də verilm əsini  x ü ­
su s i q ey d  e tm ə k  lazım dır.
O e v d   2:  B alk ar  dili  ilə  bağlı  təd q iq atlar  sırasına  aşağıdakı  ə sə rlə r  də  d a x ild ir  
H .A .  К ар ау л о в   «К ратки й   очерк  грам м атики  горского  язы ка  «балкар»»,  В .И . 
Ф и л о н ен к о   «Г р ам м ати ка  б ал кар ско го   языка»  (1 9 4 0 ),  И.В.  А ли ев  « Д и ал ект­
н о е  ч л ен ен и е  язы ка  карачаевц ев  и  балкарцев»  (1963),  «И сследования  и  ма- 
т ер и а л ы  п о  б ал к ар ск о й  д и ал екто л о ги и ,  ф ольклору  и лексике» (1 9 6 2 ) v ə s.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 296
Prof.V.İ.Filolenko  iki  fonetik  əlaməti  nəzərə  alıb  (ç-ц ; 
j~ z)  balkar  dilini  4  dialektə  ayırmışdır:  “ts(u )”-laşan,  “ç 
laşan və qarışıq.
A.M.Appayev  balkar  dilində  4  dialekt  müəyyənləşdir­
mişdir,  lakin  bunlar  dil  faktları  ilə  təsdiqlənməmişdir:  o,  öz 
təsnifatında  fonetik  prinsipə  əsaslandığını  qeyd  etsə  də, 
Ş.X.Akbayev  bunu  inkar  etmiş  və  müəllifin  coğrafi  (ərazi) 
baxımdan  təsnif etdiyini  bildirmişdir:  çerek,  xolam-bizinqiy, 
çeqem  və  basxan.  O  qeyd  etmişdir  ki,  Qaraçay-balkarın  bü­
tün rayonlarında toplanan materiallar,  canlı  müşahidələr belə 
nəticə  çıxarmağa  imkan  verir  ki,  qaraçay-balkar  dili  çox  mü­
rəkkəb  dialekt  sisteminə  malikdir,  bura  şivələrlə  bağlı  2  dia­
lekt daxildir,  lakin bütün şivələr bu  və ya digər dialektə daxil 
deyil.
0 . belə təsnif etmişdir:
1.  Əsas, yaxud “ç” dialekti basxan-çeqem şivəsi ilə;
2. M alxar, yaxud “ ts(iı)” -dialekti;
3.  Xolamo-bizinqi keçid şivəsi1.
Balkar  dili  dialektlərində  müşahidə  etdiyimiz  bəzi  ma­
raqlı  fonetik  faktlara  diqqəti  cəlb  etmək  istərdik.  Bu,  Azər­
baycan  dili  ilə  müqayisədə  bəzi  isimlərin  qarşısına  z  samiti­
nin artırılması  hadisəsidir.Məs.:züzük “üzük”, züzüm  “üzüm”, 
zulduz “ulduz” , zütü “iti,  cəld”.
Balkar dili dialektlərində işlənən bəzi  fellər Azərbaycan 
və  türk dillərindən fərqli  fonetik  quruluşa malikdir.  Məs.: ja - 
bış “yapış”,  zukla  “yuxula”.  Burada j-y,  ı-y  uyğunluğu müşa­
hidə  olunur.  Yalnız t-d əvəzlənməsi  ilə  müşahidə olunan  fel-
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakı,  2012
1 Акбаев Ш.Х.  Фонетика диалектов  карачаево-балкарского языка 
(Опыт сравнительно-исторического  изучения).  Черкесск,  1963, s.16-21
Q ıp ça q  qru pu  tü rk  dillərinin leksikası, səh ifə 29 7


lər də az deyil:  töz “döz”,  toltur “doldur”,  tuura “doğra” .  B ə­
zi  fellərdə  isə  o-u  əvəzlənməsi  özünü  göstərir:  uşa  “oxşa”, 
urla  “oğurla”,  yuyan  “oyan”.  Azərbaycan  dilində  yalnız  atla 
gedişə  aid  olan  çapmaq  feli  balkar  dili  dialektlərində  “yort­
maq, tələsmək, qaçmaq” mənalarında işlənir.
Azərbaycan dili ilə  müqayisədə daha geniş semantikaya 
malik  sözlər  də  mövcuddur.  Məs.:  tınç  “sakit,  asan,  yaxşı” 
(balkar)  -  dinc  “sakit”.  Dinc  sifətindən  düzəlmiş  dincəlmək 
feli balkar dili dialektlərində tınçay şəklində işlənir.
Dialektdə  rus  dilindən  alınmalar  da  müəyyən  yer  tutur 
ki,  bunlar  arasında  da  Azərbaycan  dili  ilə  uyğunluq  təşkil 
edənlər var: payton “fayton”, papiros  “siqaret, papiros”.
Balkar dilinə keçmiş rus  alınmalarının böyük hissəsi in­
qilab vaxtı və sosialist quruculuğu vaxtı daxil olmuşdur. Bun­
lara  sovetizmlər  deyilir.  Elm,  təhsil,  ictimai,  siyasi,  mədəni 
inkişaf rus  dilindən  alınmaların sayının daha da artmasına sə­
bəb  olmuşdur.  Bu  alınmaların sayı  hətta o qədər artmışdır ki, 
artıq  yersiz  alınmalar  da  yaranmışdır.  Məsələn,  Xulamo-Be- 
zenqiy  rayonunun  bir  kəndinin  telefonçusunun  nitqindən  nü­
munəyə nəzər  salaq:  M mda Nalçik bla  liniya soyediniç  etilip 
“Burada  xətt Nalçiklə  bağlanılıb” 1.  Dildə  bu  cür  alınmaların 
işlədilməsi  dilin  korlanmasına,  gözəlliyinin  itməsinə,  onun 
ağırlaşmasına gətirib çıxarır.
Bəzi  sözlər  isə  fərqli  semantikada  işlənir.  Məs.:  kötür 
“yuxarı  qaldır”,  kımılda  “tərpənmək,  tələsmək”,  kızqan  “pa­
xıllıq  etmək”  və  s.  Bu  dialektdə  (Çeqen  dərəsi)  işlənən  eyni 
köklə  bağlı  kızqanç  “xəsis”  sözü  də,  göründüyü  kimi,  Azər­
baycan dilindən fərqli mənada işlənir.
E ln a rə N a d ir q ızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikast
Материалы и исследования по балкарской диалектологии, лексике и 
фольклору,  1962,с. 19
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 298
Balkar dili  dialektlərində  Azərbaycan dili  dialektləri  ilə 
uyğunluq  təşkil  edən  bir  ifadəyə  də  rast  gəlirik:  lakırda  et 
“zarafat et”, lakırda “zarafat, söhbət”1. Bu leksik vahid Azər­
baycan  dili  dialektlərində lakqırtı  vurmaq  “söhbət  etmək,  de­
yib-gülmək” şəklində işlənir.
Balkar  dili  dialektlərində  türk  mənşəli  sözlərlə  yanaşı, 
bəzi fars, ərəb mənşəli sözlər də işlənir ki, bunlar Azərbaycan 
ədəbi  dili  ilə  eynilik  təşkil  edir.  Məsələn,  muxur  “möhür”, 
muxurla “möhürlə”, osiyat “vəsiyyət”, murat “arzu, məqsəd” . 
Bu dialektdə “arzulamaq” mənasında murat et ifadəsi də işlə­
nir.  Bundan  başqa,  fars  mənşəli  umut  et,  ərəb  mənşəli  şukur 
et,  daulaş  “mübahisə”  kimi  leksik  vahidlər  də  Azərbaycan 
dili ilə yaxından səsləşir.
§10.  Qaraçay dili dialektologiyası
Qaraçaylar da balkarlarla yanaşı, Şimali Qafqazda yaşa­
yırlar.  Qaraçaylarm  dili  bəzən  balkarla birgə,  bəzən  də  müs­
təqil  dil  kimi  tədqiq  olunmuşdur.  Balkar  dilini  geniş  tədqiq 
edən  V.Prele  qaraçay  dilini  də  müqayisəyə  cəlb  etmişdir.  O 
yazır: “Balkarlar kuman tayfasına aiddirlər,  lakin onların  ləh­
cələri  bəzi  özünəməxsusluğuna  baxmayaraq,  Çeqem,  Baksan 
və  Kuban  Vilayətlərində  yaşayan  eyni  tayfa  nümayəndələri 
tərəfindən asanlıqla başa düşülür”*
 2.
V.Prele qaraçay  və balkar dillərini müstəqil bir dil kimi
tədqiq etmişdir.
Bu  məsələyə  İ.Aliyeva  da  Öz  münasibətini  belə  bildir­
mişdir:  “Bolqarıstanda  təxminən hər dərədəki -  çökəklikdəki
AMEA  İ.Nəsimi adma Dilçilik İnstituiunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakı,  2012
'М атер и ал ы   и  и ссл ед о ван и я  по  балкарской  ди ал екто л о ги и ,  л екси ке  и 
ф ольклору,  1962,с. 180
2А п паев  А. М .Д и ал ектн ая  о с н о в а   карачаево-б алкарского  л и тер ату р н о го   языка. 
С б.ст.,М .,1 9 8 6 ,  с . 2 6 ________________________ = = = = = = _
= = _ _ _ _
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 299


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə