Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə75/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   71   72   73   74   75   76   77   78   ...   114

şivə  bir-birindən  fərqlənir,  balkarlar  çeqemlərdən,  onlar  da 
balkarlardan fərqlənirlər;  Qaraçayda da eyni vəziyyətdir,  hər­
dən  böyük  və  kiçik  Qaraçayın  şivələri  arasındakı  fərqə  rast 
gəlmək  mümkündür...Qaraçay  və  balkar  dillərinin  fonetik, 
morfoloji  və  sintaktik xüsusiyyətləri  o  qədər cüzidir ki,  onlar 
hətta eyni bir qrammatikadan istifadə edə bilərlər” 1.
A.K.Borovkov  qaraçay  və  balkar  dillərinin  əlaqələrin­
dən  bəhs  edərək  yazır:  “Qaraçay  dili  “ç ”-laşan  balkarlardan 
az  fərqlənir.  Qədim  qaraçay  dili  xüsusi  inkişaf etmiş,  balkar 
dili  ilə ayrıca əlaqəsi  olmayan müəyyən tarixi  inkişaf prosesi 
keçmişdir”.
A.M.Appayevin  fikrincə,  A.Borovkov  bu  mövqedə 
V.Prelenin  səhvini  buraxmışdır1
 2.  A.M.Appayev  fonetik,  lek­
sik  və  morfoloji  prinsip  əsasında qaraçay-balkar  dili  dialekt- 
lərinə  aşağıdakıları  daxil  etmişdir:  çerek,  xulamo-bezenqi, 
çeqem,  baksan  və  qaraçay.  Tədqiqatçının fikrincə,  sadalanan 
xüsusiyyətlərinə  görə,  çerek  və  qaraçay  şivələri  bir-birinə 
ziddir.  Ara şivələr olan xulamo-bezenqi,  çeqem,  baksan müx­
təlif  dərəcəli  əlamətlərinə  görə,  çerek  və  qaraçay  şivələrinə 
uyğunlaşır.  O,  göstərir ki,  müasir  qaraçay-balkar  dili baksan, 
qaraçay və çeqem dialektləri əsasında formalaşmışdır3.
İnternet  səhifələrində  bu  dialekt  bir qədər  fərqli  tədqiq 
olunmuşdur:  qaraçay-baksan-çeqem,  yaxud  “ç”-laşan  (ədəbi 
dilin  əsası,  malkar,  yaxud  “ts(if) "daşan  və  xolamo-bizinqe- 
yev, yaxud qarışıq4.
E lnara N a d ir q ızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
Аппаев  А.М.Диалектная  основа  карачаево-балкарского  литератур­
ного языка. Сб.ст.,М.,1986, с.27 
2Yenə orada.
3Yenə orada,  s.28 
\vw\y,yandeks.ru.тюрке кие языки
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 300
§11. Karaim (karay) dili dialektlologiyası
Onlar Litva, Ukrayna, Moskva, Leninqrad, Rostov, Pol­
şa və s. ərazilərdə yaşayırlar.
Karaim dili Şərqi Avropa karaimlərinin, şimal-qərb türk 
dillərinin danışıq və ədəbi dilidir.  Bu dilin 3  müstəqil dialekti 
var:  1) Krım\ TfTarakay (şimal); 3)  Qaliç (cənub).
Müasir türkologiyada bu dialektlər 3  müstəqil dil hesab 
olunmur. XVIII əsrin sonlarından yox olan Krım dili indi dia­
lekt  sayılır.  Bu,  Krım-tatar  dilinin  karaim  variantıdır.  Bütün 
karaim  dialektlərində  ərəb,  fars,  yunan,  italyan,  litva  və  idiş 
dillərindən alınmalar var'.  Bu dilin tədqiqatçıları K.Musayev, 
V.Radlov,  Y.Qjekojevski,  V.A.Qordlevski,  A.N.Sarnoyloviç, 
A.Zayonçkovski,  T.Kovalski,  A.Mardkoviç,  O.Priçak,  S.M. 
Şapşala,  V.Filonenko,  N.Baskakov,  A.M.Şerbak  və  başqaları 
olmuşlar.
Karaylar  da  karaimlər,  xəzərlər  vaxtında  (VII-XI  əsr) 
musəviliyi  qəbul  etmiş  az  saylı  türk  toplusudur.  Onlar  son 
vaxtlara qədər kiçik  qrup  halında  Litvada,  Polşada  və  Türki­
yədə yaşayırlar.
Tülay  Çulhanm  bildirdiyinə  görə,  türk  topluları 
arasında  önəmli  yer  tutan  karaylarm  adı 
bağlı  olduqları 
məzhəbdən  irəli  gəlir.  Karaim  sözü  ibranicə  “müqəddəs  ya­
zını oxuyanlar” m ənasındadır2.
Karay  dilində  Azərbaycan  dili  ilə  yaxınlıq  təşkil  edən 
ərəb-fars  mənşəli  alınmalar  da  az  deyil:  acdaha  “əjdaha”, 
ahu  “ceyran”,  avaz  “səs,  səda”,  imdat  “imdad”,  tarazu  “tə­
rəzi” və s.
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-ntüqayisəli leksikologiy ası məsələləri,III c.,Bakı,  2012
1 www.eteven.co.il
2 Bax: Tülay Çulha. Karaycamn Kısa Sözvarlıgı.  Karayca-Türkçe Kısa Sözlük.  İstanbul,
2006, s
. 9
__________________ _________________________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 301


Karaycada  ərəb  mənşəli  sözlər  də  az  deyildir.  Bu,  ka- 
raylarm uzun müddət  islam  mədəniyyətinin təsiri  altında qal­
malarını,  müsəlman  türk  xalqları  və  tatarlarla  yaxm  əlaqədə 
olduqlarını  göstərir.  Bir  də  ibrani  yazı  dilinin təsiri  karayca- 
nın sintaksisini böyük şəkildə dəyişdirmişdir.
Karay  dilinin  dialektlərində  qədim  türk  mənşəli  sözlər 
xüsusi yer tutur.  Məs.:  arıslan  “aslan”,  arıhlıh  “zəiflik,  quru­
luq”,  orman “meşə”,  öksüz “yetim”, yumuşluh  “iş,  fəaliyyət”, 
börü  “qurd”,  koy “qoyun”,  kenəş  “öyüd,  nəsihət,  tövsiyə”,  al 
“qırmızı; hiylə”,  buğday “buğda”, bitik “məktub, yazı”,  bilgin 
“bilgi” və  s.
Rus  dilindən  alınmalara  da  rast  gəlmək  mümkündür: 
advokat  “vəkil”,  biblioteka  “kitabxana”,  literatura  “ədəbiy­
yat”,  kontakt “təm as”,  vot “budur”,  vizit “ziyarət” və s.  Qeyd 
etmək  lazımdır  ki,  rus  dilindən  alınmalar  karaycanın  Trakay 
dialektində  işlənir.  Qaliiç  və  Krım  dialektlərində  isə  bunlar 
daha az müşahidə olunur.
Rus  dilindən  sonra  alınmalar  arasında  ikinci  yerdə  ibri 
dili durur.  Bunlar isə daha çox Trakay və  Qaliç dialektlərində 
özünü  göstərir.  Krım  dialekti  isə  daha  təmiz  dialekt  kimi 
diqqəti cəlb edir.
Ümumiyyətlə,  Karay  dili  dialektlərində  qədim  türk 
mənşəli  sözlər daha  çoxdur.  Bu  leksik  vahidlərə  “Codex  Cu- 
manicus”,  Orxon  abidələrində,  V.Radlovun  lüğətində  və  s. 
yazılı  mənbələrdə  rast  gəlmək  mümükdür.  Həmin sözlər ara­
sında  Azərbaycan  ədəbi  dilində  işlənən,  dialektlərdə  qalan, 
yaxud  tamamilə  arxaikləşənlər  də  mövcuddur.  Birincilərə 
bitmək,  biz,  çıhış  “çıxış”,  elçi,  səfər,  sekiz  “səkkiz”,  tum a 
“durna”,  yoharı “yuxarı” və s.  sözlər daxildir.  İkincilərə bilgi 
“nişanlıya  verilən  hədiyyə”  -  bəlgəHbəliyə  “qız  evinə  oğlan
Elrtarə Nadir qızı Əliyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
Q ıpçaq qrupu tü rk d ilb rin in   leksikası, səhifə 302
evindən aparılan hədiyyə” (Azərbaycan dialektləri) və  s.  söz­
lər daxildir.
Karay  dialektlərində  işlənən  bəzi  sözləri  təhlil  etmək 
istərdik.
Abayla  -  saymaq,  hörmət  etmək,  qiymətləndirmək.  Bu 
dialekt  sözü eynilə  qazax  dilində  də  işlənir:  abayla.  Abay sö­
zü Azərbaycan dilinin dialektlərində m üxtəlif mənalarda işlə­
nir:  “ləzgi arvadı” (Şəki), “xala” (Qax), “bacı” (Çəmbərək)1.
A n k it - su  quşu.  Türk  ədəbi  dilində  işlənən bu söz (an- 
g u t kuşü)  Azərbaycan  dilində  dialekt  səviyyəsində  müşahidə 
olunur. Anqut  (Ağdam,  Şuşa) “uzunboğaz  ördəyə  oxşar quş”. 
Azərbaycan  dili  şivələrində  bu  söz  semantik  baxımdan  dəyi­
şikliyə  uğrayaraq  yeni  mənalar  qazanmışdır:  “acgözlüklə  ye­
yən”, “avam, qanmaz”2.
Yum uşçu - işçi.  “Kitabi-Dədə  Qorqud”da da bu ifadəyə 
rast gəlirik: Mən bir yumuş oğlanam,  Müasir Azərbaycan dili 
dialektlərində isə bu sözlə rastlaşmırıq.
Kem ik  -  sümük.  Karaycanın  Krım  dialektində  işlənən 
bu  söz  Azərbaycan  dilində  qeydə  alınmasa  da,  müasir  türk 
dilində işlənməkdədir.
Çeriv -döyüş,  əsgər.  Bu  ifadə  qədim  türk  leksik  qatma 
daxil  olan  sözlərdəndir:  çerik.  Sözün  kökü  olan  “qoşun”  mə­
nalı  çəri  sözü  XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycan  ədəbi 
dilində  işlənilmişdir.  Müasir  Türkiyə  türkcəsində  isə  bu  gün 
də  çəri Ieksemi dilin aktiv lüğət fondundadır.
Azaş-  yolunu  itirmək,  yolunu  azmaq,  günah  işlətmək. 
Karay dili  dialektlərində  bu sözün digər variantları  da işlənir:
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyasi məsələləri,III c,,Bakı,  2012
1 Azərbaycan dialektoloji  lüğəti.Ic.,A-L, Ankara,  1999, s.l.
2  Yenə orada.s.15-16. 
_______________
Q ıpçaq q ru pu  tü rk dillərinin leksikası, sə h ifə 303


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə