Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə78/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

Qıpçaq  qrupu dialektlərində  ata sözünün  də  fərqli ifadə 
variantları  mövcuddur:  aba/ata(Şm.Altay),  əti/tətə  (tatar), 
at ay (xris. tatar),  atay/atıy/ətey (baş.), ata (qırğız).
Dialektlərdə baba termini də fərqli şəkildə ifadə olunur. 
babaç (tatar), baba (noqay), kis /  karttay/olatay
Başqırd  dili  dialektlərində  baba  m əfhum u  ata  və  ana 
xətti  üzrə  fərqli  şəkildə  adlandırılır,  yırağbabay  (ana  xətti), 
karttətəy  (ata  xətti).  Burada  da  ana  baba  uzaq  tutulmuş,  ata 
babanı  adlandırmaq  üçün  əsas  tərəf  kimi  tətəy,  yəni  dədə 
sözündən istifadə olunmuşdur.
Ümumiyyətlə,  başqırd  dilində  elə  qohum luq  terminləri 
var  ki,  digər  türk  dillərində  onların  analoqu  yoxdur:  olo ata 
“baba-böyük, ulu ata”, kart olo ata “baba-qoca u lu  ata” 1.
Dialektlərdə  bacı  məfhumu da fərqli  şəkildə  ifadə  olu­
nur.  Qıpçaq  qrupu  dialektlərində,  hətta bacılar  fərqləndirilir, 
böyük-kiçikliyindən  asılı  olaraq m üxtəlif tenninlərdən  istifa­
də  olunur:  abısta/appa/apay  (tatar),  apt e/ aba  (noqay),  əye/ 
əpeme/apa(qazax),  ağabey/abzəbey/tətəyəbey/  yəşəbey/bələ- 
kəy/mullabey/karındaş/hende (başqırd),  eqeçQosılkar).
Sadalanan  ifadələr  arasında  təkcə  karındaş  sözü  oğuz 
qrupu  türk  dilərində  işlənir.  Tatar  dilində  isə  bu  leksem 
xarendəş  şəklində  “  kiçik  bacı”  mənasında qeydə  alınmışdır. 
Şimali  Altay dialektində bu mənada sıyın sözü işlənir.
Dialektlərdə  “bacı”  mənasında  daha  çox  müşahidə  olu­
nan  söz(müxtəlif fonovariantlarda)  apa  ifadəsidir.  Q ırğız  di­
lində  isə  apa  “ana”,  apaja  isə  “böyük  bacı”  m ənasında  iş­
lənir.  Apa  sözü  bir  sıra  qədim  türk  və  müasir  türk  dillərində 
“ana” semantikasmda qeydə alınmışdır.
E l ita n  N adir q ızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
’Б у р н аш ев а  С .А .Н екоторы е воп росы   лексики татарского я з ы к а / И сследован и я 
п о  ср авн и тел ьн о й  грам м ати ке тю ркски х  язы ковЛ У ,  Л ексика, 1 9 6 2 ,s .l 17
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 312
S.Y.Malov  qə.dim  türk  yazılı  abidələrində  apa  sözünün 
aşağıdakı  mənalarda  işləndiyini  qeyd  etmişdir:  1.  “ana”  (uy­
ğur), 2.“böyük bacı, xala”;  3.  cavan olmayan qadınları da be­
lə  adlandırırlar;  4.  Krım  ləhcəsində  “baba”.  M.Kaşğarinin 
“Divani-lüğət-it  türk”  əsərində  apa  “ana”  mənasında  karluq 
türkmənlərinə  aid  edilmiş,  eyni  zamanda  sözün  cingiltili  va­
riantı aba “ana”nın oğuzlar üçün səciyyəviliyi qeyd edilir.
Qədim  türk  yazılı  abidələri  üzərində  işləyən  İ.Batma- 
nov  terminin  müxtəlif mənalarını  qeyd  etmişdir:  apa  “ana,
böyük bacı, ata, baba və s.”1.
Bu  gün apa termini  “böyük  bacı”  mənasında qırğız  di­
linin  şimal dialektlərində  işlədilmir,  Çuy,  Talas  zonasının  şi­
vələrində  bu,  mürəkkəb  dialekt  temıininin  ilk  tərkib  hissəsi 
kimi  saxlanılmışdır:  aqaje/apaje/əpəjə/ apiçe/apçe.  Terminin 
son komponenti(çe/açe/açı) anoloji olaraq qədim türk ça,  aça 
“böyük bacı”, aça “qohum”, baş açalarım “mənim böyük qo­
humlarım”,  Yenisey  abidələrində  aça/əçi/   içi  “böyük  qo- 
hum”(Batmanov),  müqayisə  et:tuva  çaiaça/  açay  “böyük 
bacı”), xakas piçe “böyük bacı”2
Dialektlərdə  qohumluq  terminlərindən  qardaş  məfhu­
munun ifadəsi də maraq doğurur,  aqa/aka/akı (Şimali  Altay), 
aqa{qırğ\z),  abö(tatar),  nini  (xristian  tatar),  ağay/  abzıy/akı/  
akbabay (>akı+babay- başqırd) , aqa (noqay).
Noqay dili dialektlərində  kardaş/kardas/karındas/xarın- 
daş  ifadələri  də  işlədilir  ki,  bu,  ümumiyyətlə,  “bacı,  qardaş”, 
yəni  eyni zamanda həm bacıya, həm də qardaşa aid edilir.
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri,111 c.,Bakt,  2012
1 Бакинова Г.Лексика диалектов киргизского языка в ареальном осве­
щении, Фрунзе, Илим,  1990. с.30
2 Yenə orada, s.31

— - 

.11 
■ 


ш
т
Qıpçaq qrupu (ürk dillərinin leksikası, səhifə 313


Noqay  dili  dialektlərində  qardaşlar  arasında  yaşından 
asılı  olaraq  qardaşlara müraciət  forması  da  fərqlidir.  Burada 
kiçik qardaşa ini,  yaxud koşşı deyilir.
Qazax  dili  dialektlərində  karındctş  leksemi  “kiçik  qar­
daş” mənasındadır.
Tatar  dili  dialektlərində  əksər  qohumluq  terminləri  bö­
yük və kiçikliyinə görə fərqləndirilir:
Abız -  uşaqların ata, yaxud ananın böyük və kiçik 
bacılarına müraciəti
Abzəni - ata, yaxud ananın böyük bacılarına müraciəti 
Avay/abay - gəlinlərin qaynanaya müraciəti 
Abızlaçın - ərin kiçik bacısına, yaxud onun əmi,  dayı 
qızlarına müraciət
Abızzınkay/abızyenqı - ata, yaxud ananın ən kiçik 
qarda şı arvadına müraciəti 
Abızobi/abızəbekey - atanın böyük qardaşı arvadına 
müraciət
Abızapa - gəlinlərin ərin böyük bacısına müraciəti 
Abızbikəçəy - gəlinlərin ərin kiçik bacısına müraciəti 
Abıstuğanmy - ərin kiçik bacısının gəlinə müraciəti 
Abızbabay - ata, yaxud ananın ən böyük qardaşına 
müraciəti
Abızdədəy - ərin arvadının böyük qardaşına müraciəti
Äbziy,  abzıkay,  əbzəy,  szəy  sözləri  tatar  dilinin  mişar 
dialektində  “böyük  qardaş”,  “ata”,  yaxud  “atanın  qardaşı”, 
həmçinin  “böyük  qohum”  mənasında  geniş  işlənir.  Bu  dia- 
lektdə  “ata,  yaxud  ananın  bacısı”  mənasında  tüt i,  abız,  abız 
tüteş,  abız  tüti,  abıstay,  abıstakay  və  s.  sözlər;  “böyük  bacı” 
mənasında  isə  tota,  tətəy,  tütay,  tuta,  abıstay,  abıstay,  attay 
əbtəy,  əpti,  əptəy  və  s.  leksemlər  işlənir.  Bunların  hər  ikisi
E ln ara N adir qızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt teksikası
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 314
tuta/tütə,  yaxud abı?  sözlərindən,  həmçinin onların birləşmə­
sindən  yaranmışdır’ .T
m
/
ö
,  eləcə  də  onun  fonovariantları  rus 
mənşəli  tyotya (тетя),  abız isə ərəb mənşəli sözdən götürül­
müşdür.  Həmin  sözü karaim dilində “böyük bacı” mənasında 
tota,  noqay  dilində  totay kız  “xanım”  şəklində  işlənir*
 2 3
Xala- 
bibi  məfhumu  xristian  tatarlarında  tələ,  apay,  başqırd  dili 
dialektlərində isə inəy şəklində ifadə olunur.
Qırğız dili  dialektlərində  ata və ananın bacısı,  həmçinin 
yad,  yaşlı qadına müraciət məqamında xala (hörmət forması) 
terminindən və  özbək  dilinə  söykənən xola,  xələ terminindən 
istifadə  olunur.  Xala  termini  dar  mənada  (xala  -  ana  tərəf­
dən),  qırğız dilinin cənub  dialektinin  bütün  şivələrində  para­
lel olaraq tayeje,  taaje,  tayje şəklində yayılmışdır.
Özbək  əhalisinin  arasında yaşayan qırğızlar  həm  böyük 
bacı,  həm  də  atanın  böyük  və  kiçik  bacısına uşaqların  müra­
ciət  forması  kimi  эттэ/атта  terminindən  istifadə  edirlər 
(özbəkcə  amma “bibi”).  Atanın  ən  böyük  bacısını  isə  uşaqlar 
apağ  əje  adlandırırlar.  Qeyd  etmək  istərdik  ki,  əmmə  lek­
semi  M.Şəhriyarm  “Heydərbabaya  salam”  poemasında  əm- 
mscanı şəklində və “əmiarvadı” mənasında işlədilmişdir.
Başqırd  dili dialektlərində  apa,  tütəy,  tutay,  təltəy,  Шэу 
“böyük  bacı,  analıq,  özündən  böyük  istənilən  qadın”  mə­
nasında işlədilir4.
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakt, 2012
'  Л.Т.Махмутова.  Некоторые  материалы  по  лексике  мишарского  диалекта  татарского 
языка./ Исследования  по исторической диалектологии татарского языка.с  139-168.
2
  Y enə orada,  s. 143
3  Б а к и н о в а   Г .Л екси ка  д и ал екто в  ки рги зского  язы ка  в  ареальном   освещ ени и, 
Ф р у н зе,  И л и м ,  1990.С.32
4Г и л ь м а н о в а  
С.Г.
  Т ерм и н ы   родства  в  север о -зап ад н о м   ар еал е  б аш ки рского 
язы к а,//И ссл ед о ван и я   и  м атериалы   по  баш ки рской  ди алектологи и .  -  У фа:  изд- 
и е   Б Ф   А Н   С С С Р ,  1982,  s.52__________________________________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 315


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə