Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə79/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   75   76   77   78   79   80   81   82   ...   114

Qıpçaq  qrupu  dialektlərində  diqqəti  çəkən  maraqlı  ifa- 
dələdən  biri  baldız  leksemidir.  Bu  leksemin  ifadə  etdiyi  mə­
nalara və işlənmə məqamlarına diqqət yetirək:
Baldız -  1 .arvadın kiçik qardaşı (Şərqi Qazaxıstan);
2.  Arvadın kiçik bacısı  (tatar);
3. İr baldız -  arvadın qardaşı;
4.  Kız baldız - arvadın bacısı (tatar);
Bu  dialektlər  üzərində  aparılan  müşahidələr  göstərir ki, 
baldız  sözü  bu  gün  Azərbaycan  dilində  yalnız  ər,  yaxud  ar­
vadın  bacısına  aid  edilsə  də,  digər  türk  dillərinin  dialektlə­
rində semantik genişlənməyə məruz qalmışdır.
Oğuz  qrupu  dillərində  qaqauz  dilində  də  bu  sözün  ifa­
dəsində  cins  kateqoriyasının  izləri  özünü  göstərir.  Onlar  bal­
dız  sözünə  -ka şəkilçisini  artırmaqla qadın cinsini fərqləndir­
mişlər.  Baldızka  ifadəsi  bu  dildə  qadına  aid  edilir.  Baldız 
sözü  M.Kaşğaridə  “arvadın kiçik bacısı”,  uyğur abidələrində, 
“Altun  yaruk”da baltır  fonetik tərkibdə  “kiçik qohum (qadın 
cinsi)”,  “gəlin” m ənasında1 qeydə alınmışdır.
Başqırd dilinin şimal-qərb arealında ərin böyük bacısını 
adlandırmaq, ona işarə etmək üçün kəyneqəç/ kaymqəç  (kəyn
“qayın"+-iqəç) termini yaranmışdır ki, bu, tatar dili üçün xa­
rakterikdir1
 2.
Kəynsenle/kəynsene!  termini  cənub  dialektinə  uyğun 
olub,  “ərin  kiçik  bacısı”m  bildirir,  lakin  ərin  kiçik  bacısını 
adlandırmaq üçün işlədilən baldız termini bütün başqırd dilini 
əhatə edir.
E ln a rə N a d ir q ızı Ə liyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
1 Древнетюркский словарь, Л.1969,с.80-81.
2  Гильманова  С.Г.  Термины  родства  в  северо-западном  ареале  баш­
кирского  языка//  Исследования  и  материалы  по  башкирской  диалек­
тологии. - Уфа:  изд-ие БФ АН СССР,  1982,  с
. 5 4
________ _________ _
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 316
Qıpçaq  qrupu  dialektlərində  gəlin  məfhumunun  ifadəsi 
də maraq doğurur.
Başqırd  dili  dialektlərində  doğma  qardaş  arvadlarının 
bir-birinə  müraciəti  üçün  kilendəş  termini  mövcuddur.  Bir- 
birlərinə  müraciətlərində  böyük  qardaş  arvadı  üçün  jinqə, 
jiney,  kiçik  qardaş  arvadı  üçün  isə  kilen  termini  işlədilir. 
Nikaha əsaslanan koza  (bu gün Azərbaycanda bəzi toy dəvət­
namələrinin  üstündə  gördüyümüz)  kozaça,  baja, jiznə/jiznəy/ 
jinqə/jiney  (bu,  rus  dilindəki jen a   sözünü  xatırladır),  kilen, 
keyəü,  xalır,  ir,  yaxud yəməğət  kimi  digər  terminlər  başqırd
dilinin digər şivələrində işlədilir1.
Şimali  Altay  dialektində  də  kelin  terminindən  istifadə 
olunur.  Rus dilində ata,  yaxud  ananın qardaşı  ümumi  bir ter­
minlə  ifadə  olunursa,  türk  dillərinin  dialektlərində  bu,  gah 
bir,  gah  da  fərqli  terminlərlə  ifadə  olunur.  Başqırd  dili  dia­
lektlərində  “atanın qardaşı” aka,  apa; zurətəy,  dürətəy,  dəüə- 
tey  “atanın böyük qardaşı, həmçinin ata və ananın  böyük  ba­
cısının  əri”  mənasında, yəşətəy  “atanın  kiçik qardaşı,  həmçi­
nin  ata-ananın  kiçik  bacısının  əri”  mənasında  işlənir2.  Xris­
tian  tatarlarında  bu  semem  (“ata,  yaxud  ananın  qardaşı”)  də­
də,  dədəy,  ağa,  ağay  terminləri  ilə  ifadə  olunur  (ədəbi  dildə
abıy).
Qırğız  ədəbi  dilində  və  onun  bütün  şimal  şivələrində 
tayake  (tay+ake)  izoqlossu “dayı”  mənasında  lokallaşmışdır. 
Taqa  (tay+  aqa)  izoqlossu isə  “dayı”  mənasında cənub  şivə­
lərində  lokallaşmışdır.  Hər  iki  termin  ana  qohumuna,  böyük
AMEA  İ. Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,111 c. ,Bakı, 2012
'Гильманова  С.Г.  Термины  родства  в  северо-западном  ареале  башкирского 
языкаИ Исследования  и материалы по башкирской диалектологии.  - Уфа:  изд- 
ие БФ АН СССР,  1982,  с.54
2 Yenə orada. 
_______________________________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 317


qardaşa  müraciət  forması  kimi  də  işlədilir.  Cənubi  qırğız  şi- 
vələrindəki  taqa  termini  tam  eyni  mənada  uyğur  dilindəki 
taqa,  özbək  dilindəki  toqa  ilə  izoqloss  təşkil  edir.  Q.Baki- 
nova  bildirir  ki,  tay  komponenti  digər  terminlərin  yaranm a­
sında  da  iştirak  edir.  O  əlavə  etmişdir  ki,  hər  iki  termindəki 
(taqa  və  tayake/  taake)  sözönü  t  samiti  ilə  Altay,  xakas,  öz­
bək,  uyğur  dilləri  ilə  (qırğız  dilindəki  kimi,  bu  dillərdə  də 
sözönü  xarakterik deyil) dilarası izoqloss təşkil edir.
Məs.raltay  tay/taay,  xakas  tay,  uyğur  taqa,  türkmən 
dayı,  tuva daay  müqay.et:  bur-monq.  taabay,  müasir monqol 
naqas “ata tərəfdən qohum”1.
Dialektlərdə  “qadın,  arvad  -  həyat  yoldaşı”  anlamlı  ifa­
dələr  də  maraq  doğurur:  abakay,  kadı,  kadıt/kaydat  (Şm. 
Altay),  tom (balkar), ay el (ər.  mənş.noqay),  abakay (tatar).
Zənnimizcə,  Altay  və tatar dillərindəki  abakay term ini­
nin  kökündə  aba/apa  sözü  durur.  Noqay  dilindəki  ay el  ərəb 
mənşəlidir,  əyal  sözündəndir.  Balkar  və  Şimali  Altay  dialek- 
tindəki digər sözlər qadın  termininin variantlarıdır.
Digər  qohumluq  terminlərinə  də  nəzər  salaq:  Nəvə: 
deen  (Şm.Altay),  neen,  пик,  luçki  (tatar);  Kürakan,  yezn ə: 
kuyev  (noq.),  yesnə  (Qərbi  Sibir  tatar.);  Qayın:  yanağay 
(başqırd),  kəyne (“kiçik qayın” başqırd); Xalq: yort (baş.)
Tatar dilinin  mişar  dialektində ümumi  şəkildə  “uşaqlar, 
övlad”  sememi  ol-kız,  “bala”  sememi  isə  olan/ ulan  leksemi 
ilə ifadə olunur.  Bu tennin kız və  ir sözləri ilə birgə də  işlənə 
bilər:  Kız  ulan  “qız”  (ədəbi  dildə:  kız  bala);  İr  ulan  “oğlan” 
(ədəbi  dildə:  ir bala).  Müqayisə et:  türkmən dilində qız-oqlan 
“qız”,  erkek-oqlan  “oğlan  övladı”,  oqlan-uşaq  “övladlar,
1 Бакинова Г.Лексика диалектов киргизского языка в ареальном осве- 
щении, Фрунзе, Илим,  1990, с.35-36_____________ ет======—=—=
Elnara Nadir qızı Əliyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
Q ıpçaq qrupu tü rk dillərinin leksikası, səhifə 318
uşaqlar” 1.  Anoloji .varianta bəzən Azərbaycan dilində də təsa­
düf olunur;  -   Oğuldan,  uşaqdan  nəyin  var?;  -Oğul-uşaq y i­
yəsi olasan ”.
2. 
Bədən üzvlərinin adlan 
Baş:baş (Şm.Altay, noqay, qırğız), kəllə (noqay)
Bədəm boy  (Şm.Altay), kevde (noqay)
Boyum boyın (Şm.Altay), moyun (noq.)
Bel:bel(Ş m.Altay);
A yak.ayak (tat.), noqa,  çaşka (Şm.Alt.), aşa (qaz.); 
Ovuc:alakan (Şm.Alt.), aya (noq.)
Ürək:dürek  (Şm.Alt.),  yurok  (noq.),  yiXrök  (baş.),  serdça 
(noq.)
Üz: düs (Şm.Alt.), bet (noq.);
Burun:borın(büş.), tumşuk (noq.), tomşok (Qb.  Sibir tat., 
ədəbi dildə:  borın);
Alınm annay,  manday (baş.), m iy ə (Qb.Sibir tat.);
Yanak.'daak (Şm.Alt.), yəyək (tat.), bet (noq.);
SaqqaUsakal,  iyak (tat.);
Çiyin:insə,  inbaş (tat.) və s.
3.  M əişət leksikası.
Məişət  leksikası  ifadəsini  biz  geniş  mənada  götürmü­
şük.  Buraya  həm  məişət-mətbəxdə  istifadə  olunan  əşyaların 
adları,  həm  də  yemək  adlarını  daxil  etmişik.  Qıpçaq  qrupu 
dialektlərində digər sahələrdə olduğu kimi, məişət leksikasına 
aid  sözlər  arasında da həm  sinonimlik,  həm  də  çoxmənalılıq 
özünü göstərir.  Bunlara nəzər salaq:
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarbd-müqayisəli leksikologiyası məsələləri,III c.,Bakı, 2012
1 Л .Т .М ахм утова.  Н екоторы е материалы п о л екси ке м иш арского д и а ­
лекта татарского язы ка./ И сследования  по исторической  диалектоло- 
гии татарского  язы ка,с!4 4 -1 4 5 ______________________________________
Q ıp ça q  qrupu tü rk dillərinin leksikası, səh ifə 319


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə