Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə82/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   78   79   80   81   82   83   84   85   ...   114

T əran ə Ş Ü K Ü R O V A .  Q ıpçaq qrupu iiirk dillərin də alın m a te rm in lə r
dilə  söz  keçmə prosesini bildirir.  Beləliklə,  ikinci mənada bu 
term in proses,  birinci  mənada isə  prosesin nəticəsini  bildirir. 
Alınm a  və  alınma  söz  terminləri  eyni  anlayışları  bildirmir. 
Alınm a  dedikdə  bir  dildən  başqa  dilə  keçən  bütün  linqvistik 
vahidlər,  hər  hansı  bir  dil  elementi  başa  düşülür.  Alınma  söz 
dedikdə  isə  yalnız  leksik vahidlərin mənimsənilməsi  nəzərdə 
tutulur.  Başqa sözlə desək, alınma termini daha geniş anlayışı 
ifadə  edir.  Belə  ki,  alınma söz anlayışının  özü  də  alınma ter­
mininin ifadə etdiyi mənanın tərkibinə daxildir” 5.
H.Həsənov  ümumişlək  alınmalar,  beynəlmiləl  sözlər, 
ekzotizm  və  varvarizmləri  alınma  sözlərin  növləri  kimi  ve­
rir*
 2.  E.Axunzyanov  isə  terminlərin  məna  fərqlərindən  danı­
şarkən  “alınma  termini  alınma  söz  terminindən  daha  geniş­
dir”  fikrini əsaslandırır3.
Alınma  və  alınma  söz  terminlərindən  başqa  dilçilikdə 
bu  anlamın  ifadəsi  üçün  «əcnəbi  söz»,  «alınmalar»,  «əcnəbi 
alınmalar»,  «xarici  söz»  və  «xarici  alınmalar»  kimi terminlər 
də  işlənilir.  D.Lottenin  fikrincə,  alınma  söz termini  o  sözlərə 
aid  edilir  ki,  onlarda  heç  bir  dəyişiklik  edilmir4.  Bu  fikir  ta­
mamilə  doğrudur.  Bu  gün  dilimizdə  işlədilən  alınmalar  heç 
bir  fonetik  və  qrammatik  dəyişikliyə  məruz qalmadan,  oldu­
ğu variantda ədəbi  dildə  öz  əksini  tapır.  Tez  bir zaman çərçi­
vəsində  ədəbi  dilin  yazılı  və  şifahi  qolunda  sabitləşir.  S.Cə­
fərov alınma sözlər haqqında öz fikrini belə izah edir:  “Başqa 
dillərdən  alınma  sözlər  xalqmızın  həmin  dillərdə  danışan
'X u d iy e v  N .M .A zərb ay can   ədəbi d ilinin  sovet  dövrü.B akı:M aarif,  1986, s.  5-6
2 H ə sə n o v  H .M ü asir A zərb ay can   dilinin  leksikası.B akı: M aarif,  1987,  s.124
3  А х м а н о в а  О.  С л о вар ь ли н гви сти ч ески х терм и н ов.  М осква,  «Сов.  эн ц и кло­
педия»,  1966,  с.305
4Л о тт е  Д .К р ат к и е ф о р м ы  н аучн о-техн и ч ески х терм ин ов.М .,И зд-во «Н ау­
ка»,  1971.  с.9 
________ _________
Qıpçaq qrupu iiirk dillərinin leksikası, səhifə 328
xalqlarla  olan  müxtəlif  tarixi  və  ictimai  münasibətlərindən 
asılı  olaraq  ya  bilavasitə  mənsub  olduğu  dildən,  ya  da  başqa 
bir dildən keçə bilər” 1.
Azərbaycan və  qazax xalqlarının tarix boyu başqa xalq­
larla  münasibəti,  ictimai-siyasi,  mədəni  əlaqələri  bu  dillərin 
lüğət  tərkibinin  zənginləşməsinə  gətirib  çıxarmışdır.  Bu  cür 
şərait  həm  də  bilinqvizmin  formalaşmasına  xidmət  edir. 
Sözlərin  bir  dildən  başqasına  keçməsinin  əsas  səbəblərindən 
biri  də  bilinqvizmdir.  Azərbaycan  və  qazax  xalqları  həmişə 
ikidillilik  şəraitində  yaşamışlar.  M üxtəlif dövrlərdə  ayn-ayrı 
xalqlarla (ərəb,  fars, rus və Avropa) ünsiyyətdə olmuşlar.
İkidillilikdən  danışarkən  əsasən  Azərbaycan  və  rus  iki­
dilliyi  nəzərdə  tutulurdu.  Lakin  qeyd  etmək  lazımdır ki,  orta 
və  ali  məktəblərdə  ana dili  və  rus  dili  ilə  yanaşı,  xarici  dillə­
rin də tədris olunması, xarici  firmaların fəaliyyəti  nəticəsində 
respublikamızda digər ikidillilik şəraiti də yaranmışdır.
Sözalmanın  ikinci  səbəbi  hər  hansı  dilin  öz  daxili  im­
kanları  hesabına  keçinə  bilməməsi  ilə  bağlıdır.  Dünya  dillə­
rində  yeni  yaranan  sözlər  özləri  ilə  yeni  anlayışları  da  daxil 
olduğu dillərə  yayır.  Ancaq dil  heç  vaxt  sözalma nəticəsində 
öz milli vahidlərini unutmur.
Y.Polivanovun  alınma  sözlə  bağlı  ideyaları  rus  dilçili­
yində  geniş  yayılmışdır.  Onun  fikrincə,  “söz  adətən  o  dildən 
götürülür  ki,  həmin  dil  anlayışın  yayıcısı  olmuş  olsun”2.  Bu 
fikrə əsasən söyləmək olar ki, bu gün dilimizə daxil  olan söz­
lər  özləri  ilə  bərabər  məfhumları  da  gətirmiş  olur.  Çünki  söz 
məfhumu  ifadə  edir.  Məfhumlar  isə  iqtisadi  inkişafla  bağlı
AMEA Nəsimi adm a Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-mii qayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
1 Cəfərov S.  Müasir Azərbaycan dili.  Bakı:  Maarif,  1970, s.  139
2 Abbasova B.  Sözalma hadisəsinin əsasları.  Bakı:  Azəməşr,  1995, s.  30
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 329


Тэгапэ Ş ÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma term inlər
olaraq yaranır.
Qərbi Avropa dillərindən alınma sözlər dilçi alim lərim i­
zin  diqqət  mərkəzində  olmuş,  tədqiqat  obyekti  kimi  öyrənil­
mişdir.  Bundan  başqa,  alınmaların  öyrənilməsi  Avropa  dillə­
rinin  türk  dillərinə,  o  cümlədən  Azərbaycan  və  qazax  dilləri­
nə  müsbət təsiri  kimi  ümumi  məsələləri  aşkar  etməyə  im kan 
verir.  Azərbaycan  dilçiliyində  Avropa  mənşəli  alınmalara 
dair  A.Qarayevin  “Müasir  Azərbaycan  dilində  Avropa  m ən ­
şəli  leksik  alınmalar” 1  əsəri  də  maraq  doğurur.  Əsərdə  alın­
maların tarixi,  geneoloji təsnifındən başqa, onların sinonim lik 
münasibəti  və  omonimlik  səciyyəsi  haqqında  da  elmi  m əlu­
matlar  verilmişdir.  “Azərbaycan  dilinin  texniki  term inologi­
yasında  Qərbi  Avropa  mənşəli  alınmalar”1
 2  əsərində  isə  R. 
Cəfərov texnika  sahəsində  alınma  sözlər haqqında elmi  axta­
rışlarının nəticələrini ortaya qoymuşdur.
Bundan başqa alınma sözlər haqqında olan nəzəri  m üd- 
dəlar  B.Abbasovamn  “Sözalma hadisəsinin əsasları”3  əsərin­
də  davam  etdirilir.  Burada  təhlil  olunan  sözalma  hadisəsi, 
onun  yolları,  üsulları,  dildaxili  və  dilxarici  əlamətləri  praktik 
cəhətdən böyük əhəmiyyət kəsb edir.
Termin  mənimsəmə  prosesi  sözalma prosesinin  bir  h is­
səsidir.  Qeyd  etməliyik  ki,  bütün  terminlər  sözdür,  lakin  b ü ­
tün  sözlər termin deyildir.  Etimon dildən söz alan dilə term in 
keçərsə,  onun  üslublar  sistemində  yalnız  elmi  üslubda  m ə­
nimsənilməsi  kifayətdir.  Qıpçaq  qrupu türk  dillərindəki  alm-
1  Qarayev  A.  Müasir  Azərbaycan  dilində  Qərbi  Avropa  mənşəli  leksik 
alınmalar. Bakı:  ADU  nəşri,  1988
2  Cəfərov  R.C.  Azərbaycan  dilinin  texniki  terminlogiyasında  Qərbi 
Avropa mənşəli alınmalar.  Fil.  elm.  nam.  ...dis.  Bakı:  1990
3 Abbasova B.  Sözalma hadisəsinin əsasları,  Bakı: Azərnəşr,  1995______
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 330
ma terminləri mənşəyinə görə üç qrupa bölmək olar.
1.  Ərəb və fars mənşəli terminlər
2 .  Rus mənşəli terminlər
3. Avropa mənşəli terminlər:
1. 
Ərəb  və  fars  mənşəli terminlər.  Tarix boyu  Azərbay­
can və qazax xalqları  ərəb,  fars  və rus  xalqları  ilə  sıx  əlaqədə 
olduğundan  onlardan müəyyən terminlərin  qəbul  edilməsi tə­
bii  haldır.  Azərbaycan  və  qazax  dillərinin  lüğət  tərkibindəki 
alınma  sözərin  mühüm  bir  qismini  ərəb  və  fars  sözləri  təşkil 
edir.  Həmin  dillərə  ərəb  və  fars  dillərinin  təsiri  VII  əsrdən 
başlamışdır.
Bu  proses  XIX  əsrin  I  yarısına  qədər  davam  etmişdir. 
Misal  olaraq  hərbi  sahəyə  müraciət  edək:  əsgər,  zabit,  əsir, 
mühasirə,  hərb,  hərbi and,  sərhəd,  kəşfiyyat  və  s.  Terminlər 
ərəb  mənşəlidir.  Ədəbiyyatşünaslıq  terminləri  olan  -   qəsidə, 
qəzəl,  qitə,  müxəmməs,  beyt,  minacat və  s.  ərəb  və  fars  mən­
şəlidir.  Ərəb  və  fars  mənşəli  dilçilik  terminləri  də  bu  gün  öz 
fəallığını  saxlamaqdadır:  məsdər, fel.
Hələ  XX  əsrin  əvvəllərində  Azərbaycan  dilindəki  ərəb 
və  fars  mənşəli  terminlərə  ikili  münasibət  olmuşdur.  Bəziləri 
qəliz, dilimizin qrammatik qayda-qanunlarma cavab verə bil­
məyən,  lakin  artıq  mənimsənilmiş  ərəb,  fars  mənşəli  söz  və 
terminləri  dildən  çıxarmağı  təklif etmişlər.  Beləliklə,  termin 
yaradıcılığında  zərərli,  ziddiyyətli,  dilin  lüğət tərkibinin  zən­
ginləşməsi,  təkmilləşməsinə  mənfi  təsir  göstərən  purizm  cə­
rəyanı  meydana gəlmişdir.
Puristlər ərəb-fars terminlərinə birtərəfli münasibət gös­
tərmişlər.  Onlar  Azərbaycan  terminologiyasının  nöqsanla­
rının  aradan  qaldırılmasının  əsas  yolunu  bütün  ərəb  və  fars 
sözlərinin  çıxarılıb,  yerinə  necə  olursa-olsun  “Azərbaycan
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikalogiyası məsələləri, III cild,  Bakı, 2012
Qıpçaq qrupu  türk dillərinin leksikası, səhifə 331


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə