Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə84/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

şıhğı  olaraq  Azərbaycan  dilində  islahat  sözünü  işlədiriksə, 
onda  reformator,  reformizm,  reformist  terminləri  üçün  də 
müvafiq qarşılıq müəyyənləşdirib işlətməliyik.
4. 
Məlum olduğu kimi, terminoloji  sistemlərdən hər b i­
rinin tərkibində  müəyyən mikrosistemlər (tematik prinsip ü z ­
rə birləşən termin-adların məcmusu) mövcuddur.  Odur ki, rus 
dilindən  terminlər  götürülərkən  ayrı-ayrı  mikrosistemlər  nə­
zərə alınmalıdır»1.
Rus mənşəli  alınmalara misal  olaraq aşığadıkları  nüm u­
nə  göstərmək  olar: jurnal,  nömrə, filosof,  konfrans,  general, 
kapitan,  zavod,  kolxoz,  sovxoz,  telefon,  televizor,  maşın,  g im ­
naziya,  kampaniya,  kino,  teatr,  bilet,  komandir,  matros,  y a r­
marka,  bolşevik və  s.  Qumuq  dilində  rus  dilindən  alman  ter­
minlər  öz  fəal  işlənmə  arealı  ilə  diqqəti  cəlb  edir:  aviasiya, 
admiral,  amnistiya,  anarxiya və  s.  Leksik alınmalarla yanaşı, 
morfoloji  alınmalar  da  türk  dillərində  aktiv  mövqedə  işlən­
mişdir:
a)  İsim  düzəldən  şəkilçilər:  izm,  -ist,  -ik  -   liberalist,  kom- 
munzm,  akademik, jurnalist.
b)  sifət  düzəldən  şəkilçi lər-awd,  -a,  ist,  -iv,  -l,  -loji,  -ji,  -tik. 
Antiimperialist,  obyektiv, formal, pedaqoji,  sistematik və s.
Tarix  boyunca  ərəb,  fars  və  rus  dillərindən  keçən  söz­
lərin  bir  qismi  vətəndaşlıq  hüququ  qazandığından  dilimizdə 
sabitləşmişdir.  Müasir  dövrdə  Avropa  və  türk  mənşəli  ter­
minlərin Azərbaycan və noqay dillərinə axını güclənmişdir.
III. 
Avropa mənşəli  alınmalar:  biznes,  blank,  seans,  sti­
mul,  biznesmen,market,  departament,  sponsor,  insident  və  s. 
Avropa mənşəli alınmalar alman, fransız, ingilis və s. mənşəli
1 Тажмуратова А.  Термины технических культур в казакском языке. 
АКД, Ташкент.  1966., с.110.__________________
Təranə ŞÜKÜROVA. Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 336
olur. Alman dilinə məxsus olanlar:  kassir,  orden,  stul,  qalstuk 
və s.
İngilis  dilinə  aid:  Azərb.  seyf,  tank,  kombayn,  traktor, 
futbol,  voleybol,  reyd  və  s.  noqay.  finiş,  futbol,  basketbol, 
boks,  departament və s.
Fransız  sözləri:  Azərb.  salon,  restoran,  salat,  kompot, 
plombir,  palto,  manto;  noqay.  leytenant,  general,  desant, 
artilleriya və s.
Türkiyə  türkcəsindən  alınmalar:  sorumlu-məsul,  yazar- 
yazıçı,  olay-hadisə,uçaq-təyyarə,  müsafir-qonaq.
Azərbaycan  və  noqay  dillərində  rus  mənşəli  terminlər­
dən  başqa,  intemasionalizmlər  də  mövcuddur.  Bu  tipli  ter­
m inlər  bir  neçə  dildə  eyni  məna  daşıdığı  üçün  onlarda  qarşı­
lıq  axtarmaq  lazım  deil.  Çünki  onlar  beynəlxalq  standartlara 
uyğun  qəbul  olunmuş  terminlərdir.  Məsələn,  menecer,  me­
necment,  prezident,  spiker,  birja,  konstiutsiya  kimi  və  s.  ter­
m inlərə qarşılıq  axtarmaq lazım deyil.
M.Qasımov  alınma  terminlərin  Azərbaycan  dilindəki 
mövqeyini bir sıra cəhətlərdən xarakterizə edir.
1.  Alınma  termin  dilin  lüğət  tərkibinə  möhkəm  şəkildə 
daxil  olmaqla  onun  həm  yazılı,  həm  də  şifahi  qolunda  bu  və 
ya  digər  məfhumu  ifadə  edir.  Belə  terminlər  daxil  olduqları 
dilin sözləri ilə eyni hüquqa malikdir.
2. 
Alınma  terminlərdən  bəziləri  yalnız  canlı  danışıq  di­
lində işlənir, ədəbi dilə keçmir.
3.  Alınma  termin  müəyyən  dövrdən  sonra  dildən  çıxa 
bilir.  Bu proses m üxtəlif yollarla gedir: a) dilin öz sözləri  əsa­
sında yaranan termin  alınma termini  sıxışdırıb  aradan  çıxarır, 
b)  alınma terminlər  bir-birini  sıxışdırır.  Məsələn,  vaxtı  ilə di­
lim izdə işlənmiş //гд а  darülfiunun,  sövtiyyat terminləri  sonra-
AMEA Nəsimi adm a Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 337


Təranə ŞÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma terminlər
lar partiya,  universitet, fonetika  terminləri  ilə  əvəz  olunmuş­
dur1.
Belə  qənaətə  gəlirik  ki,  müstəqillik  illərində  Avropa 
mənşəli  terminlər  rus  mənşəli  terminlərdən  üstündür.  Çünki 
sovet dövründə Avropa mənşəli  terminlər yalnız rus dili  vasi­
təsilə  alınırdı.  Müstəqillik  illərində  bu  mənzərə  artıq  dəyişir, 
bilavasitə  Avropa  ölkələri  ilə  iqtisadi  əlaqələrin  möhkəmlən­
məsi  yeni  terminlərin  alınmasına səbəb olur:bankrot,  diskont, 
investor,  korporasiya,  audit,  alyans,bank,  depozit,  manko, 
treyder,  poritet,  auksion*
 2.  Bu  dövrdə  dilimizdə  Avropa  m ən­
şəli  terminlər  də  daxil  olmuşdur:  auditor,  klip,  klip-meker, 
prodüsser,  tok-şou,  şou,  şou-biznes,  impreashop,  broker, 
makler,  market,  merketinq,  magistr,  magistratura,  bakalavr, 
space,  menecer,  diler,  kommersant,  nyüsrayter,  dizayn,  dis- 
put,  daycest,  miltimedia,  mediamorfoz,  şoumen.
Qıpçaq qrupu türk  dillərində də alınmaların bu cür axını 
diqqəti  cəlb  edir.  Məsələn,  noqay  dilində  advokatura,  suver- 
nitet,  demokratiya,  prezident,  referendum,  ratifikasiya,  şou, 
tok-şou,  şou-biznes,  market,  marketinq,  maqistr,  maqistratu- 
ra,  bakalavr,  menecer,  şoumen  kimi  Avropa  mənşəli  alınm a 
terminlər daxil olmuşdur
Alınma  terminlərdən  danışarkən  beynəlmiləl  term inlə­
rin  də  əhəmiyyətini  qeyd  etmək  lazımdır.  Terminologiyanın 
zənginləşdirilməsində  qəbul  edilmiş  beynəlmiləl  term inlər­
dən  düzgün  istifadə  etmək  vacibdir.  Həqiqətən  də,  ehtiyac 
duyduğunuz  beynəlmiləl  söz  və  terminlərin  dilimizə  keçmə­
sinin qarşısını süni surətdə almaq düzgün deyildir.
’Qasımov  M.Ş.Azərbaycan  dili  terminologiyasının  əsaslan.  Bakı:  Elm, 
1973, s. 153
2  İqtisadi nəzəriyyə Bakı.,  Bakı  Universiteti nəşriyyatı, 2002
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 338
Dilçilər  arasında  beynəlmiləl  terminlərin  müəyyənləş­
dirilməsi  üçün  m üxtəlif fikirlər  mövcuddur.  A.Frinta  «inter­
nasional» terminim  dünyanın bütün  «mədəni  dillərində»  işlə­
nən  söz  kimi  şərh  edir1.  O.B.Şaxray  isə  bundan  fərqli  olaraq 
yazır  ki,  bu  və  ya  digər  söz  «bir  sıra»  dillərdə  işlənirsə,  onu 
«internasionalizmlər»  sırasına  daxil  etmək  olar2.  Biz  A.Frin- 
tanın  fikri  ilə  deyil,  O.B.Şaxrayın  fikri  ilə  razılaşırıq.  Çünki 
«mədəni dil» məfhumu bir qədər qeyri-məqbul səslənir.
Termini  o  zaman  beynəlmiləl  hesab  etmək  olar  ki,  onu 
dünyanın bir  sıra dillərində  sərbəst  şəkildə  işlətmək  mümkün 
olsun.  M.Qasımov  intemasionalizmi  tamamilə  başqa  aspekt­
də  izah  edir.  O,  internasionalizmə  belə  bir  tərif verir:  «İnter­
nasional terminlər dedikdə tam,  yaxud qismən ümumi  seman- 
tikaya  malik,  orfoqrafik,  fonoloji  cəhətdən  nəzərəçarpacaq 
dərəcədə  yaxın  olan  beynəlxalq  əhəmiyyətli  anlayışları  ifadə 
edən,  dünyanın  əksər dillərində  (o  cümlədən  qohum  olmayan 
dillərdə)  işlənən  sözlər  nəzərdə  tutulur3.  S.Xəlilovaya  görə, 
«İntemasionalizm  o  zaman  həqiqətən,  internasionalizm  olur 
ki,  söz və  terminin  səs  tərkibi  ilə  yanaşı,  onun  mənası  da  ol­
duğu kimi  başqa dillərdə yayılmış olsun»4.
Müasir  Azərbaycan  dilində  işlədilən  blokada,  bomba, 
marş,  qarnizon,  serjant,  patron,  marşal  və  s.  kimi  fransız 
mənşəli  hərbi  terminlər  beynəlmiləl  səciyyə  daşımaqla  yana­
şı,  həm  də  dilimizin  fəal  leksik vahidlərindəndir.  Azərbaycan 
və  noqay  dillərində  iqtisadi  termin  kimi  işlənən  -   biznesmen, 
valyuta,  broker,  kommersiya,  kommersant,  ictimai-siyasi  ter-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri

III cild,  Bakı, 2012_
'Q a sım o v   M .Ş .A zərb ay can   dili  term inologiyasının  ə sasları.B ak r.E lm ,1 9 7 3 ,s.l4 7
2
  Y en ə  orada,  s. 147
1  Y en ə orada,  s. 149
4  X əlilo v a S.N .  İn tern asio n al term inlər.  Bakı:  M aarif,  1991,  s.65 
____
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 339


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə