Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə83/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   79   80   81   82   83   84   85   86   ...   114

sözlərinin”  qoyulmasında,  yaxud  sözlərin  sonunun  “A zər­
baycan dili” şəklinə salınmasında” 1 görürdülər.
Azəpbaycan  dilində  işlənən  ərəb  və  fars  mənşəli  ter­
minlərin  bir  qisminə  nəzər  salaq:  qətnamə,  qanun,  möhür, 
mühəndis,  nəbatat,  vəkalətnamə,  şimal,  cənub,  şərq,  qərb, 
nəzm,  təlim,  hakimmərəz,  elm,  sənaye,  kimya,  rüsum,  qafiyə, 
hüriyyət,  ticarət,  məvacib,  məxaric,  təzkirə,  üslub,  tədqiqat, 
mənzum,  mənsur,  musiqi  və  s.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
qazax  dilində  də  dilçilik  terminlərində belə  dəyişiklik özünü 
göstərir:  xaborlı  söylem  (nəqli  cümlə),  suranlı  söylem  (sual 
cümləsi),  buyrıklı  söylem  (əmr  cümləsi),  lepti  söylem  (nida 
cümləsi).
Azərbaycan  dilində  ərəb  və  fars  mənşəli  morfemlər  də 
mövcuddur.  Onlar  da işlənmə  yerinə  görə sözönü və sözsonu 
mövqeyə malikdirlər. Məsələn:
a) 
isim  düzəldən  şəkilçilən-ıyyat,  -iyyat,  -dar,  -namə,  - 
at/-ət,  -iyyə,  -i/-vi:  ədəbiyyat,  külliyyat,  cəmiyyət,  tədqiqat, 
əməkdar,  nəzəriyyə,  əhvalat,  əməliyyat.
b)  Sifət  düzəldən  şəkilçilər:  -i,  -pərəst,  -pərvər,  -şünas, 
-xah,  -pəsənd,  -bi,  -na,  -ba:  baməzə,  inqilabi,  avropapərəst, 
vətənpərvər,  bədxah,  namünasib və s.
c)  zərf  düzəldən  şəkilçilər:  -anə,  -yanə,  -ən:  şairanə, 
dahiyanə,  qəsdən,  qəflətən və s.
1920-ci  illərdə  purizm terminləri  fəallaşır.  30-cu  illərdə 
isə  milli  terminlər əsas  yer tutur.  30-cu illərin  sonlarında rus- 
Avropa  sözlərinə  meyil  güclənir.  40-cı  illərin  sonlarında  isə 
yenidən  ərəb-fars  sözləri  bərpa olunur.  A.Jakinovun  fikrincə, 
“Postsovet  məkanında  yaşayan  türklərin  əksəriyyəti  islam
1 Qasımov  M.Ş.Azərbaycan  dili  terminologiyasının əsasları.  Bakı:  Elm, 
1973, s.70
Təranə ŞÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 332
dininə  sitayiş  etdiyi  üçün o  xalqların  dillərində  mövcud  olan 
terminlərin əksəriyyəti  ərəb və  fars mənşəlidir və bir-birlərin­
dən fonetik dəyişmələrlə fərqlənir” 1.
Məsələyə  belə  yanaşma,  bizcə,  etiraz  doğurmamalıdır. 
D oğrudan da,  istər oğuz,  istərsə də qıpçaq  və  karluq  qrupuna 
daxil  olub  müsəlmanlığı  qəbul  edən  türk  dillərində  elə  dini 
term inlər vardır ki, onlar həm semantikasına, həm də orfoqra- 
fiy a   və  orfoepiyasına  görə  eynidirlər.  Məs:Azərb.  -xuda,  qır­
ğ ız   -xuda,  türk-xuda,  türkm.  -xuda,  qazax  -xuda,  qırğız  - 
xuda.
Təbii  ki,  bu terminlərin  sayını  istənilən  qədər  artırmaq 
olar.  Namaz,  oruc,  ramazan  kimi  dini  terminlər  islam  dinini 
q əb u l  etmiş  bütün türk  xalqlarının  dilində  heç  bir  fonetik  də­
yişm əyə məruz qalmadan işlənir.
Qeyd  etmək  lazımdır  ki,  ərəb  və  fars  mənşəli  terminlər 
təkcə  dini  deyil,  ictimai-siyasi  sahədə  də  həm  Azərbaycan, 
həm  də qırğız dillərində mövcuddur.
Belə  terminlərin  Azərbaycan  və  qırğız  dillərində 
mövqeyi  bir qədər fərqlidir.  Məsələn:  xüsusi  vəzifə  adını  bil­
dirən  «nazir»  sözü  Azərbaycan  dilində  çox  işləkdir.  Baş  na­
zir,  Təhsil Naziri,  Səhiyyə Naziri və s.  Hətta bu söz -lik şəkil­
çisinin  qəbulu  vasitəsilə  söz  yaradıcılığı  prosesində  aktiv  iş­
tirak  edərək  xüsusi  müəssisə  adlarım  da  ifadə  edir.  Məsələn: 
Vergilər  Nazirliyi,  Mədəniyyət  Nazirliyi,  Təhsil  Nazirliyi, 
Daxili  İşlər  Nazirliyi.  Qırğız  dilinə  gəlincə,  bu  dildə  həmin 
vəzifəni  adlandırmaq  üçün  «vazir»  sözündən  istifadə  edilir: 
Baş  vazir,  Vazirlar  Maxkamasi.  Maraqlı  cəhət  budur  ki,  bu 
söz Azərbaycan dili üçün də yad deyildir. Müasir Azərbaycan
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, l i l  cild, Bakı, 2012
'Жакинов А.Термины  верблюдовства в казахском языке.  АКД.,  Алма-Ата. 1983.с.  77.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 333


dilinin  əsas  lüğət  fondunda  bu  sözə  rast  gəlməsək  də,  vəzir 
sözü şifahi xalq ədəbiyyatı nümunələrində, o cümlədən nağıl­
larımızda  «şahın  köməkçisi»  mənasında  rast  gəlinir:  qara 
vəzir,  baş vəzir,  vəzir.
Azərbaycan  və  qırğız  dillərində  hüquq  terminləri  ara­
sında  da  bir  sıra  fərqli  cəhətlər  vardır.  Məs:  qırğız  dilində 
məhkəmə  termini  kabinet  sözünün  yerində  işlənir.  Nazirlər 
Kabineti  -  Vazirlər  Maxkamesi.  Azərbaycan  dilində  isə  bu 
termin  sırf  hüquqi  məna  kəsb  edir,  «ayrı-ayrı  mübahisələri 
ayırd edən orqan» mənasını daşıyır:  Konstitusiya Məhkəməsi, 
Xalq Məhkəməsi,  Ali Məhkəmə.
Ərəb  və  fars  mənşəli  terminlər  həm  Azərbaycan,  həm 
də  qırğız  dillərində  ədəbiyyatşünaslıq  terminləri  kimi  daha 
çox  aktivdir:  Əruz,  təşbeh,  qəzəl,  qəsidə,  müxəmməs,  beyt və 
s.  terminlər  cüzi  fonetik  fərqlərlə  həm  Azərbaycan,  həm  də 
qırğız  dillərində  mövcuddur.  Qəzəl,  qəsidə  sözlərini  qırğızlar 
fars  variantında  ğəzəl,  gəsidə  kimi  işlədir.  Qırğız  dilindəki 
geyim  adları  daha  çox  millidir.  Lakin  Azərbaycan  dili  ilə 
müqayisədə oxşarlıq müşahidə edilir.  Məsələn, qadınların baş 
geyimi  kimi  tanıdığımız  araxçın  sözü  hər  iki  dildə  işlənir. 
Fərq  burasındadır ki,  bu  söz qırqızlərdə bu gün də müasirdir, 
Azərbaycan dilində isə arxaikləşməyə doğru gedir.
Azərbaycanda  1920-ci  il  aprel  çevrilişindən  sonra 
ictimai-siyasi formasiyanın dəyişməsi ilə əlaqədar bir sıra ter­
minlər  dilimizdə  aktivləşərək  xüsusi  isimlərə  çevrildi.  Çevri­
lişdən sonra dilimizdə  inqilab,  hökumət kimi əcnəbi terminlər 
xeyli  aktivləşdi  və  az  bir  zaman  içərisində  ümumişlək  oldu. 
Eyni  vəziyyəti  şura  və  sovet  sözlərinə  də  aid  etmək  olar. 
Azərbaycanda  şura  və  sovet  sözləri  termin  səciyyəsini  itirə­
rək  xüsusi  isim  kimi  daha  çox  işlənir.  Vaxtilə  Azərbaycan
Təranə ŞÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma terminlər
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 334
dilində,  xüsusilə  danışıq  dilində  işlənən  raykom,  ispalkom, 
kolxoz  sözləri  ümumişləklik  qazanmışdı.  Hal-hazırda bu tipli 
sözlərdə arxaikləşərək tarixin arxivinə atılmışdır.
Azərbaycan  və  qırğız  dillərində  ərəb  və  fars  terminləri 
hələ  də  mövqeyini  saxlamaqdadır.  Elmi-texniki  tərəqqi,  qlo­
ballaşma,  qərbə inteqrasiya daha çox rus və Avropa terminlə­
rinin dilə daxil olmasına şərait yaradır.
II. 
Rus  və  Avropa  mənşəli  terminlər.  Bu  terminlərin 
Azərbaycan və  qırğız  dillərinə  keçmə tarixi  XIX  əsrin birinci 
yarısına  təsadüf  edir.  Q.Zakir,  M.F.Axundov  H.Zərdabi  və 
başqaları  öz  əsərlərində  rus  və  Avropa mənşəli  sözlərdən  ge­
niş istifadə etmişlər.
A.Tajmuratova rus  dilindən  terminalmanın  dörd  prinsi­
pini  göstərərək yazır:
“ 1.  Terminlər  yalnız  ehtiyacla əlaqədar,  yəni  Azərbay­
can  dilinin  daxili  imkanları  əsasında nəzərdə  tutulan  anlayış­
ları  dəqiq  ifadə  edən,  yaxşı  yaddaqalan  konkret terminlər ya­
ratmaq mümkün olmadıqda alınmalıdır.
2.  M ühüm anlayışları  ifadə edən və beynəlxalq miqyas­
da işlədilən terminlər Azərbaycan dilində də  bir qayda olaraq 
tərcüməsiz  işlədilməlidir.  Belə  bir prinsip  bizi mürtəce puriz- 
mə aparıb  çıxarar ki,  bu  da dilimizin  inkişafını ancaq  ləngidə 
bilər.
3.  Rus  dilindən  terminlər  götürülərkən  onların  derivat- 
ları  (törəmələri)  da nəzərə  alınmalıdır.  Məlumdur ki,  termin­
lərdən  hər birinin  müxtəlif derivatlan  vardır.  Ona  görə  də  ya 
əsas  terminlə  birlikdə  derivatlar  da  götürülməli,  ya  da  həm 
əsas termin üçün  Azərbaycan dilində müvafiq  qarşılıq müəy­
yənləşdirilməlidir.  Çünki birini götürüb, digərini götürməmək, 
məntiqsizlik  olar.  Məsələn,  əgər  biz  reforma  termininin  qar-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 335


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə