Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu


Təranə ŞÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma terminlər



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə85/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   81   82   83   84   85   86   87   88   ...   114

Təranə ŞÜKÜROVA.  Qıpçaq qrupu türk dillərində alınma terminlər
m inlər  olan priezident,  vitse-prezident,  diktatura,  parlament,
spiker, proporsional kimi  sözlər beynəlmiləl səciyyə daşıyır.
ƏDƏBİYYAT  SİYAHISI
1.  Xudiyev N.M.  Azərbaycan ədəbi dilinin sovet dövrü.  B a­
kı:  Maarif,  1986, s.  5-6
2.  Həsənov  H.  Müasir  Azərbaycan  dilinin  leksikası.  Bakı: 
Maarif,  1987, s.124
3.  Cəfərov  S.  Müasir  Azərbaycan  dili.  Bakı:  Maarif,  1970, 
s.139
4.  Abbasova  B.  Sözalma  hadisəsinin  əsaslan.  Bakı:  Azər- 
nəşr,  1995.
5.  Qarayev  A.  Müasir  Azərbaycan  dilində  Qərbi  Avropa 
mənşəli leksik alınmalar.  Bakı:  ADU nəşri,  1988
6.  Cəfərov  R.C.  Azərbaycan  dilinin  texniki  terminlogiya- 
smda  Qərbi  Avropa  mənşəli  alınmalar.Fil.elm.nam.diss. 
Bakı: 1990
7.  Abbasova  B.  Sözalma  hadisəsinin  əsasları.  Bakı:  Azər- 
nəşr,  1995
8.  Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasla- 
п.  Bakı:  Elm, 1973,  s.70
9.  Qasımov M.Ş.  Azərbaycan dili terminologiyasının əsasla­
rı.  Bakı:  Elm,  1973,  s. 153
10. İqtisadi nəzəriyyə.Bakı.,Bakı Universiteti nəşriyyatı,2002
11. Qasımov  M.Ş.Azərbaycan  dili  terminologiyasının  əsasla­
rı.  Bakı:Elm,  1973,  s.147
12. Qasımov  M.Ş.Azərbaycan  dili  terminologiyasının  əsasla­
rı.  BakııElm,  1973,s.l49
1 3 .  Xəlilova S.N.  İnternasional terminlər. Bakı:  Maarif,  1991, 
s.65
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 340
14. Ахманова  О.  Словарь  лингвистических  терминов. 
Москва,  «Сов.  энциклопедия»,  1966, с.305
15. Лотте  Д.  Краткие  формы  научно-технических  терми­
нов.  М., Изд-во  «Наука»,  1971,  с.9.
16.  Жакинов  А.  Термины  верблюдовства  в  казахском 
языке.  АКД.,  Алма-Ата.  1983, стр.  77.
17.  Тажмуратова  А.  Термины  технических  культур  в 
казахском языке.  АКД,  Ташкент,  1966, с.110.
18.  Мусабаев  Г.Лексика  современного  казахского  языка. 
АДД, Алма-Ата,  1960.
19. Современный  казахский  язык.  Алма-Ата,  1959.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, 111 cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 341


Qatiba  Mahmudova. Qıpçaq  qrupu  türk  dillarinda  m orfoloji yolla
söz yaradıcıtığı
 
__________________
Qətibə M AHM UDOVA 
filologiya üzrə fəlsəfi* doktoru, d o sen t
QIPÇAQ QRUPU TÜRK DİLLƏRİNDƏ 
MORFOLOJİ YOLLA SÖZ YARADICILIĞI
G
örkəmli  Azərbaycan  alimi  F.Zeynalovun  türk  dillə­
rinin təsnifi  ilə bağlı bölgüsünü1 əsas götürərək q ıp ­
çaq  qrupu  türk  dilləri  dedikdə  biz  qazax,  qırğız, 
qaraqalpaq,  noqay,  altay  dillərini  nəzərdə  tutmuş  və  həmin 
dillərin  morfoloji  qatında  gedən  söz  yaradıcılığı  prosesini 
digər türk dilləri  ilə müqayisədə izləmişik.
Türk dillərində söz yaratmanın müxtəlif yolları var: 
a)  Sözlərin leksik yolla əmələ gəlməsi 
b)  Sözlərin morfoloji yolla əmələ gəlməsi
c)  Sözlərin sintaktik yolla əmələ gəlməsi.
Türk  dillərində  söz  yaradıcılığı  prosesində  leksik  və 
sintaktik  üsula  nisbətən  morfoloji  üsul  daha  məhsuldardır. 
“Morfoloji  söz yaradıcılığı  prosesi  elə məna və şəkil xüsusiy­
yətlərinə  malikdir  ki,  onları  dilimizin  şəkilçi  sisteminin  həm 
ümumi  həm  də  xüsusi  cəhətlərində,  yəni  müxtəlif nitq  hissə­
lərinə münasibətində araşdırmaq lazımdır” *
 2.
Oğuz  qrupu  türk  dillərində  olduğu  kimi,  qıpçaq  qrupu 
türk  dillərində  də  söz  yaradıcılığı  prosesində  iştirak  edən  şə­
kilçilərin  hamısı  eyni  dərəcədə  məhsuldar deyildir.  Bu şəkil­
çilərin  bir  qismi  yeni  sözlərin  yaradılmasında  fəal  və  əhatəli 
olduğu halda,  digər  qismi  az  məhsuldar,  və ya qeyri-məhsul- 
dardır.  “Məhsuldar  şəkilçilər  daha qədim  tarixə  malikdir.  Bu
Z ey n alo v .  F.  T ü rk   d illərin in   m üqayisəli  qram m atikası.  B akı,2008.
Q iy a sb ə y li  M .N .A zərb ay can   d ilin d ə   m orfoloji  söz  yaradıcılığı.“M aarif' 
n əşriy y atı.  B a k ı- 1987
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 342
şəkilçilər dilin tarixi  inkişaf mərhələlərində cüzi  fonetik dəyi­
şikliyə uğramış  olsalar da, onların məna xüsusiyyətləri və ye­
ni  sözyaratma dairəsi genişdir” 1.
Qeyri-məhsuldar şəkilçilərin özləri  də  söz yaradıcılığın­
da m üxtəlif mövqe tutur.  Buraya cəmi bir-iki  sözün yaranma­
sında iştirak edən şəkilçilərdən tutmuş daha çox  sözün yaran­
masında  iştirak  edən  şəkilçilərə  qədər  hamısını  daxil  etmək 
olar.  Buraya  getdikcə  ədəbi  dildən  çıxmaq  üzrə  olan  şəkilçi­
lər də daxildir.
Qıpçaq  qrupu  türk  dillərindəki  sözdüzəldici  şəkilçilərin 
geniş  təhlilinə  keçməzdən  öncə  bu  qrupa  daxil  olan  dillərdə 
morfoloji  yolla  söz  yaradıcılığı  prosesinin  tədqiqi  tarixinə 
nəzər salmağı  lazım bilirik.
Türk  dillərinin  müqayisəli  qrammatikası  sırf  elmi  şə­
kildə  XX  əsrin  ortalarından  başlayaraq  tədqiq  olunmağa,  öy­
rənilməyə  başlamışdır.  Qpçaq  qrupuna daxil  olan  qazax,  qır­
ğız,  qaraqalpaq,  noqay,  altay  dillərinin  də  qrammatikası,  o 
cümlədən  bu  dillərdə  morfoloji  yolla  sözyaratma  prosesi  o 
dönəmdə  dünya  türkoloji  dilçiliyində  aparıcı  mövqeyə  malik 
olan  sovet  dilçilik  məktəbinin  korifeyləri  tərəfindən  tədqiq 
olunmuş, bu sahədə fundamental əsərlər yazılmışdır.
Biz  ilk  növbədə  N.A.Baskakovun  adını  çəkmək  istər­
dik.  Onun  noqay  dili,  qaraqalpaq  dili  üzərində  apardığı  araş­
dırmalar  bu  gün  də  öz  qiymətini  itirməmişdir.2  1940-1950-ci 
illərdə meydana  gəlmiş  bu əsərlər  sonralar noqay  və  qaraqal­
paq  dillərinin  qrammatikasının  yazılmasında  mənbə  rolu  oy-
AMEA  Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tariəd-müqayisəli leksikologiyası məsələləri, III c., Bakı, 2012
'Q i y a s b ə y li   M .N .  A z ə r b a y c a n   d ilin d ə   m o r f o lo ji  s ö z   y a r a d ıc ılığ ı.  “ M a a ­
r i f ’  n ə ş r iy y a tı.  B a k ı - 198 7 .
2  Б а с к а к о в .H .А .К а р а к а л п а к с к и й   я з ы к .Ч а с т ь   I I ,М о с к в а - 1 9 5 2 ,  Y e n ə   d ə 
o n u n .   Н о г а й с к и й   я з ы к . ,  М о с к в а - 1 9 4 0 .
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 343


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə