Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə86/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

nadılar.1 N. A.Baskakov tədqiqat zamanı bu dillərdə söz yara­
dıcılığı prosesini  izləmiş, bu prosesin əsas və fəal ünsürü olan 
sözdüzəldici  şəkilçiləri, onların yaranma yolları və etimologi­
yası məsələlərinə də toxunmuşdur.
B.Oruzbayevamn  bu  gün  də  öz  dəyərini  saxlayan  “Qır­
ğız  dilində  söz  yaradıcılığı”  əsərinin  də  böyük  hissəsi  məhz 
morfoloji  yolla  söz  yaradıcılığına  həsr  olunmuşdur1
 2.  “Qırğız 
ədəbi  dilinin  qrammatikası”  əsərində  də  morfoloji  yolla  söz 
yaradıcılığı  geniş  işıqlandırılmışdır3.Sovet  dönəmində  qıpçaq 
qrupuna  daxil  olan  dillərdə  söz  yaradıcılığı  haqqında  onlarla 
dissertasiya yazılmış,  sözdüzəldici  şəkilçilər müxtəlif aspekt­
lərdə tədqiq olunmuşdur.
Bu gün bu cür araşdırmalar daha çox  Türkiyə Respubli­
kasında aparılır.  Türk alimlərinə qıpçaq  dillərin  morfologiya­
sına,  eləcə  də  söz  yaradıcılığına aid  bir  çox  kitablar məxsus­
dur  .  Son  illərdə  bu  sahədə  aparılmış  tədqiqatlardan  Mustafa 
Önerin  “Bugünkü  qıpçaq türkçəsi”4 əsəri  çox  diqqətəlayiq və 
qiymətli  əsərlədəndir.  Lakin  alim  qıpçaq  qrupuna  daxil  olan 
bütün dilləri deyil,  yalnız tatar, qazax,  qırğız dillərini tədqiqa­
ta cəlb etmişdir.
Türkiyə  alimləri  qıpçaq  qrupu  dilləri  ayrı-ayrılıqda  da 
tədqiq  etmişlər.  Hülya  Kasapoğlu  Çengelin  “Kırğız  türkçesi 
grameri”  əsəri  bu  baxımdan  ən  yaxşı  nümunələrdən biri  kimi 
qiymətləndirilə  bilər.  Müəllif kitabda qırğız dilində morfoloji 
yolla söz yaradıcılığı prosesini ətraflı  araşdırmışdır.
Qətibə Mahmudova.Qıpçaq  qrupu  türk dillərində morfoloji yolla
söz yaradıcılığı
_________
1 Грамматика ногайского  языка.  Черкесск-1973 
Орузбаева  Б.О.  Словообразование  в  киргизском  языке.  Фрунзе,
1964.
3Грамматика киргизского литературного языка.Ч.1, Фрунзе-1987
4 Öner Mustafa.  Bugünkü Kıpçak Türkçesi.  Ankara,  1998.
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 344
Oğuz  qrupu  türk  dillərində  olduğu  kimi,  qıpçaq  qrupu 
türk  dillərində  də morfoloji  yolla  söz  yaradıcılığı  prosesində 
iştirak edən sözdüzəldici şəkilçilər 3  qrupa bölünür:
L   A d  düzəldən sözdüzəldici şəkilçilər.
2.  Fel düzəldən sözdüzəldici şəkilçilər.
3.  Z ə r f düzəldən sözdüzəldici şəkilçilər.
Burada  ad  və  fel  düzəldən  sözdüzəldici  şəkilçilərdən 
bəhs edəcəyik.
I. 
Ad düzəldən şəkilçilər 
a) adlardan ad düzəldən şəkilçilər
I.-lıa.-lik,-lua,~lük//-ltk.-lik.-luk,-lük-.Məhsuldar  olan 
bu  morfoloji  göstərici  bütün  müasir  türk  dillərində  işlənir. 
Ona monqol  dilində  də təsadüf edilir:  “anda ”  monqolca dost 
deməkdir.  Andalıq  -  dostluq,  “qaranqu” :  qaranlıq  -  qaranqu- 
luq (qaranlıq), “arivun”  təmiz:  arivunluq -  təmizlik.
Azərbaycan  dilində  11  mənadaı  düzəltmə  adlar  əmələ 
gətirir.  Bu  şəkilçi  bəzi  türk  dillərində  məsdərlərə  də  əlavə 
edilir.  Azərbaycan ədəbi dili tarixində də bu fakta rast  gəlinir, 
(məsələn,  C.Məmmədquluzadənin  dilində  “etməklik,  demək- 
lik”  sözləri  müşahidə  olunur.  Müasir  Azərbaycan  dilində  ar- 
xaizmə  çevrilmiş  aytmaq  (“demək”)  felinin  noqay  dilində 
aytm agM “deməklik”  forması  mövcuddur.
Türk  alimi  M.Ergin  bu  şəkilçi  barədə  yazır:  “Türkçenin 
eskiden  beri  kullanılan  en  işlek  isimden  isim  yapma eklerin- 
den  biridir.  Başlıca  funksiyonları  yer,  alet,  topluluk  isimleri, 
mücerret isimler ve sıfat yapmaktır”.1
Azərbaycan  dilində  də  -lıq,-liq,-luq-,-lüq  şəkilçisi  qə­
dimdən  bəri  aktiv  halda  işlənən  bir  şəkilçi  olmuşdur.  Bu
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası nw səIələri^lI^.J_Bakı1 20l2_
__
1  Muharrem Ergin. Türk dili.  İstanbul,  1997.səh.323. 
__
Q ıpçaq qrupu  türk dillərinin  leksikası.  səhifə 34 5


şəkilçinin  bir  özəl  xüsusiyyəti  də  onların  qrammatik  şək il­
çilərdən sonra gəlməsidir: gün-de-lik.
A.N.  Kononov bu  şəkilçinin yer,  zaman,  əşya, peşə,  v ə ­
zifə,  hal-vəziyyət,  topluluq,  mücərrəd  anlayışı,  aid  olm aqlıq 
və s.  mənalar ifadə etdiyini qeyd etmişdir1.
-lıq,  liq-  şəkilçisi  tarixən  daha  qədimdir.  “Q ədim   za ­
manlarda  -lık//-lik-  toplu  çoxluluğunun  mürəkkəb  affiksi  o l­
muşdur.  Onun  ilk  mənası  m üxtəlif  türk  dillərində  bu  günə 
qədər  qismən  saxlanılır.  Məsələnrtat.NaratM -   şamlıq,  türk­
m ən:  ağaclık,  azətb:  daşlıq.  SonralaT  -lik//-Iık affiksi  m üxtəlif 
mənalar  kəsb  etmişdir  ki,  əsasən  bunlardır:  l)keyfıyyətin 
abstract  adı.  Azərb:ağhq,  tat:  “karanqM  ’’qaranlıq;  2)  fəa­
liyyətin  ifadəsi:  azərb.  “qazmaçı/zg ”1
 2
Bu  şəkilçi  qazax  dilində  -lık/-lik;-dıkJ-dik;  -tık/-tik\  qır­
ğız  dilində  -lıkZ-lik;  -dıkJdik;  -tık/-tik şəklində  işlənir.  Qazax: 
dos tik  “dostluq”,  tuvıskamM  “qohumluq”,  batı dik  “qəhrə­
manlıq”,  ortaM   “mərkəzi”,  aptaM   “həftəlik”, joldas/zA: “ yol­
daşlıq”, sen dik “səninki” və s.; qırğız: baluu/u& “qiymət”,  töş- 
tük  “dəmir  zireh”,  körkömc/wÄ  “gözəllik”,  cooluk  “dəsm al”, 
suuluk “plaş”, tündük “bir  gecəlik”3.
Bu  şəkilçinin  -dık/dik-tık/tik variantları  qıpçaq  qrupuna 
daxil  olan  dillərdən  qazax,  qırğız  dillərində  təsadüf olunur.4 
Müasir noqay dilində o,  -lık/-lik variantlarında reallaşır:  aşlık 
“aclıq”,  atalık  “atalıq”,  batir/ıft  “igidlik”,  bakıl/zk  “paxıllıq”,
Q ətibə M ahm udova.Q ıpçaq  qrupu  türk  dillərində morfoloji y o lla
_____________________
söz 
yaradıcılığı
_________________________________ _
^
=
=
_
_
_
=
=
_
1 Кононов  A.H.Грамматика  современного турецкого литературного 
языка.  Москва,  1956. s.67-69.
2Serebrennikov  В.A.,  Hacıyeva  N.Z.Türk  dillərinin  müqayisəli  tarixi 
qrammatikası.  Bakı-2002.s.l30.
3  Yenə orada..
4 Öner Mustafa.  Bugünkü Kıpçak Türkçesi. Ankara,  1998.  səh.36______
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 346
arık lık “arıqlıq”1 ,koylok/z'& “köynəklik”,  ton lık “donluq”,  ay- 
lık “aylıq”, kozlik “ğözlik”, taslık “daşlıq”2 və s.  M üasir qara- 
qalpaq dilində  də  bu  məhsuldar  şəkilçi  -lıkb/-lik variantların­
da işlənir. Məsələn, tas lık “daşlıq”, kayın lık “çinarlıq” ,  saban- 
lık  “samanlıq”,  tavlık  “dağlıq”,  kyollik  “göllük”,  terlik  “tər­
lik”, balaM  “uşaqlıq” və s.  Müasir altay dilində  isə bu şəkilçi 
-lık,-lik variantlarında reallaşır.  Məsələn,  bay lık “zənginlik”3. 
Bu şəkilçi alınma sözlərə də asanlıqla artırılır.
II.  cı/-ci/-cu/-cii-.  Monqol  dilində  və  bütün  türk  dillə­
rində  işlənir.  Şəxsin  fəaliyyətini  bildirmək  üçün  işlədilən  bu 
şəkilçi türk dillərində çox yayılmışdır.  “Guman ki,  -çı,  -çi si­
fətin  affiksi  olmuş  və  bir  şeyə  qarşı  həvəs,  meyil,  vərdiş  bil­
dirmişdir.  Sonra  bu  affiks  müvafiq  semantik  dəyişikliklərlə 
isimlərin sahəsinə keçmişdir4.
Qazax:  -şı/-şi,- koyyı “çoban”,  kömekyi “yardımçı”, öti- 
riky/  “yalançı”,  barlavyı  “araşdırmaçı”,  malyz  “heyvandar”, 
ügityz' “öyüt verən”, nuskavyı “müəllim”, savmyz “sağıcı”, jer- 
demşı “yardımçı”,  sporty; “idmançı”  və  s.;  qırğız:  -çı/-çi;-çu,/  
çü.  - mal çı “çoban”,  dükönçü  “dükançı”,  pahtaçz  “pambıqçı”, 
kırkmaçı  “qırxıncı”,  koyçn  “qoyun  çobanı”,  tegirmençı  “də­
yirmançı”,  ötükçü “pinəçi” və  s.  Bu şəkilçinin qədim  türk di­
lindən bu günə qədər dəyişməyən -çı/-çi-şdk\\ qazax  və qırğız 
dillərində  işlənir.  Qazax  dilindəki  -şı/-şi  şəkli  ç~ş  səs  də­
yişməsi  bu üç dil  arasında tək variantdır.  Müasir noqay dilin­
də  -şı/-şi  şəklində  təzahür  edir:  okutuvy/  “müəllim”(okutuv-
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-mttqayisəli leksikologiyası məsələləri, III
 c., 
Bakı, 2012
1  Грамматика Ногайского  языка.  Черкесск-1973, s.  115
2  Баскаков.Н.А.  Ногайский  язы к., Москва-1940.s.  58.
3  http://www.philology.ru/iinguistics4/baskakov-97.htm 
4Serebrennikov.  В.  А . ,  Hacıyeva. N. Z.Türk dillərinin müqayisəli tarixi 
qrammatikası.  Bakı-2002.s.l30.
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 347


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə