Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə76/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   72   73   74   75   76   77   78   79   ...   114

azaşmah  “günah  işləmə”.  Azaş felinin kökü olan az sözü  “al­
danmaq,  yanılmaq”  mənasında  karay  dilinin  bütün  dialektlə- 
rində  işlənir.  Bu  fel  Azərbaycan  ədəbi  dilində yolunu  azmaq 
frazeoloji  vahidin  tərkibində  qalıb,  yuxarıda  göstərilən  mə­
nada  işlənir.  Müstəqil  şəkildə  isə  azmaq  “çaşmaq,  səhv  sal­
maq” mənasındadır.
Azəbaycan  dilinin  Şəki  dialektində  karay  dilinin  Krım 
və  Trakay  dialektlərində  olduğu kimi,  azışmax feli  “çaşm aq” 
mənasında  işlədilir:  -  Hağlı  azışıfdı,  gedə  danışığını  bilmiyi 
heç.  Bu  dialektdə  azışmax  feli  həqiqi  mənada  da  qeydə  alın­
mışdır: Yolu azışdım,  zornan tapbişəm sizi1.
Aya- “acımaq,mərhəmət göstərmək, təəssüf etmək” m ə­
nalarında karay dilinin bütün dialektlərində müşahidə olunur.
Bu  fel  eyni  fonosemantik  tərkibdə  qazax  dilində  də  iş­
lənir.  Azərbaycan  dilinin  Borçalı  dialektində  bu  köklə  bağlı 
ayar  “ürəyiaçıq,  gülərüzlü”  {Mənim  ayar  adamnan  xoşum 
var),  Culfa  dialektində  isə  ayanat  “kömək"-Hökmət  mənə 
ayanat eliyir) ifadələri müşahidə olunur1
 2.
Kip  -  güclü,  qüvvətli.  Əlamət  bildirən  bu  söz  Azərbay­
can  dili  dialektlərində  “möhkəm”  mənasında  işlədilir.  M əsə­
lən:  Qapını  kip  bağla  —  Qazanın  qapağını  kip  ört.  Karaçay 
dili  dialektlərində Azərbaycan dilindən  fərqli  olaraq bu köklə 
bağlı  yeni  sözlər  də  yaranmışdır:  kiplə  “qüvvətləndirmək,
gücləndirmək”,  kiplik “güc,  qüvvət, taqət”.
Öktəm- məğrur, qürurlu.
Bu  fel  qazax  dilində  də  eyni  fonosemantik  tərkibdə  iş­
lədilir.  Azərbaycan  dilində  isə  bu  leksem  bir  qədər  fərqli 
şəkildə özünü göstərir:  ötkəm “möhkəm”.
E ln a rə N adir q ızı  Əliyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
1 Azərbaycan dialektoloji lüğəti.Ic.,A-L,  Ankara,  1999, s.24.
2  Yenə orada,  s.22.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 304
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin larixi-müqayisəli leksikologiyast məsələləri,III c,,Bakı,  2012
Torun  - nəvə.  Karaycanın Krım və  Trakay dialektlərin­
də işlənir.  Bu  söz Azərbaycan  ədəbi  dilində  və  dialektlərində 
işlənilməsə də, Türkiyə türkcəsində hələ də ümumişlək leksik 
laya daxildir.
Q IPÇ A Q  Q R U PU  T Ü R K  D İL L Ə R İN İN  
D İA L E K T  L E K SİK A S IN IN  TƏ H LİLİ
Qıpçaq  qrupu  dialektləri  özünün  lüğət  tərkibinin  zən­
ginliyinə  görə  seçilir.  Təsadüfi  deyil  ki,  bu  qrupa  daxil  olan 
hər bir dil özünün dialekt qruplarının rəngarəngliyi ilə diqqəti 
cəlb edir.  Buna səbəb həm qrup daxili  dillərin, həm də dil da­
xili  dialektlərin  müxtəlif dillərlə  əlaqədə  olmasıdır.  Bu  əla­
qənin  nəticəsində  dialektlərdə  müxtəlif  mənşəli  sözlərə  rast 
gəlmək mümkündür.
Bu qrupda nəinki ayrı-ayrı dillərin dialektləri, hətta eyni 
dilin  dialektləri  arasında  da  fərqə  rast  gəlmək  mümkündür. 
Dialektlərdə  külli  miqdarda  omonim,  sinonim,  çoxmənalı 
sözlər və s.  leksik-semantik söz qrupları müşahidə olunur.
Onu da qeyd etmək lazımdır ki, bu leksik vahidlər fone- 
tik fərqlərlə müşahidə  olunur.  Eyni bir dilin dialektlərində bir 
sözün  bəzən  dörd-beş,  bəzən  isə  daha  çox  fonetik  variantla­
rına rast  gəlmək  mümkündür.  Məs.:tebetey//tebetay//tevatay// 
telpek  “kişilər  üçün  milli  baş  geyimi”(qırğız  dili  dialektik 
ti rəz//i ir əzə//tərəzə  “pəncərə”  (tatar  dili  dial.),  baka yaprağı// 
bakayafrak// baka yafrağı (başqırd d.dial.),  hukır seben//sukır 
seben// sukır çeben “mığmığa, hüni”(başqırd d.dial.)1.
'Баккнова  Г.Лексика  диалектов  киргизского  языка  в  ареальном  освещении,  Фрунзе, 
Илим,  1990.С.40;  Хайрутдинова Т.Х.Образование  говора Златоустовский татар/Исследо- 
вания  по  исторической  диалектологии  татарского  языка  с.51;  Дильмухаметов.  Мате­
риалы  по лексике среднеуральских башкир //Исследования  и  материалы по башкирской 
диалектологии.с.63,66-68;  Tumaşeva  D.Q.Könbatış  seber  tatarları  tele.  Qrammatik  oçerk 
həm süzlek.  s.89 
____
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 305


Daha  çox  fonetik  fərq  dillərarası  dialektlərdə  özünü 
göstərir.  Məs.:  ana//ene(Şm. Altay) //əni//ada(tat.) //əne//  inəy 
(baş.) anay //nənəy// nənə (xris, tat.)
Dialektlərdə  kifayət  qədər  sinonim  sözlərə  rast  gəlmək 
mümkündür.  Məs.:  burum  bonn (ədəbi dil)// yıslık (Vaqay r- 
nu)//tanau//tomşık(Tümən ölkəsi,Vaqay r-nu) //porın (şimal) 
Me,TZ>:urman  (ədəbi  dil)//urmannık  (Tobol  r-nu.-Tümən 
ölkəsi)//ağaçlık(Tümən ölkəsi)//tös(Tümən).
Göründüyü  kimi,  Qərbi  Sibir  tatarlarının  dilində  bir 
məfhum 4-5  sözlə ifadə olunur.
Qırğız  dili  dialektlərində  də  kifayət  qədər  sinonimlərə 
rast gəlmək mümkündür:  böyük:  çon// kəttə// zor ; 
oxlov:  okto// oktov// sekelek// yayqıç ; 
vedrə:  çelek// pakır// çaka 
pis,  xosaşəlməyəm. jaman// xunik// kunik 
inək:  uy// sıyır// mal// kara mal// pada// inek 
Başqırd  dili  dialektlərində  də  belə  sinonimlərə  rast 
gəlmək mümkündür:
Baba: karttay// olatay 
Pis:  lıstır// yamatay
Fincan(cav üçün):  ayak// tustak// sönkə//kübətə 
Düymə:  elmə// töymə// hi zən// bufka 
Ördək:  ürdək/ /  öyrək// supkay.
Noqay  dilində  işlənmiş  sinonimlərə  də  nəzər  salmaq 
maraq doğurur.
Sırğa: sırqa// toqa 
Ürək: yurokJ/serdça 
Kiçik qardaş:  ini// koşşı
Dialektlərdə kifayət qədər coxmənalı  sözlərə də rast gə­
linir.  Çoxmənalı  sözlər məcazi  mənalı  ifadələrdir.  Qırğız  dili
Elnarə Nadir qızı Əliyeva.  Qıpçaq qrupu türk dillərinin dialekt leksikası
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 306
dialektlərində  işlənmiş  çoxmənalı  sözlərə  nəzər  salaq:  bədən 
“telo”, “korpus”.
Qırğızıstanın  İssık-kul  vadisində  (Şimal  zonasının)  ene 
termini  “ana”  mənasında  lokallaşmışdır.  Qırğızıstanın  şivələ­
rinin böyük  əksəriyyətində,  həmçinin  Özbəkistan və  Tacikis­
tanın qırğız  şivələrində  ene  leksemi  çoxmənalıdır  və  bir neçə 
mənalarda çıxış edir:“ana”,“nənə”, “qaynana”1.
Q.Bakinovamn  bu  qeydi  ilə  razılaşmaq  olmaz.  Çünki 
bu,  çoxmənalı  söz  deyil,  burada  məcazilik  yoxdur.  Burada 
ene  leksemi  məna  genişlənməsinə  məruz  qalmışdır.  Dialekt­
lərdə işlənən kiçik sözü “möcüzəli,  qeyri-adi, orijinal,  maraq­
lı,  heyrətli”  mənalarında  diqqəti  cəlb  edir.  Burada  semantik 
genişlənmə özünü göstərir.
Başqırd  dili  dialektlərində  işlənən  surət/hürət/  hörət 
sözü  bütün  şivələrdə  “şəkil”,  bəzi  şivələrdə  isə  “surət,  gö­
rünüş”,  “müqəvva”  mənalarında işlənir.  Bu  dialektlərdə şüşə 
sözü  şeşə/şişə/şişa  fonetik  variantlarında  yayılıb,  “pəncərə 
şüşəsi,  şüşə qab (butılka),  lampa şüşəsi” mənalarını bildirir.
Dialektlərdə  daha  çox  diqqəti  çəkən  terminoloji  zən­
ginlikdir.  Qonşu dillər, eləcə də dialektlərlə əlaqə bu termino­
logiyanın  inkişafına  səbəb  olmuşdur.  Ədəbi  dildə  işləkliyini 
itirmiş  sözlər  də  dialektlərdə  öz  ümumişləkliyini  saxlamaqla 
zənginliyə  səbəb  olmuşdur.  Qıpçaq  qrupu  dialektlərində  qo­
humluq bildirən,  məişət,  heyvandarlıq,  bitkiçilik,  əkinçilik və 
s.  ilə bağlı kifayət qədər terminlər işlənir.
1.Q ohum luq terminləri.  Ən zəngin tematik qrupdan bi­
ri qohumluq terminləridir. Ümumiyyətlə,  qohumluq terminlə-
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-mtiqayisəli leksikologiyası məsələləri,III c.,Bakı,  2012
1 Бакинова Г.Лексика диалектов киргизского языка в ареальном осве­
щении, Фрунзе, Илим, 
1990.С.27
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 307


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə