Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
121 
Əhməd Kamal Misirə getmişdi. Bir müddət Qahirə və 
İskəndəriyyədə  yaşayaraq  buradakı  mühacir  “gənc 
türklərin” Sultan istibdadına qarşı mübarizəsini əlaqə-
ləndirmək  istəmişdi.  Lakin  niyyətinə  nail  ola  bilmə-
diyini  görüb  həmfikirləri  ilə  daha  sıx  təmas  qurmaq 
niyyəti ilə Avropaya yollanmağı qərara almışdı. M.Ka-
yahan  Özgülün  yazdığına görə  “növbə  ilə İtaliya, Al-
maniya  və  Fransada  bir  neçə  il  yaşamış  və  oradakı 
“jön  türklərlə”  (“gənc”,  yaxud  “yeni  türklər”  –  Os-
manlı imperiyasında köklü islahatlar aparmaq istəyən 
vətənpərvərlər müasir türk tarixşünaslığında əsasən bu 
ad  altında  tanınmaqdadırlar  –  V.Q.),  xüsusən  də  Əh-
məd Pza qrupu ilə sıx əlaqələr yaratmışdı”
1

Həmin  dövrdə  Qahirə  “gənc  türklər”  hərəkatının 
Orta  Şərqdəki  mühüm  mərkəzlərindən  biri  idi.  Misir 
xədivi  Abbas  Hilmi  Paşanın  Osmanlı  sarayı  ilə  o  qə-
dər  də  isti  sayılmayacaq  münasibəti  II  Sultan  Əbdül-
həmid  əleyhdarlarına  daha  təhlükəsiz  sığınacaq  vəd 
edirdi.  Digər  tərəfdən,  Misir  formal  şəkildə  də  olsa 
hələlik  Osmanlı  imperiyasının  ərazisi  sayıldığından 
burada  çap  olunan  qəzetləri  və  digər  ədəbiyyatı  Tür-
kiyə  hüdudlarına  gətirmək  nisbətən  asan  idi.  “Gənc 
türklərin” Parisdəki mərkəzi hər iki mühüm amili göz 
önünə alaraq Əhməd Kamalın Misir paytaxtına qayıt-
masını  və  nəşriyyat  işlərinə  başlamasını  məqsədəuy-
ğun saymışdı.  
O,  Qahirəyə  gələndə  ingilis  səfirliyi  ilə  bağlı  ma-
cəranın  iştirakçıları  olmuş  iki  tale  və  qələm  dostu  – 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 25. 


 
122 
Hüseyn  Siyrətlə  Mehmet  Ubeydullah  burada  idilər. 
“Gənc  türk”lərin  fəal  isimlərindən  sayılan  doktor 
Abdullah Cövdətin gəlişi gözlənilirdi. Tezliklə “Doğ-
ru  yol”  adlı  qəzet  çıxarmağa  hazırlaşan  Ubeydullah 
Əhməd  Kamalı  yeni  nəşrin  ədəbiyyat  hissəsini  tam 
müstəqil  şəkildə  hazırlamağa  dəvət  etmişdi.  1905-ci 
ilin  oktyabrından  başlayaraq  o,  “Doğru  yol”da,  no-
yabrdan  isə  Amerika  təbəəsi  Georg  Nelken  Vald-
berqin  (sonralar  dinini  dəyişərək  Mehmet  Zeki  bey 
adını  almışdı  –  V.Q.)  təsisçiliyi  ilə  çıxan  “Həqayiqi-
Şərq”  qəzetlərində  əsasən  ictimai-siyasi  və  ədəbi  xa-
rakterli mövzularda yazılarla çıxış edirdi
1

Bütün  bu  çoxcəhətli  fəaliyyəti  ilə  bir  sırada  mü-
barizələrini  işıqlandıran  yeni  və  daha  konkret  hədəf-
lərə tuşlanmış mətbu orqanın təsisi ilə bağlı Parisdəki 
məslək  dostlarının  istəyini  də  yaddan  çıxarmamışdı. 
1905-ci ilin sonlarında Qahirəyə gələn dokror Abdul-
lah  Cövdət  “İctihad”  məcmuəsinin  nəşrini  təzələmiş-
di
2
. Digər tərəfdən, indiyə qədər mövcud olan “Doğru 
yol”u  bağlamaq,  əvəzinə  imtiyaz  sahibi  və  baş  re-
daktorluğu  Əhməd  Kamala  məxsus  “Doğru  söz” adlı 
qəzet təsis etmək qərara alınmışdı. Yeni nəşrin birinci 
sayı “Füyuzat”dan bir neçə ay əvvəl, 1906-cı il martın 
22-də çıxmışdı. Abdullah Cövdət ilk saya yazdığı mə-
qalədə  redaktorun  yüksək  şəxsi  məziyyətləri,  poetik 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 32-36. 
2
 Abdullah Cövdətin bu dövrdəki fəaliyyəti və az sonra Əhməd Kamalın da 
daxil  olacağı  Bakı  mühiti,  habelə  Əli  bəy  Hüseynzadə  ilə  əlaqələri  haq-
qında daha ətraflı məlumat üçün bax. Vilayət Quliyev. Abdullah Cövdətin 
Əli bəy Hüseynzadəyə məktubları, “525-ci qəzet”, 9,16,23 mart 2016-cı il. 


 
123 
istedadı  və  ədəbi  zövqü  üzərində  ayrıca  dayanmışdı: 
“Cəridə sahibinin qeyri-qabili-inkar olan qüdrəti-qələ-
miyyvü  şeiriyyəsi  bu  mövcud  cəridəyə  bir  kisveyi-
dilnişini-ədəb  (ürək  oxşayan  ədəbi  şəkil)  vermişdir. 
Doğru söz söyləmək kafi deyil, bir də doğru sözü gö-
zəl söyləmək də iktiza edər ki, bu müktəzayi (zərurəti) 
ifaya Kamal bəyin qüdrəti-qələmiyyəsi kafidir”
1
.  
“Doğru söz” türk mətbuatı tarixində bu adla çıxan 
ilk mətbu orqan deyildi. 1869-1870-ci illərdə eyni adı 
daşıyan  qəzeti  Paris  və  Londonda  sultan  rejiminin 
başqa bir əleyhdarı – jurnalist, teoloq və islahat hərə-
katının  pionerlərindən  biri  kimi  tanınan  Əli  Süavi 
(1838-1878)  buraxmışdı
2
.  Əli  Süavi  bizim  milli  ədə-
biyyatşünaslıq tarixində daha çox Mirzə Fətəli Axund-
zadənin  ərəb  əlifbasının  islahı  ilə  bağlı  açıq  polemi-
kaya  girdiyi  türk  ziyalılarından  biri  kimi  tanınmaq-
dadır. Əslində isə, Süavi dövrün ictimai-siyasi fikrin-
də  daha  böyük  islahat  və  dəyişikliklərə  imza  atmağa 
çalışmışdı. 1878-ci ildə II Əbdülhəmidi devirib yerinə 
qardaşı  V  Muradı  hakimiyyətə  gətirmək  üçün  İstan-
bulda qiyam hazırlamış, lakin lap başlanğıcda sultanın 
mühafizə  xidməti  tərəfindən  yerindəcə  qətlə  yetiril-
mişdi
3
. Bu da adının zülm və istibdad əleyhdarlarının 
nəzərində  bir  rəmzə,  simvola  çevrilməsinə  təkan  ver-
mişdi.  
                                                 
1
 “İctihad” məcmuəsi, 1906, sayı 10. 
2
  Bu  barədə  daha  geniş  məlumat  almaq  üçün  bax.  Vilayət  Quliyev.  Mirzə 
Fətəli və Əli Süavi: Bir mübahisənin tarixçəsi. “525-ci qəzet”, 23-30 iyun 
2012. 
3
  Başlanqıcdan  Günümüze  Kadar  Büyük  Türk  Klassikleri.  Tarih.  Antoloji. 
Ansiklopedi. c.IX, İstanbul, “Ötüken” Yayın evi, 1989, s. 46. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə