Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
215 
dostları  haqqında  bizə  naməlum  qalan  həqiqətlərin 
üzərinə işıq sala bilərdi. 
1920-ci  ilin  aprelində  Azərbaycan  Cümhuriyyəti-
nin süqutu nəticəsində Əhməd Kamalın Bakıdan yaxşı 
tanıdığı,  hətta  əqidə  yoldaşı  sayılacaq  bəzi  tanınmış 
şəxslər mühacir kimi Türkiyəyə sığınmalı olmuşdular. 
Onlardan  birinin  –  artıq  İldeniz  soyadını  qəbul  etmiş 
Abbasqulu Kazımzadənin keçmiş məhbəs qonşusu ilə 
əlaqə yaratmaq cəhdləri 25 il əvvəl olduğu kimi son-
ralar  da  uğursuzluqla  nəticələnmişdi.  1936-cı  il  de-
kabrın 30-da  İldəniz-Kazımzadə  qısa bir kağızla  əski 
münasibətləri  təzələmək  istəmişdi:  “Pək  Möhtərəm 
Əhməd Kamal bəy! Dün möhtərəm məktubçu Osman 
Bəyəfəndidən  zati-alinizin  adresini  bir  təsadüf  olaraq 
öyrəndim.  Bu  münasibətlə  sizin  yeni  yılbaşınızı  kut-
lamakla kəsbi-şərəf eylərəm. Azərbaycan paytaxtı Ba-
kıda haziran 1911-də Bayıl dustaqxana arkadaşlarınız-
dan Kazımzadə Abbas İldəniz”
1
. Ancaq bu məktub da 
cavabsız qalmışdı.  
Siyasi  mühacirlərin  səyi  ilə  1923-1934-cü  illər 
arasında  Türkiyədə  “Yeni  Kafkasiya”,  “Odlu  yurd”, 
“Azəri – Türk”, “Bildiriş”, “Azərbaycan Yurd Bilgisi” 
kimi qəzet və jurnallar çap olunmuşdu. Xüsusi ilə so-
nuncu nəşr neytral  mövqeyi  ilə seçilərək başdan-başa 
dilçilik, tarix, ədəbiyyat, türk xalqlarının ortaq mədəni 
və mənəvi dəyərləri kimi məsələləri işıqlandırırdı. Bu 
mətbuat orqanları ilə əməkdaşlıq edənlərin, orada çalı-
şanların  bir  çoxunu  Əhməd  Kamal  daha  –  həyatının 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 84. 


 
216 
Bakı  dövründən  tanıyırdı.  Lakin  adıçəkilən  məcmuə-
lərdə  müəyyən  qədər  bələd  olduğu  Azərbaycan  haq-
qında hər hansı yazı yazmaq bir yana qalsın, bir vaxt-
lar torpağında yaşadığı, üstəlik də kədərli mühacir hə-
yatı keçirən, adi təsəlliyə, bir xoş sözə ehtiyac duyan 
azərbaycanlılarla  təmas  qurmağa  belə  ehtiyac  görmə-
mişdi.  
Doğrudur, şair-qəzetçinin arxivini araşdıran M.Ka-
yahan-Özgülün yazdığına görə, Əhməd Kamal “...dö-
nüşünden  yıllar  sonra  Azerbaycan`da  toplanan  bir 
egitim şurasına” teleqraf yollayaraq özünü xatırlatma-
ğa  çalışmışdı.  Qəribədir  ki,  bu  teleqrafın  da  mətni 
hansısa  şükranlıq  hissinin ifadəsindən  daha  çox öcəş-
kən-tələbkar  xarakter  daşıyırdı:  “Memleketinize  hiz-
metimin  takdirini  nesli-mustakbelin  fazileti-ahlakiy-
yesi  hesabına  taleb  ederim.  Bütün  Azerbaycana  eh-
tiram”
1
.  Çox  ehtimal,  teleqram  1926-cı  ildə  Bakıda 
toplanan  Birinci  Türkoloji  qurultaya  ünvanlanmışdı. 
Lakin etiraf edək ki, Azərbaycan qarşısında xidmətləri 
Əhməd  Kamaldan  qat-qat  artıq  olanların  heç  bir 
qarşılıq  istəmədən  fəaliyyətlərinə  davam  etdikləri 
dövrdə  onun  belə  bir  dillə  danışması  ən  azı  təva-
zökarlıqdan uzaq idi. Üstəlik də belə tələbdə bulunan 
şəxs  Azərbaycandan  gedəndən  sonra  ölkənin  adını 
sanki birdəfəlik unutmuşdu... 
Əslində  həssas  şair,  duyğulu  söz  adamı  kimi  ta-
nınan  Əhməd  Kamalın  qəribə  davranışını  necə  izah 
etmək  olar?  Fikrimcə,  əsas  səbəblərdən  birini  hər 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 114. 


 
217 
şeydən  öncə  keçmiş  füyuzatçının  özünün  ağır  maddi 
və mənəvi durumunda, cəmiyyətdə üzləşdiyi etinasız-
lıq  və  çətinliklər  qarşısında  hər  şeyə,  hər  kəsə  ma-
rağını  itirməsində  axtarmaq  lazımdır.  Tədqiqatçısı 
M.Kayahan  Özgülün  də  yazdığı kimi, o, “jon  türklük 
üçün çalışmış, iqtidarı və iqbalı başqaları qapmışdılar, 
Milli  Mücadilə  üçün  çalışmış,  sonunda  Beykoz  Bə-
lədiyyəsində kiçik məmur olmuşdu”
1
. Uğursuzluq zo-
lağından  çıxa  bilməməsi,  xidmətlərinin  müqabilində 
həm  maddi,  həm  də  mənəvi  baxımdan  cüzi  qazancla 
kifayətlənməsi sonda Əhməd Kamalın xarakter və psi-
xikasına təsirsiz qalmamışdı. O, mətbuat  mühitindən, 
ədəbiyyat və siyasət aləmindəki dostlarından uzaqlaş-
mış,  tamam  inzivaya  çəkilmişdi.  Belə şəraitdə  “Xati-
rələrim  və  düşüncələrim”  adlandırdığı  memuarlarını 
yazmağa  başlasa  da,  yarımçıq  buraxmışdı.  Həyatının 
son illərində sirroz xəstəliyi ilə mübarizə apararaq hö-
kumətdən  aldığı  mütəvazi  pensiya  ilə  çox  çətin  gü-
zəran keçirmişdi. Tədricən yaradıcılıqdan da əli soyu-
muşdu.  Beləcə  adı  yaddaşlardan  silinmiş,  hamı  tərə-
findən unudulmuşdu. 
Bu  səbəbdən  1942-ci  il  dekabrın  əvvəllərinə  tə-
sadüf  edən  ölümü  də  yaxınlarından  başqa  kimsənin 
diqqətini çəkməmişdi. 
Amma  maraqlı  və  ibrətamizdir  ki,  xatirəsinə  so-
nuncu  ehtiram  həmvətənləri  deyil,  yurduna  döndük-
dən sonra etinasız yanaşdığı Azərbaycan türkləri tərə-
findən  göstərilmişdi.  İki  konkret  nümunə  gətirə  bilə-
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 174. 


 
218 
rəm. 
Tanınmış  ədəbiyyatşünas  Sadəddin  Nühzət  Ergün 
“Türk  şairləri”  kitabında  adı  artıq  vətənində  unudul-
muş şairin Azərbaycanda hələ də yad edildiyini, xati-
rəsinin  hörmətlə  anıldığını  qeyd  edirdi:  “Ahmet  Ke-
mal  yazıda  İstanbul şivesini o  mühitte  (Bakı nəzərdə 
tutulur  –  V.Q.)  yaymağa  da  muvaffek  olmuştu.  Şair, 
orada icten bir hürmet kazandı. Hatta bugün bile onun 
Azerbaycan`da takdir ile anıldığını görmekteyiz”
1

Yaxud  eyni  dərəcədə  səciyyəvi  olan  başqa  bir 
nümunə. 1940-cı ildə İstanbulda türkoloq Əhməd Cə-
fəroğlunun “Azərbaycan” kitabı çapdan çıxmışdı. Ara-
dan  yalnız  iki  il  keçdikdən  sonra  şairin  oğlu  Dündar 
Akünal  kitabla  tanışlıq  imkanı  qazanmışdı.  Əsrin  əv-
vəllərindəki  milli  mətbuatın  tarixi  və  tanınmış  nüma-
yəndələri  ilə  bağlı  səhifələrdə  atasının  adını  tapa  bil-
məyəndə,  alimə  15  dekabr  1942-ci  il  tarixli  məktub 
ünvanlayaraq  Azərbaycan  türklərinin  unutqanlığın-
dan,  çətin  şəraitdə  milli  mətbuat  və  mədəniyyətləri 
qarşısında xidmət göstərmiş bir şəxsə etinasız münasi-
bətdən  acı-acı  şikayətlənmişdi
2
.  Məktubun  təxminən 
Əhməd  Kamalın  həyatdan  köçdüyü  günlərdə  yazıldı-
ğını,  Dündar  Akünalın  atasının  şəxsiyyət  və  yaradı-
cılığına diqqət çəkmək üçün göstərdiyi bir sıra təşəb-
büslərin  uğursuzluqla  nəticələndiyini,  müraciətlərinin 
                                                 
1
 Sadeddin Nüzhet Ergün. Türk şairləri. c. 1, İstanbul, 1936, s. 298 (M.Ka-
yahan  Özgülün  iddiasına  görə,  Əhməd  Kamalın  kitaba  daxil  edilən 
tərcümeyi-halı  əsər  müəllifinin  özü  deyil,  şairin  oğlu  Dündar  Akünal 
tərəfindən yazılmışdı. Bax. M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 114. 
2
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 114-115. 


 
219 
cavabsız qaldığını nəzərə alsaq, buradakı inciklik, qı-
rıqlıq hisslərinin hansı mənbədən qaynaqlandığını an-
lamaq çətin deyildir.  
Məktuba yeni il qabağı, dekabrın 29-da “Hürmətli 
kardeşim!”  müraciəti  ilə  cavab  verən  professor  Əh-
məd  Cəfəroğlu  bayram  günləri  ilə  əlaqədar  tətildə 
olduğu üçün cavabı gecikdirməsi ilə bağlı üzrxahlığını 
bildirdikdən  sonra  yazırdı:  “Muhterem  pederinizin 
vefatını  mektubunuzdan  anladım.  Vaktıyle  haberdar 
edilmiş  olsa  idim,  şübhesiz,  onun  yolunda  çalışdığı 
Azerbaycan  və  azerilər  namına  tabutu  altına  girmək 
şeirefine nail olmuş olurdum. Fakat, maatteesüf kim-
senin  haberi  olmadı  ve  biz  de  o  muhterem  ve  ideal 
ruhlu  Azeri  inkilapçısını  görmekden  mehrum  kaldık. 
Başınız sağ olsun”
1
. Heç şübhəsiz, bu sözlər vəfatının 
hətta  vətənində  kimsənin  diqqətini  cəlb  etmədiyi  bir 
şəxsə  Azərbaycan  icması  adından  verilən  böyük  qiy-
mət idi.  
Əhməd Kamalın Bakını tərk etdikdən sonra otuz il 
ərzində  Azərbaycanla  demək  olar  ki,  maraqlanma-
masına  baxmayaraq,  adaşı  Əhməd  Cəfəroğlu  həqiqi 
ziyalı mövqeyindən çıxış edərək hər hansı umu-küsüyə, 
qarşılıqlı  ittihamlara  yer  qoymamış,  bir  zamanlar  öl-
kəsi  üçün  çalışan  bir  şəxsi  itirib-axtarmağı  həm  özü-
nün,  həm  də  soydaşlarının  borcu  saymış,  diqqətsiz-
likdən dolayı təəssüf və üzrxahlığını bildirmişdi. Eyni 
zamanda  Türkiyədə  mühacir  həyatı  yaşamağa  başla-
dığı  ilk  vaxtlardan  gerçək  bir  “Azərbaycan  dostu” 
                                                 
1
  Məktubun  tam  mətni  üçün  bax.  M.Kayahan  Özgül.  Adıçəkilən  kitabı, 
s.115. 


 
220 
saydığı Əhməd Kamalı dönə-dönə soraqladığını, lakin 
onunla şəxsən görüşmək cəhdlərinin uğursuzluqla nə-
ticələndiyini də oğlunun diqqətinə çatdırmışdı: “Azer-
baycan” adlı  eserimdə  babanıza  yer  vermemem,  şüb-
həsiz büyük bir kusurdur. Onu telafi etmek benim için 
bir  vicdan  borcudur.  Daha  1922  (müəllif  yanlışlığa 
yol verir, əslində 1923-cü il olmalıdır – V.Q.) tarihle-
rinde  Resulzade  ile  çıkarmağa  başladığımız  “Yeni 
Kafkasiya” adına babanızı çok araştırdık. Yüzlerle ze-
vattan  sorduq,  bir  türlü  bulamadık.  Arasıra  hakkında 
məlumat  alabiliyorduk,  fakat  bir  türlü  babanızı  bul-
mak bize nasip olmadı”
1
.  
Alim  təkcə  üzrxahlıqla  kifayətlənməmiş,  diqqət-
sizliyin  aradan  qaldırılması  yolunu  da  göstərmişdi. 
Həmin  dövrdə  Əhməd  Cəfəroğlu  “Azərbaycan  yurd 
bilgisi”nin  davamı  kimi  “Türk  amacı”  jurnalını  nəşr 
edirdi.  Bu  imkandan  istifadə  edərək  türk  qəzetlərinin 
vəfatı  barədə  bir  sətir  də  yazmadıqları  Əhməd  Ka-
malın həyat və fəaliyyətini öz jurnalının səhifələrində 
işıqlandırmağa məmnuniyyətlə hazır olduğunu bildir-
mişdi: “Şimdi mektubunuz üzerine muhterem pederi-
nizi “Türk amacı” adlı mecmueye büyükce bir makale 
yazmakla yaşatmamız lazımdır. Lütfen bana pederiniz 
hakkında  bildiklerinizi  etraflıca  yazmanızı  rica  ede-
rim.  Ben  şimdi  bunu  kendimə  bir  mevzu  olarak  seç-
dim. Fotoqrafını da lütfereseniz onu da neşr ederim”
2
.  
Nəhayət,  Əhməd  Cəfəroğlu  lazım  bildiyi  təqdirdə 
                                                 
1
  Məktubun  tam  mətni  üçün  bax.  M.Kayahan  Özgül.  Adıçəkilən  kitabı, 
s.115. 
2
 Orada. 


 
221 
Dündar  Akünalı  ətraflı  fikir  mübadiləsi  aparmaq, 
müəyyən  materialları  birlikdə  gözdən  keçirmək  üçün 
rəhbəri olduğu İstanbul Universiteti Türkiyyat İnstitu-
tuna da dəvət etmişdi.  
Bu görüşün baş tutub-tutmadığı bəlli deyil. Lakin 
“Türk  amacı”  məcmuəsinin  1943-cü  il  saylarından 
birində Dündar Akünalın “Azerbaycan için çalışanlar-
dan  Ahmet  Kemal”
1
  adlı  məqaləsinin  dərci  onların 
arasındakı  əməkdaşlığın  qarşılıqlı  faydalı istiqamətdə 
davam etdiyini və nəticə verdiyini göstərməkdədir. 
Adıçəkilən  məqalədə  həm  də  atasının  ilk  bioqrafı 
kimi  çıxış  edən  Dündar  Akünal  yazırdı:  “Edebiyat, 
Türkçülük ve inkilab tarihimizin sayfalarını çevirenler 
orda satırların arasına sıkılmış bir isim göreceklerdir. 
Ahmet  Kemal  Akünal...  İstibdadın  tazyikiyla  İstan-
bul`dan Atina`ya, oradan Kahire`ye kaçmış, Yunanis-
tan,  Bulgaristan  Romanya,  Rusya,  Fransa  ve  Alman-
ya`da  yaşamış,  nihayet  Türk  Azerbaycan`ın  kardeş 
topraklarında  Türklük  ve  hürriyyeti  teneffüs  etme  ve 
ettirebilme imkanını bulmuştur.”
2
 Beləcə, oğul Akünal 
atasının Azərbaycanda həm də türklük havası ilə nəfəs 
alması barəsində qiymətli etirafda bulunmuşdu... 
Dündar  Akünal  bununla  da  kifayətlənməmişdi. 
Sanki  atasının  ölkəmizə  nisbətən  soyuq  münasibə-
tinin, həyatının müsbətə doğru dəyişməsində bəlli xid-
mətləri, xeyirxah rolu olan insanları unutmasının əvə-
zini  ödəməyi  borcu  saymışdı.  Türk  milliyyətçilərinin 
başlıca  yayın  orqanında  –  “Çinaraltı”  məcmuəsində 
                                                 
1
 “Türk amacı”, 1943, say 2, s. 349-355. 
2
 Orada, s. 355. 


 
222 
çap etdirdiyi “Huseynzadə Ali bəy. Kafkasyada türk-
çülük  herekatına  bir  bakış”  məqaləsində
1
  vaxtı  ilə 
atasını Azərbaycanda himayə edən, onun mətbuata və 
ictimai  fikrə  yolunu  açan  Hacı  Zeynalabdin  Tağıyev, 
Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi insanlara 
övlad minnətdarlığını çatdırmışdı. Onun nəzərində bu 
üç  görkəmli  şəxsiyyət  yalnız  kiçik  vətənləri  Azər-
baycan üçün çalışmamışdılar, türklüyə yol göstərmiş-
dilər, həmişə bir qədər iddialı görünən atasının həqiqi 
xeyirxahları və müəllimləri olmuşdular.  
*** 
Araşdırma  boyu  “Son  Jon  Türk  Kalesi.  Ahmet 
Kemal  Akünal”  kitabına  dönə-dönə  müraciət  etdiyim 
M.Kayahan  Özgül  əsərinin  giriş  bölümündə  "Əhməd 
Kamal  kimdir?”  sualına  cavab  axtararkən  onun  hamı 
tərəfindən unudulmasını, adının və xidmətlərinin xati-
rələrdən silinməsini vurğulayaraq yazırdı: “Boyle biri 
hiç  yaşamadı  ki...  Onu  ne  Türkiye  tanıyor,  ne  de 
Azerbaycan...  Ne  edebiyyat  tarihlerine  girdi,  ne  de 
siyasi tarihlere... Ne mezartaşı var, ne de ölüm tarihini 
hatırlayan...”
2
 
Bu unutqanlığın  aradan qaldırılmasında,  fikrimcə, 
türk  müəllifi  öz  kitabı  ilə  mövcud  boşluğu  xeyli  dol-
durmuşdur.  Əhməd  Kamalın  Azərbaycanla  əlaqələ-
rinin aşkara çıxarılması və müəyyən sistemə salınması 
baxımından isə təqdim olunan araşdırmanın müəyyən 
təsəvvür yaradacağına ümid etmək istərdim. 
*** 
                                                 
1
 “Çinaraltı”, 1942, say 28, s. 12-14. 
2
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. VII. 


 
223 
BƏLƏDÇİ 
 
İsa Həbibbəyli – Ədəbiyyatşünaslıq andına            
sədaqət ................................................................. 
 
I Hissə 
 
Asan Səbri Ayvazov ............................................ 
 
II Hissə 
 
Əhməd Kamal ..................................................... 
Macəralı yolun başlanğıcında ............................. 
Bir dəvətin sirri ................................................... 
“Füyuzat”dakı yazıları ........................................ 
İbrahim Tahirlə “Mübarizə” ................................ 
“Füyuzat” Əhməd Kamala görə bağlanmışdı? .... 
Mətbuatdan məktəbə, sonra da həbsxanaya ........ 
Azərbaycanlılardan sevgi, Azərbaycana    
laqeydlik .............................................................. 
 

 
 
 
11 
 
 
 
109 
113 
127 
138 
151 
175 
186 
 
206 
 


 
224 
 
“Elm və təhsil” nəşriyyatının direktoru: 
professor Nadir Məmmədli 
 
 
 
Nəşriyyat redaktoru:  
Töhfə Talıbova 
Texniki redaktor: 
 
Rəşid Kərimli 
 
 
 
 
 
 
 
Çapa imzalanmış: 27.02.2017 
Formatı: 60x84  
1
/
16
.    
Tirajı: 500     
Həcmi: 14 ç.v. 
Sifariş № 119 
 
 
 
 
 
 
 
 
============================= 
Китаб «Елм вя тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя hazır diapozitivlərdən чап олунмушдур. 
E-mail: nurlan1959@gmail.com 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4 
 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə