Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
191 
Balaxanı  məktəbinin  müəllimləri  arasında  "Molla 
Nəsrəddin"in  fəal  yazarlarından  biri  –  Mirzə  Ələkbər 
Sabir də vardı. 1910-1911-ci illərdə o, Əhməd Kama-
lın müdir olduğu məktəbdə ana dili və şəriət dərslərini 
aparırdı
1
. Həmin dövrdə artıq “Hophopnamə” müəllifi 
və  həqiqi  xalq  şairi  kimi  böyük  şöhrət  qazanmışdı. 
Türk  həmkarının  iştirak  etdiyi  bir  sıra  qəzet  və  məc-
muələrdə  onun  da  şeirləri  dərc  olunurdu.  Sabir  haq-
qında ilkin mənbələrə əsaslanan bir sıra tədqiqat əsər-
lərinin  müəllifi  Alxan  Bayramoğlunun  araşdırmala-
rından da göründüyü kimi, Sabir təkcə Balaxanı mək-
təbində  deyil,  “Həqiqət”  qəzetində  də  Əhməd  Kama-
lın rəhbərliyi altında çalışmışdı: “Sabir “Həqiqət” qə-
zetində 1910-cu il iyunun 10-dan sonra işləməyə baş-
layır.  Bu  vaxt  Üzeyir  bəy  Hacıbəyov  həmin  qəzetin 
redaktorluğundan  getmiş,  onun  yerinə  isə  “Balaxanı 
camaat məktəbinin” müdiri Əhməd Kamal dəvət olun-
muşdu.  Həmin  günlərdə  məktəblər  yay  tətilində  idi. 
Odur  ki,  məktəbin  direktoru  Əhməd  Kamalla  müəl-
limi Sabirin “Həqiqət”də işləməsinə heç bir maneçilik 
ola bilməzdi”
2

Onların  birgə  səyi  nəticəsində  qəzetdə  “Həfteyi-
ədəbi” və “Həfteyi-fənni” adlı yeni rubrikalar açılmış-
dı. “Sabir hər iki istiqamət üzrə müsabiqə komissiya-
sının üzvü və qəzetin əməkdaşı kimi orada verdiyi sə-
mərəli  təkliflər  və  dərc  etdirdiyi  əsərləri  ilə  yaxından 
                                                 
1
 Məlumat üçün bax. Sabir xatirələrdə. Bakı, “Gənclik”, 1982. 
2
  Alxan  Bayramoğlu.  Mirzə  Ələkbər  Sabir.  “Mirzə  Ələkbər  Sabir-150. 
Biblioqrafiya”, Bakı, 2012, s. 24. 


 
192 
iştirak  etmişdi”
1
.  Yəqin  ki,  bir-birini  kifayət  qədər 
tanıyan  iki  yaradıcı  şəxsin,  pedaqoq  və  şairin  birgə 
fəaliyyətinə digər mətbu nəşrlərdə – “Günəş” qəzetin-
də,  habelə  “Yeni  füyuzat”  məcmuəsində  də  təsadüf 
olunmaqdadır.  
Lakin nədənsə Əhməd Kamal nə Bakı mətbuatında 
işıq  üzü  görən  tənqidi  məqalələrində,  ədəbi  icmalla-
rında,  nə  də  həyatının  sonuna  yaxın  qələmə  aldığı 
xatirələrdə  Sabir  haqda  bir  kəlmə  də  yazmamışdı... 
Eyni sözləri çətin məqamda müdafiəsinə qalxan, Tiflis 
həbsxanasında  ona  mənəvi dəstək verən, kitab və  qə-
zetlər  göndərən  Cəlil  Məmmədquluzadə  haqqında  da 
söyləmək mümkündür. Çox ehtimal ki, bu soyuq mü-
nasibətin arxasında hər iki böyük azərbaycanlının Əh-
məd  Kamalın  anladığı  mənada  türkçülük  ölçülərinə 
uyğun gəlməmələri idi. 
1908-ci ilin iyulunda İstanbulda tarixə İkinci Məş-
rutiyyət  dönəmi  kimi  daxil  olan  “gənc  türklər”  inqi-
labı qələbə çaldı. Sultan II Əbdülhəmidin bir qərinəlik 
mütləqiyyət  idarəçiliyinə  son  qoyuldu.  Ölkədə  1876-
cı il Konstitusiyası yenidən qüvvəyə mindi, parlament 
fəaliyyətə  başladı.  Aralarında  Əhməd  Kamalın  da  ol-
duğu  ittihadçılar  iqtidara  gəldilər.  “İttihad  və  Tərəq-
qi”nin  mühacirətdəki  üzvlərinin  çoxu  vətənə  qayıtdı. 
Xatirələrində  “1323-1324  (miladi  tarixlə  1907-1908-
ci illər – V.Q.) sənəsi tədrisatını ikmalə bir-iki ay qal-
mış  Türkiyədə  məşrutiyyət  elan  edildi  və  hamımız 
sənələrdən  bəri  mütəəssiri  olduğumuz  vətənə  dön-
                                                 
1
  Alxan  Bayramoğlu.  Mirzə  Ələkbər  Sabir.  “Mirzə  Ələkbər  Sabir-150. 
Biblioqrafiya”, Bakı, 2012, s. 24. 


 
193 
dük”
1
 – yazsa da, inqilab qələbə çalan kimi, dərhal ge-
ri qayıdanların arasında Əhməd Kamal yox idi. Nəinki 
geri  dönməmişdi,  hətta  necə  deyərlər,  əlindəki  işləri 
buraxıb  yeni  tarix  yazılan  İstanbula  üz  tutmaq  əvə-
zinə, bütün yay tətilini Azərbaycanda keçirmişdi. İyu-
lun  sonlarında  anasına  göndərdiyi  məktubda  yazırdı: 
“Şimdilik  yaz  olduğundan  üç  ay  tətilimiz  vardır.  Bu 
üç ay Kafkasiyanın ötəsinə bərisinə səyahətlə ümrari-
vəqt  və  təbdili-hava  ediyorum.  İştə  bunu  da  sizə  Zə-
yəm denilən bir səfiyədən yazdım”
2

Tədqiqatçı  M.Kayahan  Özgül  də  onun  Türkiyəyə 
məşrutiyyət elanından dərhal sonra qayıtmamasını Ba-
kıdakı  müəllimlik  fəaliyyəti  ilə  əlaqələndirir:  “Çünki 
Kafkasiyada  idarə  etdiyi  məktəbdən  ilk  məzuniyyət 
bir sənə sonra olacaqdı. Bu müvəffəqiyyəti görmədən 
əvdət etməyə könlü razı olmadı”
3

Fikrimcə, tək səbəb bu deyildi. Sadəcə, ittihadçılar 
hakimiyyətə  yiyələnəndən  və  İstanbulda  vəzifə  böl-
güsü başlayandan sonra hərəkatın bir çox sıra nəfərləri 
kimi Əhməd Kamalı da yada salan olmamışdı. Başqa 
sözlə  desək,  o  da  “qurdlar  süfrəsindən  pay  qapmağı 
bacarmayanlar”
4
 (M.Kayahan Özgül) arasına düşmüş-
dü. Bu baxımdan Bakıda qalıb növbəti məzuniyyətini 
gözləməsi  seçimdən  daha  çox  məcburiyyət  üzündən 
atılan  addım  sayılmalıdır.  Eyni  zamanda  Əhməd  Ka-
malın dərhal İstanbula üz tutmaması həm də yeni ha-
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 503. 
2
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 67. 
3
 Orada. 
4
 Yenə orada, s. 171. 


 
194 
kimiyyət təmsilçiləri ilə bağlı müəyyən inamsızlıqdan, 
şübhələrdən qaynaqlanırdı. 1911-ci ilin yayında o, üç 
il  əvvəlki  həyəcanlı  iyul  günlərində  yaşadığı  hissləri 
yada  salaraq  yazırdı:  “Məşrutiyyətimizin  istirdad  və 
ilan olunduğunu istibşar etdiyim zaman Kafkasiyada, 
Bakıda  bulunuyordum.  Bu  müjdəni  şübhəli  sevinclər 
içində  qəzetə  teleqraflarından  aldım.  On  Temmuz 
iydi-mübarəkini bizi kəndilərindən az sevməyən Kav-
kasiyalılarla icra etdik. Fəqət nə yalan söyləyim, bən 
bu  məşrutiyyətin  bir  məşrutiyyəti-həqiqiyyə,  daha 
doğrusu, bir məşrutiyyəti-salimə olacağına vicdanımın 
aldanmaq arzu və ehtiyacına rəğmən inanmıyordum”
1

Dərhal  yada  düşməməsi,  dəvət  olunmaması  ilə 
bağlı  bəlli  inciklik  hissi  yaşasa  da,  Əhməd  Kamal 
1908-ci ilin sonunda İstanbula dönmüşdü. Dostlarının 
yardımı  ilə  artıq  Tələt  Paşa  kimi  tanınan  gələcək 
Triumvirat  üzvü  Tələt  bəylə  görüşmüşdü.  “İttihad  və 
Tərəqqi”nin  üç  liderindən  biri  “məşrutiyyətdə  sənin 
çox haqqın vardır”, – deyə ünvanına tərif yağdırandan 
sonra yenidən Bakıya qayıdıb Qafqaz türkləri arasında 
Rusiya  əleyhinə  “beşinci  dəstə”  yaratmağı  təklif  et-
mişdi. Əhməd Kamal eyforiya içərisində olan ittihadçı 
dostlarına  “Siz  rusların  Türkiyə  ilə  bağlı  nöqteyi-
nəzərinə müxalif dövlətlərin müdaxiləsini təmin etmə-
səniz,  Kafkasiyada  vüqua  gətiriləcək  üç-beş  günlük 
hərəkat  Türkiyə  ilə  bərabər  qafqaziyalıları  da  eyni 
aqibətə sürükləməkdən başqa  bir nəticə  verməz”  söz-
ləri  ilə  xəbərdarlıq  etsə  də,  sözünə  ciddi  yanaşan 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 68. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə