Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
203 
Məbusan üzvü İsmayıl Haqqı Paşanın zəhməti olmuş-
du.  O,  Məclisdəkı  çıxışında  Rusiyada  yerli  türklərə 
qarşı ayrıseçkilik siyasətindən bəhs etmiş, bir Osmanlı 
təbəəsinin – qəzetçi Əhməd Kamalın həbsi məsələsinə 
toxunaraq demişdi: “Hökumət tərəfindən Bakıda dörd 
qəzetəçinin  təvqif  edildiyi  sırada  təbəəyi-Osmaniyyə-
dən  və  ərbabi  qələmdən  Əhməd  Kamal  bəy  namında 
bir  zatı  da  Rusiya  hökuməti  təvqif  etmişdir.  Əhməd 
Kamal  bəy  namında  olan  bu  zatı  şəxsən  tanırım.  Da-
rüşşəfəq məzunlarındandır və burada aləmi-mətbuatı-
mıza  da  məlumdur.  Xüsusilə  bundan  dörd-beş  sənə 
əvvəl  İrana  getdiyim  zaman  Kafkasiyada  kəndisini 
görmüşdüm. Orada pək  mühüm  bir  mövqe  qazanmış, 
hörməti-amməyə  məzhər  olmuş,  Kafkas  aləmi-mət-
buatına  qələmi  ilə  bir  çox  xidmətlərdə  bulunmuşdu. 
Oylə politika ilə məşğul olan bir adam deyildir”
1

Nəticədə, dövrün xarici işlər naziri Rifat Paşa Ru-
siyanın  İstanbul  səfiri,  “türk  dostu”  kimi  tanınan  və 
soyadından  göründüyü  kimi,  mənşəcə  özü  də  böyük 
ehtimalla  türk  əsilli  olan  Nikolay  Çarıxova  (1855-
1930) müraciət etmişdi. Sonda səfirin yardımı ilə Əh-
məd  Kamal  Batum  üzərindən  vətənə  qaytarılmışdı. 
Beləliklə,  narahat  qəzetçinin  həyatının  Azərbaycanla 
bağlı səhifəsi qapanmışdı.  
Türk mətbuatında köhnə dostunun təhlükəli macə-
ralardan  sonra  qayıdışını  ilk  xəbər  verən  isə  yenə  sə-
daqətli  Məhəmməd  Hadi  idi.  “Tərəqqi”  qəzetinin  25 
iyul 1911-ci il sayında çap etdirdiyi “Əhməd Kamalın 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 489. 


 
204 
vətənə  əziməti”  məqaləsində  o  yazırdı:  “İki  sənədən 
bəri (əslində 4 olmalıdır – V.Q.) vətənimiz Kafkasiya-
da  iqamət  edən,  məsaiyi-maarifpərvəranədə  bulunan 
Əhməd  Kamal  bəy  cənabları  vətəni-əzizi  olan  İstan-
bula  bu  gün  əzimət  etdi.  Məsləki-müqəddəsi  yolunda 
iki sənə vətən-cüda olaraq pək çox zəhmət və məşəq-
qətlərə  köks  gərmiş  olan  bu  zat  təsadüfən  Bakıya 
getmiş idi. Gəldiyi gündən bəri ülum və  maarifin in-
tişarına  və  məktəb  təsisinə  çalışmaqla  bulunmuşdu. 
İştə  “Füyuzat”,  “İrşad”,  “Tərəqqi”  cəridələrində  yaz-
dığı  əşar  və  məqalələri  bunu  isbat  edəcək  dəlaildən-
dir”
1

Bayıl məhbəsində keçən aylar Əhməd Kamal üçün 
yaradıcılıq baxımından məhsuldar olmuşdu. Burada o, 
bir sıra orijinal əsərlərini yazmış, yaxşı bildiyi fransız 
və  Bakıda  öyrənməyə  başladığı  rus  dilindən  bəzi  tər-
cümələr  (Lafontenin  və  Lermontovun  şeirləri)  etmiş, 
ayrı-ayrı  Molla  Nəsrəddin  lətifələrini  və  ibrətamiz 
xalq  hekayələrini  nəzmə  çəkmişdi.  Zindan  həyatı  id-
dialı  türk  qəzetçisinin  yalnız  davranış  tərzini  deyil, 
əsərlərinin  dilini  və  mövzusunu  da  əsaslı  şəkildə  də-
yişdirmişdi.  Əhməd  Kamal  dekadansdan  realist  şeirə 
keçmişdi.  Hətta  bir  zamanlar  bəyənmədiyi  didaktik 
janrda da qələmini uğurla sınamışdı. Xəlqi mövzulara 
müraciət nəticəsində şeir dilindəki ərəb-fars tərkibləri 
                                                 
1
  Mehmet  Hadi.  Ahmet  Kemal`ın  Vatanına  Azimeti.  “Terakki”,  1911,  say 
729.  (Məhəmməd  Hadinin  həyatının  İstanbul  səhifələri  və  XX  əsrin 
əvvəllərindəki türk mətbuatı ilə əlaqələri Türkiyədə yaşayan azərbaycanlı 
araşdırmaçı Mehdi İsmayılovun hələlik əlyazması halında olan doktorluq 
dissertasiyasında geniş tədqiq edilmişdir). 


 
205 
xeyli azalmış, üslubu sadələşmişdi.  
Bir  məqamı  da  qeyd  etmək  istərdim.  Xatirələrin-
dən  məlum  olur  ki,  Tiflis  həbsxanasında  saxlandığı 
müddətdə “Molla Nəsrəddin” redaksiyası Əhməd Ka-
malla  yaxından  maraqlanmışdı.  Həbsxanada  ona  baş 
çəkmişdilər,  oxuması  üçün  məcmuə  və  kitablar  gön-
dərilmişdi
1
.  Jurnalların  birində  o,  həmin  vaxta  qədər 
adını  eşitmədiyi  Ziya  Göyalpın  “Sənət”  və  “Turan” 
şeirlərini  görmüşdü.  Sadə  dillə  yazılmış  şeirlər  ona 
dərin mətləbləri anlatmışdı. Türklüyün xəyali vətən – 
Turan sevdası və keçmişin möhtəşəm xatirələri ilə de-
yil, daha çox bu günlə yaşamasının vacibliyini vurğu-
layan “Şaka” (“Zarafat”) şeirini də həmin mütaliədən 
təsirlənərək yazmışdı:  
 
Ey Türk oğlu, bu ölkədir vətənin 
Toros, Altay, Qızılirmaq, Ceyhunun! 
Geri baxma! Sür atını irəli! 
Dədəsilə öyünəməz bir torun! 
 
Dədələrin sözləriylə yaşamaq – 
Məzarlıqda uyumaqdır bunu bil! 
                                                 
1
  Əhməd  Kamal  bu  münasibətlə  yarımçıq  xatirələrində  yazırdı:  “1911-ci 
ildə  Rusiyaya  ikinci  gedişimdə  pantürkist  deyə  ruslar  tərəfindən  edama 
məhkum edilmişdim. Altı bucuk ay sürən mövqufiyyət müddətində ruslar 
bəni həbsxanadan həbsxanaya nəql ediyorlardı. Bunun səbəbi də sonradan 
anladım  ki,  türklər  həbsxanayi  basıb  bəni  qurtararlar  vahiməsi  üçün!  Bu 
həbsxanaları  dolaşırkən  Tiflisdə  4  şubat  1326  -22  şubat  1326  (4  fevral 
1911-22  fevral  1911  –  V.Q.)  tarixli  və  Selanikdə  müntəşir  iki  məcmuə 
əlimə keçdi. Bunları bana göndərən Tiflisdə çıxan “Molla Nəsrəddin” adlı 
mizah qəzetəsi idarəxanası idi” Bax. M.Kayahan Özgül. Adıçəkilən kitabı, 
s. 285. 


 
206 
Bu ölkədir məzarlığın, beşiyin, 
Sənə vətən bu ölkədir, o deyil!
1
 
 
İstanbula qayıdışında Əhməd Ağaoğlu vasitəsi ilə 
tanış  olduğu  Ziya  Göyalpdan  şeiri  haqda  bu  sözləri 
eşitmişdi:  “Ağabəy!  Bənim  içimdə  bir  şey  var.  Bana 
çox  bərk  sarılmış.  Bən  onu  ifadə  edəmiyorum,  çünki 
hənuz tamamilə yüzünü görəmiyorum. Sənin şakaların 
bənim gözümlə onun yüzü arasında bir kibrit çəkdi”
2

 
AZƏRBAYCANLILARDAN SEVGİ, 
AZƏRBAYCANA LAQEYDLİK 
   
 
 
Əvvəldə  də  qeyd  olunduğu  kimi,  Əhməd  Kamal 
həyatının çətin dönəmində Azərbaycana “gündəlik ru-
zi” ardınca gəlməsinə baxmayaraq, qısa müddət ərzin-
də  cəmiyyətdə  özünə  yer  tapmış,  nüfuz  qazana  bil-
mişdi.  Hətta  XX  əsrin  əvvəllərindəki  milli  mətbuatı-
mızın  aparıcı  simaları  arasında  yer  almışdı.  Təbii  ki, 
bu türk qəzetçisinin şəxsi məziyyətləri ilə yanaşı, xal-
qımızın qonaqpərvərlik və qədirbilənliyi ilə bağlı idi. 
Onunla birlikdə Bakıda pedaqoji sahədə çalışmış həm-
vətəni, müəllim Cövdət – Məhəmməd Cövdət İnancalp 
(1883-1935) həmin dövrdə Azərbaycanın ən görkəmli 
şəxsiyyətinin  –  Hacı  Zeynalabdin  Tağıyevin  türk 
qəzetçiyə  ehtiramından  bəhs  edərkən  yazırdı  ki,  “bir 
hökmdar  sarayı  kimi  böyük  və  o  nisbətdə  təşrifata 
tabe  mülkünə  getdiyimiz  zaman  Tağıyev  bəndəni  və 
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 285-286. 
2
 Orada, s. 286. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə