Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   49   50   51   52   53   54   55   56   57

 
195 
olmamışdı.  Söhbətin  iştirakçılarından  Cavid  bəy  “O 
cəhətə  maraq  etmə.  Bakıya  dön,  fikirləri  hazırlamağa 
çalış.  Biz  sənə  lazım  olan  hər  şeyi  (para,  silah)  gön-
dərəcəyik.  Sən  gələcək  arkadaşlara  rəhbərlik  et!”
1
  – 
deyə onu sakitləşdirmişdi. 
Beləliklə, Əhməd Kamal Bakıya qayıdıb Balaxanı 
məktəbindəki müəllimliyini davam etdirməli olmuşdu. 
Etirafına görə, aradan keçən müddət ərzində apardıq-
ları  məqsədəuyğun  fəaliyyət  nəticəsində  Osmanlı 
türkcəsinin  və  türklük  düşüncəsinin  yayılması  baxı-
mından uğurları xeyli artmışdı: “Xalq ilə artıq osman-
lıca-azərbaycanca  arasında  bir  lisanla  konuşuyor-
duq”
2
.  Onun  1910-cu  ildə  Bakıda  çapdan  çıxan  “Fü-
yuzati-qiraət”  kitabı  da  eyni  məqsədə  xidmət  edirdi. 
Bir  sıra  qəzetlərin,  “Yeni  Füyuzat”  məcmuəsinin
3

eləcə də “Molla Nəsrəddin” jurnalının
4
 haqqında dəfə-
lərlə  elan  yaydığı  kitabın  naşiri  Balaxanı  məktəbinin 
nəzarətçisi  Baxış  Əhmədov  idi.  Nəşrin  yarımbaşlı-
ğında onun “Balaxanı cəmaəti-müslimin məktəb dərs-
lərində”  keçilən  materiallar  əsasında  tərtib  edildiyi 
bildirilirdi. 
Əvvəldə  də  qeyd  etdiyim  kimi,  Əhməd  Kamal 
Bakıda dil uğrunda mübarizəsinin əsas hədəfini Azər-
baycan  türkcəsinin  rus-fars  təsirindən  qorunması  və 
mümkün qədər Osmanlı türkcəsinə yaxınlaşması, hət-
ta  əvəzlənməsi  şəklində  müəyyən  etmişdi.  Həm  də 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 487. 
2
 Orada. 
3
 Bax. “Yeni Füyuzat”, 2, 4, 10, 24 yanvar 1910-cu il sayları. 
4
 Bax. “Molla Nəsrəddin”, 24 yanvar 1910-cu il sayı. 


 
196 
digər  məsələlərdə  müəyyən  qədər  hərdəmxəyal  olsa 
da, dilə münasibətdə xüsusi ardıcıllığı və prinsipiallığı 
ilə  seçilirdi.  Əli  Heydər  Bayat  türk  qəzetçisinin  bu 
istiqamətdəki  fəaliyyəti  ilə  bağlı  səciyyəvi  misal 
gətirir.  Əli  bəy  Hüseynzadənin  təşəbbüsü  ilə  1907-ci 
ildə  Bakıda  “Səadət”  məktəbi  açılanda  binanın  qapı-
sına  “Məktəbxana”  yazılmış  lövhə  vurulmuşdu.  Əh-
məd  Kamal  belə  ad  daşıyan  təhsil  ocağının  türklər 
üçün maarif yox, cəhalət yuvası olacağını açıq demək-
dən  çəkinməmişdi.  Hətta  imkan  düşdükcə  əhali  ara-
sında İran təsiri yayan “məktəbxanaya” şagird vermə-
məklə  bağlı  təbliğat  da  aparmışdı.  Bakı  qoçularına 
yaxınlığı  ilə  tanınan  məktəb  xadimlərindən  biri  ona 
özünü  işə  salmamağı,  arı  yuvasına  çöp  uzatmamağı 
məsləhət görmüşdü. Cavab ləngiməmişdi. Əhməd Ka-
mal  “Mən  qəsdən  çöp  uzadıram.  İçəridəkilərin  bal 
arısı, yoxsa eşşək arısı olduqlarını bilmək istəyirəm”
1
 
–  demişdi.  Yalnız  bundan  sonra  lövhə  dəyişdirilərək 
yenisi ilə əvəz edilmişdi.  
Əhməd  Kamalın  Bakıdakı  mətbuat  həyatı  “Füyu-
zat”la  bitməmişdi.  Bir  neçə  il  maarif  sahəsində  ça-
lışdıqdan sonra o, yenidən, həm də sıravi müəllif kimi 
deyil,  baş  redaktor  kimi  qəlbən  bağlandığı  mətbuat 
aləminə qayıtmışdı. Bu mənada Əli bəy Hüseynzadə-
nin  yanında  keçdiyi  məktəb,  əxz  etdiyi  təcrübə  işinə 
yaramışdı. Balaxanı məktəbinin bağlanması bütünlük-
lə  mətbuata  qayıdışına  təkan  vermişdi.  1910-1911-ci 
illərdə  121  sayı  işıq  üzü  görən  “Günəş”  qəzetinin 
                                                 
1
 Ali Haydar Bayat. Hüseyinzade Ali Bey. Ankara, 1998, s. 344. 


 
197 
(M.Kayahan  Özgül  kitabında  yanlışlığa  yol  verərək 
adıçəkilən  nəşrin  Əhməd  bəy  Ağayevin  redaktəsi  al-
tında  çıxdığını  yazır)  baş  redaktoru  olmuşdu.  Tanın-
mış  kitab  maqnatlarının  –  Orucov  qardaşlarının  imti-
yaz sahibi olduqları qəzetdə Əhməd Kamalla birlikdə 
Azərbaycan  ədəbiyyatının  Mirzə  Ələkbər  Sabir,  Ab-
dulla  Şaiq,  Qafur  Rəşad,  Abdulla  bəy  Divanbəyoğlu 
kimi şair və yazıçılarının əsərləri çap edilmişdi. 
Eyni illərdə müvazi şəkildə Əhməd Kamal həm də 
“Füyuzat” ənənələrini davam etdirməyə çalışan, gənc 
milli burjuaziyasının maraqlarının ifadəçisi kimi tanı-
nan, eyni zamanda cəmiyyətdə türkçü fikirlərin yayıl-
masına  önəm  verən  həftəlik  ədəbi-bədii  və  ictimai-
siyasi  illüstrasiyalı  məcmuənin  –  “Yeni  füyuzat”ın 
(1910-cu ildə 11, 1911-ci ildə 10 – bütünlükdə 21 sayı 
çıxmışdı) baş redaktoru idi. Naşir və məsul redaktoru 
Əlipaşa  Hüseynzadə  (Səbur)  olan  jurnalda  Əhməd 
Kamalın  şeir  və  məqalələri  Sabir,  Abdulla  Şaiq,  Əli-
qulu  Qəmküsar,  Əlabbas  Müznib,  Namiq  Kamal, 
Axund  Yusif  Talıbzadə,  Əli  Səbri,  Məmməd  Sadıq 
Axundov  və  s.  müəlliflərin  əsərləri  ilə  yanaşı  nəşr 
olunmuşdu. Türkçülüyün ideoloji əsasları məsələsində 
həmin  dövrdə  İstanbulda  yaşayan  Əhməd  Ağaoğlu 
redaksiyanın  və  baş  redaktorun  yaxın  məsləhətçisi 
kimi  çıxış  edirdi.  Lakin  yaradıcı  heyətin  səylərinə 
baxmayaraq,  “Yeni  füyuzat”  sələfinin  səviyyəsinə 
yüksələ bilməmişdi. 
Sabirin  “Düşdü  bütün  qəzetlər  qiymətdən  ay  can, 
ay  can”  misrası  ilə  başlayan  satirasının  səbəbkarla-
rından biri də Əhməd Kamal sayıla bilər. Azərbaycan 


 
198 
mətbuatı  tarixindən  bəlli  olduğu  kimi,  1911-ci  il 
martın  19-da,  Novruz  bayramı  ərəfəsində  Bakı  polisi 
Azərbaycan qəzetlərinin redaksiyasına basqın etmişdi. 
Nəticədə,  bir  neçə  naşir  və  redaktor  həbs  olunmuş, 
bəzi mətbu orqanın nəşrinə yasaq qoyulmuşdu. Hadisə 
Sabirə  qəzetlərin  bağlanmasına  obıvatel  münasibətini 
əks etdirən satira yazmağa mövzu vermişdi. “Bir gecə 
teatrdan dönmüş və hənuz yatmışdım, – deyə Əhməd 
Kamal  aradan  20-25  il  keçəndən  sonra  həyatının 
axarını dəyişən həbsin tarixçəsini xatırlayaraq yazırdı: 
“Yalnız işğal etdiyim kiçik bir dairənin qapısı çalındı. 
Açdım. On polislə dairəm basılmışdı. Dərhal Bakıdan 
xeyli uzaq olan Babil (mətndə belə getmişdir. Məşhur 
Bayıl həbsxanası nəzərdə tutulur – V.Q.) götürüldüm 
və  içəri  atıldım.  Məgər  məndən  əvvəl  bütün  qəzetəçi 
arkadaşlarımı da toplamışlar”
1

Polis basqını nəticəsində “Günəş”, “Yeni füyuzat”, 
“Şəhabi-saqub”,  “Səda”,  habelə  “Yeni  həqiqət”  kimi 
nəşrlərin  fəaliyyəti  dayandırılmış,  onların  naşir  və 
redaktorlarından Əhməd Kamal, Əli Paşa Hüseynzadə 
(Səbur),  Haşım  bəy  Vəzirov,  Əlabbas  Müznib,  Mə-
həmməd  Sadıq,  Cəfər  Bünyadzadə  və  b.  həbsə  alın-
mışdılar.  Bakıda  milli  mətbuata  qarşı  çevrilmiş  ak-
siya,  xüsusən  də  Osmanlı  təbəəsi  Əhməd  Kamalın 
saxlanması  türk  mətbuatının  diqqətindən  yayınma-
mışdı.  İstanbulun  “Tənin”  qəzeti  31  mart  1911-ci  il 
sayında bu barədə məlumat yaymışdı. M.Kayahan Öz-
gülün  yazdığına  görə,  “Şərq  Postası.  Rusiyada  Mət-
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 488. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə