Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
187 
qrafiya kitabının”
1
 təcili olaraq ünvanına göndərilmə-
sini xahiş edirdi.  
“Məni  Bakıya  şiməndiförlə  (qatarla)  iyirmi  dəqi-
qəlik məsafəsi bulunan Balaxanıdakı məktəbin başına 
keçirdilər.  Bakıdakı  münəvvər  kitabçıları  İstanbula 
sövq  etdim  və  bütün  tədrisatı  İstanbul  kitablarından 
yapmağa  başladım.  Bu,  digər  məktəblərə  də  örnək 
oldu. Bundan sonra İstanbul kitabçıları ilə Bakı kitab-
çıları arasında qüvvətli bir təmas başladı. Və az zaman 
içində  bütün  Kafkasiya  İstanbul  əvraqi-mətbəəsiylə 
doldu”
2
  –  deyə  yarımçıq  xatirələrində  Bakıda  türkcə 
kitabların  və  türk  ruhunun  yayılmasındakı  rolunu  xü-
susi vurğulayırdı.  
Özünün  yazdıqlarına  inansaq,  Əhməd  Kamalın 
Balaxanıdakı müəllimliyi qəzetçilik fəaliyyəti ilə mü-
qayisədə daha uğurlu olmuşdu. Bir müddət sonra Hacı 
Zeynalabdin Tağıyevin maddi yardımı ilə İstanbuldan 
Mehmet Cövdət
3
, Bəha Səid, Darüşşəfəq məzunu Be-
şikdaşlı  Kiçik  Fuad  kimi  müəllimlər  Bakıya  gəlmiş-
dilər.  
1937-ci  ildə  Osman  Erginin  təşəbbüsü  ilə  hazırla-
nan  “Müəllim  M.Cevdet.  Hayati.  Eserleri.  Kütübha-
nesi” əsərinin ilk nəşri üçün yazdığı qeydlərdə Əhməd 
Kamal  Bakıdakı  pedaqoji  fəaliyyətini  belə  xatırla-
                                                 
1
 M.Kayahan Özgül. Adıçəkilən kitabı, s. 66. 
2
  Bax.  Osman  Ergin.  Muallim  M.Cevdet.  Hayatı.  Eserleri.  Kütübhanesi. 
İstanbul, 2005, s. 486. 
3
  Müəllim  Mehmet  Cövdətin  (1883-1935)  həyatının  Bakı  dövrü  və  Azər-
baycanın  milli  təhsil  sisteminə  verdiyi  töhfələr  haqqında  daha  geniş 
məlumat  almaq  üçün  bax.  Vilayət  Quliyev.  “Bir  təşəbbüsün  tarixçəsi”, 
“525-ci qəzet”, 14 və 21 sentyabr 2015-ci il tarixli saylar. 


 
188 
mışdı: “Məktəblər irəlilədikcə, müəllim ehtiyacı artdı 
və  bir  müəllim  kursu  açmaq  düşünüldü.  İştə  qiymətli 
Müəllim  M.Cevdetin  Bakıya  gətirilməsi  bu  lüzuma 
məbnidir ki, bu da 1323 sənəsinə (miladi 1907-ci il – 
V.Q.) müsadifdir. Çarlıq Rusiyasının bizi orada uzun 
müddət  burakmayacağı  aşkar  olduğundan  bu  kursa 
çox  əhəmiyyət  verildi.  Və  M.Cevdet  de  yaratırcasına 
müəllim yetişdirməyə müvəffəq oldu”
1

Onların  fəal  iştirakı  ilə  yerli  azərbaycanlılar  ara-
sında  tədrisi  türk  dilində  aparmaq  məqsədi  ilə  semi-
nariya – Darülmüəllimat açmaq nəzərdə tutulsa da, bu 
niyyəti  düşünüldüyü  şəkildə  gerçəkləşdirmək  müm-
kün  olmadı.  Nəticədə,  sadəcə  pedaqoji  kurslar  təşkil 
edildi. Kursların mövcudluğu və buradan məzun olan-
ların  fəaliyyəti  çar  üsul-idarəsinin  kosmopolit  şəhər 
kimi  görmək  istədikləri  Bakıda  türklük  duyğusunun 
daha sürətlə yayılmasına təkan vermişdi. Azərbaycan-
da  “müsəlman  camaatın”  tədricən  “türk  millətinə” 
çevrilməsi  prosesində  mətbuatla  bir  sırada  bu  kurslar 
və  İstanbuldan gələn  maarif  xadimləri  də bəlli bir  rol 
oynamışdılar.  
Balaxanı  məktəbinə  rəhbərlik  fəaliyyətinin  ilk 
dövrünə  yekun  vuran  Əhməd  Kamal  yazırdı  ki, onun 
səyi  nəticəsində  gənclər,  xüsusən  də  uşaqlar  Osmanlı 
türkcəsi ilə danışmağa başlamışdılar. Hətta yaşlılar da 
bu  prosesdən  kənarda  qalmamışdı.  Daha  çox  İran  tə-
siri ilə təlim olunan təliq xətti tədricən yerini İstanbul 
üçün  daha  səciyyəvi  sayılan  riqəyə  vermişdi.  Şiə  və 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 486. 


 
189 
sünni məzhəblərinə mənsubluqlarına görə bəzən hətta 
biri-birinə  əl  uzatmağa  tərəddüd  edən,  biri-birinin 
məclislərinə  ayaq  basmayan  insanlar  övladlarının  bir 
yerdə oxumalarına razılıq vermişdilər.  
Sonralar Cümhuriyyət Türkiyəsində kitabşünas və 
mənbəşünas  alim  kimi  tanınan  Mehmet  Cövdət  də 
“Əli  bəy  Hüseynzadə,  Əhməd  Kamal  və  mənim  sa-
yəmdə  İstanbulun  riqə  xətti  oralarda  (Bakı  nəzərdə 
tutulur  –  V.Q.)  intişar  etdi.  Bilxassə,  Əhməd  Kamal 
ilə  mən  iki  məktəbə,  dolayısı  ilə  səkkiz  məktəbə  ha-
kim  idik.  Yüzlərlə  tələbəmizə  riqə  xəttini  öyrətmiş-
dik”
1
, – deyə Əhməd Kamalın Bakıya gəldiyi ilk vaxt-
lardan qəzetçilik və müəllimlik fəaliyyətini paralel da-
vam etdirdiyinə, hətta maarif sahəsində daha çox uğur 
qazandığına diqqət çəkmişdi.  
Əhməd  Kamalın  Balaxanı  məktəbinə  təhsil  sahə-
sində gətirdiyi yeniliklər "Molla Nəsrəddin"in də diq-
qətindən yayınmamışdı. Məcmuənin 1908-ci il 1 iyun 
tarixli  sayındakı  şəkillərin  birində  türk  qəzetçisinin 
pedaqoji  işinin  pozitiv  cəhətlərinə  işarə  edilmişdi. 
Cəlil  Məmmədquluzadə  isə  jurnalın  21  mart  1910-cu 
il tarixli 12-ci sayında "Molla Nəsrəddin" təxəllüsü ilə 
dərc etdirdiyi "Keçi" felyetonunda onun müsbət şəxsi 
keyfiyyətlərini, bilik və bacarığını, fəaliyyətini müsbət 
səciyyələndirərək yazırdı: "Elm təhsil eləmiş, Osman-
lıdan gəlmiş bir cavan, təcrübəli müəllim, məşhur ədib 
və sahibqələm, abırlı və qeyrətli bir vətənpərəst ki, adı 
olsun Əhməd Kamal, – Bakının Balaxanısında başını 
                                                 
1
 Osman Ergin. Adıçəkilən əsəri, s. 95. 


 
190 
salıb  aşağı,  uşaqlara  dərs  deyir.  Dəxi  nə  istəyirsən? 
Camaat razı, şagirdlər razı, məktəb sahibi razı, Allah 
razı..."
1
 
Daha  sonra  Mirzə  Cəlil  Bakıdakı  İran  konsulluğu 
(yuxarıda  adıçəkilən  “Həqayiq”  qəzeti  də  konsulluq-
dan  maddi  dəstək  alırdı  və  təbii  ki,  bu  səbəbdən  də 
fars  hökumət  dairələrinin  sözçüsü  vəzifəsini  üzərinə 
götürmüşdü) ilə Əhməd Kamal arasında cərəyan edən 
və "Füyuzat" məcmuəsinin səhifələrinə yol tapan qar-
şıdurmaya  toxunaraq  özünə  məxsus  ironik  tonda  ya-
zırdı: 
"Pəh, pəh! Elə bu? Maşallah, maşallah! Hələ utan-
mır,  tərif  də  eləyir!  Nə  bilim,  "sahibqələm",  "vətən-
pərəst"! Zəhrimar olsun onun qələmi, cəhənnəm olsun 
onun "pərəsti". Bunlar mənim qulağıma girməz! Mənə 
əməl lazımdır, əməl, əməl!  
Bir müəllim ki, nə libası ilə, nə ibadəti ilə öz mü-
səlmançılığını büruzə vermir – dəxi bizə belə müəllim 
lazım deyil. Dua eləsin ki, bura Rusiya dövlətidir, İran 
olsaydı, onun öhdəsindən yaxşı gələrdik! Budur iran-
lıların Əhməd Kamaldan şikayəti və doğrudan da dua 
eləsin ki, Balaxanı Rusiya qanunlarının altındadır."
2
 
Mirzə  Cəlil  ədəbi  zövqünü,  dillə  bağlı  fikirlərini 
bölüşməsə  də,  iranpərəst  “Həqayiq”lə  polemikada 
maarifçilik  fəaliyyətini  təqdir  etdiyi  Əhməd  Kamalın 
tərəfində idi. Onu cahil iranlıların təqiblərindən qoru-
mağı özünün borcu sayırdı. 
                                                 
1
  Cəlil  Məmmədquluzadə.  Əsərləri.  4  cilddə.  2-ci  cild.  Bakı,  “Öndər”  nəş-
riyyatı, 2004, s. 453. 
2
 Orada. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə