Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
183 
Əbdülhəmid rejiminin barışmaz opponentlərindən sa-
yılırdı. Namiq Kamal (1840-1888) ilk Osmanlı konsti-
tusiyasını hazırlayan komissiyanın üzvü kimi  əvvəlcə 
həbsə, ardından sürgünə göndərilmişdi. Dillərdə əzbər 
olan  məşhur  “Zülmün  topu  var,  gülləsi  var,  qələsi 
varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır” 
– misralarının müəllifi Tofiq Fikrətin (1867-1915) is-
tibdad  rejiminə  və  onun  başında  duran  şəxsə  nifrəti 
heç kimdə şübhə doğurmurdu.  
Bir  sözlə,  Osmanlı  imperatorluğunda  qanundan 
kənar  elan  edilmiş  bu  şəxslər  Bakıda  II  Əbdülhəmid 
istibdadına  qarşı  mübarizə  aparan  qəhrəmanlar  kimi 
təqdim  olunurdular.  Sultanın  nəzərində  bu,  xəyanətə 
bərabər bir addım idi.  
Müəyyən istisnalarla eyni sözləri jurnalda çap olu-
nan İsmayıl Səfa, Mehmet Übeydullah, Əli Rza Krım-
zadə,  Əbdülhəq  Hamid  və  b.  haqqında  da  söyləmək 
mümkündür. Göründüyü kimi, “Füyuzat”ın simasında 
Bakıda  II  Əbdülhəmidə  qarşı  ikinci  cəbhə  açılmış, 
məcmuə qısa müddət ərzində “gənc türklərin” mühüm 
ideoloji silahına çevrilmişdi. Sultanı təhqir edən həc-
vin müəllifi Əhməd Kamalın “Füyuzat”da fəal iştirakı 
isə  son damlaya  çevrilərək  sultanın  səbir kasasını da-
şırmışdı.  Heç  şübhəsiz,  1903-cü  ildə  həyatı  üçün  ya-
ranan təhlükəni görüb Türkiyədən gizli yolla qaçmağa 
müvəffəq  olan  “İttihad  və  Tərəqqi”  qurucularından 
biri  –  baş  redaktor  Əli  bəy  Hüseynzadənin  barəsində 
də Osmanlı xəfiyyəsinin əlində kifayət qədər məlumat 


 
184 
vardı
1
.  Hacı  Zeynalabdin  Tağıyevin  pulu  ilə  çıxan 
məcmuənin  ona  sataşmasından  şikayətlənəndə  sultan 
II  Əbdülhəmid  hansısa  konkret  yazını  deyil,  məhz 
bəlli ideya istiqamətini və həmin istiqaməti formalaş-
dıran  ədəbi-siyasi  qüvvələri  nəzərdə  tutmuşdu.  Haki-
miyyətinin  kökünə  balta  çalanların  bir  qismi  üçün 
Hacının  pulu  ilə  yaradılan  şəraiti  qəsd  etmişdi.  Bu 
mənada  Əhməd  Kamal  da  Bakıya  gəlişi  və  dərginin 
fəaliyyətində yaxından iştirakı ilə “Füyuzat”ın qapan-
masına “töhfəsini” vermişdi... 
Yəqin ki, bunun fərqində olduğundan “Füyuzat”ın 
son  sayında  Əli  bəy  kimi  vida  sözü  ilə  çıxış  etməyə 
lüzum görmüşdü. Doğrudur, onun “İsbati-iştibah”
2
 ad-
lanan  məqaləsi  baş  redaktorun  yazısı  qədər  ardıcıl, 
sistemli,  hədəfə  vuran  deyildi.  Lakin  müəllifin  səmi-
miyyətindən,  tapındığı  ideyalar  uğrunda  sona  qədər 
mübarizə  əzmindən  xəbər  verirdi.  “İştə  sözümüz  bu-
rada bitdi, “Füyuzat” da bu nömrədə bağlandı, – deyə 
Əhməd  Kamal  yazırdı.  –  Amma  bizim  dilimiz  bağ-
lanmadı,  bağlanmaz  və  bağlanmayacaqdır.  Özü-sözü 
düzgün  bir  qəzetə  intişar  edincəyə  qədər  ixtiyari-sü-
kuta  məcbur  olduğumuzu  və  “Füyuzat”  məsləkində 
bir  qəzetə,  yəni  mənafeyi-insaniyyə  və  milliyeyi-
tərəqqi və hüriyyəti-kamilə və müsavati-şamilə dairə-
sində  ərz  və  müdafieyi-əqdəm  və  əqdəsi-şərait ittixaz 
etmiş bir qəzetə intişar etdiyi təqdirdə hətta məccanən 
                                                 
1
  Azər  Turan.  Əli  bəy  Hüseynzadə,  Moskva,  “Salam-Press”  nəşriyyatı, 
2008, s. 30. 
2
 Əhməd Kamal. “İsbati-iştibah”, “Füyuzat”, 1907, say 32, s. 502-507. 


 
185 
xidmətə hazır olduğumuzu ərz edəriz”
1

Əhməd  Kamal  da  Əli  bəy  Hüseynzadə  kimi 
“Füyuzat”ın  mövqeyindən  geri  çəkilməsi,  məram  və 
əqidəsini dəyişməsi hesabına, yəni sadəcə mövcudluq 
xatirinə yaşamasının tərəfdarı deyildi. “Məcmuəmizin 
bu bir sənə zərfindəki tərzi-bəyan və mücahidatı “Fü-
yuzat” deyilən məsləkin nədən ibarət olduğunu anlat-
dı.  “Füyuzat”  hüviyyətini,  mayeyi-zatiyyəsini  müha-
fizə üçün məsləki-müəyyənində davam etməli, davam 
etmədiyi  təqdirdə  bağlanmalı  idi”
2
.  Onun  nəzərində 
“Füyuzat”  yalnız  öz  əqidəsinə,  amalına  sadiq  qaldığı 
müddətdə “Füyuzat” idi. Çünki cəmiyyət dərgini bəlli 
dəyərlər  sisteminin  ifadəçisi  kimi  tanıyır  və  qəbul 
edirdi. Bu baxımdan da məcmuə həmin “dairədən xa-
ricə  çıxdıqca  o  namı  daşımağa  haqq  və  ləyaqəti  ola-
maz.  Ehtimal  ki,  tazə  və  köhnə  bir  taqım  hicablar 
altına girə bilər. Fəqət məsləkindən bir xütvə sağa və 
ya sola atdıqca “Füyuzat”lığını mühafizə edəməz”
3

II Əbdülhəmid istibdadının susdurduğu “Füyuzat” 
məhdud  partiya  maraqları  güdmürdü.  Son  sayda  dər-
ginin  bəzən  ifrata  varmasına  baxmayaraq,  təəssübkeş 
müəllifi  kimi  tanınan  Əhməd  Kamalın  bir  daha  vur-
ğuladığı  kimi,  “füyuzatçılıq”  islam  etiqadlı,  firəng 
fikirli,  Avropa  qiyafətli  olmaq  idi;  “füyuzatçılıq”  is-
tibdadın, bürokratiyanın, kapitalizmin, qadına həqarət-
li  münasibətin  tərəfində  dayanmamaq  idi,  “füyuzat-
çılıq” azadlıq, demokratiya, xalq, proletariat və qadın 
                                                 
1
 Əhməd Kamal. “İsbati-iştibah”, “Füyuzat”, 1907, say 32, s. 507. 
2
 Orada. 
3
 Yenə orada. 


 
186 
hüquqları  uğrunda  mübarizə  aparmaq  idi”
1
.  Bir  illik 
mövcudluğu  ərzində  “Füyuzat”ın  yeni  ədəbi  və  icti-
mai-siyasi fikrin üzdə olan mühüm tribunasına çevril-
məsi məhz bu məqsəd və niyyət aydınlığının, ardıcıl-
lıq və prinsipiallığın nəticəsi idi. 
Məcmuəyə  təzyiqlər  onun  öz  məramına  çatması-
nın təsdiqi sayıla bilər... 
 
MƏTBUATDAN MƏKTƏBƏ,  
SONRA DA HƏBSXANAYA 
 
“Füyuzat”  nəşrini  dayandırandan  sonra  Əhməd 
Kamal müəyyən dərəcədə tanındığı, özünə yeni vətən 
saydığı  Bakını  tərk  etmədi.  Əslində  bunun  üçün 
müsaid şərtlər də yetişməmişdi. Odur ki, ikinci peşəsi 
–  müəllimliklə  məşğul  olmaq  qərarına  gəldi.  Əli  bəy 
Hüseynzadə  Azərbaycana  ayaq  basdığı  ilk  gündən 
himayəsi altında saxladığı türk dostunu burada da yal-
qız buraxmadı. Onun Balaxanı məktəbinə müdir təyin 
edilməsinə  nail  oldu.  Əhməd  Kamal  mətbuat  səhifə-
lərində  geniş  təbliğatını  apardığı  İstanbul  türkcəsini 
ortaq  ədəbi  dilə  çevirmək  ideyasının  tətbiqi  üçün  bu-
rada  daha  geniş  fəaliyyət  meydanı  tapdı.  O,  tədris 
sahəsindəki  nisbi  sərbəstlikdən  və  zəruri  vəsaitlərin 
olmamasından  yararlanıb  dərsləri  Osmanlı  türkcəsin-
də  aparırdı.  Bunun  üçün  də  1908-ci  il  fevralın  1-də 
anasına  məktubda  “İstanbulda,  məkatibi-edadiyyeyi-
şahanade  oxunan  bir  həndəsə,  bir  kimya,  bir  kosmo-
                                                 
1
 Əhməd Kamal. “İsbati-iştibah”, “Füyuzat”, 1907, say 32, s. 507. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə